ANS PRESS-in məlumatına görə, bu barədə Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) qərar qəbul edib. ICAO ekspertləri noutbuk, smartfon və fotokameralarda istifadə olunan standart batareyaları yanğın təhlükəli hesab etdiyindən onların hava gəmisinin göyərtəsinə aparılmasını yasaqlayıb. Söhbət litium-ion akkumulyatorlarından gedir. Qadağaya səbəb bu maddənin yanğın riskinin yüksək olmasıdır. Litium-ion akkumulyatorlarının aviadaşınmasına qadağa bu akkumulyatorlar üçün yanğınadavamlı qablaşdırma istehsal olunanadək qüvvədə olacaq.AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski də ANS PRESS-ə açıqlamasında “Azərbaycan Hava Yolları” sərnişin aviasiya şirkəti tərəfindən uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə litium-ion batareyaların (UN 3480 saylı), həmçinin litium metal batareyaların daşınmasına qadağa qoyulduğunu deyib. "Qadağa şirkətimizdə keçirilən risk dəyərləndirməsinin nəticəsi olaraq İCAO-nun qərarından bir qədər əvvəl tətbiq olunub. Amma İCAO-nun qərarı mobil cihazların (diz üstü noutbuk, telefon, planşet və s.) tərkibində olan batareyalara (UN 3481 saylı) şamil edilmədiyinə görə bu qərar sərnişin baqajında mobil cihazların daşınmasına təsir etməyəcək”, - deyə qurum rəsmisi bildirib.Onun sözlərinə görə, İCAO-nun rəsmi qərarına və İATA-nın təklifinə əsasən məhdudiyyət yalnız yük şəklində göndərilən və şarjı 30%-dən artıq olan litium-ion batareyalara aiddir.“Nəzərinizə çatdırmaq istərdik ki, yüksək alışma təhlükəsinə görə son zamanlar populyar olan iki təkərli özünü balanslaşdıran segvey və skuterlərin sərnişinlərin əl yükündə və qeydiyyatdan keçmiş baqajlarında daşınması da şirkətimiz tərəfindən qadağan edilib”, - deyə Paşa Kəsəmənski əlavə edib.Qadağan olunmuş litium-ion akkumulyatorları fotoaparat, noutbuklar, smartfonlar və digər elektron əşyaların akkumulyatorlarının istehsalında istifadə olunur. İlk nəsil Li-ion batareyaları partlayıcı təsirə məruz qalıb. Belə ki, temperatur 0 dərəcədən aşağı düşərsə, bu akkumulyatorların gücü də 40-50% zəifləyir. Bu problemi aradan qaldırmaq üçün yeni istiliyi özündə saxlayan və kənar təsirlərə məruz qalmayan cihazlar hazırlanır.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Düzgün qidalanma haqqında 8 qayda
Xudaya yar olan şəhidimiz - VİDEO
Səudiyyə Ərəbistanında anasına əl qaldıran oğlun dişini çıxardacaqlar
Məşhur şəhərə Putinin adı veriləcək?
İmtahanla bağlı yenilik
Hamiləlik etirafı
Nazirlikdən "Son zəng" açıqlaması
Baş qəhrəmanlarından biri haqqında məyusedici QƏRAR
Beren Saatın arıqlığı hər kəsi heyrətləndirir-FOTO
Göldə əjdaha iddiası: "Boz rəngdə idi, suyun üzünə çıxdı..."
Bunlar qadın sağlamlığını korlayır!
Azərbaycanın şimalı şaxtalı iflic vəziyyətində
Pijama modelləri
Saçlarınıza zərər verməyin
Qeyri-adi vərdiş-Solaxaylıq
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 143 yeni yoluxma
Sərnişinin görünüşü hər kəsi güldürdü - FOTO
Cüneyt Arkın məşhur serialda
Azərbaycanda əhalinin sayı 1 milyon 916 min 500 nəfər artıb
Gülməli heyvanlar (son)
Bu da kəndlərimizin yeni adları
Bu ilin dəbi: Şortikli kostyumlar
Bakı Metropoliteni yeni iş rejiminə keçəcək
Çinli turistləri sirkdən qovub birbaşa karantinə göndərdilər
Günün ulduz falı
Çaylı keks
Azərbaycan etiraz məktubu göndərdi
Rusiya cəbhədə baş verənlərə münasibət bildirdi
Cəbhədə atışma oldu
Qadın.Netlə birlikdə hamiləlik (28-ci həftə)
Deputat: "İdmançılarımızda dopinq aşkarlanması təzyiq vasitəsi ola bilər"
HAVA necə olacaq?
Əhvalı yaxşılaşdıran idmanlar
Ronaldonun sevgilisi DİQQƏT ÇƏKDİ-FOTO
Reanimasiyada olan xəstələrin sayı azaldı
"Qalatasaray" öz meydanında coşdu, Droqba sıradan çıxdı
Düşündürücü sözlər
Günün qoroskopu: intriqaya aldanmayın
Dəbli görünmək üçün 5 tövsiyə
Culiya Roberts kimi yaşlanmağa qalib gəlin
Bakıda 53 min avroluq yarış, giriş pulsuzdur
Yaralı barmağa "dolama"
Sevgilisi olmayanlara şad xəbər-"Facebook"dan möhtəşəm Yenilik!
Məşhur aktyorların arasını vurdular-SƏBƏB
Milli komandamızın baş məşqçisi əcnəbi oldu
Arif Quliyev orduya yazıldı
Sağ qalmaq üçün bunları etmək şərtdir
Körpələr musiqini necə anlayır?
Xaş-xaşlı tort (foto resept)
Xoşladığımız yeməklər və xasiyyətimiz