Tiflisdə Azərbaycanın Gürcüstandakı səfirliyinin, ARDNŞ-in Gürcüstan nümayəndəliyinin, AZEBİ təşkilatının və “Dialoq və İnkişaf Fondu”nun təşkilatçılığı ilə Azərbaycanın xalq artisti, görkəmli aktyor Səyavuş Aslanın xatirəsinə həsr olunan anım gecəsi keçirilib.
APA-nın məlumatına görə, tədbiri Heydər Əliyev adına Tiflis Azərbaycan Dövlət Dram Teatrının əməkdaşı Hidayət Hüseynov açaraq Səyavuş Aslanın yaradıcılığından, Azərbaycan kinematoqrafiya tarixində özünəməxsus dəst-xəttindən, onunla bağlı xatirələrindən, Borçalıya səfərlərindən söhbət açıb, belə tədbirlərin iki dövlət arasında daha da möhkəmlənən mədəni körpü olduğunu bildirib.
Tədbirdə Azərbaycanın “Yol əhvalatı” filmində Mustafa rolunda çəkilən gürcü artisti, Gürcüstanın “Teatr və Kino” teatrının aktyoru Vaxtanq PançulidzeSəyavuş Aslanın film çəkilişində ona dəfələrlə kömək etdiyini, təcrübəsini öyrətdiyini, sadə insan, böyük aktyor olduğunu deyib.
Anım gecəsində ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəsmisi Şövqi Mehdiyev Səyavuş Aslanın baş rolda çəkildiyi “Yol əhvalatı” filmində “Zümrüd” rolunda oynayan Həmidə Ömərova ilə gürcü aktyoru Vaxtanq Pançulidze arasında canlı bağlantı yaradıb. H.Ömərova “Səyavuş Aslan aramızda yoxdur, lakin onun çəkildiyi film yaşayır. Bu gün, demək olar ki, bu filmin yubileyidir. Səyavuş Aslan böyük aktyor, təmiz ürəkli, mehriban insan kimi həmişə bizimlə olacaq. Allah Səyavuş Aslanın ruhunu şad etsin””, - deyə bildirib.
V. Pançulidze Həmidə xanımla yenə də filmlərdə çəkiləcəklərini bildirib: “Mən bizim birgə filmə çəkildiyimiz günləri unutmamışam. İnanıram ki, yenə yaradıcılıq sahəsində görüşəcəyik. İstər Azərbaycan, istərsə də gürcü filmlərində müxtəlif rollarda oynayacağıq”.
Sonra tədbirdə “Yol əhvalatı” filmi nümayiş etdirilib.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Bu qəbilənin qızları kişilərin diqqətini belə cəlb edirlər-FOTO
Həftəsonu sərnişindaşıma tam dayandırılacaq - BNA
“Facebook” 3 xidmətini bağlayır
Badımcan tortu (foto resept)
Millət vəkillərimizin Yeni il planları
Uşaqlar üçün sürpriz hazırlanır
Qarğıdalı unundan hazırlanan maskalar
Ən gülməli və qeyri-adi - Lady Gaga
Tramp Ağ Evi tərk edir-SƏBƏB
Azərbaycanda siqaret bahalaşdı
Müştəri cəlb etməyin yolları
Serenay Sarıkaya sualtı şəkillərini paylaşdı
Hər gün 1 qaşıq zeytun yağı yesəniz...
800 uşağın basdırıldığı yer aşkarlandı
Dəri problemləri üçün kartof suyu
Xaricdə təhsil almaq istəyənlərə müjdə
Azərbaycanlı idmançı dünya çempionu oldu
Arda Turanın xanımı xəstəxanalıq olub
Evlərdə çatlar yarandı
Kənan və Sinemin BOŞANMA xəbəri yayıldı-FOTO
Məktəblilər pulsuz, isti yeməklə təmin ediləcəklər
Suxarili kotletlər
Böyük Britaniya da İŞİD-i vurur
Mehriban Əliyevadan örnək addım-FOTO
Uşaqların diş sağlamlığı üçün tövsiyələr
İyulun havası: 43 dərəcə isti
11 min ailə dağıldı
Rusiya turistlər üçün açıq olan ölkələrin siyahısını genişləndirəcək
Wi-Fi-ın ziyanı xeyrindən çoxdur - ARAŞDIRMA
"Bakı-2015"in açılış və bağlanış mərasimi ilə bağlı yeni vəd
Yayda təbiətin gözəlliyi
Tənbəlliyin səbəbləri
Fransızsayağı Calzones (foto resept)
Evinizi hansı aksesuarlarla bəzəyə bilərsiniz?
Virusa qarşı antibiotiklərin dəhşətli nəticələri barədə xəbərdarlıq edildi
Çağatay Ulusoy mahnı bəstələyir-FOTO
Kəbədə yağış yağdı
Gül qurabiyəsi (foto resept)
Bu gün Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümüdür
Robert Pattinson yeni İMİCDƏ-FOTO
Azərbaycanın bu bölgəsində koronavirusa yoluxma sürətlə artır - HƏYƏCAN TƏBİLİ
Azərbaycan tarixindən yüz şəxsiyyət-62
Kitab oxumaq üçün rahat yerlər
FİFA-da prezident seçkisinin vaxtı bilindi
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Sezar salatı (foto resept)
8 fövqəladə hal zamanı düzgün çıxış yolları
Yalnız milyonçuların sahib olduqları
Nazirlikdən əlil uşaqlara xidmət
Eda Taşpınarın sevgilisi kimdir?
- ŞƏRHLƏR