
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sisteminin yaradılması haqqında fərman imzalayıb.
Milli.Az Azər tac-a istinadən xəbər verir ki, sənəddə deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 2 aprel tarixli 359 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın 10.2.4-cü yarımbəndinə uyğun olaraq dövlət orqanlarında elektron sənəd dövriyyəsinin və vətəndaşların müraciətləri üzrə kargüzarlığın elektron formada aparılmasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sistemi (bundan sonra – informasiya sistemi) yaradılsın.
2. “Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sistemindən istifadə Qaydaları” təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası:
3.1. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birlikdə vətəndaşların müraciətlərinin elektron qeydiyyatı proqramı əsasında informasiya sisteminin yaradılmasını və 2015-ci il iyulun 1-dək tətbiq olunmasını təmin etsin;
3.2. informasiya sistemi qovşaqlarının fəaliyyətində informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə yerli icra hakimiyyəti orqanlarının həmin sistemdən istifadə edəcək məsul şəxsləri barədə məlumatı ümumiləşdirərək, müvafiq tədbirlər görülməsi üçün bir ay müddətində Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinə təqdim etsin;
3.3. informasiya sisteminin tətbiq olunması ilə əlaqədar həmin sistemdən istifadə üçün bilik və vərdişlərin artırılmasını və ondan təhlükəsiz istifadəni təmin etmək məqsədi ilə yerli icra hakimiyyəti orqanlarında müntəzəm təlimlərin keçirilməsini təşkil etsin.
4. Yerli icra hakimiyyəti orqanları:
4.1. informasiya sisteminə daxil edilən məlumatların dəqiqliyinin, tamlığının və etibarlılığının təmin edilməsi üçün tədbirlər görsünlər;
4.2. informasiya sisteminin fəaliyyətinin təşkilini, istifadəsini və təhlükəsizliyini təmin etsinlər;
4.3. informasiya sisteminin tətbiqi üçün tələb olunan texniki vasitələrin alınması və lazımi iş şəraitinin yaradılması məsələlərini həll etsinlər.
5. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi:
5.1. informasiya sisteminin mərkəzləşdirilmiş server avadanlığına texniki xidmət göstərilməsini təmin etsin;
5.2. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birlikdə informasiya sisteminin fasiləsiz fəaliyyətini və proqram təminatına dəstəyi təmin etsin.
6. Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi:
6.1. yerli icra hakimiyyəti orqanlarının informasiya sisteminə qoşulması üçün onları zəruri telekommunikasiya kanalları ilə təmin etsin;
6.2. informasiya sisteminin təhlükəsizliyinin təmin edilməsi üçün Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi ilə birlikdə müvafiq tədbirlər görsün.
7. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası bu Fərmanın icrasına nəzarəti həyata keçirsin".
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Nəqliyyat sektorunda vahid ödəniş sistemi olacaq
Qadınlarsız demokratiya?
İstirahətdən sonra iş rejimini necə bərpa edək?
Kiyevdə müxalifət fəalları prezident iqamətgahı və hökumət binasının girişlərini nəzarətdə saxlayır
Tələbələr kirayə ev tapmaqda niyə çətinlik çəkir?
Ana südü körpələrin stressini azaldır
Məni sevdiyini deyirdin...
Cazibədar xanımlar üçün aksessuarlar
Stounhenc
Platformalı ayaqqabı modelləri
Gülben Ergenin sevgilisi məhkəməyə müraciət etdi-SƏBƏB
70 il sonra gəlinlik geyindi-FOTO
Qorxunc görünən 8 tərz xətası
Soyuducuda nəyi hara qoyaq?
Səfirimizdən ermənilərə cavab
Qarlı hava şəraiti Bakı aeroportunun işinə təsir etməyib
Bakıda ən çox hansı kitablar oxunur? – SORДћU NƏTİCƏLƏRİ
Qafqazın müsəlmanları və xristianları bir araya gəlir
Mətbəxiniz üçün modern fikirlər
3 mindən çox ölü, və yenə zəlzələ
Eyni gündə həm ata, həm də baba oldu-FOTO
Dörd hərbi qulluqçu həbs olundu - RƏSMİ
Oğlan sevgilisinin xəyatını xilas etdi
Bu günün hava proqnozu
Birinci sinfə elektron qeydiyyat dayandırıldı
Gözəllik müsabiqəsinin iştirakçısı həyat hekayəsi ilə təəccübləndirdi
Günün ulduz falı
Uşaqlara oxumaq həvəsinin aşılanması
Ermənistan ərazisindən Qubadlı rayonu atəşə tutulur - RƏSMİ
"Seqvey"lərdən istifadə fiziki hərəkətsizliyi artırır
Makaron yeyərək arıqlayın
HAVA necə olacaq?
Məşhur aktyor xəstəxanalıq oldu-SƏBƏB
Sabahın hava proqnozu
Şuşanın havadan görüntüsü - VİDEO
Sabahın HAVAsı
Onların dərsi 30 dəqiqə olacaq
5 aylıq hamilə olsa da kimsə inanmadı-FOTO
Zakir Həsənovdan hərbçilərə təbrik
Günün qoroskopu:Sürprizlər vəd edən zamandır
Simsiz fərdi kompüterlər buraxılacaq
Selfi üçün qadağa
Təhsil naziri vəzifəsini icra edən şəxsin adı açıqlandı
İpoteka üçün müraciət edənlərin sayı azalıb
Ağcaqanadlar koronavirus yayır? - Alimlərdən şok açıqlama
Evlər kəskin bahalaşacaq
Qış şorbası (foto-resept)
26 iyun Silahlı Qüvvələr Günüdür!
Cemli piroq (foto resept)
Dəbli pencək modelləri















- ŞƏRHLƏR