“Oruc tutmaq hər bir müsəlmana vacib buyurulmuş hökmdür. Hər hansı gündəlik iş rejimi üzr sayıla bilməz”. ANS PRESS-in xəbərinə görə, bu barədə məlumat Qafqaz Müsəlmanları İdarəsinin rəsmi saytının “Şəri sual və cavab” bölümündə Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadəyə yönəldilmiş suala verilən cavabda bildirilib.
Sayt rəhbərliyi maraqlı olacağını düşündüyü bu sualı və cavabını oxucularla bölüşüb.
Sual:
Salam hörmətli Şeyximiz, mən dövlət idarəsində çalışıram, bizim idarədə ciddi və məsuliyyətli iş rejimi var. Bundan əlavə, məndə bir neçə xəstəlik var ki, bunlardan biri də təzyiqimin aşağı olmasıdır. Yeməyimi vaxtında yeməyəndə şiddətli başağrıları olur, buna görə də 1-2 gündən artıq oruc tuta bilmirəm. Bir neçə dəfə istəmişəm ki, oruc tutum, lakin bu zaman başağrıları olur, bu da işdə işimi lazımınca və keyfiyyətlə yerinə yetirməyə imkan vermir. İstirahət günündə evdə olanda oruc tuta bilərəm, bu zaman çoxlu yatıram və başımın ağrımağı o qədər də əziyyət vermir.
Bilmək istəyirəm ki, mənə oruc tutmaq vacibdir yoxsa yox? Əgər vacib deyilsə, gündəlik ehtiyacı olanlara nə qədər maddi yardım etməliyəm?
Cavab:
Oruc tutmaq hər bir müsəlmana vacib buyurulmuş hökmdür. Mübarək Ramazan ayında yalnız oruc tutulduğu təqdirdə fəsad yarada biləcək bir xəstəlik üz verdikdə bir şəxs oruc tutmaya bilər. Hər hansı gündəlik iş rejimi üzr sayıla bilməz.
Sizin vəziyyətinizə gəldikdə isə, peşəkar bir həkimə müraciət etməniz məsləhət görülür. Əgər dindar və öz işində mütəxəssis olan həkim Sizə oruc tutmağı qadağan etsə, o zaman oruc tutmaya bilərsiniz. Lakin sonradan sağlamlığınız bərpa olduqdan sonra oruc tutmadığınız həmin günlərin qəzasını yerinə yetirməli və hər bir gün üçün də 750 qram buğdanın pulunu fəqir və yoxsula verməlisiniz.
Gərgin iş rejimində çalışan şəxslərə Mübarək Ramazan ayı daxil olarkən Əmək Məcəlləsində nəzərdə tutulduğu qaydada məzuniyyət götürmək məsləhət görülür. Həmçinin iş rəhbərindən Ramazan ayı boyunca iş rejiminin yüngülləşdirilməsi də xahiş edilə bilər.
Allah ibadətlərinizi qəbul etsin.
Qafqaz Müsəlmanları İdarəsi, Fətva şöbəsi
XƏBƏR LENTİ
HAVA necə olacaq?-6 oktyabr
Sızanaqlı dərilər üçün maskalar
Azərbaycanda səfərbərlik gözlənilir? - RƏSMİ AÇIQLAMA
Azərbaycan tarixindən yüz şəxsiyyət-84
Əzələ yığını olan "müsəlman div"
Məşhur pəhrizlər insanı dişsiz qoyur
Vafli (foto resept)
Kanye Uest Kardaşyana etibar etmir
Rəqəmləri birləşdir-4
14 barmaqdan hansını kəsmək qərarı həkimləri düşündürdü
Bakı əhalisinin sayı açıqlanıb
Ramazan ayının 17-ci gününün imsak və iftar vaxtları
Məşhur model körpəsinin cinsiyyətini açıqladı
Madonnanın şəxsi məlumatları ələ keçirildi
Müəllimlərin yerdəyişməsi üzrə müsabiqənin qaydaları dəyişib
Azərbaycan idmançıları birinci oldular
Neftçi" Avropa Liqasında!
Qışda dondurmanın faydaları - Ekspert rəyi
Azərbaycanda 18 yaşlı tələbə magistraturaya daxil oldu!
Uşaqların əmək tərbiyəsi
Böyük Britaniyanın nüfuzlu "Politics First" jurnalı Azərbaycandan yazdı
101 yaşlı veteran paraşütlə rekord vurdu
Gəlinliklər
Mavi şəhər
Alişanın qeyri-adi toy dəvətnaməsi-FOTO
Hazal Kaya ərə gedir-FOTO
Hərənin öz tayı (test)
Vitaminlər - hansı nəyə xeyirdir? - ARAŞDIRMA
Uşaqların ürəyini yoxlatdırmaq mütləqdir
Dünya çempionatında Qurani-Kərim paylanılır
Azərbaycanda əcnəbilərlə evlənənlərin sayı artıb
Rusiyada viza rəsmiləşdirilməsində yenilik olacaq
Pul xərcləmədən asılqan düzəltmək
Almaniya - Braziliya: hansı kanalda?
Azərbaycan milli uşaq oyunları-8
Şəkərdən çox istifadə etdiyinizi göstərən hallar
2 mil il yer altında qalan heykəl tapıldı
İnsan 5300 il əvvəl nə yeyirdi?
Bakıda ilkin mənzil bazarında qiymətlər necədir?
Azərbaycan və Pakistanın birinci xanımları görüşüblər
Dilbər dodağı (foto-resept)
Samuxda yeniyetmə taekvandoçular arasında açıq birincilik keçirilib
Mövsümi məhsullar ucuzlaşdı
Ancelina Coli:"Hesab edirdim ki..."-FOTO
Müəllimlərin maaşı 40 faizə qədər artacaq
Düzgün qarşılıqlı münasibət qurmağın sirləri
Dolu dabanlı ayaqqabılar
İri, parlaq və bərk çiyələklər təhlükəlidir? - RƏSMİ CAVAB
Yalnız qadınların gündəlik həyatı
Bakı fəlakətə yaxınlaşır














