Texas neftinin barreli təxminən 1%-dən çox ucuzlaşaraq dünən günün sonuna 81 dollar 01 sentə düşüb. Baş verənlər dünya bazarında neftin qiyməti üzrə proqnoz verənlərdə pessimist əhval-ruhiyyə yaradıb. Böyük Britaniyanın “Bloomberg” agentliyi bu barədə dərc etdiyi xəbərində Texas neftinin indən belə daha 4 həftə də ucuzlaşacağı barədə proqnoz verib. Eyni proseslər London birjasında da yaşanır və Brent markalı neft dünən günortaya qədər barrel üzrə 68 sent qiymət itirərək 86,15 dollara düşüb.ANS PRESS-in məlumatına görə, bu məlumat Bakıda da bir çox ekspertləri narahat edir. Çünki Azərbaycanda 2015-ci il üçün qəbul edilmiş büdcə layihəsində neftin qiyməti barrel üzrə 90 dollar götürülüb. Halbuki bir çox beynəlxalq agentliklər gələn il neftin qiymətinin barrel üzrə 60 dollara qədər düşəcəyini ehtimal edirlər. Bunun isə gəlirlərinin 65 faizinin neft sektorundan gələn Azərbaycan büdcəsi üçün təhlükəli olacağı gözlənilir.
Amerikanın günlük hasilatı son 46 il üzrə ən yüksək səviyyəyə qaldıraraq 2016-cı ildə 9,6 mln barrelə çatdırmaq niyyəti də neftin qiymətinin getdikcə daha da ucuzlaşacağını ehtimal etməyə imkan yaradır. Mütəxəssislər Amerikanın neft qiymətlərini barrel üzrə 60 dollara qədər ucuzlaşdıracağını düşünürlər, çünki ABŞ-da son illərdə geniş istehsal edilən şist neftinin hasilatı barrel üzrə 57 dollara qədər rentabellidir. ABŞ-ın nefti ucuzlaşdırmaqla Ukrayna böhranına görə cəzalandırmaq istədiyi Rusiyada isə neftin barreli təxminən 75 dollara başa gəlir. Yəni əksər ekspertlər ABŞ-ın 1980-90-cı illərdə nefti ucuzlaşdıraraq Sovet İttifaqını müflisləşdirmə siyasətinin Rusiyaya qarşı da təkrarlanacığını düşünürlər.
ABŞ və Körfəz üzrə tərəfdaşlarının dünya neft bazarında aparıcı mövqedə olması Birləşmiş Ştatların bu niyyətinə çata biləcəyini düşünməyə imkan verir. Hazırda vəziyyət belədir ki, dünyanın ən iri 10 neft istehsalçısı arasında yalnız günlük maksimum hasilatı 10,8 milyon barrel olan Rusiya, Çin (4,1 mln) və İran (3,5 mln) Amerikanın bu istəyinə qarşı çıxa bilər. İlk onluqda yer alan Səudiyyə Ərəbistanı (11,5 mln), Kanada (3,95 mln), Birləşmiş Ərəb Əmirlikləri (3,95 mln), İraq (3,15 mln), Küveyt (3,1 mln), Meksika (2,9 mln) maksimum istehsal gücü 10 milyon barrel olan ABŞ-la birlikdə dünya neft hasilatının 47 faizinə nəzarət edirlər. Əslində, dünya neftinin 5%-ni hasil edən Çinin, yaxud dünya hasilatında elə də payı olmayan digər ölkələrin bu oyuna qatışacağını düşünmək də əbəsdir. Onlar nefti əsasən ya daxili istehsal üçün istehsal edirlər, ya da hasilatları o qədər azdır ki, proseslərə təsir edə bilmədiklərindən oyunlara qoşulmurlar. Bu məsələdə dünya neftinin 12,9%-ini hasil edən Rusiya və 4%-ini hasil edən İranı 2,7%-lik paya malik Venesuela dəstəkləyə bilər. Yəni bazarın 19,6%-ni təmin edən ölkələrin 47%-lik paya malik ölkələrə qarşı güclü olacağı heç də ehtimal edilmir. Fakt budur ki, Səudiyyə Ərəbistanı və digər ölkələr OPEK daxili həmrəyliyi ABŞ-ın qeyri-rəsmi diqtəsi ilə neft hasilatını artırırlar. Bu da təbii ki, qiyməti aşağı salır.
ABŞ dünya üzrə neft istehlakını da azaltmaqla neft qiymətlərini aşağı salmağa çalışır. Hazırda Amerikada çox sayda yanacaqsız işləyən istilik elektrik stansiyaları tikilir. Günəş işığının daima dönən güzgülərlə bir nöqtəyə əks etdirilməsi əsasında işləyən bu stansiyaların tikintisi elə də baha başa gəlmir - 400 meqavat gücə malik stansiyanın tikintsinə haradasa 2 milyard dollar sərf edilir. Gələcəkdə bunun daha da ucuzlaşacağı ehtimal edilir. Həm də ABŞ-da neftdən daha çox benzin əldə etmək üçün xüsusi texnologiyalar hazırlayırlar. Məsələn, eyni neftdən ABŞ-da Rusiyaya nisbətən 4 dəfə çox benzin əldə edilir. Bu da təbii ki, dünyanın ən çox benzin istehlak edən ölkəsi Amerikada neftə olan tələbatı cilovlayır.Buna görə də bir çox ekspertlər hətta çox irəli gedərək neftin barrelinin 30 dollara qədər düşə biləcəyini vurğulayırlar. Bu fikri irəli sürənlər SSRİ-nin dağıldığı 1980-ci illəri yada salırlar. 1980-ci ildə neftin barreli 40 dollar olduğu halda 1990-cı illərdə artıq 8 dollara düşmüşdü. Bu fikri irəli sürənlər Azərbaycanı 2000-ci illərə qədər yaşadığı maaş və pensiya gecikmələrinə hazır olmağa çağırırlar. Bəziləri hətta 2015-ci il büdcəsinin təminatında böyük kataklizmlər yaşanacağını iddia edirlər.Lakin Avropa Birliyinin Vətəndaş Cəmiyyəti Forumunun həmsədri, iqtisadçı alim Vüqar Bayramov bu fikirlərlə razılaşmır. Onun sözlərinə görə, 2015-ci ildə 21 milyard manat səviyyəsində nəzərdə tutulmuş büdcə gəlirlərinin yalnız 11%-i birbaşa neft gəlirlərindən asılıdır: “Büdcə gəlirlərinin 53 faizi Dövlət Neft Fondundan transfertlər şəklində təmin edilir, Fonda yetərincə vəsait var. Büdcə gəlirlərinin 35 faizi isə neftdən kənar bölmənin hesabına təmin ediləcək. Düşünürəm ki, qalan 11 faizin təmin edilməsində də problem olmayacaq. Əgər büdcədə problem yaranarsa, Maliyyə Nazirliyi sekvester tətbiq edərək sərmayə yönümlü xərcləri azalda bilər. Amma düşünürəm ki, buna ehtiyac olmayacaq”.Onu sözlərinə görə, Dövlət Neft Fondundakı vəsaitlər problemsiz olaraq dövlət büdcəsini 6 il təmin etməyə imkan verər. “Lakin uzun illər ərzində büdcəni problemsiz təmin etmək üçün neftdənkənar bölmənini büdcədəki payını artırmaq lazımdır. Düzdür, son üç ildə bu sektorda uğurlar qazanılır. Əgər 2013-cü ildə büdcə gəlirlərində neftdənkənar bölmənin payı 26% olmuşdusa, 2014-cü il büdcəsində bu, 34%-ə qalxıb, 2015-ci il büdcəsində isə 35% nəzərdə tutulub. Amma bununla belə büdcədə neftin payını 40%-ə qədər endirməliyik. Bunun üçün sərmayələr ixracyönümlü sektorlara - yeyinti sənayesinə, toxuculuğa, kimya sənayesinə, avtomobilqayırmaya və s.-yə yönəldilməlidir”, - deyə iqtisadçı alim vurğulayıb.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
İlham Əliyev ən nüfuzlu müsəlmanlar arasında
Bananlı keks
Həkim: “Koronavirusa aid şikayətlər üç gündən artıq davam edərsə..."
Arıqlamağa kömək edən səhər yeməyi
Fərqli saç aksessuarı
14 milyondan çox istifadəçinin sirləri YAYILDI
Anamız üçün nə etmişik?
Rayan Reynolds 300 kimsəsiz uşağı qış geyimi ilə təmin etdi
30 yaşındakı gənc qadınlar necə geyinməlidir?
Yayın qısa saç trendləri
Bu dəfə də sirli sütun Britaniyada peyda oldu - FOTO
Qeysəriyyə əməliyyatı, yoxsa normal doğuş?
Məşhur müğənni FOTOsessiyası ilə Qalmaqal yaratdı
Putindən Qarabağla bağlı AÇIQLAMA
Tərəvəzli çevirmə plov (foto-resept)
Hollandiyada "Qarabağ"dan danışdılar
Bakıdakı çimərliklər təhlükə mənbəyidir
ETİRAFLAR:"Allahın mənə yazığı gəlir"
Kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb
"Facebook" və "İnstagram"ın işində problemlər yaranıb
Gəlinlik seçərkən...
Məşhur aktyor ata oldu-FOTO
Disneyland
Milyader olmadan əvvəl necə görünürdülər?
Piroq
Fransada məscidlər bağlanır
Cütlüklər üçün idman növləri
Böyük Qarabağ sazişi hazırlanır
Yeni ili harada qeyd etmək sərfəlidir?
O neçə gündür ana olub?
Rihanna haqqında Rekord Məbləğə film çəkilir
Bu teatrda aktyorlar da, tamaşaçılar da çılpaqdır- FOTO
Haçalanan saçlar üçün maska.
Xaricdə işləmək istəyən azərbaycanlılar, bu xəbəri oxuyun
Azərbaycana 30 santimetr qar yağdı
Yataq otağı dizaynı
Margot Robbienin gözəllik sirləri
Eminem sosial şəbəkədə telefon nömrəsini paylaşdı
Noxudlu plov (foto resept)
“Eurovision 2019” hansı şəhərdə baş tutacaq?
Məşhur cütlük AYRILDI
Seriallar intihara səbəb ola bilər
TƏKLİF: Müəllimlər güzəştli kateqoriyaya daxil edilsin
Hindistanda "turşu" qanunu qəbul edildi
"Baku" jurnalının sayəsində bir-birimizə daha yaxın oluruq"
Lukaşenkonun rəqibi ölkəni tərk etdi
Gülben Ergen AÇIQLAMA vermədi
Tramp prezident seçkilərinə Maykl Penslə gedir
18 yaşı olduğunu iddia edən 56 yaşlı qadın-FOTO
Saat modelləri
- ŞƏRHLƏR