Sakitləşdirici dərmanların dozasının hədsiz artırılması ölümlə də nəticələnə bilər
Son zamanlar sakitləşdirici və yuxu gətirən dərmanlara aludə olanların sayı artır. Çoxu heç həkimlə məsləhətləşmədən də tanışlarından bu dərmanların adını öyrənib istifadə edir. Mütəxəssislər bildirirlər ki, xüsusilə də yuxu gətirən və trankvilizator həblər ciddi asılılığa səbəb olur.
Psixiatr Fərhad Osmanovun sözlərinə görə, antideprissantların qəbulu ciddi asılılıq yaratmasa da, trankvilizator və yuxu gətirən dərmanların qəbulu zamanı ehtiyatlı olmaq lazımdır. Trankvilizator sözü latın dilindən tərcümədə insanı sakitləşdirən, rahatlıq gətirən vasitə mənasını verir. Trankvilizatorlar mərkəzi sinir sisteminə təsir edərək insanı sakitləşdirir, gərginliyi aradan qaldırır, qorxu və həyacanı azaldır. Bəzi adamlar özlərini rahat hiss etmək üçün həkimin təyinatı olmadan da bu maddələrdən istifadə edirlər. Bu cür maddələr isə bir sıra hallarda asılılığa gətirib çıxarır. Bəzi hallarda xəstə həkimin göstərişi ilə hansısa bir trankvilizatoru qəbul etsə də, sonradan ehtiyac olmayanda belə onları qəbul etməyə davam edir. İnsanlar çox vaxt bunu konfetə bənzəyən həb kimi qəbul edərək udur və nəticəsini düşünmürlər.
F.Osmanov bildirib ki, trankvilizatorlar, psixotrop maddələrdən yaranan asılılıq aylar, hətta illərlə də davam edə bilər: "Vəziyyət o həddə çatır ki, xəstə özünü həblərsiz zəif hiss edir. Sanki növbəti cüzi bir narahatlıq belə onu məhv etmək iqtidarındadır. Asılılıqdan əziyyət çəkənlər çox vaxt həbləri problem yaranana qədər qəbul etməyi davam edirlər. Onların sağlamlığında və həyat tərzində bu həblərin təsiri özünü göstərdikdə isə qorxuya düşürlər. Ən böyük qorxu isə bu həblərsiz yaşamağı davam etmək olur".
Psixiatr qeyd edib ki, bəzi hallarda həkimin səhvi də dərmanlardan asılılığa gətirib çıxarır: "Məsələn, xroniki alkoqolizmdən əziyyət çəkən şəxslərə sakitləşdirici dərmanların təyini onlarda asılılıq yarada bilər. Yaxud, çox vaxt iş adamları xroniki yorğunluqdan və işgüzar səfərlərdə tez-tez olduqları üçün yuxu rejiminin pozulmasından şikayət edirlər. İşlərində baş verə bilən uğursuzluqlar da onları qorxudur. Ona görə də gərginliyi azaltmaq üçün sakitləşdirici dərmanlar qəbul etməyə başlayırlar. Həkimin təyin etdiyi dozanı çoxaltdıqda isə spirtli içki qəbulundan sonra yaranan sərxoşluq halını xatırladan vəziyyətə düşürlər".
Sakitləşdirici həbləri ailədaxili konfliktlərdən əziyyət çəkən insanlar, stresslə üzləşənlər də qəbul edir. Həkim diqqətə çatdırıb ki, bu halda da dozanı çoxaltmaq insanda yersiz əhvalın yüksəlməsi ilə nəticələnir: "Trankvilizatorların təsirindən insan qayğısız olur və boşboğazlıq edir. Diqqəti cəmləmək çətinləşir, nitqin aydınlığı itir. Ona görə də diqqət tələb edən işlərdə çalışanlara bu cür vasitələr məsləhət deyil. Belə dərmanların dozadan artıq qəbulu dərin yuxuya getmə ilə də müşayiət olunur. Dozanın hədsiz artırılması isə ölümlə də nəticələnə bilər".
Bəzi sakitləşdirici dərmanları uzun müddət qəbul edib bundan imtina etdikdə əllər əsməyə başlayır, nitqində əsəbilik hiss olunur, hətta insanın yerişi və qaməti belə zəif görünməyə başlayır. Həblər insanın iş qabiliyyətinə də təsir edir. Orqanizm dərmanlara o qədər öyrəşə bilər ki, onları atdıqda insanın səhhətində ağırlaşmalar özünü göstərir. İnsanın bədəni titrəməyə başlayır, hərarəti və arterial təzyiqi artır, ürəyə pis təsir edir, əzələlərdə ağrılar baş qaldırır. "Diz, dirsək, çiyinlər ağrıyır. Bunlarla yanaşı qıcolmalar və nevrozlar da başlaya bilər. Bu cür xəstələr çox kədərli olur, depressiyaya meyl edir və intihar haqqında düşünürlər".
Müsahibimizin dediyinə görə, əsəb sakitləşdirici, antidepressant dərmanların hamısının tərkibində cüzi narkotik var. Onların istifadəsi zamanı insanlarda narkotik effektlər əmələ gələ bilər. Buna görə də bu dərmanlardan qorxmaq lazımdır. "Narkomanlar da həmin dərmanların 5-7 ədədini birdən qəbul edəndə narkotik effekti yaranır. Bu səbəbdən də əsəb sakitləşdirici, eləcə də antidepressant dərmanların apteklərdə yalnız resept əsasında satılmasını və onların satışına ciddi nəzarəti olması vacibdir".
Qeyd edək ki, tərkibində narkotik maddə kiçik dozada olan dərmanı 1-2 dəfə qəbul edəndə insan orqanizmə təsir göstərmir. Amma bu dərmanları dozadan artıq içəndə onun narkotik effekti yaranır. Bunu nəzərə alan narkomanlar narkotik effekti almaq üçün bu dərmanlardan istifadə edirlər. Mütəxəssislər məsləhərt görür ki, əsəb sakitləşdirici dərmanlar həkimin göstərişi ilə kursla qəbul olunmalıdır. Dərmanlar bir kursluq müalicə üçün təyin edilirsə, gərək həmin müddətdə qəbul olunsun. Hər bir xəstəliklə bağlı bu dərmanların qəbulu üçün təyin edilən müddət müxtəlifdir. Bu dərmanlar 15 günlük və 1 aylıq müalicə üçün də təyin oluna bilər. Hər bir xəstəlik və ya problem üçün tövsiyə edilən əsəb sakitləşdirici dərmanlar müxtəlifdir. Tərkibindən asılı olaraq, sakitləşdirici dərmanları həkimlər kiçik yaşlı uşaqlara, hətta yenidoğulanlara da məsləhət görürlər.
Psixiatr nəzərə çatdırıb ki, yuxu gətirən dərmanların uzun müddət qəbulu diqqətin, yaddaşın və intellektin zəifləməsinə gətirib çıxarır: "Yaxşı olar ki, sakitləşdirici və yuxu gətirən həblər əvəzinə gərgin olduğunuz vaxtlarda təbiət qoynunda olasınız. Xüsusilə də dəniz və yaşıllıq əsəbləri sakitləşdirir, insanın sağlamlığına ümumilikdə müsbət təsir edir. Əlbəttə ki, sağlam bədən və ruh üçün idmanla məşğul olmaq da əvəzsizdir. Günü rejimlə yaşamaq, sizi əsəbiləşdirən amillərdən və insanlardan uzaq durmağınız da psixi sağlmalığınıza müsbət təsir edəcək".
XƏBƏR LENTİ
Son 45 ildə İLK DƏFƏ - İraqlı qız dünya gözəllik yarışmasında - FOTO
Yay vaxtına keçid bizə nə verir?
Ali təhsildə yenilik
Yadda qalan günlər
Yediklərimiz dərimizə necə təsir edir?
İctimai Şuranın sədr müavini: “Distant dərslər təhsil prosesinin tənəzzülü ilə nəticələnə bilər”
İlgün, İlig...-Uşaqlara bu adlar qoyula bilər
HAVA necə olacaq?- 25 APREL
Koronavirusu daha rahat keçirməyin üsulu məlum oldu
Macar kababı (foto reept)
Hikmət Hacıyev: “Dünən Ermənistanın iki “Su-25” təyyarəsi dağa çırpılaraq partlayıb”
Cəbhədə nə baş verir?
"Qızıl qlobus-2016" mükafatının ən yaxşı geyimləri
"ASAN Xidmət" Mərkəzinin təşkilatçılığı ilə "Sən azərbaycanlısan" adlı konsert keçirildi
Bakıda yol qəzaları günün ən çox hansı saatlarında baş verir?
Məşhur müğənnidən gözlənilməz ETİRAF-FOTO
Türk aktrisa oğurluqda ittiham olunur-FOTO
Sevda necə arıqladı? - "İnsanlar indi şokdadılar" - FOTO
Azərbaycan ordusu şəhid verdi: bir sülhməramlı, dörd erməni hərbçi yaralandı
Alişan və Buse birlikdə veriliş aparacaqlar
Münasibəti məhv edən 5 xəta
Azərbaycanda teatrında yenilik
Sabahın hava proqnozu
Qohumla ailə qurmaq düzgündürmü?
“Ağıllı” saatlar üçün antivirus
Alimlər beyin skaneri yaratdılar
Günün qoroskopu: adi günlərlə müqayisədə görüləsi işlər daha çoxdur
Dolunay Soysert çəkiliş vaxtı ciddi xəsarət aldı-FOTO
Oriqami ilə gül düzəldilməsi
Tənbəllikdən xilas ol
Hacı Şahin şəhidlərimizdən yazdı: "Bu olay onu göstərdi ki..."
Məşhur aktrisa xəstəxanaya yerləşdirildi
Milyarderlər harada dincəlirlər?
Polkovnik Elşad Əbilov: “Uğurlu əməliyyatlar davam edir”
4000 miqrant xilas olundu
Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi prosesi başa çatıb
Ərdoğan Quran oxudu - VİDEO
Pedaqoji təhsili olmayanlar üçün yeni qaydalar hökumətə təqdim edilib
Xərçəng xəstələrinə tövsiyələr
Stüardessanın qəribə hərəkəti birmənalı qarşılanmadı
Azərbaycanda iki gün iş olmayacaq!
VI sinfin bəzi dərsliklərində ciddi qüsurlar var
Hicablı xanımlar üçün
Bakıda misilsiz endirim başladı
Cazibədarlığınızı artıran davranışlar
Naxçıvanda orduya əmr verildi
Aleyna Tilki Bakıya gəlir - Pulsuz konsert
Bu rayonlarda sərt karantin rejimi ləğv edildi
Makiyaj fırçalarını necə təmizləməli?
Vəhşi qəbilələri müdafiə edən mütəxəssis elə onların atdığı oxdan öldü