Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri Tiflisdə toplaşaraq bir çox siyasi məsələləri müzakirə ediblər. ANS TV-nin məlumatına görə, dövlət başçılarının dünya üçün maraqlı mesajları da məhz burda səslənib. Tiflis zirvəsi Azərbaycan-Gürcüstan və Türkiyə liderinin 7 ildən sonra ilk görüşü idi. Sonuncu dəfə bu dövlətlərin başçıları 2007-ci ildə Bakı-Tiflis-Qars dəmir yolunun təməlqoyma mərasimində bir araya gəlmişdilər. Təşəbbüskarı Türkiyə prezidenti Abdulla Gül olan 3 tərəfli sammit Tiflisin Milli kitabxanasında başladı. Prezidentlər əvvəlcə xatirə şəkli çəkdirdilər. Kameralara birlik mesajı verən İlham Əliyev, Abdulla Gül və Georgi Marqelaşvili çıxışlarında da həmrəylik məsələsini xüsusi qeyd etdilər. 3 ölkənin böyük tarixi dostluq ənənələrini icra olunan iqtisadi layihələr nəinki möhkəmləndirir, hətta bu dövlətləri dünya üçün əhəmiyyətini artırır. Liderlərin çıxışında əsas xətti belə ifadə etmək olar. Daha sonra keçirilən ikitərəfli və 3 tərəfli görüşlərdən sonra prezidentlər mətbuata açıqlama veriblər. Həmkarlarına təşəkkür edən ev sahibi, Gürcüstan prezidenti Georgi Marqelaşvili onların səylərinin artıq bəhrəsini verdiyini vurğuladı. Gürcüstan Prezidenti Georgi Marqelaşvilinin sözlərinə görə, biz öz tərəfdaşlığımızın nəticələrini görürük: “Bizim bu gün icra etdiyimiz layihələr ölkələrimizi, xalqlarımızı, eləcə də Xəzər, Qara və Aralıq dənizlərini birləşdirir. Bütün bunlar regionumuzun sabitliyinə xidmət edir. Çünki ölkələrimiz sabitliyin saxlanmasında maraqlıdır. Hər bir tərəf əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu nümayiş etdirir. Bu, bizim iradəmizdir, bu, bizim istəyimizdir.” Türkiyə prezidenti isə həmkarları ilə müzakirə olunan regional məsələləri diqqətə çatdırdı. Həm Gürcüstanın, həm də Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini deyən Abdulla Gül həmkarları ilə Ukraynada baş verənlərə laqeyd qalmadıqlarını bildirdi.
Türkiyə Prezidenti Abdulla Gül deyir ki, Ukraynadakı böhranı da görüşlərimizdə müzakirə etdik: “Böhranın bölgəmizdə təhlükəsizlik və sabitliyə təsir etməsi məsələsində həmfikirik. Böhrana Ukraynanın ərazi bütövlüyü çərçivəsində bir həll yolu tapılması vacibdir. Ölkədəki konstitusiya islahatı ölkənin şərqi və qərbi də daxil olmaqla hər yeri əhatə etməlidir". Azərbaycan prezidenti İlham Əliyev rəsmi Bakı, Ankara və Tiflisin həyata keçirdiyi Bakı-Tiflis-Qars dəmir yolu, Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum kimi layihələrin artıq regional çərçivədən çıxıb, qlobal miqyas aldığını qeyd etdi. Gələcəkdə icra olunacaq layihələr isə dünya üçün daha çox şey vəd edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib ki, enerji təhlükəsizliyilə bağlı olan məsələlər, bu gün dünya miqyasında ən önəmli məsələlər kimi tanınır və dünya gündəliyinin demək olar ki, birinci yerindədir: “3 ölkə öz enerji təhlükəsizliyini demək olar ki, tam şəkildə təmin edib. Gələcəkdə bizim üç ölkəmiz Avropanın enerji təhlükəsizliyini təmin edəcək. Bu gün burda icra olunan layihələr, danışıqlar dünya üçün, Avropa üçün əhəmiyyət daşıyır". İlham Əliyev 3 tərəfli sammitin bir ənənə halını almasını və növbəti zirvə görüşünün də Azərbaycanda keçirilməsini təklif etdi. Xatırladaq ki, Gürcüstana işgüzar səfəri çərçivəsində Azərbaycan prezidenti Heydər Əliyevin abidəsini də ziyarət edib. Həmçinin bir sıra obyektlərə də baş çəkib.
XƏBƏR LENTİ
HAVA necə olacaq?
Arıqlamağa başlamanın 5 yolu
Dünyanı Covid-19 bəlasına salan Uhanda Yeni il gecəsi
Bu gün seçki bulletenlərinin çap prosesinə start verilir
Quru meyvəli keks (foto resept)
İran Azərbaycanın investisiyalarını alqışlayır
Zövqlü mətbəx mebelləri
“Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir” - Mehriban Əliyeva
Mən qadınam!
Həzmi asanlaşdıran çaylar
Dərinizə təbii gözəllik bəxş edin
“Miss Yer Kürəsi” o oldu- FOTO
Dünyanın ən kiçik boylu adamı 28 yaşında öldü - FOTO/VİDEO
Möhtəşəm valideynlər
Qaşıqla üz masajı
Robot işlədənlər əlavə vergiyə cəlb olunacaq
Barak Obama və Mişel Obama yeni layihədə-FOTO
WhatsApp istifadəçilərinə müjdə
Nazirlər Kabineti xəbərdarlıq etdi: Məhdudiyyətlər sərtləşdirilir - RƏSMİ
Hərbi qulluqçuların pensiyaya çıxması üçün şərtlər dəyişib?
Qırmızı bibər salatı ( foto resept)
Günün ulduz falı
Qışda bədənə qulluq qaydaları
Ali Baş Komandan: “Vətən Müharibəsində fərqlənənlərə orden və medallar veriləcək”
Allahın qulu Teymur
1990-cı illərin unudulmaz 7 filmi
107 yaşlı nənə koronavirusdan sağaldı
Ən qənaətcil superkompüter odur
Acun Şeyma QALMAQALI DAVM EDİR-FOTO
Hava şəraiti dəyişəcək, sulu qar və qar yağacaq,
Məşhurların uğursuz plastik əməliyyatları
Hava necə olacaq?
Müdafiə naziri cəbhə bölgəsində inşası davam edən hərbi hissələrə baxıb
Hansı tip uşaqlar daha xoşbəxtdir?
Fransalı rahibə Avropanın ən yaşlı qadını oldu
Düşmənin atıb qaçdığı hərbi texnika və silah-sursatının görüntüləri - RƏSMİ/VİDEO
Əzvay şirəsi
Riannanın 3 milyon dollarlıq qolbaqları - FOTO
"Halloween"də Meksika küçələri
Azərbaycan ordusu düşmənin yüksək rütbəli zabitlərini məhv etdi: Komandir müavini itkin düşdü - RƏSMİ
Uşağı olmayanların təsəllisi budur?
"Birinci Avropa oyunları ədalətli, sağlam rəqabət, dostluq və həmrəylik şəraitində keçiriləcək"
Yeni dizaynlı Mercedes-AMG
Yeni gündə hava fərqli olacaq, amma...
Ana piroqu (foto resept)
Diqqət! Qasırğa var!
Ətraf mühiti çirkləndirən vərdişlər
Meymun aparıcının üstünə cumdu-VİDEO
Bir həftədə möhkəm dırnaqlar
Evliliyə hazırsınız?















- ŞƏRHLƏR