
Bir neçə gündür hicri-qəməri təqvimi ilə məhərrəm ayı başlayıb. İmam Hüseyn və tərəfdarlarının qətlə yetirildiyi bu ayda hansı əməllərin həyata keçirilməsi məqsədəuyğundur? Ümumiyyətlə, məhərrəmliyin hökmləri nədir?
Milli.Az xəbər verir ki, Modern.Az saytı məsələ ilə bağlı iki fərqli mövqeləri təqdim edib. Məşədi Dadaş Məscidinin imam-camaatı hacı Şahin Həsənliməhərrəm ayını matəm ayı kimi dəyərləndirib: “Məhərrəmlik İslam təqvimində matəm ayı hesab olunur. Məlum olduğu kimi, peyğəmbərimizin nəvəsi İmam Hüseyn (ə) və silahdaşları bu ayda faciəli şəkildə qətlə yetiriliblər. Bu səbəbdən də Məhərrəm ayı İslam aləmində hüzr və matəm ayı kimi qeyd olunur, eləcə də matəm mərasimlərinin keçirilməsi tövsiyə olunur.
Nəzərinizə çatdırım ki, bu ay ağlayıb-sızlamaq üçün deyil, təşkil edilən mərasimlərdə hadisələrin mahiyyəti insanlara açıqlanmalı, mərasim iştirakçıları elmi cəhətdən zənginləşdirilməlidirlər”.
Hacı bildirir ki, Kərbəla şəhidlərinin xatirəsini əziz tutmaq üçün müsəlmanlar bu ayda şadlıq mərasimlərindən imtina ediblər. “Amma bu şəriət hökmü deyil, mənəvi borcdur. Məhərrəm ayının xüsusi hökmləri yoxdur.
Bəzən əzadarlıq mərasimlərində bədənə zərər verən hallara da rast gəlirik, hətta ifrata varıldığının da şahidi oluruq. Sevindirici haldır ki, son illər bunlar xeyli azalıb. Qafqaz Müsəlmanları İdarəsinin, eləcə də Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin tövsiyələrində qeyd edilib ki, məclislərdə ədəb-ərkana riayət olunsun, hadisənin mahiyyətinə xələl gətirəcək hallara yol verilməsin.
Ümumiyyətlə, kimsə İmam Hüseynin xatirəsini yaşatmaq istəyirsə, bunu öz əməlləri, əxlaqı ilə nümayiş etdirməlidir. Əks təqdirdə bu hadisənin mahiyyətinə xələl gələr. Bədənə zərər vurmaqdansa talessemiyadan əziyyət çəkən insanlar üçün qanvermə aksiyasına qoşulsunlar. Bu ən gözəl fədakarlıqdır”.
İlahiyyatçı Elşad Miri isə deyib ki, İslamda hər hansı ayda, gündə toyla bağlı bir qadağa yoxdur: “Əgər qadağa olsaydı, peyğəmbərimizin 3 qızının, xanımlarının (hansı ki, “Qurani-Kərim”də onlar möminlərin anaları adlandırılıb) özünün vəfat etdiyi gündə, yaxud 124 min peyğəmbərin öldüyü günlərdə toy etməzdik. Yüz minlərlə peyğəmbər və 365 günlük bir təqvim… Onda bizim təqvimimiz ancaq qara olardı”.
İlahiyyatçının sözlərinə görə, məhərrəm ayı müqəddəs ay deyil: “Miladi təqvimdəki yanvar ayı kimi hicri-qəməri təqvimində də məhərrəmlik ilin ilk ayıdır. Məhərrəm müqəddəs ay deyil. Bu İslamdan əvvəl də müsəlman olmayan ərəblərin istifadə etdiyi bir təqvim idi. Sadəcə, Məhəmməd peyğəmbərin vəfatından sonra 680-ci il məhərrəm ayının 10-cu günündə, Aşura deyilən həmin vaxtı onun nəvələrindən biri olan İmam Hüseynin (ə) qətlə yetirildiyinə görə toy etmirlər. Ancaq peyğəmbər
hətta öz oğlunun ölümü ilə bağlı belə bir qadağa qoymamışdı.
Əlbəttə, imam Hüseyn böyük şəxsiyyət olub, haqsızlığa qarşı vuruşub, amma bununla yanaşı, onun ölümü ilə bağlı toy edilməməsi anlayışı yoxdur. Bizim cəmiyyət hər şeyə kortəbii yanaşır.
Məsələn, Ramazan ayı başlayanda hamı müsəlman olur, içmir, islamla bütünləşir. Onlar bilir ki, toylardakı bəzi ənənələr İslama ziddir. Amma həqiqi müsəlman bütün ömrü boyu İslamla bütün olmalıdır, bir ayın xatirinə deyil. İslam hansısa hadisə ilə bağlı, yaxud yaxınını itirən birinin 40 gün saqqal saxlanılmasını özündə əks etdirən bir din deyil”.
Elşad Mirinin fikrincə, belə mərasimlərin ölkəmizdə keçirilməsi İranla bağlı məsələdir: “Zaqatala, Balakən, Qax zonalarında istər məhərrəmlikdə, istərsə də ramazan aylarında toylar keçirilir. Cəmiyyətdə mifik bir fikir formalaşıb ki, guya məhərrəm ayında kim toy etsə, ya boşanacaq, ya övladı olmayacaq, ya da başqa xoşagəlməz hadisə ilə üzləşəcək. Amma ağlı başında olan bir insan bilir ki, əgər hər hansı genetik xəstəliyi varsa, qanında hansısa virus varsa, sonsuzluq problemi bununla bağlıdır.
Əzadarlıq məclislərinə gəldikdə, İslam dinində əzadarlıq anlayışı yoxdur. Allah “Qurani-Kərim”də də buyurur ki, özünüzü öz əllərinizlə təhlükəyə atmayın. Əgər bu deyilibsə, onun verdiyi əmanəti biz necə cəzalandıra bilərik? Əgər həmin insanlar həqiqətən də səmimidirlərsə, İmam Hüseyn kimi həyat yaşasınlar, onun kimi namaz qılsınlar, onun kimi oruc tutub, “Quran”a bağlılıqlarını həyata keçirsinlər. Bütün bunları etməyib yalnız bir “islamçı” olmaq mənə səmimi görünmür”.
Mənbə: Milli.Az
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Çağrılmamış qonaqlar və qonaqlıq(II)
Bakı qar gözləyir
Dünyanın ən bahalı istirahəti: bir aya 100 milyon dollar - FOTO
"Pelmeni" (foto-resept)
Çingiz xanın qəbri haradadır?
Zəvvarların növbəti qrupu yola düşdü
Camaat bələdiyyə sədrinə qarşı: "Elə küçədə, maşının üstündə..."
"Ufak tefek cinayetler"dən getmə xəbərindən danışdı
Daha uzun yaşamaq üçün sübut olunmuş 5 yol
Eyni yaşda olan məşhurlar
Oriqami ilə kəpənək düzəldilməsi
“Aztəminatlı ailələrə məktəbli formaları pulsuz verilir”
Çinin TV-xəbərlərini robotlar aparacaq
Türkiyə Milli Müdafiə Nazirliyi: “Beynəlxalq ictimaiyyət Ermənistana qarşı səsini yüksəltməlidir”
Martın 15-i imtahandır
Orta maaş nə qədərdir?
Peyğəmbərimizin sevdiyi qidalar
İrem Derici kirayə ev axtarır-FOTO
Vanqanın qorxulu xəbərdarlığı
Təhsil işçilərinə mühüm xəbər: dəyişiklik təklif olunur
Evdə hazırlaya biləcəyiniz dəri maskaları
Rusiyada “gənclik yaşı” qaldırıldı
Putin "erməni qərarı"nı verdi
Erməni əsilli iş adamı Paşinyana açıq məktub: “Yeganə çıxış yolu hakimiyyəti təhvil verməkdir”
DİQQƏT! Bakıda bu marşrutun hərəkət sxemi dəyişdi
"İdman və siyasəti qarışdırmaq lazım deyil"
Hava haqqında - 23.12.2013
Nazirlik 3 min pişiyin ölümündə günahlandırılır
Günün qoroskopu:Aktiv olun!
Yeni dövrün coğrafiyası (XV-XIX)-3 (son)
Kələmli qarğıdalı salatı (foto-resept)
Cəzalar dəyişdirilir
Smartfonların inkişafı internetdən asılıdır?
Ev bitkilərinə qulluqda yol verilən səhvlər
Bu qidalar sayəsində dəriniz qurumayacaq və daha gec qırışacaq
Ronaldodan duyğulandıran addım
Edis və Soner arasında 30 minlik məhkəmə işi
Süfrəmizdə iştahla yediyimiz insan saçı
Qazaxda 1200 rayon sakininə qurban payı göndərilib
Təbii yollarla qara saç rəngini necə açmalı?
"Jara" bu dəfə Dubayda oldu-OTO
Prezident: "Mənim stilistim yoxdur"
III Bakı Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək
2012-nin ziyafət geyimləri
Avropa Oyunlarından sonra həbslər başladı
Hava haqqında
Şəhid əsgərimiz təltif edildi
Daha iki futbolçumuz Türkiyədə
Tayfun 500 min sakinin evakuasiyasına səbəb oldu
Sabahın HAVAsı















- ŞƏRHLƏR