
Bəzən kimsə vaxt çatışmazlığından şikayətlənir, kim isə vaxtın gec getdiyini deyir. Ümumiyyətlə, biz vaxtın dəqiq necə keçdiyini duya bilmirik. İnsanın şüurunda vaxt ya ləngiyir, ya da sürətlə keçməyə başlayır. Şüur vaxtın reallıqda necə getdiyini qəbul edə bilmir. İnsanlar eyni zamanda həm bioloji vaxtda, həm də hansısa vacib hadisə ilə bağlı vaxtda yaşayırlar.
Neyrobioloq Mark Şvoba görə, çətin həll olunan intellektual məsələni həll edərkən zaman sanki dayanır. İnsanın limbik sistemi - emosiyaların, həssaslığın mərkəzi müvəqqəti olaraq sönür. İnsan ətrafdakı dünyanı qəbul etmir. Beyin qabığı yalnız həyatımız üçün çox vacib siqnalları qəbul edir.
Güclü emosiyalar da vaxtı saxlamağa qadirdir. Misal üçün, secdiyimiz insanı gözləyəndə dəqiqələr saata bərabər olur. Lakin o gələn kimi vaxt dayanır. Vaxtın keçdiyini hiss edə bilmirik. Bu zaman limbik sistem insanı bir növ sərxoş edən çoxlu sayda hormonlar buraxır.
Psixoloq Arzu Qurbanova Şvobun təcrübələrinə əsaslanaraq bildirir ki, vaxtın keçmə sürətinin subyektiv dəyişməsi həyat ritmimizdən də asılı ola bilər. "Misal üçün, həyat rejimini dəyişəndə orqanizm adaptasiya prosesini keçir və stress vəziyyətinə düşür. Stress hormonları kortizol və katexolamin orqanizm tərəfindən daha aktiv istehsal olunmağa başlayır. Bu da insanı daim tələsməyə vadar edir. Adama elə gəlir ki, vaxt heç nəyə çatmır".
Onun sözlərinə görə, insan yaşlandıqca vaxt daha tez keçməyə başlayır. Yaşımız artdıqca daha çox xatirələrə dalır, gələcək barədə düşünür və bununla da indiki vaxtı qısaldırıq.
Psixoloq Ruhanə Rzayeva isə hesab edir ki, zaman haqqında təəssürat uşağın böyümə prosesində formalaşır: "Uşaq tədricən keçmişin və gələcəyin mövcud olduğunu anlayır. Bunu anladıqdan sonra onun şüurunda indiki zaman nəzərə çarpacaq qədər qısalır. Yeniyetməlik dövründə isə o, uşaqlıq arzularının yerinə yetmədiyini anlayıb ümidsizləşir. Yeniyetmə artıq, heç vaxt prins və ya əfsanəvi qəhrəman ola bilməyəcəyini dərk edir. Bundan sonra onun şüurunda vaxt daha sürətlə keçməyə başlayır".
Psixoloq Lalə Əhmədova isə bildirib ki, insan vaxtın keçdiyini obyektiv ölçmək iqtidarında deyil. Beyində vaxtın necə keçdiyinə görə cavab verən struktur yoxdur. Zamanın keçdiyini duymağımız bizim psixologiyamızdan asılıdır.
Neyrobioloq David İqlman zamanla bağlı maraqlı təcrübə aparıb və bu qənaətə gəlib ki, beyin yeni informasiyanı analiz etdikdə vaxt daha yavaş keçir. O, təcrübə iştirakçılarına müxtəlif şəkillər göstərib. Bu şəkillərdən bir qismi iştirakçılar üçün tanış idi, bir qismi isə yeni. Şəkilləri göstərəndən sonra İqlman içtirakçılardan şəkillərə baxanda nə qədər vaxtın keçdiyini soruşub. Məlum olub ki, iştirakçılar üçün subyektiv təsəvvürlərinə görə yeni olan şəkillərə baxanda daha çox vaxt keçib. Lakin şəkillər eyni vaxt ərzində göstərilirdi. Sadəcə beyin tanış olmayan informasiyanı qəbul etdikdə vaxtın geç keçdiyini hiss edirik. Bu səbəbdən də uşaqlıqda yenilikləri, dünyanı özümüzə açdıqca vaxt bizim üçün geç keçirdi. Tələbəlik illəri və sonrakı illər isə daha sürətlə keçməyə başlayır.
Qeyd edək ki, antropoloqlar müxtəlif mədəniyyət nümayəndələrinin vaxtı fərqli duyduqlarını müşahidə ediblər. Misal üçün, Tanzaniyada maldarlıqla məşğul olan datoqlardan dəqiqliklə kiminsə hansı vəziyyətdə dünyaya gəldiyini, həmin vaxt nəyin baş verdiyini öyrənmək olar. Lakin onlardan həmin adamın doğum tarixini soruşanda cavab verə bilmirlər. Onlar öz yaşını da bilmirlər. Özlərini müəyyən insan qruplarına aid edirlər. Uşaq, yeniyetmə, gənc, valideyn və ya baba olduqlarını deyirlər. Kimləsə görüş təyin etdikdə isə onlar vaxtı təxmini təyin edirlər. Məsələn, "gün doğanda", "günorta", "hava qaralanda" və s. Vacib hadisələrin icra olunma vaxtını isə fəsillərə, təbiət hadisələrinə görə müəyyən edirlər: "Yağışlar başlayanda", "quraqlıq başlayanda" və s. Hansısa mərasimi təyin edərkən isə deyirlər: "ay bədrlənəndə". Onlar günü və saatı bilməsələr də, hadisənin olduğu və ya baş verəcək vaxtı dəqiq anlayırlar. Onlar digərlərinin vaxtı saatla ölçmələrinə əhəmiyyət vermirlər. Hansısa mərasimin bir-iki saat gec başlayacağı onları əsəbləşdirmir. Onlar sakit və səbirlə mərasimin baş verəcəyini gözləyirlər. Onlar digər millətlərin nümayəndələrinin səbirsiz olduğunu anlaya bilmirlər.
Bəzi ölkələrdə isə saatların olmasına baxmayaraq, vaxtda dəqiqliyə o qədər də fikir vermirlər. Misal üçün, Latın Amerikasında, Şimali Afrikada və ya Yaxın Şərqdə görüşə bir saat, bir saat yarım gecikmək normaldır. Gözləyən bu zaman qəhvə içir, dincəlir, kitab oxuyur və ya musiqiyə qulaq asır. Almaniyada, İsveç və Hollandiyada bir neçə dəqiqəyə də olsa gecikmək etik qaydalara uyğun deyil.
XƏBƏR LENTİ
Oyuncaqlar uşaqlarda davranış pozğunluğu yaradır - İDDİA
Məşhur oyunlara qadağa qoyuldu
Yanvar ayının birindən maaşınızdan 10 AZN tutulacaq - RƏSMİ
Dünya Bankı Afrikaya 25 milyard ayıracaq-SƏBƏB
Günün qoroskopu:Bədxərclik etməyin!
Bakıda 37 metrlik yolka qurulur - FOTO
500 kq-lıq qadını müalicəyə yolladılar - Yük təyyarəsiylə - Foto
2000 il əvvəl ağıllı telefonlar olub? – İlginc tapıntı/FOTO
Riki Martinin dördüncü övladı doğuldu - FOTO
iPhone və iPad üçün çoxdan gözlənilən yenilik
Karantin postlarının yaradılacağı ərazilər açıqlandı
Yeni şəxsiyyət vəsiqələrinin veriləcəyi tarix bəlli oldu
Kabaklı yay salatı (foto resept)
Putin Bakıda Əliyevlə Qarabağdan danışacaq
Gözlərə qulluq
ABŞ-dan İŞİD-ə “cəhənnəm odu”
Azərbaycanda işdən çıxarılanlara təzminat ödəniləcək
Müdhiş layihə - Kosmik internet!
Məşhur model 14 yaşlı qızını zorla əməliyyat etdirir-FOTO
"İçerde"nin aktrisası Avstriyada toy edəcək - FOTO
Göz təzyiqinin qarşısını almaq üçün 4 tövsiyə
Toxunma əl işləri
Qadın din xadimləri də yetişdiriləcək
Türkiyədə kütləvi dəfn mərasimi keçirildi
Yerə təhlükəli meteorit yaxınlaşır - Gözlə görmək mümkün olacaq
Qızıl balıqlı yaşıl şorba (foto resept)
Körpələrdə ürək xəstəlikləri
Torpaq fırıldaqçılarından ehtiyatlı olun
Ev üsulu şaftalı şirəsi (foto-resept)
BÜRCLƏR bizə nə vəd edir? -7 İyul
Toxunma uşaq ayaqqabıları
Şükufə Yusupova "Şöhrət" ordeni ilə təltif edildi
61 yaşlı Şeron Stoundan FOTOsessiya
RT Obamanı biabır etdi
Madonna Tel-Əvivdə Fələstin damğası vurdu - VİDEO
Dondurmalı profiterol (foto-resept)
Hindistana gediş-gəliş asanlaşır
Onlar qəsdən QİÇS-ə yoluxurlar
Riyaziyyatla din arasındakı körpü (2)
Brent neftinin qiyməti 50 dollara yaxınlaşır
İngilis dili müəllimləri üçün layihə həyata keçiriləcək
Energetik içkilər qadağan olundu
Həyatverici məhəbbət simvolu
“WhatsApp” məlumatlarınız “Facebook”da - ehtiyatlı olun
Düşüncələr dilə gəldi
“Azərbaycanda erməni kəşfiyyat şəbəkəsi aşkarlanıb”
İlk dəfə qadın rəhbər
Qarpızlı çiyələk salatı (foto resept)
"Barselona"nın yeni kapitanı kim olacaq?
Bella Hadid yeni FOTOsu ilə diqqət çəkdi














