
Bakı Bulvarına yeni attraksionlar gətirilir. Bununla da köhnələr yeniləriylə əvəz olunacaq.ANS TV-nin məlumatına görə, Bulvar ərazisində uşaqların təhlükəsizliyini təmin etmək məqsədilə istismar müddətini başa vurmuş attraksionlar yenisiylə əvəz olunacaq. Artıq iki attraksion sökülüb və bu ilin sonuna qədər yeni attraksionlar gətiriləcək.İstismar müddətini başa vuran attraksionlar bir növ təhlükə mənbəyidir. Məhz bunları nəzərə alaraq Dənizkənarı Bulvar İdarəsi ərazisində istismar müddətinin başa vuran attraksionlar yenisilə əvəzlənir. Köhnə attraksionların yerində müasir standartlara cavab verən attraksionlar quraşdırılacaq. Təzə attraksionlar İtaliyadan gətiriləcək. Köhnə karusellər artıq görtürülüb və onların yerində quraşdırılacaq yeni attraksionların bünövrəsi qoyulmağa başlayıb.“Bu ilin sonuna qədər, 4 attraksionun yerinə ən müasir və İtaliyada istehsal olunan yeni attraksionlar quraşdırılacaq. Artıq quraşdırılması nəzərdə tutulan attraksionların ölçüləri də məlumdur. Attraksionların bünövrələri hazırdır və ilin sonuna qədər onların istifadəyə verilməsi planlaşdırılıb”, – deyə Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov qeyd edib.Nazim Məcidov onu da bildirdi ki, yeni attraksionların gətirilməsinin qiymətlərə heç bir təsiri olmayacaq. Yəni qiymətlər əvvəl olduğu kimi qalacaq.“Yalnız 1-2 attraksion var ki, onlar 5 manatadır. Qalanlari isə 1 manatdan başlayır. Qimətlərdə dəyişiklik olmayacaq”.Dənizkənarı Bulvar İdarəsindən onu da dedilər ki, attraksionların təhlükəsizliyi hər zaman nəzarətdədir və tez-tez yoxlanılır. Həmçinin Fövqəladə Hallar Nazirliyinin də əməkdaşları attraksionlara baxış keçirir və onlara sertifikat verirlər. Hazırda Dənizkənarı Bulvar ərazisində 26 attraksion fəaliyyət göstərir.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Biometrik bazar böyüyür
Qarğıdalı salatı (foto resept)
Utancaqlıq
Tiflisdə Azərbaycanın xalq artisti Səyavuş Aslanın xatirəsi anıldı
Hamilələr üçün stil dərsləri
Cins geyim dəstləri
Şaxta Baba Rusiyada qadağan olundu?
Məşhur aktrisa İmicini Dəyişdi-FOTO
Müxalif general prezident oldu
Görməniz lazım olan yerlər (3)
Bakıdakı çimərliklər təhlükə mənbəyidir
110 iş yeri üçün vakansiya
Kəbin kəsdirən zaman şahidlərin olması vacibdir?
Banalı dondurma (foto resept)
Google-un lobbiçiləri zəifləyəcək
5 il əvvəl batan gəminin indiki vəziyyəti
Çoxuşaqlılığa görə müqavimət alan analar
Azərbaycanda siqaret iki dəfə bahalaşa bilər
Qorbaçova qadağa qoyuldu
Facebook-da yenilik
Bədəninizin sizə göndəridiyi 7 mesaj
Toyuqlu-qaysılı piramida (foto resept)
Çarlz Dikkens haqqında maraqlı faktlar
"Milli Atlas" qeydə alındı
Ermənistan silahlı qüvvələri jurnalistləri hədəf aldı - VİDEO
Türkiyədə matəm elanı
NASA-dan dünyanı təəccübləndirən PAYLAŞIM
Kıvanç Tatlıtuğun xanımı barmağını sındırdı-FOTO
30 ildə ilk dəfə kinoteatrda filmə baxdılar
Leyla Əliyeva Emin Ağalarovun toyundan YAZDI - FOTO
Ən ağır iş mənim işimdir? - MÜZAKİRƏ
Sağlam dəri üçün...
Dünyanın ilk antibakterial smartfonu hazırlandı
Marsda yadplanetlilər üçün ideal yer aşkarlandı – 2020-ci ildə…
Gözəl qamətin sirləri
Zövqlü aksesuarlar
"Baku World Challenge" avtorallisinin qalibi bəllidir - YENİLƏNİB
Günün qoroskopu: vədlərə əməl olunmayan gündür
Can Yaman haqqında şok iddia
Leonardonun adası hər kəsi təəccübləndirdi
Azad söz (6-cı hissə)
WhatsApp-dan daha bir yenilik
Dünya şöhrətli yazıçının ev-muzeyində "Azərbaycan guşəsi" açılıb
Murad Bozla Aslı EVLƏNİR - FOTO
Azərbaycanda meyitdən orqan köçürülməsinə başlanılacaq
Körpənizi geyindirərkən bunlara diqqət edin!
Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
Gül bayramına 4 milyondan çox gül gətirildi
Şikayət etməyin ziyanı
Mövsümi istilər koronavirusu yox edəcək? - AÇIQLAMA















- ŞƏRHLƏR