Övladlarını əzizləmək bütün valideynlərə xas xüsusiyyətdir. Ata-ana uşaqlarına olan məhəbbətini müxtəlif formada büruzə verir. Onlarla bərabər vaxt keçirmək, əylənmək, öpmək, sığallamaq sözsüz ki, valideynlərə də mənəvi rahatlıq verir, uşaqlar qədər onlar da maraqlı zaman keçirirlər. Ancaq uşağa məhəbbətini ürəklərindən gələn formada təzahür edən valideynlər, əlbəttə ki, bunun alt qatını düşünmürlər. Bu halda isə korkoranə sevgi təzahürü özlərinin də fərqinə varmadan səhvlərə yol vermələrinə gətirib çıxarır. Psixoloq Narınc Rüstəmova valideynlər üçün həyəcan təbili çalır. Mütəxəssis çoxuna adi görünən valideyn-övlad öpüşməsinin arxasında ciddi problemin olduğunu deyir.
Milli.Az lent.az-a istinadən N.Rüstəmovanın övladını əzizləyən ata-analara bir neçə məsləhətini təqdim edir.
Sosial şəbəkələrdəki fotolarda valideyn-övlad sevgisinin şahidi olan psixoloq bu mehriban münasibətin sevinci ilə yanaşı məyusluğunu da yaşayıb. Onların bir-birinə necə bağlı, sevgi dolu olmaları görünsə də, bəzi şəkillər mütəxəssisi ciddi məsələlər üzərində dayanmağa vadar edib: "Bəzi şəkillərə baxanda başa düşdüm ki, bunun çox dərinliyinə varsaydılar, belə böyük yanlışlığa yol verməzdilər. Qadınlar emosional varlıqlardır, bəlkə də onlardan bu cür addım gözləmək olardı. Ancaq bir atanın profilində balaca oğluyla öpüşmə səhnəsinin şahidi oldum. Bu mənzərə məni danışmağa vadar etdi. Nə ata, nə də ana üçün bu, yolverilməzdir. Uşaqların məhrəm yerlərinə toxunmaq, bunu bir oyuna çevirmək olmaz! Oyun şəklində dodaqdan öpüşmə uşaqlarda cinsi mövzulara qarşı münasibəti dəyişir ki, bu da yaşıdlarına və həmcinslərinə qarşı cinsi fikirləri ortalığa çıxarmasına gətirib çıxarır".
N.Rüstəmova qeyd edir ki, uşaqlara məhrəm yerlərinin toxunulmaz olduğunu kiçik yaşlarından öyrətmək vacibdir. Çünki gələcəkdə kollektivdə özlərini tualetə gedəndə tək başına qoruya bilsinlər. Tualet və hamam ehtiyaclarını isə uşaqlar maksimum 6 yaşdan sonra özləri etməlidirlər: "Məhrəmiyyət ilk olaraq ailədən başlamalıdır ki, bu,
bir model kimi oturuşsun, adət halını alsın. Lütfən, əziz valideynlər, sevgi ehtiyaclarınızı həyat yoldaşınızdan tələb edib ödəyin. Xüsusən də, 3-6 yaş arası uşaqların "mən"inin formalaşan vaxtı ilk ideal gördüyü valideyninə hədsiz sevgi və bağlılığa aldanıb, belə səhvlərə yol verməyin. Əmin olun ki, bu, tamamlanmamış məhəbbətin nəticəsidir. Sonrakı peşmançılıq fayda verməz. İnanın, ətrafda bu qədər mənfi informasiya dolu mühitdə uşaqlar erkən cinsəlliklə rastlaşırlar. Bir də üstəlik biz onlara yüklənməyək".
Milli.Az
XƏBƏR LENTİ
Körpələrin gec yeriməsi
Karamelli keks (foto resept)
Soçi: Ukraynanın idmançıları Yanukoviçə quldur deyərək yarışdan imtina etdilər
Metropoliten gücləndirilmiş rejimə keçdi
Tərcümə olunmayan sözlər
"Zemheri"nin aktrisası 1-ci oldu
"Milli Şura Rüstəm İbrahimbəyovun istefası ilə mövcudluğunu dayandırdı"
Leyla Əliyeva sərgidə - FOTO
Uill Smit xəstəxanalıq oldu-SƏBƏB
Yeni il ağacını necə bəzəməli?
Masazırda bəzi evlər sökülə bilər
Nazirin paylatdırdığı kartlar nə qədərdir?
Tarixdən...(4)
Merve Özbeydən Demet Akalın açıqlaması
iPad Air-in istehsal dəyəri azalıb
Humus (foto resept)
"Bir qadının səs vermək üçün evdən çıxması ərinin verəcəyi iznə tabe deyildir."
5 kiloqram arıqladan kök pəhrizi.
Bill Geyts ideal inəyin yaradılmasına 40 milyon dollar ayırdı
Günün ulduz falı
WhatsApp-dan Google bombası
Xəyallarımızdakı evlər
BÜRCLƏR bizə nə vəd edir?-28 İyul
Skype-da daha bir yenilik işə düşdü
Qadınların əl və ayaqları nəyə görə üşüyür?
Dünyanın ən bahalı evləri
Rusiyada tədris ilində yeni qayda
Hollandiya - Argentina: 2-4
"Banan" pirojnası (foto resept)
Xamalı peçenye (foto resept)
Cinsi istəksizlik yaşayan qadınlar: problemlər, səbəblər
Ölkələrin gözəlliyinə gözəllik qatdı
Bahalı əməliyyatları bahalı edən nədir?
Bakıda 37 metrlik yolka qurulur - FOTO
63 ildir hər gün 1 kilo qum yeyən qadın
Bizi yuxusuz qoyan nədir?
İlham Əliyev Nazirlər Kabinetini topladı - YENİLƏNİB + CANLI YAYIM
Vəfat etmiş ananın qəza namazlarını kim qılmalıdır?
Yun paltarlara qulluq- Vacib qaydalar!
Uşaqlarına- "Aza, Oyalı,Taz..." adlarını qoymaq istədilər
BÜRCLƏR bizə nə vəd edir? -13 İyun
Planetimizin iki yeni peyki kəşf edildi
Hər üç adamdan birinin banka borcu var
Yeni tərz: Batik saçlar
Avtomobildəki qaz-əyləc sistemi və ürək
Bu insan 25 ildir ancaq pizza yeyir
Aclıq hissini yox edin
Demet Akalın İremle barışdı_FOTO
HAVA necə olacaq?-13 FEVRAL
Ərikli pirojnalar (foto resept)
- ŞƏRHLƏR