Bismilləhir-Rahmənir-Rahim!Həzrət Fatimeyi-Zəhranın (s.ə) əyyam günlərini geridə qoyduq. Allahdan istəyimiz budur ki, Həzrət Zəhraya (s.ə) xatir bizlərə nəzər salsın, günahlarımızı bağışlasın, hallarımızı dəyişsin və aqibətlərimizi xeyirli etsin. Qarşıdan da Xanım Zəhranın (s.ə) mövlud günləri gəlir. Allahdan bu günləri layiqli şəkildə yaşatmağımız üçün xüsusi tofiqatlar diləyirik.
İnsanın fürsətlərdən doğru bəhrələnməsi - zirəklikdir
Bu gün İslam dünyasında, eləcə də bütün dünyada ən ciddi şəkildə müzakirə olunan mövzulardan biri - insanların zirəkliyi və “zirək insan kimdir?” mövzusudur. Ümumiyyətlə zirəklik hansı mənanı daşıyır? Əgər zirəklik sözünə tərif vermək, mənasını daha yaxşı başa düşmək istəsək, deyə bilərik ki, bir insanın əlində olan imkan və fürsətlərdən, şəraitlərdən daha tez, daha nəticəvi istifadə edə bilməsi zirəklik hesab olunur. Belə bir xüsusiyyətə malik olan insana zirək insan demək olar. Belə insan tez, sürətli, mobil şəkildə vəziyyəti dəyərləndirə bilir, qərarlar verə bilir və hədəflərə çata bilir.
Bu baxımdan, İmam Əlidən (ə) nəql edilən hədis vurğuları düzgün etməyə imkan verir: İmam Əli (ə) buyurub: "Zirək odur ki, özünü tanısın və əməlini (Allaha xatir) xalisləşdirsin".
Gördüyümüz kimi, burada bir neçə nöqtəyə diqqət çəkilir. İlk öncə insanın zirəkliyi, onun mərifəti ilə, özünü tanıması ilə müəyyən edilir. İnsan özünü tanısa, öz mənfi və müsbət cəhətlərinə bələd olsa, öz inkişaf potensialını bilər və tərəqqisi üçün zəruri olan amillərdən lazımınca istifadə edə bilər. Deməli, insanın qəflətdə olması onun zirəkliyini istisna edir və əksinə, özünütanıması gücləndikcə, buna mütənasib olaraq, zirəkliyi də artır.
Eyni zamanda özünütanımanın yanında əməl də olmalıdır. Yəni sadəcə mərifət bəs etmir, əməl də lazımdır. Görülən əməl də pak olmalıdır, nəfsani amillər bu əməlləri çirkləndirməməlidir. Əməlin niyyəti mühümdür, deməli, niyyət xalis olanda, əməlin keyfiyyəti artır və müvafiq olaraq, insan daha zirək olur.
Beləliklə, insana verilən fürsətlərin maksimal tətbiqi ilə səciyyələnən bir kateqoriya olaraq, zirəklik tanımaya və xalis əmələ bağlıdır.
Bu günü dünənindən yaxşı
Həqiqi zirəklik nədir? Bu mövzu inancımızın müzakirə mövzularından biridir. Bu haqda Məsumlarımızın (ə) çox ciddi buyuruşları var. Həzrət Əmirəlmöminin (ə) buyurur: “Zirək odur ki, bu günü dünənindən yaxşı olsun və özünü pislənilməkdən saxlasın”.
Dinimiz insanları gündəlik həyatına nəzər salmağa dəvət edir. İnsanın yaşadığı müddətdən düzgün, səmərəli istifadə etmənin vacibliyini vurğulayır və təxirə salmamağa çağırır. Xəbərdar edir ki, insanın artıq sabahı, biri günü, digər günləri olmaya bilər. Yaşadığımız bu günü elə etməliyik ki, dünəndən yaxşı olsun. Ona görə də bu günün yekunlaşmaq ehtimalını da nəzərə alaraq, bu gündən istifadə etməyə çağırır.
Bu mövzuda Allahın Peyğəmbərindən (s) nəql edilən hədisə diqqət edək. "Möminlərin ən zirəyi kimdir? sualına Rəsuli-Əkrəm (s) buyurmuşdur: "Onlardan, ölümü daha çox xatırlayan və özünü ona hazırlayanıdır".
İnsan ölümü xatırlayanda, həyatını mənalı və dolğun yaşayır, hədər işlərə meyl göstərmir.
Digər hədisdə dinimiz bizə zirəkliyin günahdan çəkinməklə əlaqəsini tanıdır. Rəsuli-Əkrəm (s) buyurub: "Zirəklərin ən zirəyi - günahlardan çəkinməkdir..."
Bəlli olur ki, zirəkliyin ümdə şərti - günahdan çəkinməkdir. İnsan günah edəndə, mənasız və dağıdıcı işlərin ardınca olur, ömrünü hədər verir, aqibətini puç edir. Belə insanı zirək adlandırmağa kimin dili gələr? Təbii ki, heç kəsin.
Bu günü dünəndən necə yaxşı edək?
İnsanın hansı məsələlərdə bu günü dünənindən yaxşı ola bilər? İnsanın günahları varsa, onlardan tövbə etməlidir, onları sabaha saxlamamalıdır. İnsanın Allahla rabitəsi yaxşı vəziyyətdə deyilsə, onu düzəltməlidir və s. İnsan Allaha tərəf hərəkətində dəyişiklik yaratmaq istəyirsə, bu dəyişikliyi etməsi üçün bu gün fürsətləri var. Onun əlində olanı - bu günüdür. Biz çox şeylərdə bu günümüzün dünəndən yaxşı olmasına çalışırıq. Pul, var-dövlət, sərvət, şöhrət qazanmaq baxımından biz bu günümüzün dünəndən yaxşı olmasına çalışırıq. Zatən insanların dünya üçün çalışmasının mahiyyəti də elə bundan ibarətdir. Hamı çalışır ki, bu günü dünəndən yaxşı olsun. Bu gün bəlli imkanları varsa, sabah daha çox olmasına can atır. Amma baxanda görürük ki, bu, heç də zirəklik hesab oluna bilməz. Belə ki, hər kəs nəzərə almalıdır ki, bir gün bu dünya həyatı bitəcək və topladığı hər bir şey bu dünyada qalacaq. Qlobal mənada bütün bu dünya həyatımızı bu gün, sabahkı günümüzü isə Qiyamət günü görsək, düşünməliyik ki, sabah bu günümüzün necə olduğuna baxılacaq. Ona görə də, bu günümüzü dünənimizdən yaxşı etməyə çalışmalıyıq. Əgər sabah bu günümüzün necə olduğuna baxılan zaman yalnızca maddi nəticələr görünsə, onların bizə heç bir faydası olmayacaq. Bu dünyada qazandığımız maddi qazanclar o dünyada işləmir. Ona görə də maddi qazanclarımız heç də zirəklik hesab olunmur. İnsan bu gün, sabah istifadəyə yararlı ola biləcək məsələləri hazırlamalıdır.
Zirəklərin ən zirəyi kimdir?
Əziz İslam Peyğəmbəri (s) buyurur: “Zirəklərin ən zirəyi odur ki, öz nəfsinin hesab-kitabını aparsın, ölümdən sonrası üçün çalışsın”. Adətən qısa, fraqmental uğur qazanan, nəticəyə çatan adama zirək demirlər. Misal üçün, bir insan oxuduğu tədris yerində dərslərdən qaçırsa, bəlkə də fraqmental olaraq öz hədəfinə çatmış olur. Amma, sabah bunun ümumi nəticələrini təhlil edəndə görürük ki, o, heç də qlobal mənada uğura çatmayıb. Bu mənada onun gördüyü iş zirəklik hesab olunmur. Müvəqqəti xeyir qazanan, sonra isə onun acısını çəkən insana zirək insan deyilməz. Biz dünya və axirətə bu gün və sabah kimi baxsaq, bu günün içində əldə olunan nailiyyətlər əgər sabah heç bir fayda verməyəcək və hətta zərərimizə işləyəcəksə, bu gün nəticələr və zirəklik kimi görünən məsələlər heç də dəyərli olmur.
İmam Əli (ə) insanların ən zirəyi haqda suala cavabında buyurmuşdur: "Öz doğru yolunu azğınlıqdan ayırd etsin və öz qurtuluşuna üz tutsun".
Burada görürük ki, zirəklik seçimin düzgünlüyü ilə şərtlənir və qurtuluşuna doğru sabitqədəmliliklə səciyyələnir. Hədəf kimi qurtuluş göstərilir. Və bu hədəfə gedən yolda əsas və ikinci dərəcəli məsələləri tanımalı, doğrunu batildən ayırmağı öyrənməliyik.
Nəfsin hesab-kitabını aparmasaq, nəfs bizə sahiblənəcək
Sabahla bağlı doğru çalışmaq, zirəklik göstərmək istəyiriksə, bu günümüzün hesab-kitabını aparmalıyıq. Öz nəfsimizin hesab-kitabını aparmalıyıq. Nəfs çox geniş, əhatəli, günü-gündən istəkləri, tələbatları artan bir şeydir. Hesab-kitabı aparılmasa, sabah bizi çox pis vəziyyətdə qoyacaq. Zirək o insandır ki, sabahından, yəni Qiyamət günündən məlumatlıdır və ona görə də buradakı həyatında, bu günündə nəfsini hesab-kitab edir və nəfsini özü idarə edir. Belə insan istənilən zaman nəfsinə “dayan!” deyə bilir. Nəfsini özü idarə edən insan onun istəklərinin dalınca getmir.
Şeytan (lən) insnaı müxtəlif məsələlərdə günahlara çəkməyə çalışır. İnsana güclü olduğunu göstərməyə çalışar. Ona öz nəfsini nəzarətə ala bilməsini böyük bir iş kimi göstərər. İnsan burada da nəfsinə nəzarət etməlidir. Bir an arxayınlaşma olmamalıdır. Allahın Peyğəmbəri (s) buyurub: "Zirəkliyin bəlası - özünü tərifləmək, şücaətin bəlası - həddini aşmaq, güzəştin bəlası - minnət, gözəlliyin bəlası - qürur, ibadətin bəlası - süstlük, danışmağın bəlası - yalan, elmin bəlası - unutqanlıq, səbirliliyin bəlası - səfehlik, əsl-nəcabətliliyin bəlası - öyünmək və səxavətliliyin bəlası - israfdır".
Ola bilər ki, insan bütün günü namaz qılsın, amma həmin namazı onda elə bir büt yaratsın ki, onu məhv etsin. Ola bilər ki, insan oruc tutsun, amma oruc tutması onda elə bir hal yaratsın ki, öz vəziyyətindən müştəbeh olsun və məhv olsun. Tarixdə də belə nümunələr az olmayıb. Tarixdə nə qədər insanlar olub ki, namaz da qılıblar, Quran da oxuyublar, axır nəticələri pis olub.
Hər insanın “büt”ü digərindən fərqlənir
İnsan nəfsi ilə bağlı hər zaman ayıq olmalıdır. Fikir adamları xüsusilə diqqətli olmalıdır ki, “mən”i qabağa çıxmasın. Bu gün sosial şəbəkələr də hər bir insana öz “mən”ini ifadə etmək üçün xüsusi imkanlar yaradır. Nəfsin çoxsaylı qidaları var. Ona görə biz nəfsimizlə hesab-kitabımızda çox diqqətli olmalıyıq. Şeytanın (lən) oyunları ölüm anına qədər insandan əl çəkmir. İnsan ömrü boyunca içərisində nə qaynadırsa, axır anında həmin şey insanın qarşısına çıxa bilər. İnsanın narahatlığı hansı məsələlərdirsə, son anında onlar üzə çıxa bilər.
İnsanların cürbəcür bütləri var. İnsanın iki yolu var: ya o, nəfsinə sahib çıxacaq, ya da nəfsi ona sahib çıxacaq. Əgər nəfs ona yiyələnə bilsə, istədiyi işləri gördürə biləcək, istədiyi məsələləri onun bütünə çevirib, onu məhv edə bilər. Biri mal ilə, biri qohumla, biri ad-sanla, biri dostla, biri evlə, biri zona təəssübü ilə imtahan oluna bilər. Bəzən heç bir rasional izahı olmayan adi təəssüb insanı uçuruma apara bilər. Adamın nəfslə hesab-kitabı olmasa, sistemli təhlil etməsə, bu məsələlərin içində ilişib qalar.
İbadətdə zirək olmaq
Həzrət Əmirəlmöminin (ə) buyurur: “Sizlərin ən zirəki - sizlərin ən ibadətkarıdır”. Biz günümüzün neçə faizini Allaha yaxınlaşmaq niyyəti ilə çalışırıq? Günümüzün nə qədər hissəsini ümumiyyətlə bunun fərqində oluruq? Ən zirəyimiz odur ki, gününün daha çox hissəsini bu niyyət üçün çalışır. Nə qədər çox bunun fərqində olsaq və Allaha yaxınlaşmaq üçün nə qədər çalışsaq, biz mövcudiyyətimizdən ən ciddi şəkildə istifadə etmiş oluruq və zirək insan hesab olunur. Nə qədər istifadə etməsək, o qədər ömrümüzü boşa vermiş oluruq və fərasətsiz hesab olunuruq.
Zahiri paklanma ilə yanaşı olan batini paklanma
İnsan vaxt tapıb, özü barədə təfəkkür etməlidir. Dünya işlərindən bir qədər aralanıb, özünün durumu barədə düşünməlidir. Kənardan öz vəziyyətinə, halına, durumuna baxmağı bacarmalıdır. Belə edən zaman özünü, öz durumunu çox rahatlıqla görə bilər. Nələr onu qayğılandırır, nələrdə ilişib qalıbsa onu görə bilir. Sabahımızı düşünürüksə, ibadətlərimizin özləri barədə də belə, təfəkkür etməliyik. Qüsl alarkən, dəstəmaz alarkən, zahirimizlə yanaşı, batinimizin də paklanmasını istəməliyik. Başımızı paklayarkən sanki düşüncələrimizin, fikirlərimizin, xəyallarımızın da paklanmasını düşünməliyik. Hər dəstəmazda biz bir növ əzalarımızın batininini də paklayırıq. Gün ərzində Allah-Təala bizə təfəkkür üçün sonsuz fürsətlər verir. Namaz, dəstəmaz, azan, zikr, dua, cümə günləri, moizələr və s. Bu qədər ayıldıcı fürsətlər var.
Qiyamət günü nemətlərdən bizə hansi xeyirlər çatacaq?
Bir nəfərin müəyyən bir yeri ağrıyanda çalışır ki, onun dərmanını tapsın. Qəlbimiz ağrıyır, amma çox vaxt onun müalicəsinə bir gün də vaxt ayırmırıq. Bir nəfərin ayda bir günü öz mənəvi vəziyyətini düzəltmək üçün ayırması isə insanlara təəccüblü gələr. Əslində isə təəccüblü olmalı məsələ - bu olmalı deyil. Təəccüblü olan budur ki, qurtaracağına əminliyimiz olduğu bu dünya həyatında özümüzü ora-bura vururuq, ora-bura qaçırıq, bütün günümüzü maddi məsələlər dalınca oluruq. Onun isə sabahımıza heç bir xeyri olmayacaq. Düşünməliyik ki, Allahın bu dünyada bizə əta etdiyi nemətlərin hansından bizə nə qədər sabah xeyir gələcək. Dilimizdən, gözümüzdən, qulağımızdan, malik olduğumuz var-dövlətdən, sərvətdən Qiyamət günü bizə hansı xeyirlər çatacaq? Onları nə qədər Allah yolunda istifadə etmişiksə, bizə çatan xeyirlər də o ölçüdə olacaq. Hələ onların zərərlərini nəzərə almaq lazımdır.
Dünyada dəyişən formalardır, mahiyyət isə necə varsa, elə də qalıb. Həmin nəfslər, həmin dünya, həmin mövzular. Bizlər bunun içində nə edə bilərik? Bizim bir xoşbəxtliyimiz var ki, biz İslamın daşıyıcısı olmaq lütfünə yiyələnə bilərik. İslamın daşıyıcısı olub İslamı bu topluma bizlər çatdıra bilərik. Bu xoşbəxtlik və səadət hər zaman nəsib olmur. Allahdan bu xoşbəxtliyə yiyələnməyi diləyirik.
Allahım, bizlərə həqiqi zirəklik nəsib et!
Allahım bizi nəfslərimizin quluna çevrilməyə qoyma! Allahım, bizlərə xeyirli aqibət nəsib et! Amin!
Hacı İlqar İbrahimoğlu
Mənbə:Milli.Az
XƏBƏR LENTİ
Bu gün növbə Lənkərandadır
Sadə rəngli zapekanka (foto resept)
Hepatitə yoluxmuş xəstələr üçün ümid işığı
Antik dünya haqqında səhv bilinən faktlar
Ölkələrini bəyənməyənlərin sayı açıqlandı
İremin makiyajsız halı hər kəsi təəccübləndirdi-VİDEO
Spagetti
Möhtəşəm rekord: super nənə ölkədən ölkəyə üzdü
Koronavirusa qarşı peyvənd olundu, virusa yoluxdu
Pelin Karahan yenidən rəsm çəkir-FOTO
Bakı sakinlərinə küçəyə çıxmamaqla bağlı XƏBƏRDARLIQ
Kəlbəcəri tərk edən ermənilər ağacları da kəsib özləri ilə aparırlar
Mursilər qəbiləsinin qadınları-FOTO
Cəbhədə qızğın atışma
Qonaq otağı üçün pərdələr
Yarımbarmaq əlcək modelləri
İkinbaşlı ilan görənləri qorxutdu-FOTO
Vanqanın Qarabağ haqqında ŞOK PROQNOZU
Məntiqsiz qorxu – fobiya
Almeda Abazi yenidən efirə qayıdır
Türkiyədən Azərbaycana uçan təyyarələrdən nə xəbər?
Rihanna paylaşdığı FOTOlarla diqqət çəkdi
ABŞ-da 91 yaşlı qadın gözəllik kraliçası seçildi(FOTO)
Məşhur aktyor səhrada köməksiz vəziyyətdə qaldı - VİDEO
Sosial şəbəkələr iş tapmaqda yardımçı olurmu?
Şəkər xəmirindən "qəhrəmanlar"
İslamı qəbul edən "Karolin" əkizlərini üzə çıxardı
Düşmən taborunun yarısı məhv edildi - RƏSMİ
Sabahın HAVAsı
Arıqlamağın yolları
Məşhur aktyor evləndi-FOTO
Portagal qabıgından əl işləri
Azərbaycanda bu bazarda qıtlıq yaranıb
Qarışqanın iybilmə xüsusiyyəti
BÜRCLƏR bizə nə vəd edir?-30 Oktyabr
Heyvanlar insanlara donor olacaqlar
Günün qoroskopu: Aktiv olun!
Tarzan Nataşa Korolevaya xəyanət etdiyini açıqlayıb
Azərbaycanda nikah müqaviləsinin bağlanması məcburidirmi?
Günün qoroskopu: səhhətinizə fikir verin
Gələn ilin bayram günləri açıqlandı
Bayrağımızdan necə istifadə edək?
“Survivor” tarixinin ən böyük mükafatı-VİDEO
Hər gün eşitməyə məhkum olduğumuz 15 SEHRLİ CÜMLƏ
DİQQƏT! Bu binalar qırmızı kitaba salınıb
Məşhur aktrisa qəfildən öldü-FOTO
Bir-birindən maraqlı Jennifer Lawrence filmi
Dünyanın ən böyük ordusunun yeni gözəlləri
İlham Əliyev Pedro Aqramuntla görüşdü
Rianna brendini reklam edir-FOTO