
Ölkədə yay vaxtı bitir. Belə ki, oktyabrın 27-də, saat 5:00-da saatların əqrəbləri bir saat geri çəkilməklə, ölkə ərazisində qış vaxtına keçiləcək. 17 mart 1997-ci il Nazirlər Kabinetinin qərarı ilə Azərbaycanda yay və qış vaxtına keçid tətbiq edilir. Nazirlər Kabinetinin qərarına əsasən, martın son bazar gününə keçən gecə Azərbaycan yay vaxtına keçir və saatlar bir saat irəli çəkilir, oktyabrın son bazar gününə keçən gecə isə qış vaxtına keçir və saatlar bir saat geri çəkilir. Qeyd edək ki, bir sıra ölkələrdə qış vaxtına keçid ləğv edilib. Azərbaycanda isə qış vaxtına keçib-keçilməməklə bağlı müxtəlif fikirlər mövcuddur. Belə ki, bəziləri qış vaxtına keçidin müsbət iqtisadi effekt verdiyini, əksəriyyət isə bunun ziyanlı olduğunu bildirir. Məlumatlara görə, bu qanunun tətbiq olunduğu 110 ölkənin hər birində, o cümlədən Azərbaycanda elektrik enerjisinin illik istifadəsinə 2 faizədək qənaət olunur. Bu qənaət eyni zamanda ekologiyaya da müsbət təsir göstərir. Çünki elektrik enerjisinin istifadəsini azaltdıqca, ölkələr atmosferə atılan tullantıların miqdarını da azaltmış olur. Avropa Birliyi ölkələri və ABŞ-ın əksər ştatları hər il bu üsuldan faydalanır. Çin, Yaponiya, Cənubi Koreya, İran, Gürcüstan, Virciniya adaları, Sinqapur, Estoniya, Ukrayna və s. ölkələr saatlarının əqrəbini geri çəkməkdən imtina edib. Rusiya isə ilk dəfə 1917-ci ildə yay vaxtına keçsə də artıq orada vaxtın dəyişdirilməsi ləğv edilib. 2008-ci ilin mayında Rusiya Dövlət Dumasına vaxt dəyişikliyindən imtina ilə bağlı qanun layihəsi təqdim olunub. Belə bir qanun layihəsinin yaranmasına, yay və qış vaxtlarına keçidin vətəndaşların səhhətinə mənfi təsiri barədə məlumatlar səbəb olub. Mütəxəssislərin fikrincə, saatların əqrəblərinin bir saat irəli çəkilməsindən sonra keçən ilk iki həftə ərzində təcili tibbi yardım xidmətinə müraciət edənlərin sayı 12%, bədbəxt hadisələr 29%, miokard infarktından ölüm halları 75%, intiharlar isə 66% artır. Əlavə arqument kimi 1980-1999-cu illər ərzində Rusiyada ölüm hallarının sayı barədə statistika da göstərilir. Bildirilir ki, bu statistikada yay və qış vaxtlarına keçid dövrünün payı 8-10% təşkil edir. Dünyanın müxtəlif ölkələrində aparılan elmi araşdırmalar və həkim rəyləri sübut edir ki, saat əqrəblərinin irəli-geri çəkilməsi insanların səhhəti ilə bağlı müəyyən problemlər yaradır. Mütəxəssislərin fikrincə, vaxtın dəyişdirilməsi hər 5 insandan birinə mənfi təsir göstərir. Terapevt Xatirə Əhmədovanın sözlərinə görə, insan orqanizminin öz bioloji saatı var və yay vaxtına keçidlə əlaqədar olaraq bəzi insanlarda təzyiq qalxır, stress yaranır, yuxu rejiminin pozulması halları baş verir. "Ürək-damar xəstəlikləri yaranır, immun sistemi, maddələr mübadiləsi pozulur. Vaxtın dəyişdirilməsi qadınlarda harmonal dəyişikliklərin baş verməsinə səbəb olur ki, bu da onların uşaq dünyaya gətirmə qabiliyyətinin zəifləməsi ilə nəticələnir. Ümumiyyətlə, insan orqanizmi keçid saatına uyğunlaşana qədər bütün xroniki xəstəliklər kəskinləşir, ağrılar artır. Mən saatın dəyişdirilməsinin tərəfdarı deyiləm. Deyirlər, guya iqtisadi cəhətdən bu ölkə üçün xeyirlidir. Amma insan sağlamlığı üçün çox zərərlidir". Həmsöhbətimiz hesab edir ki, vaxtın dəyidirilməsi xüsusilə ürək-damar xəstəlikləri olan insanlara mənfi təsir göstərir. Miokard infartından ölənlərin sayı artır və ya ürək problemi olanlarda xəstəlik güclənir. Keçid dövrünü ən pis uşaqlar, əlillər və meteohəssas insanlar, ürək çatışmazlığı olan şəxslər keçirir. Bu cür şəxslərin özlərinə gəlməsi üçün ən azı 1-2 həftə vaxt tələb olunur. "Baxın, hər bir insanın bioloji saatı olur. Yatmaq, durmaq, yemək zamanı o bioloji saatda öz yerini tutur. İnsanların biloji saatı fərqlidir. Bioloji saata kənar təsirlər olduqda insan orqanizminin ritmi pozulur. Yuxu, qidalanma pozulduqda insanın mədə-bağırsaq sistemi, əsəb-sinir sistemi pozulur. Bu, özünü ən çox kiçikyaşlı uşaqlarda və yaşlı nəslin nümayəndələrində daha çox büruzə edir". Həkim məsləhət görür ki, insanlar öz bioloji ritmini pozmamaq üçün zamana uyğunlaşmağa çalışmalıdırlar. Qış vaxtına keçid bir sıra ölkələrdə elektrik enerjisinə qənaət kimi qəbul edilir. Energetik Elçin Əzizov deyir ki, keçid vaxtının həqiqətən ölkə iqtisadiyyatına xeyri var. Belə ki, əqrəblərin bir saat irəli və ya geri çəkilməsi bir saata qənaət deməkdir. Bu da öz növbəsində enerjiyə, qaza bir saat qənaətdir. "Mən belə düşünürəm ki, saatların dəyişməsi təxminən 1 saatlıq elektrik enerjisinə və təbii qaza qənaət etməyə imkan verir. Amma Azərbaycanda hələ bu vaxta qədər qış-yay vaxtına keçməklə elektrik enerjisinə və mavi yanacağa nə qədər qənaət edildiyinin statistikasını aparan olmayıb. Düşünürəm ki, hər zaman keçiddən şikayətlənən insanlar keçid vaxtının zərərləri ilə yanaşı, xeyirlərindən də danışsınlar". Beləliklə, oktyabrın 27-si, saat 5-də saatlarınızı qış vaxtına qurmağı unutmayın.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Azərbaycanda bəzi yerlərə sulu qar yağacaq
Azərbaycanda mobil maliyyə xidməti niyə işə salınmır?
Bu gündən hava soyuyur
Tuba Büyüküstün Parisdə 7 milyonluq ev aldı-FOTO
Ördək dimdikli dinozavr növü tapıldı
Dünyadakı ən qısa uçuşlar - CƏMİ 2 DƏQİQƏ...
Dəbli gödəkçələr və jiletlər
Qat-qat xəmirdən tort (foto resept)
Sabahın HAVAsı
Mila Yavoviç paylaşımı ilə TƏƏCCÜBLƏNDİRDİ-FOTO
AzTV işğaldan azad olunan rayonlarda müxbir postları yaradacaq
I sinfə qəbul qaydalarına yenidən dəyişiklik ediləcək
Tırtıl və çiçək kurabiyə (foto resept)
Tulin Şahin 1 saata 50 min qazanır-FOTO
Sabahın HAVAsı
BÜRCLƏR bizə nə vəd edir? - 29 mart
Məşhur cütlük boşandı
Putin liderləri hədələdi
İlin ilk iş gününün HAVASI
Xərçəngə qalib gəlməyin ən effektiv yolu
Nişan və ya qız toyu donları
Qorxmuram
Alimlər insan ömrünün orta həddini açıqlayıblar
İlk hündürdaban ayaqqabı
“Evdə tək” filmində “Rembo” olarsa - VİDEO
Bəşəriyyətin ən zəngin adamı
Bu çimərliklərdə EHTİYATLI OLUN - YENİLƏNİB
Yas mərasimlərində pul qarşılığında ağlayan qadınlar
Livan hökuməti tam tərkibdə istefa verdi
Uşaqların uğuruna mane olan 3 valideyn xətası
Deyl Karnegidən 12 məsləhət (2)
Leonid Aqutin Bakıya tək gələcək
Facebook-da çoxdan gözlənilən yenilik
Paytaxt sakinləri hələ də donurlar: kimdir günahkar?
Yeni messencer yaradılır
Avropa Parlamentinin üzvü: "Ermənistanın işğalçılıq siyasətinə son qoyulmalıdır"
Həzi Aslanov yad edildi
Alma cemi (foto resept)
Deniz Çakır yenidən GÜNDƏM oldu-FOTO
Geyim kombinasiyaları
Əsl donuz faciəsi
Beren Saat BOŞANMA xəbərlərinə fikir bildirdi
Tənbəl heyvan necə bir heyvandır?
Məşhur aktrisa yenidən gündəmdədir-FOTO
İncə belə sahib olmaq üçün...
Əsgərimiz şəhid oldu
60 artıq orta yaşdır
Kerimcanın əməliyyatdan əvvəlki FOTOları
İrem Derici izləyicilərini təəccübləndirdi-FOTO
Xocavəndin işğaldan azad olunan Daşbaşı kəndi - VİDEO















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]