Könül hər nə qədər bir qız adı olsa da daşıdığı məna qızlarda həyat tapdığı üçün onlara çox gözəl yaraşır. Bu söz mahnılarda, şeirlərdə, sətirlərdə, misralarda ən romantik halı ilə iştirak edər... Həmişə könlümüz dolu olsun istəyərik. Buradakı könlün dolu, ya da boş olması həmişə qarşı cinslə əlaqələndirilir. Könül o qədər genişdir ki, orada hər kəsə yer tapılar. Könlümüzü Allah sevgisi, insan sevgisi, ətrafımızda olan hər şeyin sevgisi, uşaq sevgisi və s. ilə doldurmaq olar. Bu könül geniş olduğu qədər də dardır. Elə vaxt və elə an olur ki, könlümüzdə kimsəyə yer olmur. Bu, bizdə narahatlıq vəziyyətinə çevrilir. Deyirlər ki, insanlar yaşadıqları ilə var olarlar. Yaşanmış hər şey adamda bir iz qoyar.
Orta hesabla götürsək, hər gün yeni bir şeylər öyrənirik. Hər yeni açılan səhər öyrənmə üçün zəmin hazırlayar. Həyatda hər gün gözəl şeylər yaşana bilməz ki... Əgər hər gün gözəl şeylər yaşasaydıq, onda biz bu günlərimizin qədrini bilə bilməzdik. Bilməzdik nəyə gözəl deyək... Gün ərzində elə hala düşə bilirik ki, heç istəmirik yol ilə getdiyimizdə kiminləsə qarşılaşaq. Əsəbi halda olduqda hirsimizə, özümüzə, davranışlarımıza belə hakim ola bilməməkdən qorxuruq. Sifətimizin bənizi qaçmış, sanki qan damarlarımız ortaya çıxmış, gözlərimiz isə yerindən çıxacaqmış kimi oluruq.
Hətta əl, qol hərəkətlərimiz də bunlara yoldaşlıq edər. Bəlkə səsimizin tonu da nizamdan çıxmış olur. Dişlərimizi sıxıb kənarımızda olan insanlara bildirmək istəmirik. Bəzilərimiz bədən reaksiyalarımızı gün ərzində özümüzdə saxlamağı bacarırıq. Bəzilərimiz isə gün ərzində keçirdiyimiz bu halları içimizdə saxlayaraq qorxulu yuxular görməyimizə səbəb oluruq.
Niyə biz beləyik?
Həmişə problemlərimizi öz içimizdəmi saxlamalıyıq? Özümüzü ifadə etsək nə olar? "Problemlərim hər kəsi sevindirəcək" deyəmi düşünürük? Onlarda bəlkə bizdən daha çox problem var?! Düşüncə quruluşumuzu dəyişdirməli, özümüzü kiməsə və ya yaxınlarımıza başa sala bilməliyik. Bəzilərimiz özümüzü, dərdimizi izah edərkən ağlayırıq... Ağlamaq, tamamilə insani bir xüsusiyyət olub, duyğularımızın yetərincə dilə gətirə bilmədiyimizdən, özümüzü başa sala bilməməyimizdən əmələ gəlir. Belə hallarda ağlamaq çox yaxşı şeydir. Ağlayamayan kəslərdə isə mütləq psixoloji vəziyyətlər olur.
Belə hallarda valideynlər ətraflarına öz uşaqlarını qürurla təqdim edirlər. Çünki özləri də uşaqlarının bu hərəkətlərinə görə, qabiliyyətli olmalarına görə bir addım qabaqda olurlar. Ya da ki elə hiss edirlər özlərini...
Keçmişdə valdeyinlər yaşaya bilmədikləri uşaq illərini öz övladlarına doyunca yaşatmaq istəyirlər. Onların istəklərini, arzularını yerinə yetirməklə... Görəsən biz bu şeyləri edərək uşaqlarımıza nə qədər kömək ola bilirik? Onları nə qədər dinləyə bilirik? Və yaxud dinlədiklərimizdən nəticə çıxarıb uşağımız üçün nəsə edə bilirik? Yoxsa elə firkirləşirik ki, uşaqlarımızın hər istəyini yerinə yetirməklə onların problemlərini həll etmiş oluruq?
Uşaqları dinləmək, ona kifayət qədər vaxt ayırmaq çox əhəmiyyətlidir. Biz öz işimizi edərkən bir qulağımız onların üzərində olmalıdır. Uşağı diqqətlə dinlədikdə, danışdıqlarına qulaq asıb onunla nəticəyə gəldikdə, bir sözlə maraqlandıqda o özünün çox vacib bir insan olduğunu, əhəmiyyətli olduğunu hiss edəcəkdir. Yoxsa ''Səni sevirəm'' və "Səni çox istəyirəm" sözləri ilə sevgi göstərilə bilməz.
Qarşındakını dinləməyin də iki növü var. Qarşımızdakı insanı onun gözlərinin içinə baxaraq dinləməli və bədən dili ilə bunu ifadə etməliyik. Uşağımız üçün də eyni vəziyyət keçərlidir. Onların kiçik kimi gördüyümüz, amma əslində böyük qəlblərindən nələrin keçdiyini dinləyib başa düşməyimiz və bizə ürəklərini açmaları üçün şərait yaratmalıyıq.
Əziz xanımlar, uşaqlara nə qədər boş vaxt ayırsaq, onların gələcəyi bir o qədər parlaq olacaq, inanın...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Məşhur müğənni ərə gedir
Silahlı Qüvvələr terror aktı barədə bəyanat yaydı
Hazar Amani Sıla haqqında AÇIQLAMA verdi-FOTO
Dünyanın ən kök futbolçuları
Bu gün gənclərin bayramıdır
Tənbəl zəriflərimiz
Çelik konsertinə gələn qızı sevdiyini 27 il sonra etiraf etdi
HAVA necə olacaq?- 3 MAY
Məkkədə QEYRİ-ADİ görüntülər - FOTO
Balıq buğlaması (foto resept)
“İnsan mühəndisi” – orijinal yanaşma və gerçək mesaj
Pensiya ilə bağlı yeni xəbər
Sadə azərbaycanlı ev almaq üçün neçə il ac qalmalıdır?
Beren qayınanasını sildi
Yuxusuna inandı: Lotereyada 500 min dollar qazandı - FOTO
2015-ci ildə hansı hədiyyələri vermək olmaz?
Gəlinlər üçün ayaqqabı modelləri
Azərbaycanda qeyri-adi toy karvanı
Obama müsəlmanları təbrik edib
Real həyat əsasında çəkilmiş filmlər
Ay tutulmasının vaxtı məlum oldu
Samsung yeniliyə sürətlə hazırlaşır
Atamın məhəbbəti
Şəhadətnamə və attestat almaq istəyənlə
Ən ucuz noutbuk təqdim edildi
Futbol azarkeşlərinin peyğəmbər sevgisi
"Bazardan aldım bir dənə, evdə açdım, min dənə":
Günün qoroskopu:Təşkilatçı olun!
Ən populyar şəhər seçildi
Çimərliklərdə nələr qadağandır? - SİYAHI
Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar məqalə dərc edilib
Saba Tümer paylaşdığı FOTO ilə gündəmdədir
"Rusiyadan silah almağımız onunla izah edilir ki..." - Elmar Məmmədyarov
Siz uşağınızı tanıyırsınızmı?
Riannanın 3 milyon dollarlıq qolbaqları - FOTO
Həzmi çətinləşdirən 4 qida
Arıqlamağa kömək edən salat
Bülent Ersoy vəliəhdini açıqladı - FOTO
Smartfonda istənilən insanı izləmək mümkündür
Körpə dərisi və şirin yuxu
Halvalı keks (foto resept)
Koronavirusa yoluxmuş şəxs bu xəstəxanaya yerləşdirildi
Sabahın HAVAsı
"Yedi numara"nın məşhur aktyoru İLLƏR SONRA-FOTO
Dünyada "Atalar günü"...
Azərbaycanda elektron hərraclar keçiriləcək
Taysonu Çiliyə buraxmadılar
Məşhurların şəkillərini təqlid edən Tom
2013-cü ilin dəbli gəlinlikləri
Qadın bir ayda iki dəfə koronavirusa yoluxdu
- ŞƏRHLƏR