
Azərbaycan Dərbənd şəhərinin 2000 illiyi münasibətilə buradakı Heydər Əliyev küçəsində Olimpiya kompleksi tikəcək. Trend-in məlumatına görə, bu barədə RİA Novosti Dağıstan Respublikası hökumətinin sədri Abdusamad Həmidova istinadən xəbər verib.
Bu barədə qərar Həmidovun sədrliyi ilə Dərbənd şəhər administrasiyasında keçirilən Azərbaycan Respublikasının Dərbəndin 2000 illiyi ilə bağlı bayram tədbirlərində iştirakı məsələsi ilə bağlı işçi iclasda qəbul edilib.
İclasda Azərbaycanın vergilər nazirinin müavini Sahir Məmmədxanov, Vergilər Nazirliyinin Maliyyə və Təsərrüfat İdarəsinin rəisi Məhəmməd Balaqadaşov, Dağıstan hökumətinin və administrasiyasının başçısı Ramazan Əliyev, iqtisadiyyat və ərazi inkişafı naziri Rayudin Yusufov, inşaat, arxitektura və mənzil-kommunal təsərrüfatı naziri Musa Musayev, bədən tərbiyəsi və idman nazirinin birinci müavini Zeynal Salautdinov, "Dərbənd şəhəri" şəhər dairəsinin rəhbəri İmam Yaraliyev və başqaları iştirak ediblər.
Həmidov iclas zamanı bildirib ki, bayram təntənələrinə çox az vaxt qalıb, qarşıda böyük həcmdə işlər yerinə yetirilməlidir, ona görə də bütün təşkilati məsələləri həll etmək və təsdiqlənmiş layihələrin reallaşdırlmasına başlamaq vacibdir.
Müşavirədə müzakirələrin əsas mövzusu Heydər Əliyevin adını daşıyan küçənin yenidən qurulması və Olimpiya Kompleksi üçün yerin müəyyən edilməsi olub. Bu işin yerinə yetirilməsini Azərbaycan tərəfi öz üzərinə götürüb.
Habelə müşavirə iştirakçıları Heydər Əliyev küçəsinə, Nizami adına parka, həmçinin Olimpiya Kompleksinin tikintisi üçün nəzərdə tutulan sahəyə baxış keçiriblər. Müşavirə zamanı yenidənqurma işlərinin Azərbaycan tərəfinin öz üzərinə götürdüyü Heydər Əliyev küçəsində Olimpiya Kompleksinin tikintisi haqqında qərar qəbul edilib.
Həmidov bildirib: "Bu, stadion, üzgüçülük hovuzu, eləcə də şəhər sakinlərinin istirahəti üçün park zonasını özündə birləşdirən çox gözəl idman obyektlərindən biri olacaq. Biz qərara aldıq ki, hər halda idman kompleksini şəhərdə tikmək məqsədəuyğundur, çünki orada daha çox uşaq və yaşlılar məşğul ola biləcəklər".
Heydər Əliyev küçəsi dənizin sahilindəki Drojjina küçəsindən, eləcə də qədim müsəlman ibadətgahının yerləşdiyi Qırxlar qəbiristanlığınadək tamamilə bərpa olunacaq.
Mənbə:Milli.Az
XƏBƏR LENTİ
Azərbaycanda ali məktəblərə qəbul qaydaları açıqlandı
Azərbaycanda iki telekanal birləşib
Temperament
Peris Hilton yenidən oxuyacaq-FOTO
Ağcabədinin Qaraxanlı kəndi də erməni təcavüzü ilə qarşı-qarşıya
2014-cü ilin ən bahalı 10 transferi
"Düzünü deyək, bu, müharibədir"
Şahzadə və ailəsi tibb işçiləri üçün öz əlləri ilə müdafiə xalatı tikdilər - FOTO
Gedənlərin geri qayıtmadığı adalar
Yay fəslində dönər təhlükəlidir!-XƏBƏRDARLIQ
Müasir cəmiyyətimizdə psixoloqa müraciət niyə normal qəbul edilmir?
Girovlarımızı burda tuturlar
Məşhur aktrisa 40 illik həsb cəzası ala bilər-SƏBƏB
Bağça müəllimi həmkarından intiqam almaq üçün 25 uşağı zəhərlədi
Müxtəlif ölkələrdən olan və bir-birini şəxsən tanımayan bəy və gəlinin qeyri-adi toyu - VİDEO
Qurban bayramında neçə gün iş olmayacaq? - VİDEO
“Nu poqodi” cizgi serialına üç yeni qəhrəman gəlir - FOTO
Microsoft ixtisarlara başlayır
Şəkər xəstələri, günəşə diqqət!
Başımıza endirilən toxmaq
İsrail Qəzzaya raket atdı
2014-cü ilin yeni saç trendləri
Bu günün hava proqnozu
Hamiləlikdə ayaqqabı secimi necə olmalıdır?
Norveçin əsrarəngiz görüntüləri
Hande Yenerdən gözlənilməz irad
Çox çay içmək kişilərə zərərlidir
Azərbaycan ordusu düşməni sıxışdırır - RƏSMİ
Qadın din xadimləri də yetişdiriləcək
Arda Turanın xanımı xəstəxanalıq olub
4K televizor bazarı böyüyür
Tilavət nə deməkdir?
"Eurovision"da Ukraynanı Maruv təmsil edəcək-FOTO
Kəlbəcər istiqamətində PKK terrorçuları məhv edildi
"Boston" tortu(foto resept)
Fikirlərimizi necə ifadə edək?
"Elen və uşaqlar" serialı ilə bağlı 8 maraqlı fakt
İstirahət günləri üçün hava proqnozu açıqlandı
Normal, yağlı saçlar üçün maskalar
Möcüzəvi dəqiqələr
İdman üslubunu sevənlərin seçimi - Nissan Juke. Şəhəri Canlandır!
Meyvələrdən üç meyvə var...
Niyə söyürsən?!.
Azərbaycanda övladlığa götürülən uşaqların sayı azalıb
Tarixi şəxsiyyətlərdən qısa dialoqlar (3)
Şirinbiyan haqqında bilmədiklərimiz (2)
Film üçün 3 aya 10 kiloqram arıqladı-FOTO
"Hercai"nin baş qəhrəmanı kimi sevir?
Pendirli əncir salatı (foto-resept)
İdeal saç və geyim rəngi














