Həyatımızın hər anında olmasa da, hər günündə qarşılaşırıq bu hadisələrlə. İnsanlar aqressiyasını, əsəbini, kinini, rişxəndini söyüş vasitəsilə büruzə verir. Bəzən özümüz, özümüz olmayanda isə ətrafımız söyüşdən gen-bol istifadə edir. Azərbaycan xalqı qonaqpərvər xalqdır, mehriban xalqdır, amma eyni zamanda söyüşcül xalqdır... Bu deyimlərdən sonuncusunu heç kim inkar etməz, yəqin ki.Bəlkə də elə bunun nəticəsidir ki, azərbaycanlılar xüsusən oğlan uşağı dil açan kimi ona söyüş öyrətməyə meylli olurlar. Daha çox söyüş söyən uşaq şirin, çoxbilmiş, “gələcəyi olan” uşaq kimi qəbul edilir. Yerə zibil atmanın qarşını almaq üçün qosqoca divarlara “Bura zibil atanın...”la başlanan yağlı söyüşlər yazırıq. Hansı daha əcaib mənzərədir: ictimai şəkildə, nümayişkaranə söyüş söymək, ya zibil atmaq?
Azərbaycanlıların “axilles dabanı”dır söyüş. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hər gün “mənə söyüş söydü” arqumenti ilə törədilmiş cinayət işinə baxılır, xəbəriniz varmı? Yolda-izdə bir az tıxacda qalan, qarşıdan gələn maşına yol verməyən sürücülərin də “söyüş paketi” hazırdır. Azərbaycanda xüsusən ana söyüşü ilə bağlı məsələ həssasdır. Ana söyüşü o qədər çox işlənir ki, ümumiyyətlə işlənən sözlərin içində “ana” sözü xüsusi çəkiyə malikdir. “Ana” sözü hətta sərbəst surətdə işlədiləndə də hər kəsin diqqətini cəlb edir və bu söz müstəqil olaraq da çoxlarının beynində təhqir effekti yaradır.
İnsan xoşbəxt olanda daha çox söyür
Elə biz də bu yazıda söyüşdən yazacağıq. Hansı xalqlar söyüşə daha çox meyllidir? Azərbaycanın hansı bölgəsində söyüşə xüsusi həssaslıq var? İnsan psixologiyası niyə söyüşə köklənir?
Psixoloqlar sübut ediblər ki, ümumiyyətlə, iradəcə zəif insanlar söyüşə daha çox meylli olurlar. Böyüklərə bu adəti tərgitmək elə də asan deyil. Məsələn, 25 yaşında bir oğlan üçün söyüşü tərgitmək 5 yaşında uşaqdan daha çətindir. Əsəbi halda neqativ hissləri başqa səmtə yönəldə biləcək başqa üsul tapmaq lazımdır. Psixoloqlar deyirlər ki, söyüşü tərgitmək üçün ailə tərbiyəsi olduqca vacibdir. Onların araşdırmasına görə, özünə güvəni az olan ailələrdə vulqar sözlərdən daha çox istifadə edilir. Ailə başçılarının söyüşə meylliliyi uşaqda da özünü göstərir və bu, zəncirvari olaraq davam edir. Bizim cəmiyyətdə söyüş etik qaydalara zidd olaraq qiymətləndirilir. Bu baxımdan bəzən insanlar cəmiyyət içində söyüş söyməsələr də, evdə kifayət qədər bu üsula müraciət edirlər, hətta uşaqlarını da buna sövq edirlər Əgər insanın yanında bir nəfər möhkəmdən söyüş söyərsə, avtomatik olaraq, o tərəfə baxır. Bu hərəkətlə, söyüş söyən şəxs özünü kompensasiya etmiş olur.
Alimlərin daha bir tapıntısı isə odur ki, insanlar xoşbəxt olanda vulqar sözlərdən daha çox istifadə edirlər. Endoksin adlanan maddə beyində ifraz olunanda, insan eyforiya halına düşür. Bu zaman insanın özünə nəzarəti azalır. Şüuraltı düşüncələr özünü büruzə verməyə başlayır. Bu, əsəbi və ya çox xoşbəxt olarkən üzə çıxır.
Elmi araşdırmaların nəticəsi onu deməyə əsas verir ki, bu hal bəzən irsi xarakter də daşıyır. İnsanlar model olaraq qarşılarındakı ata-analarını nümunə götürür. Onlar tez-tez söyüş söyürsə, uşaqları da onların bu hərəkətini təkrarlayır.
Heç kim kefindən söyüş söymür
Keçək digər detallara. Söyüş söymənin konkret səbəbləri var:
1. Diqqət cəlb etmə. Bəzi uşaqlar ata-analarından lazımi qədər diqqət görə bilməyəndə diqqət çəkmək üçün söyüş söyürlər.
2. Sarsılma. Bəzi insanlar üçün başqalarını şok etmə, narahat etmə əyləncəli ola bilər.
3. Ağızdan qəfil söyüş çıxarma. İnsanlarda nəyisə əngəlləmə və ya əsəbilik hiss edildiyində, ya da fiziki bir gərginlik olanda söyüşün ağızdan çıxması çox təbiidir. Çox məhdudlaşdırılan, yaşama sahəsi çox daraldılan uşaq hirsindən söyüş söyə bilər.
4. Müdafiə. Bəziləri üçün pis söz danışmaq bir müdafiə davranışıdır. Söyüşün tam olaraq qadağan olunduğu bir atmosferdə böyüyənlər söyüşü əslində bir üsyan növü kimi istifadə edirlər.
5. Fərqlilik, müstəqillik nümayiş etdirmə cəhdi. Digərlərindən fərqi olmadığı halda bunun belə olduğunu nümayiş etdirmək istəyənlər üçün də söyüş ən aktiv “silah”lardan biridir. Onlar bununla da “mən heç kimi vecimə almıram” mesajını ötürməyə çalışırlar.
Söyüş insanın ağrısını azaldır
İngilis alimlər müəyyənləşdiriblər ki, söyüş söymək insanların ağrı-acısını azaldır. İngiltərənin Keele Universitetində aparılan araşdırma sübut edib ki, söyüş söyən adamlar ağrıya həm də daha dözümlü olurlar. Araşdırmaya rəhbərlik edən doktor Riçard Stephens bildirib ki, söyüş söymək dilin emosional bir formasıdır. Dünyanın hansı dilində olursa olsun, söyüş eyni emosional effekti verir. Doktor hətta qadınlar dünyaya uşaq gətirən dəqiqələrdə də söyüş söydüklərini xatırladır. Onun bildirdiyinə görə, bu cür sözlər ağrının dozasını sanki azaldır. Alimlər bunu təsdiqləmək üçün maraqlı bir araşdırma keçiriblər. Könüllü 10 nəfər əllərini buzlu suyun içində saxlamalı olub. Nəticədə ortaya çıxıb ki, söyüş söyərək əlini buzlu suyun içində saxlayanlar bu işi söymədən edənlərdən 40 saniyə artıq dözümlüdülər. Yəni onlar söyüş söyməklə həm əllərini daha uzun müddət buzlu suda saxlayırlar, həm də ağrıları az olur.
Söyüşü belə tərgidirlər...
İnsanlar öz leksikonlarından söyüşü çıxara bilərlər. Bunun bir neçə üsulu var. Söyüş söyən şəxsə özünü ifadə etmə bacarığı qazandırmaq, istifadə etdiyi söyüşləri bir kağıza yazıb, daha sonra bununla bağlı müzakirə aparma, alternativ sözlərdən istifadəsini təmin etmə, söyüşə aqressiv reaksiya verməklə söyüş söyəni bezdirmək və sair.
Ən söyüşcül xalq amerikalılar və italyanlardır
Fransız yumoru, alman dəqiqliyi, türk mərdliyi, erməni hiyləgərliyi, italyan ehtiraslılığı və s. kimi ifadələr əsaslı olub, həmin millətlərin milli xarakter və emosiyalarının göstəricisidir. Araşdırmalar sübut edib ki, dünya xalqları arasında amerikanlar və italyanlar söyüş leksikonunun zənginliyinə görə fərqlənirlər. Hətta bu dillərdə bir çox vulqar ifadələr, söyüşlər ədəbi dilə “vəsiqə” qazanıb. Bu cür sözlərdən gündəlik həyatda istifadə etmək heç də qəbahət kimi görünmür, bir çox hallarda isə dilin zənginliyi kimi qəbul olunur.
Milli etnoqraflarımızın gəldiyi nəticə isə budur ki, Azərbaycanda xüsusən Qərb bölgəsi söyüş və vulqar sözlər baxımından zəngindir. Bu dialektlərdə dilin köhnə qatlarından gələn söyüşlərlə yanaşı, dilə yeni qazandırılmış söyüşlər də mövcuddur. Köhnə nəsil bu sözləri bir çox hallarda adi norma kimi mənimsəyir və özündən sonrakı nəsillərə də ötürür. Bir çox hallarda “türkün sözü” söz birləşməsindən istifadə edərək, söyüş olmasa da, arqo kəlmələrə ayaq yeri qoyulur.
Söyüşə qadağa və söymək istəyən müəllimlər üçün xüsusi otaq...
Rusiya Dövlət Duması televiziya və radio efirində, sənət əsərlərində ədəbsiz sözləri yasaqlayan qanunu qəbul edib. Yeni qanun ədəbsiz deyim və söyüşdən yararlanan audio və videoməhsulların ayrıca qablaşdırılmasını və üzərində “ədəbsiz söyüş var” xəbərdarlığının yazılmasını tələb edir. Rusiyanın Tambov Dövlət Universitetində tələbələrin vulqar sözlərdən istifadə etməsinə qadağa qoyulub. Bu məqsədlə Tambov şəhərində yerləşən təhsil ocağındakı divarlara xəbərdaredici plakatlar və şeirlər də vurulub.Qeyd edək ki, universitet müəllimləri və psixoloqlar əxlaqsız sözlərdən istifadənin tələbələrdə vərdiş halına çevrilməməsi üçün bu addımı atdıqlarını açıqlayıblar. Rəhbərlik həmçinin söyüş söyməyi tərgidə bilməyən müəllimləri də nəzərə alaraq onlara ürəklərini boşaltmaq üçün təhsil ocağının ərazisində 4 kvadratmetr yer ayırıb.Yeni qanunu pozanlar cərimələnəcəklər. Ədəbsiz sözlərdən yararlanan hüquqi şəxslər 40 mindən 50 min rubladək, vəzifəli şəxslər 4 mindən 5 min rubladək, adi vətəndaşlar 2 mindən 2 min 500 rubladək cərimə ödəyəcək. Təkrar pozuntuya yol verənlər daha çox cərimə ödəməli olacaqlar.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Azərbaycan ağır atletika üzrə dünya rekordunu yenilədi
Adam başına düşən mənzil sahəsi genişləndiriləcək
Davudoğlunun Ermənistana səfərdədir
Özünüzü yuxularınızla tanıyın: qırmızı enerjili, güclü insanların rəngidir...
Azərbaycana 94 milyonluq təklif
Sevgilisi məşhur modeli koronavirusa yoluxdurdu - FOTO
Məşhur müğənni üçüncü dəfə ana oldu
Marinara pizza (foto-resept)
Azad söz( 2 -ci hissə)
Lexus-dan eksklüziv
Hande Erçelin FOTOsu səs-küy yaratdı
Facebook Messenger-dən MÖHTƏŞƏM YENİLİK
Dünyanın fərqli yerlərində makiyaj trendi
10 dəqiqəlik milyoner oldu
Günün qoroskopu:Bədxərclik etməyin!
Sabahın HAVAsı
Alma ağacları kütləvi şəkildə kəsirlir
Dünya tibb elmində ilk
Quru dərilər üçün təbii maska
Azərbaycanda ən çox yayılan xəstəliklər hansılardır?
İçdiyimiz su təhlükə mənbəyidir
Şəkidə ilkə imza atıldı
Milli mətbəximizi unuduruqmu?
Başqasına etibarnamə verənlərin nəzərinə - VİDEO
Qısqanclıq sizi bitirməsin!
Sabahın hava proqnozu
6 min insan sülh üçün soyundu
Avropa Liqası: hansı oyun hansı kanalda?
Mehriban Əliyeva Rusiyanın "Dostluq" ordeni ilə təltif olundu
İspanaqlı keks ( foto resept)
Əndamıyla Cennifer Lopesə MEYDAN OXUDU - FOTO
Dənizdə ölən şəxs xəstəxanada ayıldı - Azərbaycanda MÖCÜZƏVİ HADİSƏ
Çarlz Dikkens haqqında maraqlı faktlar
Ən çox hansı mobil telefonlar alınır? - REYTİNQ
Neon dırnaqlar
Xaricdə təhsil almaq istəyənlərə ŞAD XƏBƏR
Dünyanın gözlədiyi XƏBƏR: PEYVƏND hazırdır
Qeyri-adilik üçün 13 ideya
Doğum günü tortları
Məhbuslarla görüş və sovqat verilməsi bərpa edildi
Kosmetik vəsaitlərin saxlanma müddəti nə qədərdir?
Heç belə bina görmüsünüz?
Qadın.Netlilərlə bir az gülək-2
Enrikenin yeni doğulan körpəsi - FOTO
Bakıda taekvondo üzrə Avropa çempionatının rəsmi açılış mərasimi keçirilib
Novruz adətləri
Yataq otağı dizaynı
Hikmət Hacıyevdən koronavirus vaksinləri ilə bağlı VACİB AÇIQLAMA
Azərbaycanda 10 il uşağı olmayan ailələrə müjdə
Akula sörf taxtasındakı uşağa hücum etdi-VİDEO
- ŞƏRHLƏR