Heydər Əliyev Fondunun təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan Parisin ürəyində” adlı layihə çərçivəsində Parisdə “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” mövzusunda konfrans təşkil olunub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva konfransda iştirak edib.
Konfransın aparıcısı görkəmli politoloq Pyer Konesa Fransa cəmiyyətində tolerantlıq mövzusunun hər zaman aktual olduğunu bildirərək Azərbaycan tərəfindən bu sahədə atılan addımların əhəmiyyətindən danışdı. O, Heydər Əliyev Fondunun Parisdə təşkil etdiyi konfransda həm Azərbaycanın, həm də Fransanın nüfuzlu din xadimlərinin və dini təşkilatların nümayəndələrinin iştirak etdiyini bildirdi və burada aktual məsələlərin müzakirə olunacağını vurğuladı.
Parisin 1-ci rayonunun meri Jan Fransua Löqare bu gün dünya gündəmində tolerantlıq mövzusunun daha aktual olduğunu bildirdi. O, dünyəvi məsələ olan bu mövzuya Azərbaycanın göstərdiyi marağın nümunəvi xarakter daşıdığını diqqətə çatdırdı.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva konfransda çıxış edərək ölkəmizin tarix boyu sivilizasiyaların və mədəniyyətlərin qovuşuğunda yerləşdiyini, Asiya ilə Avropa arasında körpü olduğunu və bu amillərin mədəniyyət müxtəlifliyinin yaranmasında mühüm rol oynadığını bildirdi. “Tolerantlıq ənənələri bizim ölkədə indi də yaşayır. Azərbaycan həm İslam Konfransı Təşkilatının, həm də Avropa Şurasının üzvüdür. Biz mədəni və tarixi irsimizlə fəxr edirik”,- deyən Mehriban Əliyeva Azərbaycanda məscidlərin, kilsələrin və sinaqoqların mövcudluğunu diqqətə çatdırdı və ölkəmizdə bütün dini azadlıqların təmin edildiyini bildirdi. Vurğuladı ki, Azərbaycanda bütün dinlərin nümayəndələri eyni hüquqa malikdirlər, heç vaxt ölkəmizdə dini, milli zəmində heç bir qarşıdurma baş verməyib. Birinci xanım Mehriban Əliyeva diqqətə çatdırdı ki, ölkəmizdə tolerantlıq ənənələrinin qorunmasında dövlət-din münasibətləri mühüm rol oynayır, Azərbaycanda yaradılan şərait onu deməyə əsas verir ki, multikulturalizmin alternativi yoxdur. Rəhbərlik etdiyi Heydər Əliyev Fondunun digər dinlərə də xüsusi diqqət göstərdiyini deyən Mehriban Əliyeva Luvr muzeyində İslam mədəniyyəti bölməsinin təşkilində, Romada katakombaların bərpasında, yəhudi uşaqlar üçün təhsil imkanlarının yaradılmasında, Strasburq və Fransanın digər regionlarındakı kilsələrin təmirində Fondun yaxından iştirak etdiyini bildirdi.
Mənbə: ANS PRESS
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Gözəl xanımlar üçün...
Balıqlı yuvacıqlar(foto resept)
2013-2014-cü il payız-qış mövsümünün ən gözəl dırnaq boyaları
Avropa İttifaqı Gürcüstanı təhlükəsiz ölkələr siyahısından çıxardı
Cənnətdən bir parça - Ana
Bakının bir hissəsi susuz qalacaq
Detoks təsiri yaradan ərzaqlar
Emin konsertlərindən imtina etdi-SƏBƏB
“İş rejimi oruc üçün üzr sayıla bilməz”
Prezident şəhid general Polad Həşimovun adının ədəbiləşdirilməsi barədə göstəriş verdi
Günün qoroskopu: qələbələr asan başa gəlməyəcək
Əqrəb və Tərəzi bürcü uyğunluğu
Ay dəlikləri
Şəklə baxın və xarekterinizi öyrənin
Maraqlı şəkillər
Səyahət haqqında qurulan xəyallar və həqiqət!
Kremli kek (foto resept)
Gecə aclığının qarşısını alan qidalar
Şevval Şam yenidən hakim qarşısında-SƏBƏB
Saçınızı düzləşdirmək üçün fenə ehtiyac yoxdur!
İŞİD-ə qarşı quru hərəkatı başladı
Elnur Hüseynov birinci oldu
Ajda Pekkan Bakıda konsert verəcək
Yanğınsöndürən göz yaşlarına hakim ola bilmədi-SƏBƏB
Cəbhədə son VƏZİYYƏT
Telefonsuz qalmayan qızın barmaqları bükülmür FOTO
Antiseptik yoxdursa, araqdan istifadə etmək olarmı?
Oruc tutmağın faydası
Göbələk xəstəlikləri
İtalyan deserti (foto resept)
Viktor Hüqonun Məhəmməd Peyğəmbərə (s.ə.s) həsr etdiyi şeir
Obamadan tarixi çıxış
Bu barədə anan heç vaxt səninlə danışmayıb
Hər gün bir qaşıq bal və darçın
DİQQƏT – Bakıda dövriyyədə saxta pullar var
Siqareti atdıqdan sonra izləməli olduğunuz yollar
Eurovision-2016-nın bütün finalçıları bəllidir
Azərbaycanın sürüşmə və subasma təhlükəsi olan əraziləri AÇIQLANDI
Prezident maaşları artırdı
HAVA necə olacaq?
Türkiyənin baş naziri Binali Yıldırım olacaq?
Ən ağır dərdləri onlar sağaldır
Görkəmli bəstəkar Qara Qarayevin ad günüdür
Twitter, Facebook və YouTube-a senzura
Hərbçilərimiz Helsinkiyə gedir
Kürk geyindiyi üçün təhqir olundu-FOTO
"Instagram" çökdü
Acun məhkəməyə müraciət etdi: "Zuhalın verilişi bağlansın"
Barmaqlarınızın formasına görə xarekteriniz
Pendirli kartof kotleti (foto-resept)














