
"Aşağıdan qışqırıq səsi gəlirdi. "Ay Allah, vurma, vurma, Ay Allah" çığırtısına aşağı düşdüm. Qonşu qadın ayaqqabı tayı ilə yataq xəstəsi olan ərini vururdu. Kişinin altını təmizlədiyi üçün onu qaldırmağa gücü çatmır, vururdu ki, kişi birtəhər ayağa qalxsın. Müdaxilə etmək istəməsəm də, məcbur oldum:
- Ay xala, yazıq deyil, onsuz da, xəstədir, niyə vurursan?
Qadının ağzı açıldı, nə açıldı: "O məni döyəndə, incidəndə siz hardaydınız, indi mənə ağıl öyrədirlər. Yaxşı edirəm. Həm baxıram, həm əvəzini verirəm"...
"Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, bu gün ailələrdə kişilərin də döyülməsi faktına rast gəlinir və bunun müxtəlif səbəbləri ola bilər. Ola bilər ki, kişinin uzun müddət qadına qarşı zorakılığı qadını affekt vəziyyətə gətirib çıxarsın və o öz hərkətlərini nəzarətə ala bilməsin: "Belə bir neçə fakt var ki, qadınların öz ərlərini öldürməsi ilə nəticələnib. İkinci hal ola bilər kişi ənənəvi rolunu yerinə yetirə bilməsin, yənə obrazla desək, ailədə nüfuz qazana bilməsin ve ya kifayət qədər acizlik nümayiş etdirsin ki, bu da qadının hökmranlığı ilə müşahidə olunsun. Amma hər iki halda qadın və ya kişi ailədə döyülürsə, bu, zorakılıqdır və cinayətdir. Düşünmürəm ki, kişi günahkardı. Sadəcə, hesab edirəm ki, bu, ailədə tərəflərdən birinin öz hakimiyyətini yeritmək istəyidir, bu da yolverilməzdir. Hansı ki, bu, ailədə böyüyən uşaqların psixikasina ciddi zərər vurur. Həmin hərəkətlərin arxasında mədəni-psixoloji və sosial və digər faktorlar öz yerini tutur".
Qadının aqressiyası hansısa səbəblərdən bu həddə çatır. Adətən biz bunu ailədə tərbiyə və ya sterotiplərə bağlaylrıq. Amma sterotiplərə və tərbiyəyə görə kişinin bütün hərəkətəri bağışlanan, qadının hərəkətləri isə bağışlanmayandır: "Bu gün bu hərəkəti kişi edirsə, hesab edilir ki, bu, ənənəvi obrazdı. Qadının kişini döyməsi isə ciddi qınaqdır, ənənənin pozulması deməkdir. Mənə görə, hər iki hal cinayət əməli kimi qiymətləndirilməlidir".
Həmsöhbətimizə görə, döyülən şəxs ərizə ilə müraciət edərsə, o zaman işə baxılır: "Amma siz deyirsiniz ki, qadın xəstə həyat yoldaşını döyür. Bu, artıq məişət zorakılığı hesab edilir".
İnzibati Xətalar Məcəlləsinin 38-2 maddəsinə görə, məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqinə, yəni şəxs tərəfindən digər şəxsin onun mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum edilməsinə, iqtisadi asılılıq yaradılmasına, belə asılılığın saxlanılmasına və ya ondan sui-istifadə edilməsinə yönəlmiş hərəkətlərə görə yüz manatdan üç yüz manatadək miqdarda cərimə edilir.
38-2.2 maddəsinə görə, məişət zəminində psixi zorakılığa, yəni şəxs tərəfindən digər şəxsə qəsdən psixi təzyiq göstərilməsinə və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərə görə üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir.
XƏBƏR LENTİ
Şeyma Subaşı Ev aldı-FOTO
Cazibədar alt paltarları
Azərbaycanda sərin hava şəraiti nə vaxtadək davam edəcək?
Dünyanın ən "bədbəxt" ölkələri seçildi
Qrip olan ana körpəni necə əmizdirməli?
Beren Saat və Kənan Doğulu Tətildən qayıtdılar-FOTO
İki rayona QAR YAДћDI
Şahzadənin əkizləri oldu
Hande və Murad bir-birini sildi
Azərbaycanda ən çox yayılan xəstəliklər hansılardır?
Şahzadə babasının burnundan yapışdı - FOTO
Boşanmaların sayı çoxalıb - RƏQƏMLƏR
Çində tibbi maska çatışmazlığına görə yeni çarəyə tapdı
Leyla Əliyeva internat məktəblərində - FOTO
Son bir gündə dünyada rekord sayda koronavirusa yoluxma təsdiqlənib
Gökçe Yıldırım İrem Dericinin xəyanətindən danışdı-FOTO
Yağ ləkəsini aradan qaldıran 2 üsul
12 yaşındakı oğlu üçün 21 adamı balta ilə öldürən Baltalı Hano
"Ulu öndər Heydər Əliyev Azərbaycanın inkişaf yoluna çıxması, iqtisadi cəhətdən güclənməsi və tanınması üçün çox böyük işlər gördü"
Müəllimlərin işə qəbulu ilə bağlı imtahanlar başlayır
Dünyanı yeni xəstəlik bürüyür: "WhatsAppitis"
İstehlak cəmiyyətinin psixoloji travmaları
Putini yerə yıxacam
“Barselona” üç qolla qalib gəldi
Yaddaş bəlası: gözümü yummaq, onu unutmaq istəyirəm
Ronaldo Paylaşımı ilə Diqqət çəkdi-FOTO
“Google Chrome” bu smartfonlarda işləməyəcək
Kişilər cinsi əlaqədən əvvəl nə düşünürlər?
Məşhur rejissor koronavirusdan öldü
“Çukur”un Vartolusundan xanımına sürpriz - FOTO
İlham Əliyev xalqa müraciət etdi
Buraxılış imtahanlarının nəticələri açıqlandı
Azərbaycan ailəsində yeni problem: bəylə gəlin anlaşmazsa...
Bakıda nəhəng enerji obyekti tikilir
"Çukur"da yeni aktyor
Hamilələr üçün evdə hazırlaya biləcəyiniz içkilər
Parlaq saçlar üçün 10 praktik üsul
Hind yağının 6 faydası
Birinci Xanım fotolarda
Uşaqlarına Keykül, Qirəndə kimi adlar qoymaq istədilər
ABŞ-ın Konqres kitabxanası
Mayli Sayrusdan QALMQALAlı paylaşım
Qastriti olanlar necə qidalanmalıdır?
Kreditlər hansı halda silinə bilər?
Gün işığı insanı kor edə bilər
Sinqapurda yeni super otel tikiləcək
Gün ərzində qaşlarınızı çatsanız...
Ermənilər Azərbaycan Ordusunun Laçının Səfiyan kəndindəki bölmələrini artilleriya atəşinə tutub - RƏSMİ
Rihannanın yeni sevgilisi var-FOTO
Kəsmikli və ərikli bulkalar (foto resept)















- ŞƏRHLƏR