
Müəllimlərin sınaq qiymətləndirilməsinin aparılmasını çox əhəmiyyətli sayan Milli Məclisin keçmiş komitə sədri, təhsil eksperti Bakı şəhərində müəllimlər üçün sınaq qiymətləndirmə keçirməklə müəllimlərin keyfiyyət göstəricisini müəyyən etmək mümkün olacaq. Müəllimlərin sınaq qiymətləndirilməsinin aparılmasını çox əhəmiyyətli sayan Milli Məclisin keçmiş komitə sədri, təhsil eksperti Şahlar Əsgərov Trend-ə bildirib ki, Bakı şəhərində çoxlu sayda, on minlərlə müəllim var. Həmin müəllimlərin hamısının hüquq və vəzifəsi eynidir: "Amma biz bunları sınaqdan keçirsək, onların müəllimlik keyfiyyət dərəcəsini müəyyən edə bilərik. Öyrənə bilərik ki, bu yaxşı müəllimdir, bu isə yaxşı müəllim deyil. Bu müəllim fənni yaxşı bilir, amma dünyagörüşündə qüsur var. Ancaq bu müəllimin dünyagörüşü çox yaxşı olsa da, fənni yaxşı bilmir. Bunlar hamısı sınaq qiymətləndirmədə üzə çıxacaq və nəticədə minlərlə müəllimin keyfiyyət göstəricisi əlimizdə olacaq". Ş.Əsgərov qeyd edib ki, müəllimin keyfiyyət göstəricisi bilindiyi halda, Təhsil Nazirliyi və yerli təhsil şöbələri üçün yaxşı müəllimləri idarəetməyə cəlb etmək imkanı yaranar. Müəllimlərin bilik və bacarığının öyrənilməsini çox mühüm sayan ekspert deyib ki, sınaq qiymətləndirmə nəticəsində Təhsil Nazirliyi müəllimlər ordusu arasından güvənə bildiyi müəllimləri də seçə biləcək. Bakı şəhərindəki 23 saylı orta məktəbin direktoru Yuliya Kərimova isə Trend-ə bildirib ki, sınaq qiymətləndirmənin nəticələri onun üçün də maraqlıdır: "Mənim üçün də hər il tədris yükü payladığım müəllimlərin biliyinin, professional bacarığının hansı səviyyədə olduğunu bilmək maraqlıdır. Bu sınaq qiymətləndirmə mənə müəyyən məlumatı verəcək. Mən biləcəyəm ki, müəllimlərim hansı səviyyədədir, onların peşəkarlığı necədir".
Y.Kərimova deyib ki, sınaq qiymətləndirmənin nəticələri müəllimlər üçün dərs bölgüsünün aparılmasına təsir etməyəcək. Bu proses təhsil sistemində müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsinə yönələcək və onların fəaliyyətindəki uğurları, çatışmazlıqları müəyyən edəcək. Bunun əsasında müəllimlərin peşəkar fəaliyyətinə müəyyən kömək göstəriləcək: "Bu, nə müəllimlər üçün dərs yükünün aparılmasına, nə də işlədiyi məktəbdə hansısa status almasına təsir göstərə biləcək qiymətləndirmə deyil".
O qeyd edib ki, rəhbərlik etdiyi məktəbin müəllimləri bu yeniliyi maraqla qarşılayıblar. Onun sözlərinə görə, müəllimlərin sınaq qiymətləndirilməsinin keçirilməsi müəyyən rezonansa da səbəb olub: "Mən deyərdim ki, bu, yaxşı bir rezonansdır. Bu, müəllimlər üçün də maraqlıdır. Uzun müddət və qısa müddət məktəbdə işləyən müəllim özünü sınamaq istəyir".
Qeyd edək ki, Bakı Şəhəri Təhsil İdarəsi iyun ayında paytaxtın ümumtəhsil müəssisələrində çalışan müəllimlərin sınaq qiymətləndirilməsini həyata keçirəcək. Sınaq qiymətləndirmə 3 istiqamətdə - fənn, metodika, kommunikativ qabiliyyətə dair sorğu əsasında aparılacaq.
XƏBƏR LENTİ
Şeyma Subaşının ŞOK TƏLƏBLƏRİ вЂ“ FOTO
Castin Biber dilənçiyə nə qədər pul verdi - FOTO
Türkiyədə Polad Həşimovun adı verilən parkın açılışı oldu
Məktəbli formalarına tələbat böyükdür
Ağsaqqallar və ağbirçəklər qayıdır...
TQDK imtahan keçirəcək
Möhtəşəm don modelləri
Latın Amerikasının ən çox qazanan prezidentləri – SİYAHI
Turşuların orqanizm üçün 5 ZİYANI
Metro istifadəçilərinə şad xəbər
Burakın 50 minlik uğur talismanı-FOTO
Nadir rəngdə olan dəniz pişiyi böyük marağa səbəb oldu - FOTO/VİDEO
Küftəli borş (foto resept)
Planetimizi özünəməxsus edən insanlar
Polis olmaq istəyənlər oxusun
I qrup əlillər təhsil haqqından azad edilə bilərlər
Kişiləri cəlb etmək üçün məsləhətlər
Cem Yılmaz və Serenay Sarıkayanın yay tətili
Castin Biber məhkəməlik oldu -SƏBƏB
31 barmaqlı körpə doğuldu
BÜRCLƏR bizə nə vəd edir? -16 MAY
Alyaskada sunami təhlükəsi elan edilib, əhali təxliyə edilir
Hett mədəniyyəti
Şaxta baba ilə 11 il
Kartoflu siqaret böreği (foto-resept)
Şoyqu sülhməramlıların Qarabağda yerləşdirilməsi planlarından danışdı
Kişilərin cəlbedici hesab etdiyi qəribə davranışlar
Alimlər teleskopla yadplanetliləri izlədi – İnanılmaz olay
Müasir incəsənət. Silviya Cordedda Fraktal qrafika
Yuxudan doymamağın SƏBƏBİ NƏDİR? - ALİM RƏYİ
Meryem Üzerli izləyicilərini təəccübləndirdi-FOTO
Ucqar kəndlərin internet dərdi
Bakıda hava soyuyacaq, rayonlara qar yağacaq
Vitamin deposu - balqabaq
Genetik alim peyvənd təhlükəsizliyi barədə HƏQİQƏTLƏRİ AÇDI
Bəlkə də...
Rusiya öz “Skype”nı yaradır
Vilayət Eyvazov aparıcıya rütbə verdi
Modern qonaq otağı boyaları
Saç ustası koronavirusdan belə qorunur-VİDEO
Məşhur cütlük boşanıb? - FOTO
Ermənistan nüvə raketlərinin hədəfinə çevrilir
Krediti ödəməyənin cəzası nədir?
Məktəblərdə koronavirusla bağlı bugünkü vəziyyət açıqlandı - CƏDVƏL
Qapanma günlərində itləri harada gəzdirmək olar? - RƏSMİ AÇIQLAMA
Ruhi xəstə, yoxsa cinayətkar?
3 həftəyə 15 kilo arıqladan içki
Şeyx haqqında xalq sözü
Çimərlik kombinləri
Müğənni səhnədə pərt oldu-SƏBƏB-FOTO















- ŞƏRHLƏR