
Milli.Az tibb.az-a istinadən bildirir ki, sağlamlığına diqqət edən insanlar ya mağazalarda satılan qablaşdırılmış su alır, ya da sutəmizləyici filtrlərdən istifadə edirlər. Suların qaynadıldıqda ərp bağlaması isə filtrlərin keyfiyyətsizliyindən xəbər verir.
Azərbaycanda müxtəlif firmalara məxsus filtrlər satılır. Firma nümayəndələri məhsullarını mənzillərdə reklam etməklə də onların satışını həyata keçirirlər. Zəminə Məmmədova adlı Bakı sakini su təmizləyici filtrdən istifadə etdiyini, amma effektinin olmadığını bildirir: "Filtr bir su qabından, bir də kartricdən ibarətdir. Onun kompakt olması, dizaynı, möhkəmliyi, istifadə rahatlığı müsbət cəhətləridir. Mənfi cəhəti odur ki, kartricləri bahadır. Təqribən hər 2 həftədən bir dəyişmək lazımdır. Düzü, filtrin su təmizləyici effekti də qaneedici deyil".
Filtrlərin mənfi və müsbət cəhətləri
Ümumiyyətlə, ölkədə su filtrləri bazarını yeni adlandırmaq olar. Çünki suyun təmizlənməsi üçün məişət və peşəkar filtrlərə son illər tələbat artıb. Odur ki, su filtrləri istehsalçıları kifayət qədər geniş məhsul çeşidi təklif edirlər. Azərbaycanda insanlar suyun məişətdə təmizlənməsi vasitələrinə az diqqət yetirsələr də, Avropa ölkələrində əhalinin 80-90 faizi bu filtrlərdən yararlanır.
Ölkədə su filtrlərinin satışını həyata keçirən "Wet Azerbaijan" şirkətinin regional direktoru Yalçın Məmmədov deyir ki, Bakıya gələn cod su ilk növbədə borulara, camaşırxana avadanlığına mənfi təsir göstərdiyindən filtrlərə tələbat artır: "Xüsusilə yeyinti sənayesi və farmakologiya sahəsində filtr sistemlərinə tələbat yüksəkdir. Azərbaycanda dünyanın, demək olar ki, əksər qabaqcıl filtr sistemləri istehsalçılarının məhsulları satılır. Bura "Brita", "Culligan", "Pur", "Pentek", "Cuno", "Kinetico" və digər bu kimi məhsullar daxildir.
Ən çox satılan isə Rusiyanın "Barer", "Akvafor", "Qeyzer", "Atoll" və Almaniyanın "Brita" firmasının məhsullarıdır. Qiymətləri müxtəlifdir. Məsələn, "Brita" filtrinin qiyməti 50 manata yaxındır, onun təxminən ayda bir dəfə dəyişən kasetlərinin dəyəri isə 8 manata təklif olunur.Məhsullar arasında 400 manata olanlar da var. Funksionallığına və məxsus olduğu firmaya görə qiymətlər dəyişir. Hazırda ən mütərəqqi filtr sistemləri əks-osmos üsulu ilə işləyir. Bu texnologiya suyu ideal vəziyyətə çatdırmağa imkan verir".
Sadalanan məişət sistemlərindən başqa, sənaye filtrləri də var. Onlar özlüyündə daha mürəkkəb və yüksək istehsallı sistemlərdir, suyun, texniki mayelərin və yağların təmizlənməsi üçün nəzərdə tutulub.
Filtrlər xəstəlik mənbəyidir
Su İstehsalçıları İctimai Birliyinin sədri Dövlət Məmmədov isə deyir ki, filtrlərdən süzülən su ölü su sayılır: "Şirkətlər mənzilləri gəzərək eksperiment aparır, öz məhsullarını reklam edir və onu baha qiymətə əhaliyə satırlar. Əslində, o filtrlərdən keçən su ölü sudur, heç bir faydası olmur. Məsələ burasındadır ki, filtrlərdən istifadə etdikdən sonra bu qurğuda bakteriyalar yığılır, filtrlərin içi xüsusi avadanlıq vasitəsilə yuyulmadığına görə bura mikroorqanizmlərin mənbəyinə çevrilir. Bu da sonradan insanlarda müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər.
Bundan əlavə, filtr suyun tərkibində orqanizm üçün xeyirli olan mineral maddələri də tutub saxlayır. Xarici ölkələrdə təmizlənən sulara sonradan süni şəkildə mineral maddələr əlavə edilir. Onu da qeyd edim ki, ölkəmizdə fəaliyyət göstərən bəzi şirkətlər bulaq suyu adı altında kran suyunu filtrdən keçirərək qablaşdırıb satışa çıxarır".
Azərbaycan keyfiyyətsiz filtrlərin bazarına çevrilib
Dövlət Məmmədov deyir ki, filtr bazarına nəzarət yoxdur: "Ölkəyə gətirilən su filtrlərinin əksəriyyəti Çin istehsalıdır. Bu filtrlər, demək olar ki, dünya və Avropa standartlarına cavab vermir. Filtrlər aşağı keyfiyyətli materialdan hazırlanır. Xaricdən gətirilən sintetik tərkibli filtrlər ayaq alıb gedir. Bu məhsulların əksəriyyəti Avropada və digər MDB dövlətlərində bazarlara buraxılmır".
Əksər ekspertlər bu cür xəbərlərin cəmiyyətə müəyyən dərəcədə təsir etmək və mineral su satışının artmasına istiqamətləndiyini düşünürlər. Dövlət Məmmədov hesab edir ki, hazırda Azərbaycan mineral su tələbatını tam şəkildə ödəmək qabiliyyətindədir və hətta xarici ölkələrə də mineral su ixrac etmək iqtidarındadır. Belə olan təqdirdə hər hansı qurğuya ehtiyac qalmır.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Sülh içində yaşamaq imkansızdır!
ABŞ neft idxalını azaldıb
Nazirlik azyaşlıları necə sınağa çəkir?
İran pullarını Bakıya axıtmaq istəyir
Bu pendir və şor məhsullarının satışı qadağan edildi!
Yeni kraldan şok qərar
Badambura (foto resept)
Yeni il axşamı üçün kombin tövsiyələri
Asan çebureklər (foto resept)
General Rövşən Əkbərov: "Düşmən tərəfi 71 itki verib"
Müdafiə naziri cəbhədə əsgərlərə yaradılan şəraitə baxdı
Azərbaycan ailəsində yeni problem: bəylə gəlin anlaşmazsa...
Gürcüstanda yaşayan azərbaycanlılar üçün xoş xəbər
Azərbaycan Premyer Liqasının ən yaxşı 11-i, yubiley qol
Hansı geyimlərlə incə görünmək olar?
Azərbaycanda 5 və daha çox uşaqlı ailələrin sayı artıb
Bu il Azərbaycanda 5,6 min fərdi yaşayış evi tikilib
Moskva od tutub yanır
Məşhur cütlük yenidən barışdı
Hamiləlikdə ayaqqabı secimi necə olmalıdır?
Kraliça əhaliyə çağırış etdi
İpotekanın alınması proseduru sadələşdirilir
Oktyabrın sonunda Bakıda Xəzər İnşaat Həftəsi keçiriləcək
Yuxunun uşaqlara təsiri
Cizgi filmlərinin uşaqların həyatında açdığı cizgilər
Kartoflu tost (foto-resept)
"Sağlam qida yoxdur"-Yəhudi alimlərdən ŞOK araşdırma
İnsan: ana bətninə düşəndən doğulduğu günədək
Sızanaqlar üçün qatıq maskası
Döymə həvəskarı olan 77 qadın-FOTO
Qoç bürcü qadınına nə hədiyyə etməli?
Nissan Juke belə olmamışdı
Bakıda söküntü doqquzmərtəbəli binalara da çatdı
Amerikalı onkoloq xərçənglə bağlı HƏR ŞEYİ AÇDI
Günün qoroskopu: gərgin, ancaq məhsuldar fəaliyyət zamanıdır.
Azərbaycanda ana ölümü: 9 həkim işdən qovuldu
COVID-19 testinin cavabı gecikən şəxslər nə etməlidir? - RƏSMİ AÇIQLAMA
Bapbalaca boyu var...
Günahsız yerə 25 il həbsdə yatdı, çıxanda milyonçu oldu
Kartoflu pankek (foto resept)
Bakının havası ilə bağlı ürək açmayan açıqlama
Xalq artisti dünyasını dəyişdi
Saqqızdan ayaqqabı düzəltdilər, qiyməti isə...
Müdafiə naziri Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub
Ən yaxşı idman fotoları
Məsum və məhkum
Kişilərə bunları bilmək vacibdir
Dünyanın ən qeyri-stabil valyutaları
"Qalatasaray" uduzdu
Fahriye Evcen Arıqladı!-FOTO















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]