Qeyri-adi bir həyat hekayəsi olan 19 yaşlı Mehdiyə Kərimi Yanvar ayında Belçikada keçiriləcək "Miss Belgium 2021" gözəllik müsabiqəsinin namizədlərindən biri seçilib.
Qadin.Net publika.az-a istinadla xəbər verir ki, yalnız 2,5 ildir ki, Belçikada yaşama statusu alan Mehdiyə Əfqanıstan əsilli qaçqındır.
Əfqanıstanın Məzari-Şərif şəhərində yaşayan Mehdiyənin İran, Türkiyə və Egey dənizi üzərindən Avropaya macərası 14 yaşında ikən atasının öldürülməsindən sonra başlayıb.
Məzari-Şərifdə 50 yaşlarında olan bir kişi 14 yaşı tamam olmuş Mehdiyədən dördüncü arvadı olmasını istəyib. Ancaq atası buna icazə verməyib.
Bundan sonra yaşananları Nieuwsblad qəzetinə danışan Mehdiyə Kərimi, "Bu, uzaqgörən atama onun həyatı bahasına başa gəldi. Bir müddət sonra o, dəhşətli şəkildə öldürüldü" deyib.
Atası öldürüləndən sonra artıq təhlükəsiz olmadıqlarını söyləyən anası, əşyalarından nəyi mümkündürsə sataraq, Mehdiyə və ondan 7 yaş böyük qardaşını ölkədən çıxarmaq üçün insan qaçaqçılığı ilə məşğul olan tacirlərə müraciət edib.
İnsan trafikinqi ilə məşğul olan tacirlər Mehdiyə və onun qardaşını 40-50 nəfərlik qrupla birlikdə bəzən avtomobildə, bəzən qatır belində, bəzən isə piyada olaraq əvvəl İrana, oradan da Türkiyəyə çatdırıblar.
Mehdiyə danışır ki, səyahət zamanı kişilər və qadınlar gecələri bir-birindən ayrı qaldıqları üçün, o, qardaşının yanında yatmırdı və buna görə də, gecələr qorxudan yuxuya gedə bilmirdi.
Bir il qaçqın düşərgəsində
Türkiyədən Egey dənizi ilə plastik qayıqlarda Mehdiyə və qardaşı, dənizdə batmaq təhlükəsi də daxil, bir çox sərgüzəştdən sonra Yunanıstana çata bildilər. 2016-cı ildə Belçikaya gələn bacı-qardaş təxminən 1 il qaçqın düşərgələrində qaldı.
Belçika rəsmiləri Ghent şəhərinə köçən qardaşının sığınacaq üçün müraciətini təsdiqlədi. Ancaq Mehdinin hekayəsinə inanmadıqları üçün sığınacaq vermədilər.
12 yanvar 2001-ci ildə anadan olduğunu söyləyən Mehdiyə deyir ki, Belçikaya gələndə 15 yaşında olub, lakin keçdiyi rəsmi testlərdə yaşı 18 çıxdığı üçün müraciəti rədd edilib.
Bundan sonra daha bir müraciət cəhdi edən Mehdiyə Kəriminin sığınacaq xahişi nəhayət təmin edilib.
Dil kurslarını bitirdikdən sonra o, orta təhsilə başlayır.
Hal-hazırda o, həm oxuyur, həm də işləyir.
Əfqanıstanda gözəllik müsabiqəsi kimi bir yarışmanın olmadığını söyləyən Mehdiyə Belçikadakı müsabiqənin elanını görəndə həmin müsabiqədə iştirak etmək istəyib.
Cəmiyyətin təklif etdiyi fürsətlərdən yararlanmaq istədiyini deyən Mehdiye Kərimi öz qərarını belə izah edir: "Gözəllik kraliçası tacına sahib ola bilsəm, bu, bütün qaçqınlar üçün bir nümunə olacaq. Qaçqınlar qorxaq insanlar deyil".
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Rezin əlcək koronavirusdan qoruyur? - ÜST AÇIQLADI
Birinci xanımın baharı
Mətbəxdə işinizi asanlaşdıracaq bilmədiyiniz 25 QIZIL QAYDA
Azərbaycanda daha 329 nəfərdə koronavirus aşkarlandı, 7 nəfər öldü
Tələbələrə bunu geyinmək qadağan olundu!
İşgüzar xanımların seçimi
Maraqlı hamam əşyaları
Dilan və Birkan AYRILDI
Hansı halda pişik və itdən koronavirusa yoluxa bilərsiniz?
Bədən istiliyini artıran qidalar
Putin peyvəndləmə tədbirləri ilə bağlı göstəriş verdi
Doğum gününə görə xarekter (oktyabr)
Hande Erçel Çeşmədə dincələrkən-FOTO
Real həyatda cizgi film qəhrəmanları
"Recep İvedik" Ebru Gündeşi yamsıladı-VİDEO
Azərbaycan Yazıçılar Birliyinin yeni mətbuat katibi təyin olundu
Azərbaycanda "üç"lə "yeddi"lər birləşdirilir
Azərbaycanın qəhrəmanları
Sevgilisini gömrükdən çamadanda keçirmək istədi
Bakıda atəşfəşanlıq olacaq
DİM bakalavrlara müraciət etdi
Koornavirus mutasiya keçirdi - Amerikalı alimlər kritik dəyişikliyi açıqladı
"Filadelfiya" rollı (foto resept)
Azərbaycanlıdan Qalileyi qəbirdə döndərən BƏYANAT
Düşmən mülki əhalini hədəfə aldı: Tərtərin kəndi atəşə tutuldu - FOTO
Rusiyanı gözləyən fəlakət
Ehud Barak Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv olub
BÜRCLƏR bizə nə vəd edir?-14 İyul
Oktyabrın 1-dən gecə reysləri bərpa olunur
Rusiya muzeyində Nizami Gəncəviyə qarşı saxtakarlıq
"Exit-poll"un nəticələrinə görə, İlham Əliyev seçkilərdə inamlı qələbə qazanıb
Səhiyyə Nazirliyi: Hüquqlarınızı tələb edin
Yuxusuzluğun sağlamlığa mənfi təsirləri
Şagirdlərinin gözü önündə tısbağanı yedizdirdi -Həbs olundu_FOTO
Arıqlamaq istəyirsinizsə, nahar yeməyinizi...
Azərbaycanda ictimai nəqliyyatın hərəkəti adi rejimdə davam etdiriləcək
Rusiya Qarabağ müharibəsindən nəticə çıxarıb PUA-larla silahlanacaq
Şərf, papaq, əlcək- zəriflik üçbucağı
20 Yanvar faciəsi
Serenay 6 minlik çəkməsi ilə diqqət çəkdi-FOTO
Fransanın ən böyük kilsələrindən biri yanır - VİDEO
Bu ilin dəbi - narıncı
ABŞ-da 10 nəfər soyuqdan öldü
Ərzaq məhsulları ucuzlaşıb
Həftədə 5 dəfə 1 ovuc çərəz...
Erməni silahlı qüvvələrinin gizləndiyi beton sığınacaq - VİDEO
Evlər kəskin bahalaşacaq
İlanla evləndi-FOTO
İki körpə atasız qala bilər!
Hadisədən Qalmaqallı FOTO














