
Qeyd edək ki, "reborn" sözü ingilis dilində "reborning" sözündən götürülüb yenidən doğulma mənasını verir. İlk "reborn" uşaqları hələ 1990-cı ildə ABŞ-da istehsal etməyə başlayıblar. Oyuncaq istehsalı ilə məşğul olanlar və gəlincik kolleksiyası yığanlar "reborn"ların həqiqi körpələrə bənzəməsini istəyirdilər. Canlı oyuncaq effektinə nail olmaq üçün usta gəlinciyi götürür və onun üzərində rəssamlıq edərək cizgilərini insan cizgilərinə bənzədir. Adi oyuncağı canlı çağaya çevirir.
"Reborn"un bədəninə xüsusi boya ilə 7 lay çəkilir. Körpənin damarları, doğum sonrası bədəndəki göylər çəkilir, formalara şişkinlik verilir. Bundan "reborn" sobaya qoyulur. Bir "reborn" körpənin hazırlanmasına 2 iş həftəsi sərf olunur.
Qiymətinə gəlincə, "uşağ"ın nə dərəcədə keyfiyyətli olmasından asılı olaraq 10 mindən 100 min dollara qədər olur. Bu cür körpələri adətən övladları artıq böyüyən, sonsuz və ya uşaq istəməyən, ya da sadəcə uşaq arzulayan qadınlar sifariş edir. "Reborn" körpələrinə sahib olan qadınlar bildirir ki, gəlinciklərlə ünsiyyətdən rahatlıq tapır və çox xoş hisslər keçirirlər.
Alimlər bildirir ki, "reborn" uşağı qucağında əzizləyən insanın beynində canlı uşaqla da eyni şeyləri edərkən yaranan kimyəvi reaksiyalar gedə bilər. Bu cür körpəyə canlıdan fərqli olaraq baxmaq asandır. Onlara yemək vermək, altını dəyişmək lazım olur. "Reborn"ların anaları körpələri ağlayarkən fikir çəkmir, yatanda ayılmasın deyə pıçıltı ilə danışmır, öz əvvəlki həyat tərzini də dəyişməli olmur. Onlar bu körpələri adi uşaq kimi geyindirib kolyaskasına qoyub gəzməyə aparır.
"Reborn" körpə həqiqi körpəyə bənzəsin deyə elektron mexanizmlərdən də istifadə olunur. Bu mexanizm vasitəsilə süni körpələrdə ürək döyüntüsü olur, nəfəs alma effektini yaratmaq üçün döş qəfəsi qalxıb-enir. Mexanizmlərlə oyuncaq körpə qığıldayır və "ağlayır". "Reborn" oyuncaqlar arasında "yemək yeyən" və "altını batıran" oyuncaqlar da olur. Bəziləri məhz belələrini sifariş edir ki, onun qayğısına qalıb, onun ardınca yığışdırsınlar. Bəzən "reborn"ları fotoya uyğun da sifariş edirlər. Misal üçün, öz uşaqları böyüyən analar onlara oxşar uşaq sifariş verir. Bu oyuncaqların satıldığı bəzi mağazalarda, hətta doğum tarixi, adı və çəkisi göstərilən "reborn"un doğum haqqında şəhadətnaməsi də verilir.
Psixoloq Elşən Rzayev bildirir ki, insanlar reborn uşaqları müxtəlif səbəblərə görə alırlar: "Bu oyuncaqlar insana həm müsbət, həm də mənfi təsir göstərə bilər. Bu oyuncaqların müsbət tərəfi odur ki, uşaq gözləyən, lakin uşağı qucağında tuta, uşağa qayğı göstərə bilməyən təcrübəsiz valideynlər üçün bu süni uşaqlar faydalı ola bilər. Lakin çox vaxt bu oyuncaqları uşağa qayğı göstərməyi öyrənmək məqsədilə deyil, sadəcə oynamaq üçün də alırlar. Dünyada kifayət qədər bunlarla oynayan yaşlı insanlar var. Maraqlısı odur ki, balaca qızlar qadınabənzər Barbi tipli gəlinciklərə, ortayaşlı və daha yaşlı qadınlar isə süni körpələrlə oynayırlar. Bu süni körpələri əksər analar canlı körpə kimi qəbul edir və balası kimi çox sevirlər. Onlara canlı uşaq kimi qayğı göstərir, geyimini, kolyaskasını, çarpayısını alır, hər bir ehtiyacını ödəyirlər. Statistikaya görə, qadınlar süni uşaqlara daha çox üstünlük verirlər".
E.Rzayevin dediyinə görə, bu oyuncaqları alanlar onların geyimlərini dəyişir, saçlarını yuyur: "Bu oyuncaqlarla vaxt keçirmək insanlarda xoşbəxtlik hormonlarını yaradır, lakin bu oyuncaqdır və böyümür. O, sevə bilmir və hissiyatı yoxdur. Bəzən isə analar bu süni körpələrə o qədər bağlanırlar ki, bunu anlamaya da bilərlər. Onlar cansız oyuncağı canlı insan qədər sevə bilərlər. Bununla yanaşı insan özünü bütünlüklə oyuncağa həsr edir. Süni körpə ananın həyatının mənasına çevrilir. Bəzilər canlı uşaq istəmədiyi üçün vaxtını süni oyuncaqla keçirir. Həqiqətən də uşaq istədikdə isə bəzi vaxtlarda artıq gec ola bilər. Ən pisi isə övladı ölən valideynlər öz uşaqlarına oxşar "reborn"ları sifariş edir. Hər dəfə onun canlandığına ümid bəsələyərək dərin depressiyaya da düşə bilərlər. Bəzilərisə tənhalıqdan sıxıldığı üçün "reborn" alır".
Bu gün "reborn"lar çox məşhurdur. Bir çox məşhur rəssamlar "reborn" uşaqlarının silsilə kolleksiyasını işləyirlər. "Reborn" əl işi körpələri xüsusi sərgilərdə sərgilənir. Bəziləri isə "reborn" uşaqlara həqiqi uşaq kimi baxır və onlara bağlanırlar.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Qeyri-adi saç düzümləri
Çatlaq şüşə effekti yaratmaq
Serenay Sarıkaya 7 minlik tərlikləri ilə diqqət çəkdi-FOTO
Xanımı ilə barışmaq üçün 2 milyonluq hədiyyə aldı-FOTO
Arıqlamaq istəyərkən həyatını itirdi!
Sağlamlıq hərəkətdədir
1860-cı ildə "Ayfon" olub - İDDİA
Emin Əmrullayevdən yeni TƏYİNAT
İlk görüş stressini necə azaltmalı?
Azərbaycanda qeyri-adi quzu doğulub
Gözəl görünüşlü boyunbağılar
Əncirli keks (foto-resept)
Günəş
Beyin üçün ən zərərli 3 qida
Koronavirusa yoluxmuş insanın bədənində baş verən dəyişikliklər açıqlandı
Kəvərli şorba (foto resept)
Ordumuz ermənilərə daha bir zərbə
Buz otel
Bu il 10 min ailə dağılıb
Göbələkli içliklə doldurulmuş qabaq(foto-resept)
Bakıda koronavirusun ən çox yayıldığı rayonlar - SİYAHI
XƏBƏRDARLIQ! Maqnit qasırğası olacaq
Qadin.Net-lə birlikdə "Özünü kəşf et!" layihəsi (4)
Bu zalım dünyada doğulma...
Evdə oturmaqdan sıxılan uşaqlarla necə vaxt keçirməli?
Ailələrin dağılmasının daha bir SƏBƏBİ açıqlandı
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 135 yeni yoluxma
Azərbaycanda hansı məhsullar bahalaşıb? - FOTO
Azərbaycanda iribuynuzlu heyvanlar arasında naməlum xəstəlik yayılıb
Yaşıl mərci plovu (foto-resept)
Kibariye Bakıda konsert verəcək
Sağlam ayağı kəsən həkim istintaqa ifadə verib
“Meyiti yandırılan” kişi evə qayıtdı
Məşhur Azərbaycan kəndi təlaş içərisində: nə vurmaq olur, nə də qaçmaq
Romatizmal xəstəliklər
"40 Qoz" tortu(foto-resept)
Azərbaycan yığması Madridə 14 cüdoçu ilə yollanıb
Ərdoğan tramvay sürdü - FOTO
Stresdən necə çıxmaq olar?
HAVA necə olacaq?- 4 MAY
Məşhur cütlükdən COVİD-19 açıqlaması
"WhatsApp" pullu olacaq
Türkiyədə qar yağdı
Bakıda gecə işləmək
Səyahət üçün ən gözəl yerlər
Dinozavlardan da qədim tapındı
Üzüm budağının suyu - TƏBİİ DƏRMAN
Azərbaycan rəssamına qraf titulu verildi
Ən rüşvətxor ölkələr
Qadın ərini 18 avroya satışa çıxartdı-FOTO















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]