Kiçik yaşlarından təbiətlə ünsiyyətdə olmaq uşaqların inkişafı üçün böyük əhəmiyyət daşıyır. Heyvan sevgisi ilə böyüyən uşaq cəmiyyətə daha rahat uyğunlaşır. Heyvanlarla doğru ünsiyyət qurulduğu təqdirdə bu, uşağın ünsiyyət qurma bacarığından tutmuş əxlaqi dəyərlərinin inkişafına qədər müsbət təsir göstərir.
Psixoloq Aynur Əlibəylinin sözlərinə görə, heyvan sevgisinin uşaq üzərində müsbət təsirlərini ortaya çıxarmaq üçün çalışmaq lazımdır ki, uşaq heyvanı atılıb-satılan bir obyekt kimi görməsin: "Təəssüf olsun ki, indi şəhər mühitində böyüyən uşaqların çoxu lazımi qədər təbiətlə ünsiyyətdə ola bilmir. Son zamanlar uşaqlarda artan allergik reaksiyalar da uşaqları təbiətdən uzaq salır. Əvvəllər çoxmərtəbəli binaların olmadığı dövrlərdə boş ərazilər, yaşıllıqlar daha çox idi. Uşaqlar təmiz havada gəzə, dincələ bilirdilər. İndi isə çoxmərtəbəli binalır hər yeri tutub. Şəhərdə gəzəndə adamın ürəyi sıxılır, havasızlıq hiss olunur. Təbii ki, bu kimi hallar uşaqları da təbiətdən uzaq salır. Bu, onların istər psixoloji vəziyyətinə, istərsə də sağlamlığına böyük təsir göstərir. Uşaqlar təbiəti də televizyadan, kompüterdən görür, öyrənirlər".
Psixoloq deyir ki, təbiəti, heyvanları kompüterdən, televiziyadan öyrənən uşaqlar böyüdükcə mərhəmət hissinin varlığından xəbərsiz olurlar. Ev heyvanları ilə ünsiyyət isə çox zaman uşaqlara doğru aşılanmır. Uşaqlar ev heyvanlarını oyuncaq kimi görürlər. Heyvanla qurulan ünsiyyətin uşaq üzərində təsirini unudan valideyinlər uşağa heyvanla istədiyi kimi davranmağa imkan verir.
Heyvanı bəsləmək, onu sevmək, ona zərər verməmək, onun yaxşılığını düşünmək, uşağın yalnız heyvanlara olan müsbətini tənzimləmir, eyni zamanda başqalarının varlığının da özününkü qədər qiymətli olduğunu xatırladır. Uşaq, heyvanla ünsiyyət qura-qura başa düşməyə başlayır ki, sevgi almaq, sevilmək üçün sevmək lazımdır: "Heyvanlarla ünsiyyət uşağa, insanın təbiətin bir parçası olduğunu başa salır. İnsanlar kimi olmasa da, heyvanın da ağrı çəkə, kədərlənə, sevinə, sevgi və bağlılıq hiss edə bildiyini, xəstələnə bildiyini, hətta bənzər orqanları olduğunu öyrənən uşaq, onu qorxulacaq bir varlıq kimi qəbul etmir. Uşaqlar az ömrülü heyvanlar sayəsində doğum və ölüm haqqında öyrənməyə başlayır. Heyvanlara qarşı olan münasibət uşaqda yoldaşlıq, dostluq duyğusunu inkişaf etdirir. Bu ünsiyyət sayəsində uşaq daha səmimi, daha verici, paylaşmağı bacaran, anlayışlı birinə çevrilə bilir".
Psixoloqun bildirdiyinə görə, qüsurlu uşaqların heyvanlarla münasibəti daha önəmlidir. Heyvanlarla ünsiyyət belə uşaqları yaşamağa həvəsləndirir. Heyvanlara olan sevgi uşağın dil inkişafına da təsir edir. Heyvanlar haqqında danışmaq uşaqlar üçün ən əyləncəli mövzulardan biridir. Heyvanlarla ünsiyyət uşaqların fiziki inkişafına da təsir göstərir. Uşaqlar heyvanları təqlid etməyi çox sevir və onları təqlid edərkən tullanır, atılıb-düşürlər ki, bu da böyük və kiçik əzələ inkişafına təsir edir: "Ev heyvanlarının uşaqlar üzərində böyük təsirini nəzərə alıb, təkuşaqlı ailələrə məsləhət görərdim ki, evdə heyvan saxlasınlar. Çünki onların uşaqlarının oynayan, danışa biləcəyi bir qardaşı və ya bacısı yoxdur. Bu səbəbdən tək uşaqlar çox zaman eqoist, özünü sevən olurlar. Ancaq evdə saxlanılan heyvan uşağı bu qapalılıqdan, eqoizmdən qurtarır. Bununla yanaşı uşaq valideynlərindən ala bilmədiyi sevgini heyvandan ala bilir. Uşaq valideynləri ilə kifayət qədər zaman keçirə bilmirsə, o hisslərini, duyğularını, başına gələnləri sevimli heyvanına danışır".
Heyvan sevgisinin müalicəvi təsirləri də var. Amerikada psixoloji problemləri olan uşaqları bala itlərlə müalicə edirlər. Psixoloqların fikrincə, həyatı boyu heyvanlarla oynamayan, heç bir heyvana toxunub, sevməyən uşaqlarda heyvan fobiyası inkişaf etməyə başlayır. Yaşlandıqca isə bu qorxu böyüyür və insan bütün ömrü boyu heyvanlara toxunmadan yaşaya bilir.
Heyvan sevgisinin uşaqlara aşılayarkən, onlara ev heyvanları alarkən diqqətli olmaq lazımdır. Çünki azyaşlı uşaqlarda təcavüzkarlıq impulsları olduğu üçün onlar heyvanları incidə, öldürə bilərlər: "3-4 yaşından kiçik uşaqlar heyvanlarla oynayarkən davamlı müşahidə altında olmalıdırlar. Uşaqlar ev heyvanına baxacaq yaşda olsa belə, valideyin nəzarəti mütləq olmalıdır. Uşaqlara ev heyvanlarının eynilə insanlar kimi yemə, içmə və gəzmə ehtiyacları olduğunu başa salmaq lazımdır. Əgər uşağınız ev heyvanına qarşı laqeyd davranırsa, bunu ona yumşaq rəftarla başa salmaq lazımdır".
A.Əlibəyli bildirir ki, heyvan sevgisi uşaq üçün önəmli olsa da, uşağa müxtəlif xəstəliklərin yoluxmaması üçün diqqətli olmaq lazımdır. Heyvanların təmizliyinə nəzarət etməli, heyvanların ağız suyuna, ifrazatına əl vurmamağı tapşırmaq lazımdır. Bunun üçün də heyvan saxlayarkən bunu bütünlüklə uşağa etibar etmək olmaz. Əks halda övladınızı psixoloji cəhətdən mükəmmələşdirməyi düşünərkən, hər hansı bir xəstəliyə yoluxdurmuş olarsınız.
Mənbə: Ekspress.Az
XƏBƏR LENTİ
Novruz haqqında bunları bilirdiniz?
Ukraynada yeni doğulan körpəyə Avromaydan adı verildi
Bakının bu ərazilərində işıq olmayacaq
Bakıda 58 yaşlı qadın ilk dəfə ana oldu
Bu həşəratları öldürərək təbiətə zərər veririk!
Qəhrəman pilotların meyitləri qaytarıldı
Doldurulma toyuq budları (foto-resept)
Yük gəmisini lüks evə çevirdilər - FOTO
İlham Əliyevlə eyni fikirdəyik
Dünyanın "ən istedadlı gənc futbolçular"ı
Jirinovski "erməni genosidi"nə səs verənləri qınadı
İki rəngli piroq (foto resept)
Ferat Üngürü azad etdilər
Mikroblar daha çox əl vasitəsilə yoluxur
Azərbaycan üçün Ramazan və Namaz vidgeti
Övladınıza küsməyin
""Formula-1" yarışları 5 il məcburi keçirilməlidir"
Badamcıq əməliyyatı
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Xəzərdə dalğanın hündürlüyü 5 metrə çatdı - FAKTİKİ HAVA
Müəllimlərin maaşı artdı
Türkiyə prezidentinin bu jesti ermənilərə "tərs şillə" oldu
Hava haqqında
Ürək-damar xəstəliyi cavanlaşıb
"Məni sancmayan ilan, 1000 il yaşasın"
Koronavirusun hava ilə yoluxma ehtimalı açıqlandı
Bakının ilk fontan bağı
Nizami Gəncəvi Qaxda doğulub?
Sabahın HAVAsı
Hava haqqında
Kişilər üçün qol düymələri
Toxunma papaq modelləri
Qadınların "ağ yalanları"
Təhsili olmayan dahilər
Almaniya və ABŞ 1/8 finalda, Ronaldu pərişan
Zamana meydan oxuyan trendlər
Qozlu xarço şorbası
Dünya savaşı başlayır
5 duyğu orqanından əlavə sahib olduğumuz duyğular
“Eurovision” təmsilçimiz Xocalı ilə bağlı klip çəkdirdi - VİDEO
Neslihan:"Qorxularımla üzləşirəm"
Rəngarəng donlar
Tətilin SON GÜNÜ Başa çatır
Mehriban xanım və İlham Əliyev məscidin açılışında-FOTO
Muncuqla işlədiyim tablolar
15 milyon dollarlıq kolleksiya satışa çıxarıldı-FOTO
Mədə sağlamlığı üçün necə qidalanmalı?
Ziyafət donları
Qocalmağı gecikdirən maska.
Sarkisyan təyyarədə müsahibə verdi
- ŞƏRHLƏR