Karl Pavloviç Brullov
Milyoner bir qadın məşhur rus rəssamı Brullova (1799-1852) müraciət edərək şəklini çəkdirmək istəyir. Şəkil hazır olandan sonra qadın şıltaqlığa başlayaraq:
-Şəkil xoşuma gəlmir, rəngləri yaxşı deyildir - deyir.
Rəssam belə cavab verir:
-Əgər məsələ rəngdədirsə, onda heç söz ola bilməz. Mən bu şəklin rənglərini siz yanaqlarınıza çəkmək üçün aldığınız mağazadan almışam.
Ənvəri Övhəddin
XII əsrin məşhur şairi Ənvəri Övhəddin bir gün Bəlx şəhərində küçə ilə gedərkən mərəkə qurulduğunu görüb ayaq saxlamış və bir nəfərin ortalıqda canbazlıq edərək onun şeirlərini oxuduğunu eşitmişdi. Şair ona müraciət edərək:
-Sən Ənvərini tanıyırsanmı?- deyə soruşduqda:
-Nə üçün tanımıram, elə Ənvəri mən özüməm! - deyə cavab verir.
Şair təəccüblə:
-Şeir oğrusu olduğunu bilirdim, lakin şair oğrusu olduğunu eşitməmişdim. Onu da gözümlə gördüm! - deyir.
Mixayl Vasilyeviç Lomonosov
Saray əyanlarından birisi dahi rus alimi Lomonosova sataşmaq üçün deyir:
-Necə olmuşdur ki, siz saraya gəlməyə imkan tapmışsınız. Yəqin ki, nəslinizdə adlı-sanlı birisi varmış?!
-Xeyir mənim nəslimdə adlı-sanlı birinin olub-olmamasının əhəmiyyəti yoxdur. Çünki mən özüm adlı-sanlı nəsiləm! - deyə Lomonosov cavab verir.
Paolo Manteqassa
Bir gənc qadın italiyalı həkim və yazıçı Manteqassanın (1831-1910) yanına gəlib:
-Hörmətli həkim, uşağı neçə yaşından başlayaraq tərbiyə etmək lazımdır? - deyə soruşur.
Həkim ona:
-Sizin uşağınızın neçə yaşı var? -sualını verdikdə:
-O, ancaq üç günlükdür - deyə qadın cavab verir.
-Elə isə siz artıq iki gün gecikmişsiniz !- deyə alim cavab verir.
Jül Emil Frederik Massne
Bir gənc, bəstəkar Jül Massnenin (1842-1912) yanına gəlib deyir:
-Əsərlərimi dinləməyinizi xahiş edirəm. Molyer də əsərlərini həmişə qarı arvadlara oxuyar, onların fikirini bilmək istəyərdi. Bununla da əsərinin tamaşaçıya çatmasını , bəyənilib-bəyənilməməsini müəyyən edərdi. Elə bilirəm siz mənim əsərimi bəyənsəniz tamaşaçı da bəyənər.
-Sözünüz doğrudur...Lakin siz Molyer olmayınca, mən də qarı arvad ola bilməyəcəyəm! - deyə Massne cavab verir.
Cəlil Məmmədquluzadə
Mirzə Cəlil (1866-1932) azdanışan, sakit, çox üşünən və başqalarını da dinləməyi bacaran bir adam idi. Bir gün köhnə dostlarından biri evinə qonaq gəlir. O, xeyli danışır, Mirzə Cəlil isə yalnız dinləyib bir neçə saat ərzində vur-tut iki-üç kəlmə danışır. Dostu durub gedərkən Mirzə Cəlil deyir:
-Tez-tez gəl, belə şirin-şirin söhbətlərdən yenə edək!
Nikolay Konstantinoviç Mixaylovski
Redaksiyaya gəlmiş özündən razı şairlərdən biri əsərlərini tənqidçi və redaktor Mixaylovski (1842-1904) tərəfindən rədd edildiyini bilib hay-küy salaraq deyir:
-Bu tarixi səhvdir, xalq mənim əsərlərimi Tolstoy yaddan çıxandan sonra belə, oxuyacaqdır.
Mixaylovski gülümsəyərək ona cavab verir:
-Bu ola bilər. Lakin sizin əsərləri Tolstoy yaddan çıxmamış oxuyan olmayacaqdır!
Nəsrəddin Şah
Qacar sülaləsindən olan İran hökmdarı (1831-1896) şeir yazarmış. O öz şeirlərindən bir divan bağlamışdı. Bir gün saray şairini çağırıb şeirlərini oxumağı və fikir bildirməyi söyləyir. Ona deyir:
-Şeirlərimi tənqid etmək istəsən ehtiyyatlı ol. Ola bilər ki, sənin tənqidin mənim xoşuma gəlməsin və bunun üçün sənə ağır cəza verməli olum. Buna görə də hansı şeirimin zəif cəhətini göstərmək istəsən o yerə ancaq barmağını qoymaqla işarə et!
Şair padşahın qeydini nəzərə alaraq divanı oxuyur, sonra kitabı bağlayaraq barmağını kitabın üstünə qoyur.
Pelopid
Qədim Yunanıstanın siyasi xadimlərindən və sərkərdələrindən Pelopid (e.ə 410-364) bir gün əsgərlərindən birinin:
-Biz düşmənə rast gəldik! - dediyini eşidir, ona acıqlanaraq deyir:
-Nə üçün demirsən ki, düşmən bizə rast gəldi?!
Mark Tulli Siseron
Romanın məşhur siyasi xadimi, yazıçı və natiqlərindən Siseron (e.ə 106-43) deyir:
-Hər insan səhv edə bilər. Ancaq axmaqlardan başqa heç kim səhvində inadlıq göstərməz.
***
Bir gün konsul Dola Bella öz qadınını tərifləyərək onun guya ancaq otuz yaşı olduğunu söyləyirmiş. Siseron bunu eşidərək deyir:
Sözləriniz doğrudur, buna şübhə ola bilməz. Mən iyirmi ildir bu sözü sizdən eşidirəm.
***
Siseronun qaynı gödəkboylu və son dərəcə şöhrətpərəst bir adam idi. O, bir dəfə belinə çox böyük qılıınc taxıb Forumda gəzərkən Siseron onu görüb deyiri:
-Mənim qaynımı qılınca kim bağlamışdır?
Nəsrəddin Tusi
Marağa şəhərində rəsədxana tikilməsi məsələsi irəli sürüldükdə monqol padşahlarından biri Nəsrəddin Tusini (1201-1274)yanına çağırıb deyiri:
-Ulduzlar elminin nə faydası var ki, rəsədxana tikilməsi üçün bu qədər xərc çəkək?
Tusi padşahın icazəsi ilə şəhər yaxınlığındakı dağın başından misdən qayrılmış böyük bir qabın aşağı fırladılmasını xahiş edir. Qab fırlanıb gələrkən böyük gurultulu salmış və bu səsi eşidənlər qorxuya düşüb qaçırlar. Tusi sakit oturan padşaha deyir:
-Bax, bu hadisənin səbəbi bizə məlumdur, ona görə də sakit oturmuşuq, amma başqaları qorxudan bilmir nə etsin. Bu qayda ilə sakit yaşamaq üçün göydəki hadisələri bilmək lazımdır.
Lev Nikolayeviç Tolstoy
Tolstoyun (1828-1859) "Müharibələrin bəhanələri" adlı komediyası ilk dəfə oynandığı zaman müəllif özü də teatrda imiş. Əsər böyük uğur qazanmış və tamaşaçılar: "Müəllif!", "Müəllif!"- deyə Tolstoyu səhnəyə çağırırlar. Kim isə:
-Səhnəyə çıxın, təzim edin! - deyə Tolstoya müraciət etdikdə:
-Siz nə deyirsiniz, mənim əlimdən nə xəta baş vermişdir ki, çıxıb təzim edəm! - deyə gülümsəyərək cavab verir;
***
-İcrasını özün bacardığın işdən ötrü heç vaxt başqalarını narahat etmə!
***
-Əl zəhməti ona görə yaxşıdır ki, insanı boş danışığa vaxt sərf etməkdən xilas edir;
Şeyx Məhəmməd Xiyabani
Cənubi Azərbaycanda 1917-1920-ci illərdə milli-azdlıq hərəkatının başçısı Xiyabani (1880-1920) Tehran irticaçıları ilə atışarkən yaralanmış və həyatının son dəqiqələrində türk şairi inqilabçı Namik Kamalın :
"Ölərsəm görmədən millətdə ümid etdiyim feyzi,
Yazılsın səngi-qəbrimdə: Vətən məhzun, mən məhzun!"
-beytini oxuyub ölmüşdür.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Yanvar ayının qalibləri!
Ariana Grande səhnədə yıxıldı-VİDEO
Virus fövqəladə vəziyyətə səbəb oldu
HAVA necə olacaq?
Alma olladiləri(foto resept)
Vegeterian kanepe (foto resept)
Bakıda dondurma adı ilə görün nə satırdılar
Lady Gaga Olimpiya Stadionunda!
Keyt Middletonun geyimi səs-küy yartdı-FOTO
“YouTube” uşaqları sevindirəcək
Alim: 1000 il sonra...
Prezident İlham Əliyev bir qrup şəxsi təltif etdi - SİYAHI
Qızıl ucuzlaşır
HAVA necə olacaq?
Azərbaycan ordusundakı xüsusitəyinatlı qadınlar - FOTO
Günün qoroskopu: başladığınız hər işi tamamlayın
Hamburger çörəyində yumurta (video-resept)
Sabah hava necə olacaq?
Hadı Rəcəbli: Ünvanlı sosial yardım qoyunla verilsin
Hindistanda kasıbların həyatı
Qadınlar internetə daha çox bağlıdırlar
Koronavirusa yoluxanların sayı 15 milyonu keçdi - STATİSTİKA
Nadir Ferrari satışa çıxarılır
İşğaldan azad edilən Kəlbəcərin daha bir kəndindən görüntülər - VİDEO
Şifrələrlə mübarizənin məqsədi nədir?
Kök şirəsi möcüzədir
Kaskadyorlar ÜSYAN etdilər-FOTO
Mehriban Əliyeva yaralı hərbçilərlə görüşdə kövrəldi - VİDEO
Şəxsiyyət inkişafının xüsusiyyətləri (2)
Azərbaycanlı gəncdən unikal addım
2014-cü ilin qış geyimləri
Koronavirusdan sağalan Bəhram Bağırzadə məşq görüntülərini paylaşdı - VİDEO
Prezidentin köməkçisindən karantinin yumşaldılmasının səbəbləri ilə bağlı AÇIQLAMA
Dəmir defisitli anemiyanın diaqnostikası
Talış kəndində erməni hərbiçisi vuruldu
Sarımsaq qoxusunu aradan qaldıran qidalar
Vladimir Zelenski Azərbaycan Dövlət Gömrük Komitəsi sədrinin müavinini medalla təltif etdi
Ərə getmək üçün arıqlayacaq
Səssiz haray
Çağla Şikel İlk Dəfə ETİRAF ETDİ
Argentinada üzə çıxan 128 yaşlı şəxs Adolf Hitler olduğunu iddia edir
Sevgilisi Hadisəyə qalmaqallı görüntüləri sildirdi - VİDEO
Keta modelləri
Bakıda gecə şaxta olacaq
Sinoptiklərdən qeyri-sabit hava vədi: şimşək çaxacaq, dolu düşəcək
120 il ömrü olan yeni insanlar yaradılır
Səhər yeməyində 3 qidadan uzaq olun
Bakıda iki küçədə gediş-gəliş məhdudlaşdırılacaq
Operativ qərargaha etimad kifayət qədər aşağı düşüb - RƏSMİ
Gülben Ergen AÇIQLAMA vermədi















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]