Uşaq və yeniyetmələrdə davranış pozuntuları
Uşağınız məktəbə getməkdən qorxurmu?
Uşaq üçün qorxu hissi tanımadığı bir şəxsə qarşı göstərilən reaksiyadır. Normal inkişaf dövründə uşaqda qorxu hisslərinin mövcud olması təbii prosesdir. Bu, müdafiə olunma mexanizmlərinin inkişafı baxımından da lazımlıdır. Təbii olaraq uşağın necə bir qorxu yaşadığını, onun dərəcəsini və səbəblərini yaxşı analiz etmək və ailəni düzgün istiqamətləndirmək mühüm məsələdir.
Körpəlik dövrlərində ani səs və yaxud tanımadığı şəxslərdən qorxan körpə, sonrakı dövrlərdə ilk dəfə qarşılaşdığı adam və vəziyyətlərə qarşı qorxu reaksiyasını göstərə bilər. Uşaq müxtəlif qorxular, yəni həkim, stomatoloq, heyvan, zərər görmə, məktəb, ata‐anaya və özünə bir şey olacaq kimi qorxuları yaşaya bilər.
Qorxular, hətta, fobiyə çevrilə bilər. Fobi qorxu hissinin adamın gündəlik həyatına mənfi istiqamətdə təsir edən, qeyri‐idarə vəziyyətini almış haldır. Uşaqlarda da ən çox müşahidə olunan ictimai həyat, məktəb , qaranlıq, təbii fəlakətlər, heyvan, qapalı yerdə qalma (lift və s.) və tək qalma fobi növləridir.
Məktəblərin açılış ərəfəsində uşaqları birinci sinfə qədəm qoyan hər bir valideyn, sanki ilk sinfindəki həyəcanı yenidən yaşayır. Rahat ev şəraitinə alışmış hər uşağın nizam‐intizamla əhatə olunmuş məktəb həyatına başlaması müvəqqəti və psixoloji çətinliklər yarada bilər.
Yeni dostların əhatəsində olmaq və müxtəlif paltarlar, rəngarəng qələmlər və dəftərlər, habelə fərqli oyunlar uşaqlar üçün yeni bir dünyaya açılmış pəncərə deməkdir. Valideynlər bu vəziyyətə uşaqlardan əvvəl hazır olmalıdır. Çünki uşaqların bu dövrdə qarşılaşdıqları problemlərin əvvəlcədən müəyyənləşdirilməsi və onların həlli yollarının tapılması vacibdir.
Məktəb qorxusu nədir?
Məktəb qorxusu məktəbə yeni gedən uşağın məktəbə getməməkdə inad etməsi, dostlarını qəbul etməməsi, ağlaması və s. kimi davranışları nümayiş etdirməsidir. Bu qorxu hissi oğlan və qızlarda eyni dərəcədədir və bu, uşaqların təhsil alacağı mühitə öyrəşməsini əngəlləyir. Uşaqlara görə qorxu şəraitə uyğunlaşmağın, narahatlıq doğuran vəziyyətlərin öhdəsindən gəlməyin bir yoludur. Bu qorxuya tez müdaxilə edildikdə, o unudulur.
Ümumiyyətlə, yeni bir vəziyyətlə qarşılaşdığımız zaman problemlərin olması normaldır. Bu vaxtlarda uşaqları məktəbə yola salmaq çətindir, ona görə ki, uşaq ilk dəfə anasından ayrı qalacaq. Normal inkişaf prosesində bu vəziyyətlərin yaşanması təbiidir. Bu problemlərin yaranmasına uşağın ana ilə olan münasibəti də səbəb ola bilər; ananın uşağın şəxsiyyətinin formalaşmasına imkan verməməsi, bir növ, ananın da uşağa bağlı olması, evdə təzyiqli və narahat şəraitin mövcudluğu, yeni bir uşağın dünyaya gəlməsi və uşağın bu prosesi hələ dərk edə bilməməsi, ata və ananın narahat insanlar olması, ailə üzvlərindən birinin itirilməsi və ya xəstələnməsi kimi faktlar buna təsir edə bilər. Uşağın məktəbə başlamazdan əvvəlki dostluq təcrübəsinin keyfiyyəti, duyğularını və düşüncələrini çatdırmaqda rahat olması bu dövrdəki problemlərin öhdəsindən gəlməyə kömək edir.
Başqaları ilə münasibət qura bilməyən, ailəsinə bağlı, dostları ilə oyun oynamaqdan qaçan, anası ilə normal münasibəti olmayan uşaqların məktəbə başlarkən problem yaşaması gözlənilə bilən bir şeydir. Belə uşaqlarda enerji itirilməsi, məhdudlaşma, baş və qarın ağrılarından şikayətlənmə də qarşıya çıxan əsas problemlərdəndir.
Uşaqda məktəbə qarşı müsbət fikirlər oyatmaq üçün ona məktəblə bağlı real məlumatlar verilməli, məktəb dövründən əvvəl ana öz uşağını yeni dostluqlar qurmağa yönləndirməlidir. Bundan əlavə, ailənin digər üzvləri də məktəblə bağlı yaşanmış hekayələrini uşağa danışa bilər. Hər valideyn uşağın özünün geyinməsinə, yeyib‐içməsinə şərait yaratmalı və hər yaş dövründə onları dinləməli, problemlərinin ola biləcəyini unutmamalıdır.
Uşaqlarda məktəb qorxusu 2 cür olur:
1. Akut (irəliləmiş, şiddətli): Akut (irəliləmiş, şiddətli) məktəb qorxusu olan uşaqlar evdə qaldıqları müddətdə xoşbəxtdirlər. Yoldaş əlaqələrində və ictimai fəaliyyətlərdə tez təsirə düşürlər. Hətta, bu uşaqlar evdə qaldıqları müddət içində ev tapşırıqlarını yerinə yetirirlər.
2. Xroniki: Xroniki məktəb qorxusu isə zamanla meydana gəlir. Bu qorxunun meydana gəlməsində gəncin uşaqlıq illərindəki problemlərinin rolu böyükdür. Xroniki məktəb qorxusu, akut məktəb qorxusunun tam tərsinə bir sıra uyğunlaşma
çətinliklərini ehtiva edir. Xroniki məktəb qorxusu olan uşaqlar yalnız məktəbdən deyil, eyni zamanda, əvvəllər zövq aldıqları fəaliyyətlərdən də uzaqlaşmağa başlayırlar. Bu uşaqlar nə dərsə hazırlaşır, nə də müəyyən bir maraq sahəsində fəaliyyət göstərirlər.
Məktəb qorxusunun ilkin əlamətləri aşağıdakılardır:
- Baş ağrısı
- Qarın ağrısı, bulantı‐qusma hissi
- İştahasızlıq, kefsizlik
- Yuxu nizamında pozuqluq
- Məktəb məsuliyyətlərinin yerinə yetirilməsində axsamalar
- Ortada bir səbəb yoxkən gözyaşlarına boğulmaq
- Küsəyən və əsəbi olmaq.
Məktəb qorxusuna tutulan uşaqlar üçün valideynlər nə etməlidir?
Valideyn ilk növbədə uşağın niyə məktəbə getmək istəməməsi ilə bağlı narahatlıqlarına qulaq asmalı, bununla bağlı duyğu və düşüncələrini deməsinə şərait yaratmalıdır. Unudulmamalıdır ki, bu problem məktəb və müəllimin ucbatından da ola bilər. Buna görə də ailə və məktəb daima ortaq olmalı və uşağın məktəbə getməməsinə imkan verilməməlidir. Hər ata‐ana uşağın narahatlığını başa düşdüyünü və bunun zamanla keçəcəyini vurğulamalıdır. Bundan əlavə, ailəyə bağlılığın azaldılması, tək oynaya biləcəyi oyunların dəstəklənməsi lazımdır. Valideynlər məktəb üçün bazarlığı uşaqlarla birgə etməli, bu dövrdə qarşıya çıxa biləcək problemləri əvvəlcədən öyrənməlidirlər.
Məktəb qorxusuna tutulan uşaqlar üçün ailələr nə etməlidir?
1. Uşağın qorxusu barədə danışaraq, səbəbini aydınlaşdırmağa çalışmalıdırlar.
2. Məktəbə getmədiyi üçün ona hədə-qorxu gəlməməli və onu qorxutmamalıdırlar.
3. Müəlliminə uşağın vəziyyətini danışmalı və lazım gələrsə, müəllimlə birlikdə uşaqla bağlı bir işi təşkil etməlidirlər.
4. Uşağın məktəbdən uzaq qalmamasına diqqət yetirməlidirlər.
Valideynlərin uşaqla birlikdə dərsə girməyi doğru bir davranışdırmı?
Məktəbdə, xüsusilə sinifdə mühitin təşkil edicisi, idarəçisi müəllimdir. Müəllimin mövqeyi, qərarı əhəmiyyətli yer tutur. Xüsusilə məktəbin ilk günlərində israrla anasından ayrılmaq istəməyən və sinif mühitinə qarşı reaksiyalı olan uşağın yanında, sinif içində söhbət oluna bilər. Ancaq bu, vəziyyətin davamlı olması deyil. Bu davranış bir neçə günü keçməməlidir.
Müəllim nə etməlidir?
Müəllim uşaqlara qarşı həssas olmalı və verilən tapşırıqları mütləq yerinə yetirmələri üçün uşaqlarda məsuliyyət hissi oyatmalıdır. Uşaqlara qarşı sərt davranılmamalı, problemlərinin nə olduğu dinlənilməli və hər zaman onların yanında olduğu hissi aşılanmalıdır. Müəllim uşağa dərsə gəlməyin vacib olduğunu və ona dəyər verdiyini başa salmalıdır.
Qorxu hissi bağça uşaqlarında 3‐5 yaşlar arası və ibtidai sinfə gedərkən müşahidə olunur. Sözügedən problem 12‐14 yaş arasında da müşahidə oluna bilər.
Bağçada ilk gün stresindən necə yaxa qurtarmaq olar?
Bağçaya ilk dəfə gedən uşaqlarda zaman və məkan məfhumları tam formalaşmadığı üçün problemlər yaranır.
- Evimiz buradan nə qədər uzaqdır?
- Anam məni gəlib aparacaqmı?
- Buradakı uşaqları tanımıram.
- Ehtiyaclarımı kimdən istəyəcəyəm, kömək edərlərmi?
- Evdə qanunlar yoxdur, bura isə qanunlarla doludur.
Uşaq bu sualların cavablarını yaşayaraq öyrənəcəyi üçün narahatlığı yüksək olur. İlk gün ana məktəbdə 1‐2 saat qalıb onu müəllimlə tanış etməli, nə etməli olduğunu başa salmalıdır. Bir neçə gün uşağın görə biləcəyi yerdə oturmaq da faydalı ola bilər.
Adaptasiya prosesi
Əgər uşaq 15‐25 gün ərzində məktəbə alışmasa, məktəbdən çıxarılması məsləhətdir. Çünki buna hələ hazır deyil. Lakin əvvəl bağçaya gedən uşaqlarda məktəb qorxusu olmur, olsa da, tez unudulur. Çünki o buna bənzər mühitlə tanışdır. Uşağa laqeyd yanaşmaq və ya bunun tam əksini etmək onda hissi və şəxsi inkişafı ləngitdiyi kimi, həm də öyrənmə və adaptasiya problemləri də yaradır.
Tapşırığı həll etmə məsuliyyətinin yaradılması
Hər bir valideyn uşağının tapşırığı ilə maraqlanmalı, yaranan problemləri birlikdə həll etməlidir. Bu, uşaqların xoşuna gələcək. Əgər anlamadıqları yerlər varsa, çəkinmədən kömək istəyə biləcəkləri deyilməli, onlara bələdçilik edilməlidir. Tapşırıqlarını etmək üçün uşaq çox məcbur olunmamalıdır. Uşaq məktəbdən gəldikdən sonra ilk iki saat içində ev tapşırıqlarını yerinə yetirməlidir.
Uşaqlarını məktəbə hazırlamaq üçün ailələr nə edə bilər?
- Uşaqları diqqətlə izləmək və onları tanımağa, anlamağa çalışmaq lazımdır. Bu haqda müxtəlif qaynaqlardan məlumat alına bilər (müəllimlərdən, mütəxəssislərdən və s. ).
- İlk vaxtlardan başlayaraq hər axşam kitab oxumaq sadəcə oxumağa olan marağını yox, dil inkişafını da artırır.
- Öz işini özü görmə bacarığı aşılanmalıdır (özü geyinməsi, yeməsi kimi).
- Valideynlər məktəbi seçir, lakin uşağın da gedəcəyi məktəb və alacağı təhsil ilə bağlı fikirləri öyrənilməlidir.
- Məktəb üçün bazarlıq edilib otağı onu oxumağa sövq edəcək şəkildə döşəməli, baş verəcək yenilik həyəcanı ilə birlikdə məsuliyyətləri də paylaşılmalıdır.
- Bilik sadəcə məktəbdə qazanılmır. Bəzən uşaqlarınıza onların bilik səviyyələrin ölçmək üçün suallar verin və onları da sual verməyə təşviq edin.
- Başladığı işi bitirmə, istəklərini təxirə salma, oyunların qanunlarına uyma bacarıqları aşılanmalıdır.
İbtidai məktəbə başlamağın əsasları nələrdir?
- Məktəbə başlamazdan əvvəl təhsil alan uşaqların bacarıqlarını inkişaf etdirməyə daha meyilli olduqları görünür.
- Masa arxasında oturmaq, deyilənləri dinləmək və onları düzgün olaraq həyata keçirmək, başladığı işi bitirmək də çox vaxt bacarıqlardır.
- Qayçıdan istifadənin, hərfləri yazmağın və s. öhdəsindən asanlıqla gələ bilirlər.
- Duyğu və düşüncələrini ifadə etməyə meyillidirlər və suallara cavab verə bilirlər.
- Saymağı bacarır və toplama‐çıxmanın əsasını qoyurlar.
- Rəngləri və əsas məfhumları bilirlər.
- Günlük hadisələri zamana görə doğru ifadə edə bilirlər.
- Məsuliyyətli və etdiklərinin nəticələrindən xəbərdardırlar.
- Həmyaşıdları ilə problemlərini özləri həll edə bilərlər. Duyğularını da idarə etməyi bacarırlar.
- Qrup oyunlarına qatılmağa, oyuna qəbul edilməyə, qanun və haqlara hörmətlə yanaşmağa istəklidirlər.
Hüseyn Xəlilov
XƏBƏR LENTİ
O qədər dar geyindi ki, ürəyi getdi - FOTO
HAVA necə olacaq?-23 Avqust
Valideynlərə müjdə!
Aslı Enverlə Murad Boz ayrılıb
"Həyat" adlı oyun
Məşhur cütlükdən etiraf
Bu günün hava proqnozu
BÜRCLƏR bizə nə vəd edir?- 2 fevral
"ABŞ ATƏT-in Minsk qrupu çərçivəsində Rusiya ilə əməkdaşlığı davam etdirəcək"
İsmayıllıda şəhid Xəyyam Daşdəmirov torpağa tapşırıldı - VİDEO
Son dəbə uyğun eynəklər
Nazirlik pensiyaların veriləcəyi tarixi açıqladı
Beren Saatın bu addımı təəccübləndirdi-FOTO
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Brend çanta modelləri
Ev dekorasiyasında aksesuar seçimi
Şirələr və kompotlar
Hülya Avşar AÇIQLAMA verdi
11 iyun Ramazan ayının 5-ci günüdür
Caponata (foto resept)
Dünyanın ən zənginləri 127,4 mlrd. dollar itirdi
Ramin Bayramlıdan karantin rejiminin uzadılması ilə bağlı AÇIQLAMA
Bakıda möhtəşəm Zəfər paradı başladı - CANLI YAYIM
Müəllim və həkimlərə dövlət qulluqçusu statusunun verilməsini nəzərdə tutan layihəyə rəy verilib
Məşhurlar və anaları
Uhan xəstəxanalarında koronaviruslu şəxs qalmadı
İçimizi yeyən səhər yeməyi
Fikrət Qoca infarkt keçirdi
Qadına uşaqlıq köçürüldü
Corc Sorosdan böhran xəbərdarlığı
256 yaşlı kişi ölməzdən əvvəl sirri açıqladı
Şəhid əsgərimiz təltif edildi
Murad Boz TOYUNDAN DANIŞDI
Günün ulduz falı
Çuğundurun faydaları
Düzgün duruş üçün nə etməliyik?
Ancelina Coli ərə gedir
50 Cent 21 otaqlı mənzilini ucuz satdı
Uşaqlar üçün saç modelləri
Güləşçimiz beynəlxalq turnirin çempionu olub
HAVA necə olacaq?-26 İyul
Azərbaycan alimləri zəfəranın süni yolla çoxaldılmasının yeni metodunu əldə ediblər
"Ali məktəb məzunlarının 42 faizi iş tapa bilir"
Bilmədiyiniz maraqlı faktlar
Azərbaycanda 40-dan çox orta təhsil müəssisəsi ləğv olundu - SİYAHI
Onun bir xəyalı cahana dəyər
Bədənə qulluq və vannalar
Benzin ucuzlaşa bilər
Pakistan mediası Xocalı faciəsindən yazdı
Meteohəssas insanlara XƏBƏRDARLIQ
- ŞƏRHLƏR