
1 aprel bütün dünyada olduğu kimi, Azərbaycanda da gülüş və yumorla xatırlanır. Aprelin 1-nə aldatma günü, hiylə günü, gülüş günü deyənlər də var. Bu gün dünyanın ən ciddi insanı belə ona edilən zarafatı xoş qarşılayır. Məhz bu gün aprelin 1-i insanlar bir-biriləri ilə zarafatlaşır, biri digərini aldadır. Qısacası, bu gün hamı çalışır ki, ətrafındakı insanların üzündə təbəssüm yaratsın.
1 aprelin yaranması haqda versiyalar...
1 apreldə bir-birini aldatmaq adətinin meydana gəlməsi haqda müxtəlif versiyalar var. Ən çox yayılmış versiyanın kökü gedib qədim Romaya çıxır. Romada təxminən 2000 il əvvəl hazırkı gülüş gününə oxşar bayramlar təşkil edilirmiş və bu bayramı ağılsızların günü adlandırırlarmış. Hər şey isə qapı qulluqçularından birinin imperator Konstantinə zarafatla gülüşün dövlətə onun özündən çox fayda verə biləcəyini deyəcək qədər ürəklənməsindən başlayıb. Konstantin ona söylədiklərini həyata keçirmək imkanı verib və xüsusi qərar çıxarıb ki, ilin bir günü Romanı zarafatcıl şəxs idarə etsin. Həmin tarixdə ölkənin hər yerində insanlar gülür və müxtəlif zarafatlar edirmişlər. Daha geniş yayılmış versiyalardan biri isə Roma papası Qriqori tərəfindən hazırlanmış 1582-ci ilin Qriqoryan təqvimi ilə əlaqədardır. Həmin vaxtadək yeni il həftəsi martın 25-dən başlayar, aprelin 1-də başa çatırdı. Təqvimin dəyişməsinə baxmayaraq, insanların bəzisi yeni ili köhnə qaydalarla qarşılamağa üstünlük verirdilər.
Digər versiya isə Pasxa ilə əlaqədardır. Bildirilir ki, məhz aprelin 1-də müəyyən ölkələrdə Pasxa öncəsi yaz bərabərliyinin başlanğıcı kimi anılıb. Deyilənə görə, insanlar yeni ilin ilk gününü şən zarafatlarla keçiriblər. Belə adamları ələ salır, onlara axmaq hədiyyələr verir, özlərini isə aprel axmaqları adlandırırdılar.
Rusiyada isə gülüş gününün tarixi I Pyotrun hakimiyyəti zamanına təsadüf edir. Həmin vaxt aprelin 1-də səhər Peterburqda əvvəllər yanğın təhlükəsindən xəbər verən həyəcan siqnalı çalınıb. Hamının yerindən dik atılmasına baxmayaraq, bu, zarafatyana tədbir idi.
Bu günü xoşbəxt olmayan gün sayanlar da var
Almaniya və Avstriyada aprelin 1-i xoşbəxt olmayan gün sayılırmış. Hesab edirlərmiş ki, bu tarixdə anadan olan adamın həyatda bəxti gətirməyəcək. Ona görə ki, aprelin 1-də İsa Məsihi satan İuda anadan olub. Şeytanın göydən yerə endiyi gün kimi dəyərləndirilən həmin tarixdə kəndlərdə heç kəs işləmirmiş. Həm böyüklər, həm də uşaqlar bir-birilərini aldadaraq əslində yerinə yetirilməsi mümkünsüz olan tapşırıqların arxasınca göndərirlərmiş.
1 aprel Azərbaycanda necə qeyd olunmağa başladı?
1 apreli gülüş günü kimi qeyd etmək Azərbaycana SSRİ-dən xatirə qalıb. Hazırda dünya əhalisinin 70 faizi 1 apreli gülüş günü kimi qeyd edir, dost-tanışla zarafatlaşır.
Mətbuatda edilən məşhur zarafatlar
Mətbuat da 1 apreldə zarafatsız keçinmir. Bəzi zarafat-xəbərlər güldürsə də, kimlərsə zarafat xəbərlərə xeyli təpki göstərir. 1957-ci ildə BBC-nin ən ilginc xəbər proqramı olan “Panorama” havaların isti keçməsi səbəbi ilə ağaclarda spagetti yetişməyə başladığını deyib. Tezliklə televiziyaya çoxsaylı telefon zəngləri daxil olmağa başlayıb. Telefonu açan BBC yetkililəri də zəng edənlərə tam ciddi şəkildə “bir qutu tomat, sosiskalı spaget əkin və tutması üçün dua edin” məsləhəti veriblər. Sonda bunun bir zarafat olduğu məlum olub.
1962-ci ildə isə İsveçin yeganə ağ-qara yayımlanan telekanalının 1 aprel proqramına çıxan bir texnoloq televizorun ekranına bir qadın neylon corabı keçirməklə tamaşaçıların rəngli televizorlara baxa biləcəkləri müjdəsini verib.
1998-ci ildə “Burger King” “USA Today” qəzetinə verdiyi elanda solaxaylar üçün xüsusi hamburger hazırlandığını bildirib. Elanda deyilib ki, ölkədəki 32 milyon solaxay üçün hazırlanmış həmin hamburgeri rahat yemək üçün o, 180 dərəcə fırlanır. Sonradan bunun 1 aprel zarafatı olduğu deyilsə də, günlərlə xeyli sayda müştəri həmin hamburgerin dadına baxmaq üçün “Burger King”ə axışıb.
1977-ci ildə ingilis “The Guardian” qəzeti Hind okeanında uydurma San Şeriff respublikasının 10-cu ildönümünü qeyd etmək üçün 7 səhifəlik xüsusi buraxılışla çıxıb.
1992-ci ildə sol təmayüllü NPR radiosu 1 aprel sayında Riçard Niksonun “Pis bir iş görmədim və bir daha pis bir iş görməyəcəm” şüarı ilə prezident seçkilərində namizəd olduğunu açıqlayıb.
1995-ci ildə “Diskover” dərgisi 1 aprel sayında “Aprille Pazzo” adlı bir bioloqun Antarktidada kəlləsi yastı sümüklərdən ibarət və pinqivinləri yaxalamaq üçün buzu böyük bir sürətlə əridən yeni bir heyvan nəsli kəşf etdiyini xəbər verib. Almaniyanın Schlesvig-Holstein əyalətindəki bir radio sürücülərdən Rader körpüsünü keçərkən 5 avro hazırlamalarını istəyib.
İsveçrəli bir şirkətin bu körpünü satın aldığını və bayram günləri körpüdən keçid haqqı alınacağı xəbərini yayan radio əyalətin rəhbəri Heide Simonis, çox sayda siyasətçi, polis məmurları və ADAC avtomobil klubundan da dəstək alaraq onların açıqlamalarına yer verib. Lakin bu da bir zarafat olub.
Könlümüzü xoş tutmaq, əhval-ruhiyyəmizi yüksəltmək, mənfi enerjidən azad olmaq üçün gülüş ən yaxşı vasitədir. Odur ki, bu gün edilən zarafatlardan inciməyərək gülün və yumorla cavab verin.
Milli.Az
XƏBƏR LENTİ
Mikroelementlər-2
Özünü üçüncü mərtəbədən atan uşağı havada tutdu - FOTO/VİDEO
“İnstaqram”da Yenilik!
Sosial şəbəkədən qorxan ölkələr.
Aslı və Murad aylar sonra İLK DƏFƏ-FOTO
Azərbaycanda COVID-19-dan ölən şəxs necə dəfn olunacaq? – RƏSMİ AÇIQLAMA
Putindən sürpriz təklif
Dünyanın ən rəngli yerləri (1)
Qeyri-adi saç çubuqları
Möhtəşəm qadınlar
Prezidentdən yeni savaş anonsu
Qadın bədəninin sirli hormonu - estrogen
Kartof Kroket (foto-resept)
Donun biçilib tikilməsi
Wi-Fi-ın zərəri sübut olundu
Suriya bölünmək təhlükəsi ilə üz-üzə
Komandir: "Əvvəlki günlərə nisbətən ermənilər sakitləşiblər"
Limonun ən faydalı beş cəhəti.
Qədim Mayyalardan Şərq futurizminə qədər
Azərbaycanda koronavirusa yoluxanların sayı ilk dəfə 500 nəfəri keçdi- 6 nəfər vəfat etdi
Tarix Muzeyində “Azərbaycan Səfəvilər dövləti” bölməsi yenilənib
Əla qiymətin əvəzi: atalar və analar, bu fəndləri bilirsiniz?
Hepatit
Hazal Kaya gəlin olacaq-FOTO
Harrinin qara üzüyünün sirri açıldı-FOTO
Azərbaycanın dövlət saytları çökdü
Xəstəliklərə qarşı likopen
Zolaqlı şəkil hazırlama qaydası
Məhkəmədə qalib gəldi, hicabı çıxardı
Stress zamanı yeyirəm
Pomidor və yaşıl bibər möcüzəsi
Qeyri-sabit hava həftə sonuna qədər davam edəcək – XƏBƏRDARLIQ
Kosmosda peçenye bişirdilər - VİDEO
TƏBİB-dən alınan səlahiyyət Səhiyyə Nazirliyinə verildi
Zinət əşyaları - qadın gözəlliyinin sirridir
Nə qədər xoşbəxtsiniz?
Düşmənin çoxlu sayda hərbi texnikası məhv edildi - SİYAHI
Dörd gün qaldı...
Günün ulduz falı - 27.08.2013
Rezidenturaya sənəd verənlərin sayı açıqlandı
“WhatsApp”dan daha bir yenilik
“Kurtlar vadisi” serialının aktyoru qəzaya düşdü-FOTO
Bir-birindən gözəl toy donları
Kişi öz əmlakını filə vəsiyyət etdi
2600-cü ilə kimi bəşəriyyət məhv olacaq - ŞOK XƏBƏRDARLIQ
Aleyna FOTOşoplu paylaşım etdi
"Ah Karabağ"mahnısının müəllifi Başkal Azərbaycana gəlir
Uşaqlıq dövrü pozuntuları (2) (childhood disorder)
Dollar kreditləri - Güzəşt olacaqmı?
Xoşbəxtlik ətrafımızdadır














