
Süd məhsullarının insan sağlamlığı üçün nə qədər faydalı olduğu hamıya məlumdur. Bu məhsullar sırasında kəsmik ən xeyirli qidalardan biri sayılır. Belə ki, kəsmik yaşından asılı olmayaraq uşaqların, cavanların, yaşlı insanların qida rasionunua daxil edilə bilər və daha dəqiq ifadə etsək, sağlamlığının qayğısına qalan insan kəsmikdən müntəzəm istifadə etməlidir. Kəsmik öz tərkibinə görə fosfor, xüsusilə də kalsiumla zəngindir. Onun tərkibində xeyli miqdarda zülal var. Qaraciyər xəstəliklərinin profilaktikası üçün kəsmik ən xeyirli qida məhsullarından biridir. Tərkibindəki amin turşularının sayəsində kəsmikdən istifadə etməklə qaraciyər problemlərindən yaxa qurtarmaq mümkündür. Kəsmiyin tərkibindəki B qrup vitaminlərlə isə ateroskleroz xəstəliyinə qarşı mübarizə aparmaq olar. Artıq çəkidən azad olmaq, arıqlamaq üçün bir çox kəsmik pəhrizləri mövcuddur. Bu məqsədlə istifadə edildikdə yağlılığı az olan kəsmiklərə üstünlük vermək məsləhətdir. Yağlılığı az olan kəsmik maddələr mübadiləsinin tənzimlənməsində xüsusi rol oynayır. Kəsmik sümüklər və dişlər üçün olduqca faydalıdır. Osteoporoz xəstəliyindən əziyyət çəkənlər üçün kəsmik ən effektli qida məhsuludur. Osteoporoz skeletin metobolik xəstəliyi olub, sümük toxumasının zədələnməsi, sümüklərin deformasiyası və sınığı ilə nəticələnən, sümüklərin sıxlığının azalması ilə müşayiət olunan xəstəlikdir. Bu faydalı qida məhsulu həmçinin ürək, böyrək, yüksək qan təzyiqi xəstəliklərinin profilaktikasında böyük rol oynayır. Kəsmiyin insan orqanizminə xeyirlərindən biri də sinir sisteminə müsbət təsir göstərməsidir. Xüsusi hazırlanmış kəsmik körpələrin altı aylıq dövründən sonra normal inkişafları üçün olduqca faydalıdır. Hamilə qadınların qida rasionunda kəsmiyin olması dünyaya gələcək körpənin sağlamlığı üçün vacib şərtlərdəndir. Kəsmikdən kosmetik vasitə kimi də istifadə edilə bilər. Quru dəri üçün 2 xörək qaşığı yağsız kəsmik, eyni miqdarda zeytun yağı və bir xörək qaşığı naringi şirəsi qarışdırılır, üzə çəkilir, 30 dəqiqə saxlanıldıqdan sonra ilıq su ilə yuyulur. Yağlı dəri və saçlar üçünsə 2 xörək qaşığı yağsız kəsmik, 1 çay qaşığı bal, 1 yumurtanın sarısı qarışdırılır, saçlara və üz dərisinə çəkilir, 30 dəqiqə saxlanıldıqdan sonra ilıq su ilə yuyulur. Digər faydalı qida məhsulları kimi kəsmikdən də qədərində istifadə etmək lazımdır. Əgər başqa süd məhsullarından istifadə edilməzsə, gündəlik 150-200 qram kəsmik norma kimi qəbul edilə bilər. Bir məsələni xüsusilə nəzərə almaq lazımdır ki, mənşəyi, hazırlanma şəraiti məlum olmayan, saxlama müddəti ötən kəsmik sizin sağlamlığınıza ciddi ziyan verə bilər. Kəsmik alarkən bunları mütləq nəzərə almaq lazımdır.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Meteohəssaslar üçün XƏBƏR
Hollivud ulduzlarının pəhrizləri - 1
Yanmış saçlar üçün 2 maska
Oruc tutan şəxslər idmanla məşğul ola bilər?
Asimmetrik gəlinlik modelləri
"Eurovision 2019"-da Böyük Britaniyanı o təmsil edəcək
Kompüter oyunlarını sevənlərə bəd xəbər
Prezident tapşırıq verdi: Şuşada qiymətləndirmə və inventarlaşdırma işlərinə başlanıldı
Almaniya Soçi olimpiadasında liderliyini qoruyur
5 addımla kirpik uzatmaq
Cennifer Lopez fanatını sevindirdi-FOTO
Emin parti keçirdi - FOTO
Sarkisyan Qarabağ probleminin həllini istəyir
Pul insanı necə məhv edir?
"Ana" və "ata" olmayacaq
Avqustda 4 gün iş günü olmayacaq!
Arda Turan “Qardaşıma kitab oxuyuram” layihəsində - FOTO
Türkiyədən İŞİD-ə zərbə
Naqillərin bir-birinə dolaşması təhlükəlidir
MN: "Ermənistan 60-70 yaşı olan qocaları döyüşə göndərir"
İzmirdə zəlzələdə ölənlərin sayı 12-yə, yaralıların sayı 419-a çatıb
Kıvanç Tatlıtuğ Yeni ili İspaniyada qeyd edəcək
Günün qoroskopu - 18.11.2013
İki od və ya iki su arasında
Dünyanın "ən xəyanətkar" qadını-FOTO
Türkiyəli bloqqer Ermənistana gedib Xocalı barədə suallar verdi - VİDEO
TQDK abituriyentlərə müraciət etdi
Məhərrəmlikdə toy etmək olmaz
HAVA necə olacaq?-24 İyul
Zəncirbəndli boğazlı köynək (özün düzəlt)
Millət vəkili parlamentdə evlilik təklifi etdi
Hər kəs bu VİDEOdan danışır
Balıq küftəsi (foto resept)
Yerin forması və ölçüləri
Möhtəşəm üzük modelləri
Yeni eynəklər gözləri yorulmağa qoymayacaq
Pirallahı ilə Abşeronu yeni körpü birləşdirəcək
Bakıda yenə də UNO göründü
İrəvana sillə kimi cavab
Prezident Cıdır düzündə çay içib - VİDEO
Bu gün 8 Mart Beynəlxalq Qadınlar Günüdür!
Günün ulduz falı - 14.08.2013
Qısa zamanda varlanmaq üçün ƏN İDEAL ÖLKƏLƏR
Məktəbdə öyrədilməyən dərslər
Növbəti 4 günün havası AÇIQLANDI
Boyunuzu uzatmaq istəyirsiz?(1)
Rusiyanın ABŞ-ı qorxuya salan silahı
Hamilə məşhurların gözəllik sirləri
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Dəbli iş qadınları üçün kombinlər















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]