
Hisslər cilovlanmayanda
Yeddi ildir ki, ürəkkeçmədən əziyyət çəkdiyini deyən Zakirə Nağıyevanın Milli.Az-a dediyi sözlərinə görə, həyəcan, stress keçirən kimi huşunu itirib yıxılır: “Təbiətcə həddindən artıq emosional, həssas bir insanam. Ətrafda baş verən hər şeyə ciddi reaksiya verir və tez həyəcanlanıram. Özümü sakitləşdirə bilməyib stress keçirir və bundan sonra da huşumu itirib yıxılıram. Dəfələrlə həkimə müraciət edib müayinə olunmuşam. Bir kurs müalicə də almışam. Ancaq bir nəticə olmayıb. Həkimlərin dediyinə görə, ciddi bir xəstəliyim yoxdu, sadəcə həyəcanlananda, stress keçirəndə beynimə qan yaxşı getmir və bu səbəbdən də huşumu itirirəm”.
Gözlər qaralır, baş gicəllənir...
Həkim-terapevt Şəhla Abbasovanın Milli.Az-a açıqlamasına görə, beyinə qan iki arteriya - daxili yuxu və onurğa arteriyaları vasitəsilə keçir. Bu arteriyalarda yaranan problem səbəbiylə beyinə qan getmədikdə beyin anemiyası yaranır və ürəkkeçmə halı baş verir.
Əksər hallarda insanın ürəyi qəflətən keçir. Lakin çox vaxt özündən gedib huşunu itirməmiş bir sıra əlamətlər müşahidə edilir. Rəngi bütünlüklə solur, özünü pis hiss edir, sıxılır, ürəyi bulanır, gözləri qaralır, qulaqları cingildəyir, başı gicəllənir, dərin nəfəs ala bilmir, bəzən bədəni soyuq tərlə örtülür. Ürəkkeçmə başlanan kimi huşunu itirib yıxılır, bəbəkləri genişlənir, nəbz kiçik və sürətli, tənəffüs səthi və gec-gec olur, dəri örtükləri, görünən selikli qişaları kəskin surətdə solur. Ürəkkeçmə adətən çox çəkmir. Bir neçə saniyə, yaxud dəqiqə sonra xəstə yenidən özünə gəlir. Tədricən özünü normal hiss etməyə başlayır: “Ürək keçib yıxılan zaman bəzən bədəninin hər hansı bir hissəsi, xüsusilə aşağı ətraflar zədə almış olur. Bu səbəbdən huşunu itirib yıxılan insanın özünə gəldikdən sonra bədənin müəyyən hissələrində cüzi ağrılar hiss etməsi normaldır”.
Ürəkkeçmə yaradan səbəblər
Həkimin sözlərinə görə, bayılma bəzən psixi amillər, diksinmə, şiddətli ağrının təsirindən də baş verir. Qadınların və ümumiyyətlə, həssas, emosional, əsəbi, zəif adamların ürəyi tez-tez keçir. Yorğunluq, stress, həyəcan, qorxu, təzyiqin yüksək və ya aşağı olması, qanazlığı, qan itirmə, aclıq zamanı da bayılma halları müşahidə olunur. Hər hansı bir hadisəyə ürəkdən sevindikdə də sevincdən ürəkkeçmə baş verir. Bəzən uzun müddət yatmış, uzanmış xəstə ayağa durarkən, zəif düşdüyü üçün, özündən gedir, huşunu itirir. Çox vaxt ağrı hissi olmadığı halda hələ başlanmamış ağrını yalnız təsəvvür edib ondan qorxur, qan, yara gördükdə, həm ağrı çəkib, həm də qorxduqda və sair hallarda huşunu itirib yıxılır: “Ürəkkeçmənin bu forması təhlükəli sayılmır və sadalanan səbəblər ucbatından huşunu itirən insanın həkim müayinəsindən keçib müalicə almasına ehtiyacı yoxdur”.
Kardiogen bayılma
Ş.Abbasova deyir ki, bəzən ürəkkeçmə müxtəlif ürək xəstəlikləri səbəbindən də baş verir. Bu kardiogen bayılma sayılır. Kardiogen bayılma ürək ritminin pozğunluqları - aritmiyalar zamanı müşahidə olunur. Yorğunluq, nikotin, alkoqol, müxtəlif mənfi, hətta müsbət emosiyalar, həddi-buluq dövrü, klimaks, hamiləlik, vegetativ nevrozlar, angina, şəkərli diabet, narkoz, qarın boşluğu üzvlərinin patologiyası, infeksion xəstəliklər, ürək qüsurları, arterial hipertoniyalar, ürəyin işemik xəstəliyi, bir çox digər xəstəliklər və müxtəlif faktorlar ürək ritminin pozulmasına gətirib çıxarır. Ürək ritmi pozulan zaman tez-tez müşahidə olunan əlamətlərdən biri də ürəkkeçmədir: “Miokard infarktı zamanı da ilk olaraq xəstədə kardiogen bayılma baş verir. Döş qəfəsində sıxılma, kəskin ağrı hiss edən xəstənin bir neçə dəqiqədən sonra ürəyi keçir. Digər ürəkkeçmədən fərqli olaraq kardiogen bayılma zamanı xəstə uzun müddət huşsuz qalır və çətinliklə özünə gəlir”.
Ürəyi keçənə yardım
Həkim-terapevtin söylədiyinə görə, beyin anemiyası səbəbindən baş verən ürəkkeçməni müalicə etmək üçün ilk olaraq beyindəki qan dövranı bərpa edilməlidir. Bu məqsədlə xəstəni dərhal uzandırmaq və başını aşağı əymək lazımdır. Belə vəziyyət qanın beyinə axmasına kömək edir. Xəstənin döş qəfəsini sıxan və onun sərbəst tənəffüs almasına mane olan geyimləri çıxarmaq, yaxud genəltmək, pəncərəni açıb otağa təmiz hava buraxmaq lazımdır. Xəstəni naşatır spirti kimi qıcıqlandırıcı maddələr iylədib burnunun selikli qişasını qıcıqlandırmaq da məqsədə müvafiqdir. Xəstə özünə gəldikdən sonra ona oyadıcı maddələr - qəhvə, pişikotu damcısı kimi şeylər verilməlidir. Xəstə bir müddət dinc və rahat vəziyyətdə uzanmalıdır: “Ürək xəstəlikləri səbəbindən baş verən ürəkkeçmə təhlükəli sayılır və bu səbəbdən də xəstə mütləq həkimə müraciət edib müayinə olunmalıdır. Əks təqdirdə ürəkkeçmələr tez-tez təkrarlana və xəstənin vəziyyəti daha da ağırlaşa bilər”.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Kendall geyimi ilə təəccübləndirdi-FOTO
Ətli blinlər (foto-resept)
"Nərgiz buketi" salatı (foto resept)
Dünyanın ən yaxşı maşını seçildi
Qadın.Net-lilərin ilk körpə həyəcanı (2-ci hissə)
Kağız gəlinciklər - 2
Leyla Əliyeva Heydər Əliyevin 95 illiyinə həsr edilən tədbirdə iştirak edib - FOTO
Nazirlik Vətən Müharibəsində çoxsaylı xəsarətlər alan qazimizlə bağlı hərəkətə keçdi
Reuters İlham Əliyevdən yazdı
Erməni pulemyotları səhərə qədər susmadı
Rəngarəng pərdə modelləri
Azərbaycanda sərnişindaşıma tarifləri bahalaşıb
Tər qoxusunun qarşısını necə almalı?
"Lego" tipli velosiped şlemi - FOTO
Əzələlər və stress
Sərt karantin günlərində ev heyvanlarını gəzdirmək olar? - AÇIQLAMA
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Hava haqqında
Sevgililər 75 il sonra görüşdü-FOTO
Qərb 1919-cu ildə də uydurma soyqırımını araşdırmaqdan qaçıbmış
Uşaq ədəbiyyatına maraq niyə azdır?
Milli Məclis hansı məsələləri müzakirə edəcək?
Dünyanın ən yaşlı qadını öldü
Azərbaycan Silahlı Qüvvələrinin 100-illiyi münasibətilə hərbi parad keçirilir
Disney şirkətinin 10 idarəçilik prinsipi(1)
Toyuq və göbələklə doldurulmuş bibər (foto resept)
Astanada "Yeni İpək Yolu" II Beynəlxalq Nəqliyyat və Logistika biznes-forumu keçiriləcək
Yer kürəsi həqiqətən düzdür?
Vilayət Eyvazov generala yüksək vəzifə verdi
Ermənistan tərəfi Kəlbəcərdəki insanların çıxarılmasına görə vaxt istədi - RƏSMİ
Azərbaycanlılar yerli avtomobilləri güzəştlə ala bilərlər?
Sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ
Ən istedadlı uşaqlar
Saqqız çeynəmək olarmı?
Keçmiş sevgilisindən Timatinin ayrılıq xəbərinə reaksiya
Bu günün hava proqnozu
Manat nə vaxt ucuzlaşacaq?
Velosipedçilərimiz Xorvatiyada yarışacaqlar
Pəhriz və idmansız arıqlamaq istəyənlər
Coğrafiya xəritəsi
Günün ulduz falı
Xalq artistinin xanımı: "Qorxuruq, amma həkimlər artıq qərar veriblər"
HAVA necə olacaq?
Geyim seçərkən etdiyimiz səhvlər
Sılanın məhkəmə tarixi məlum oldu-FOTO
Günün ulduz falı
Xanımlar üçün: gözəl sinəyə sahib olmaq istəyirsiniz?
Son halı sevənlərini heyrətləndirdi- FOTO
Sabah imtahan olacaq
Günün qoroskopu: maraqlı təklifi qəbul edin















- ŞƏRHLƏR