ANS PRESS-in məlumatına görə, tədbirdə MDBMİ-nin dünyanın 50-dən çox ölkəsindən mindən çox məzunu – məşhur dövlət xadimləri və ictimai xadimlər, tanınmış biznesmenlər, akademik dairələrin nümayəndələri iştirak edirlər. MDBMİ məzunlarının II Beynəlxalq forumunda dünyada inkişafın əsas problemləri, MDBMİ məzunlarının təmsil etdikləri ölkələrdə cəmiyyətin və iqtisadiyyatın təkamülü məsələləri müzakirə olunur.
Forumda Heydər Əliyev Fondunun vitse-prezidenti, MDBMİ Məzunlarının Azərbaycan Assosiasiyasının sədri Leyla Əliyeva, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, MDBMİ-nin ölkəmizdən olan məzunlarından ibarət böyük nümayəndə heyəti iştirak edir.
Forum iştirakçıları əvvəlcə məşhur rus diplomatı Aleksandr Qorçakovun abidəsinin açılışında iştirak ediblər.
MDBMİ məzunlarının II Beynəlxalq forumunu universitetin rektoru Anatoli Torkunov açıb. Rektor bu institutun yaranması tarixindən danışaraq vurğulayıb ki, MDBMİ-də gələcək diplomatlar - öz ölkələrinin milli maraqlarını dünya arenasında müdafiə etməli olacaq mütəxəssislər yetişdirilir.
Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov MDBMİ-nin professor və müəllimlərini, tələbə və məzunlarını doğma ali məktəbin yubileyi münasibətilə təbrik edərək bildirib ki, məzunların birinci forumu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçən il Bakıda təşkil edilmişdi. Nazir dedi ki, bu ali məktəbin yetirmələri arasında görkəmli dövlət xadimlərinin bütöv bir nəsli, o cümlədən Azərbaycan Prezidenti, Moldovanın baş naziri, UNESCO-nun baş direktoru, Qazaxıstan, Qırğızıstan və Slovakiyanın xarici işlər nazirləri vardır. S.Lavrov deyib: “Adları çəkilən dövlət xadimlərinin hər biri və bir sıra başqa məzunlar öz ölkələrinin milli maraqlarını əməli fəaliyyətlərində ardıcıl surətdə və əzmlə müdafiə edirlər. Başqa cür ola da bilməz. Eyni zamanda, MDBMİ məzunlarına xas olan yoldaşlıq amili yüksək qiymətləndirilməlidir... Bu məzunların öz aralarında peşəkar mövzularda ünsiyyəti, adətən xeyirxahlıq, əsl işgüzar atmosferdə cərəyan edir. Bu, normal işləməyə, müxtəlif, hətta ən mürəkkəb məsələlərin səmərəli həlli yollarını tapmağa kömək edir”.
Heydər Əliyev Fondunun vitse-prezidenti, MDBMİ Məzunlarının Azərbaycan Assosiasiyasının sədri Leyla Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin forum iştirakçılarına təbrikini oxudu.
Leyla Əliyeva qeyd etdi ki, MDBMİ-nin yetirməsi olduğuna görə özünü xoşbəxt hiss edir. Leyla Əliyeva dedi: “Bu gün bizim universitetin 70 yaşı tamam olur və mən bu ali məktəbin yetirməsi olduğuma görə xoşbəxtəm. MDBMİ təkcə təhsil müəssisəsi deyil, bu, bir ailədir. Bu ailənin dəyərləri heç vaxt itirilməyəcək. Biz bu divarlar arasında yüksək intellektuala malik, parlaq təhsil almış və mənəviyyatca zəngin insanları dinləmək, onlardan öyrənmək, onlarla ünsiyyətdə olmaq, söhbət etmək imkanına malik olmuşuq. Bu ünsiyyət bizə praktiki məşğələlərdən heç də az bilik verməyib. MDBMİ bütöv bir həyat məktəbidir. Mən bütün professor-müəllim heyətinə təşəkkür edirəm ki, siz hələ uzun illər boyu yaşayacaq bu ənənələri qoruyub saxlayırsınız”.
MDBMİ-ni yubiley münasibətilə “Rusiya dəmir yolları” Açıq Səhmdar Cəmiyyətinin prezidenti V.Yakunin, Rusiyanın UNESCO yanında daimi nümayəndəsi İ.Mitrofanova, RF-nin təhsil və elm sahəsində federal nəzarət xidmətinin rəhbəri S.Kravtsov, Monqolustan Prezidenti Administrasiyasının rəhbəri P.Tsaqaan və başqaları da təbrik etdilər.
Forumun təntənəli açılışından sonra “Rusiya və müasir dünya: inkişaf trayektoriyaları” mövzusunda plenar sessiya oldu. Sessiya çərçivəsində “Avropanın təhlükəsizliyi: yeni reallıqlar”, “XXI əsrin informasiya texnologiyaları”, “Müasir dünyada enerji təhlükəsizliyi”, “Cəmiyyət, mədəniyyət, din” və başqa seksiyalar keçirildi.
Forum iştirakçıları MDBMİ-nin yeni muzeyinə baxdılar. Əsası 1984-cü ildə qoyulmuş bu muzeyin yenilənmiş ekspozisiyası 2001-ci il sentyabrın 1-də açılıb. Forum çərçivəsində “Dünya MDBMİ məzunlarının gözü ilə” adlı art sərgi də açıldı. Universitetin yeni tədris korpusunun atriumunda açılan sərgidə bu ali məktəbin müxtəlif ölkələrdən olan 58 məzununun əl işləri nümayiş etdirilir. Sərgiyə gələnlər burada qrafika, rəngkarlıq, fotoqrafiya, installyasiya və başqa üslub və janrlara aid 200-dən çox işlə tanış ola bilərlər.
Forum işini davam etdirir.
Xatırladaq ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının I Beynəlxalq forumu 2013-cü ilin aprelində Bakıda keçirilib. MDBMİ Məzunlarının Azərbaycan Assosiasiyasının təşəbbüsü ilə təşkil edilmiş və “Birlikdə gələcəyə” devizi altında keçirilən həmin Forumda Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, nüfuzlu beynəlxalq təşkilatların rəsmi nümayəndələri, Rusiya, Ukrayna, Macarıstan, Çexiya, Bolqarıstan, Moldova, Polşa, Slovakiya, Kuba, Koreya Respublikası, İsrail, Qazaxıstan, Qırğızıstan, Vyetnam və başqa ölkələrdən biznesmen və maliyyəçilər iştirak ediblər.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Sirat körpüsünün hansı keçidləri var?
Kişiləri evlilikdən uzaqlaşdıran səbəblər
Banklar dollardan imtina etdi
"Lirikada fizika və dünyəvilik" (1)
Mətbəx mebellərində son dəb
Hadisenin bacısı hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Məşhur aktyori yeni İMİCDƏ-FOTO
Kəlbəcərin İstisuyunun yeni görüntüləri - VİDEO
Bu ay böyük savaş başlayır
Abituriyentlər üçün vacib xəbər: ballar artırılır!
Qaraciyəriniz sağlamdırmı?
Jhoot Bole Kauva Kaate
Çikaqoda nəhəng dalğalar dondu - FOTO
ABŞ seçkiləri: Britaniya Baydenin qələbəsi ehtimalından narahatdır
"Hörümçək adam" həbs edildi-SƏBƏB
Çingiz "Eurovision" da belə çıxış etdi - VİDEO
Azərbaycanda koronavirusla bağlı SON STATİSTİKA
Dəmir defisitli anemiyanın profilaktikası
Bruney hökuməti azərbaycanlı gənclər üçün sənəd qəbulu elan etdi
Dezinfeksiya məhlulları insan orqanizminə zərərlidir? - VİDEO
Həyat dediyim…
Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
Qoca qadın dəfnində "dirildi", ağladı - FOTO
64-cü "Emmy" mükafatında ulduzların geyimi
Con Kerri türk müşavirə yumruq vurdu
Çipsin hazırlanması
Hansı dəri pəhrizi sizə uyğundur?
Əli Həsənov: 2016-cı il üçün planlaşdırılmış sosial layihələr reallaşdırılır
Adriana Lima yeni reklama çəkildi-FOTO
Ziyafət donları
Tanınmış Hollivud ulduzu vəfat etdi
Çox yaşamaq istəyirsinizsə...
39 milyardı var, şirkətinin yeməkxanasından duz oğurlayır
Haker 24 dəfə cek-pot uddu
Yaponiya Urmiya gölünun quruması ilə mübarizəyə qoşulur
Barak Obama: "Azərbaycanın əldə etdiyi uğurlu iqtisadi və sosial tərəqqini alqışlayıram"
Rusiyanın bu vilayətində əsasən azərbaycanlı kişilərlə evlənirlər
Gülməli atalar sözləri
Rusların “Arşın mal alan” sevdası
Bakıda avtobus dayanacaqlarında pulsuz Wi-Fi
Ali məktəblərə qəbul olmaq istəyən yetim uşaqlar: güzəşt ola bilər?
BÜRCLƏR bizə nə vəd edir? -23 MAY
Yuxuda gözəlləşmək üçün nə etməli?
20 Yanvar faciəsini dünyaya tanıda bildikmi?
Unudulmaz tərz sahibi: Farah Fawcett
Evdəki dekorasiyanı tamamlayan divar kağızları
Vanessa Mey Olimpiadada yarışacaq
Piyləri yandıran məhsullar
Günün qoroskopu: fala və falçılara əsla inanmayın
Hakerlər nazirliyin bazasını dağıtdılar
- ŞƏRHLƏR