Hər qadın ana ola bilməz. Bu fizioloji xüsusiyyətlərdən və ya hər hansı bir əskiklikdən irəli gəlmir. Analıq sonradan öyrənilmir. Bu daxildən gələn bir hissdir və səninlə birgə mövcud olur. Bu hissin toxumlarını qəlbində daşımayan qadınlar həqiqi analığı dərk edə bilməz. Başqa sözlə desək, bəhsini etdiyim “analıq” elə ola bilər ki, övlad sahibi bir qadında olmasın, övladı olmayan bir qadında isə olsun. Həmişə bu fikri müdafiə etmişəm ki, Tanrı bizim ödəyə bilmədiyimiz ana haqqı üçün kəffarə kimi cənnəti onların ayaqları altına sərmişdir. Təbii ki, bu həm də, anaya verilən dəyər, “analıq” hissinə biçilən meyardır.
İnsan həyatı boyu süni məqsədlərlə yanaşı gerçək bir məqsəd uğrunda savaşır Cənnəti qazanmaq üçün, Cəhənnəmin eşiyindən dönən insan cənnəti çox uzaqlarda axtarır, Cənnət bir ananın gülümsəməsində gizlidir. Bir övladın xoş sözündə. Cənnət bir ananın fədakarlığında gizlidir, bir ömrün fədasında. Bu dünyada xoş gün yoxdur, bu dünya “cəhənnəmdir” deyənlər, bir ananın övladına qürürlanan baxışlarını, qıvrılan dodaqlarını görməmişmi? Cənnət bu dünya üçün o qıvrımlarda gizlidir.
Öz canından can, nəfəsindən nəfəs verən birindən bəhs edirəm. Həyat dediyimiz o nəfəsdə mövcuddur. Keçmişə qayıtdım bir an... Hər uşağın elədiyi dəcəlliklər düşdü yadıma bir-bir. Cavan bir qadın göründü gözümə. Şux qamətli, uzun qara saçları, sevgiylə parıldayan gözləri, həmişə sarılmağa hazır qolları, bir “ana” göründü gözümə. Ömründən ömrümə calayan... Sonra qayıtdım indiyə.. Yer-yer bəyazlamış saçları, əyilmiş qəddi azacıq. Amma dəyişməz olaraq qalır hələ də, qolları açıq, baxışlarında sevgi yağır. Biz bilməsək də, Tanrı cənnəti hər anayla parça-parça yollayır. Biz bilməsək də, Tanrı hər dünyaya göz açan ana ilə, övlada cənnət yaradır. Biz ayaqlarının altında sanarkən cənnəti, hər ana cənnətmiş, buna görə onun boynuna qollarımızı hər doldadığımızda, hər nəfəs alışımızda cənnət qoxusun alırmışıq biz...
Müəllif : Həsənova Aydan
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Bakı avtobusu: sərnişinlərin taleyi ilə oynayırlar
Vətənində əcnəbi sayılan qız: Danışanda şoka düşürlər - FOTO
Qadin.Netlə birlikdə hamiləlik (26-cı həftə)
Qarpızlı və pomidorlu Gazpacho (foto resept)
Ev şəraitində hörgülü toppuz yığmaq üsulu
2018-in çimərlik saç modelləri
Alimlər bioloji həyatın ola biləcəyi yeni planet aşkarlayıb
Bit nədir, növləri hansılardır?
Dəbli görünmək üçün tövsiyələr
Texas pirojnası (foto resept)
"Xolesterini yüksək olan daha çox yaşayır"
Məşhur müğənni koronavirusdan öldü-FOTO
Paşinyan bir saat ərzində iki dəfə Putinə zəng etdi
Azərbaycanda planşet istehsalına başlanacaq
Di Kaprio yeni filmdə qatil obrazını canlandıracaq
Məşhur model yeni ili çimərlikdə qeyd edir-FOTO
İlkin təəssürat: inanaq, ya yox?
Qarpızdan zəhərlənməmək üçün...
Azərbaycan çaylarının suyu azalıbmı?
Günün qoroskopu: Münaqişələrdən uzaq olun!
Azərbaycan uşaqları internetin mənfi təsirindən qoruyacaq
Qozlu, kremli kürəciklər (foto resept)
Pomidorlu qəlyanaltı(foto resept)
Kimlər daha çox boşanırlar?
Məşhur aktyor blogerlə sevgilidir-FOTO
Heyrətlə baxacağınız 10 gizli EV - FOTO
Hamilələrə necə davranmalı?
Sizi "tox" saxlayacaq 7 qida
“Uşaq Avroviziya-2018” mahnı müsabiqəsinin qalibi bəlli oldu
Şahzadənin əkizləri oldu
Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq
Bakıda baş verən yanğına görə şirkət rəhbəri tutuldu
HAVA necə olacaq?-13 Oktyabr
16-cı əsrə aid Moğol məscidinin hind məbədinə çevrilməsinə qərar verildi
Uşaq çantası (özün düzəlt)
18 oktyabr Milli Müstəqillik günüdür!
Özünü məşhur aktrisalara bənzətdi
Xankəndidə həyəcan siqnalı verilir - VİDEO
Priyanka Çopra ana olmağa hazırlaşır-FOTO
Qadın çox danışırsa, nə istəyir?
Aldığı saatın içində 25 min avro tapdı
HAVA necə olacaq?-20 İyul
Boşananların aliment dərdi
Bu şəxslər Həccə gedə bilməyəcək
Qadin.Netlə bağlı ən xoş xatirələrimiz - 3
Göz makiyajı
Azərbaycanda rəqəmsal TV siqnallarının əhatə zonası genişləndirilir
Qonaq otağı mebelləri
Kəbədə qəza
Maraqlı ev dekorasiyaları















- ŞƏRHLƏR