
Heç kəsə sirr deyil ki, çirkli, paslı, keyfiyyətsiz su insan sağlamlığına ciddi zərbə vurur. Su filtrlərinin satışı ilə məşğul olan şirkətlər isə su filtlərinin müxtəlif çeşidlərini təklif edir və suyu təmizlədiklərini bildirirlər. Lakin bəzi mütəxəssislər su filtlərinin suda insanın sağlamlığı üçün vacib olan mikroorqanizmləri belə öldürdüklərini bildirirlər.
Su filtlərinin satışı ilə məşğul olan Fuad Məmmədovun sözlərinə görə, hər gün içdiyimiz və filtrdən keçirilməyən su təhlükə mənbəyidir:
"Su yaxşı təmizlənmir. Suda orqanizm üçün zərərli mikroblar var. Hətta təmiz su adı ilə satılan qablaşdırılmış sular belə yaxşı təmizlənmir. Bunu xüsusi cihaz vasitəsilə sübut etmək olar" deyən şirkət işçisi qablaşdırılmış, plastik qablarda olan və təmiz hesab olunan istənilən suyu alıb suyun nə dərəcədə təmiz olduğunu yoxlayır. Bunun üçün o, bir stəkana qablaşdırılmış suyu, digər stəkana isə satdığı filtrdən keçirdiyi suyu süzür. Hər iki stəkana elektrolizer adlı cihaz qoşur. Filtrdən keçirilməyən su fcihazın təsirindən tədricən qaralır, çirklənərək iyrənc vəziyyətə düşür. Sudan pis qoxu gəlməyə başlayır. Filtrdən keçirilmiş suyun görünüşündə və iyində heç bir dəyişiklik baş vermir. Satıcı bunu həmin suyun filtrdən keçərək təmiz, mikrobsuz olması ilə izah edir: "Biz filtri quraşdırdığımız evlərdə və ofislərdə də bu cür yoxlamanı aparırıq. Krandan gələn və filtrdən keçirilən su ilə qablaşdırılmada "təmiz su" adı ilə satılan suları yoxlayırıq".
Qeyd edək ki, bir çox ölkələrdə plastik qablarda olan içməli suların keyfiyyətsiz olduğu aşkar olunub. Hətta Amerika və Avstraliyanın bəzi şəhərlərində plastik qablarda olan suların satışı qadağan edilib. Hesab olunur ki, plastik qablardakı kimyəvi maddələr suyun tərkibinə keçə bilər. Təmiz su içmək istəyənlər isə daha çox filtrlərdən keçirilən su içməyə üstünlük verirlər. Amma filtrdən keçirilən su istifadə edərkən də ehtiyatlı olmaq lazımdır. Bununla bağlı, Türkiyə "9 Eylül" universiteti tibb fakültəsinin akademiki Əhməd Soysal suda insan vücudu üçün vacib olan kalsium, potasium, maqnezium, fosfor, sodium, dəmir, mis və sink kimi minerallar olduğunu, bir çox su filtrlərinin bu mineralları da yox etdiyini bildirib. Onun dediyinə görə, su filtrləri vaxtaşırı açılıb təmizlənməli və içindəki kimyəvi elementlər yenilənməlidir. Suyu kimyəvi olaraq təmizlədiyi iddia olunan cihaz bioloji çirklənməyə və mikroorqanizmlərin çoxalmasına səbəb olur. Bu vəziyyət xüsusilə infeksion xəstəliklərə gətirib çıxarır.
Terapevt Fidan Cəfərovanın sözlərinə görə, orqanizmdəki bütün proseslər sudan asılıdır. Suyun keyfiyyəti aşağı olanda immun sistemi zəifləyir: "İnsan bir çox xəstəliklər qarşısında aciz qalır. Sağlam, gözəl, güclü və cavan qalmağımız üçün suyun keyfiyyətinə fikir verməliyik. Lakin içdiyimiz su təmiz deyil. Suyu zərərli bakteriyalardan təmizləmək üçün onu qaynatmaq lazımdır. Lakin suyu qaynatdıqda tərkibində nitrat, pestisidlər, duzlar, ağır metallar təhlükəli hala gəlir. Bu səbəbdən də filtrdən keçirilən suyu içməyə üstünlük verilir. Lakin filtrlər keyfiyyətsiz olduqda, suyu daha da pis vəziyyətə salır. Misal üçün, suyu təmizləmək üçün filtrdəki keyfiyyətsiz kömür təhlükəli olur. Bu cür filtrdən keçən suda qaynadıqda zərərli dioksin yaradan xlor qalır".
Həkim əlavə edib ki, istənilən filtrdən ilk dəfə istifadə etməzdən əvvəl suyu açıb boş buraxmaq lazımdır: "İstifadə müddəti çox olan filtrlər də təhlükəli sayılır. Belə filtrlər təhlükəli maddələrlə zəngin olmadıqda belə, suyu yaxşı təmizləmədiyi, tez-tez tutulduğu üçün suyu yaxşı təmizləyə bilmir".
Filtrlərin satışı ilə məşğul olan Nicat Rzayevin sözlərinə görə, ilk növbədə filtr alarkən suyun kimyəvi analizi olmalı və buna uyğun filtr seçilməlidir: "Kimyəvi analiz suyun nə dərəcədə çirkləndiyini göstərir. Nə qədər suyu filtrdən keçirmək istədiyiniz də vacibdir. Təxminən bir nəfər 2,3-3 litr içməli su istifadə edir. Bir ailə üçün gündəlik nə qədər filtrdən keçirilən suyu tapmaq üçün həmin rəqəmi ailə üzvlərinin sayına vurmaq lazımdır. Yaxşı olar ki, filtr alarkən sizə lazım olandan daha çox su təmizləyəni seçəsiniz. Filtr alarkən onun gigiyenik, effektiv və orqanizm üçün zərərsiz olduğunu təsdiq edən sertifikatın olmasına da fikri vermək lazımdır".
Onun dediyinə görə, filtrlərin müxtəlif növləri olur: "Filtrasiya yolu ilə suyu təmizləyən filtlər suyu qumdan və pas hissəciklərindən təmizləyir. Sorbsiya filtrləri isə kimyəvi maddələri təmizləyir. Bunun da sayəsində suyun xoşagəlməz iyi keçir. Bu cür filtrlər daha keyfiyyətli hesab olunur. Daha keyfiyyətli filtrlərdə müəyyən hissələrə gümüş çəkilir. Əks osmos filtri isə membran hesabına suyu təmizləyir. Bu cür suyu təmizləmək üçün su yüksək təzyiqlə gəlməlidir. Bunun üçün xüsusi nasoslar quraşdırılır. Çox vaxt bu cür filtrlərdən yalnız içməli su almaq üçün istifadə olunur. Suyu infeksiyalardan təmizləmək üçün ultrabənövşəyi şüalanmadan istifadə olunur, su ozonla və ya yodla işlənilir. Bundan sonra isə su əlavə olaraq filtrdən keçirilməlidir" deyən satıcı əlavə edib ki, özünlə istədiyin yerə aparmaq üçün güldan şəklində olan filtrlər də var. Belə filtrləri quraşdırmaq lazım deyil. Suyu içinə əlavə etdikdə su filtrdən keçərək təmizlənir.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Sülh içində yaşamaq imkansızdır!
ABŞ neft idxalını azaldıb
Nazirlik azyaşlıları necə sınağa çəkir?
İran pullarını Bakıya axıtmaq istəyir
Bu pendir və şor məhsullarının satışı qadağan edildi!
Yeni kraldan şok qərar
Badambura (foto resept)
Yeni il axşamı üçün kombin tövsiyələri
Asan çebureklər (foto resept)
General Rövşən Əkbərov: "Düşmən tərəfi 71 itki verib"
Müdafiə naziri cəbhədə əsgərlərə yaradılan şəraitə baxdı
Azərbaycan ailəsində yeni problem: bəylə gəlin anlaşmazsa...
Gürcüstanda yaşayan azərbaycanlılar üçün xoş xəbər
Azərbaycan Premyer Liqasının ən yaxşı 11-i, yubiley qol
Hansı geyimlərlə incə görünmək olar?
Azərbaycanda 5 və daha çox uşaqlı ailələrin sayı artıb
Bu il Azərbaycanda 5,6 min fərdi yaşayış evi tikilib
Moskva od tutub yanır
Məşhur cütlük yenidən barışdı
Hamiləlikdə ayaqqabı secimi necə olmalıdır?
Kraliça əhaliyə çağırış etdi
İpotekanın alınması proseduru sadələşdirilir
Oktyabrın sonunda Bakıda Xəzər İnşaat Həftəsi keçiriləcək
Yuxunun uşaqlara təsiri
Cizgi filmlərinin uşaqların həyatında açdığı cizgilər
Kartoflu tost (foto-resept)
"Sağlam qida yoxdur"-Yəhudi alimlərdən ŞOK araşdırma
İnsan: ana bətninə düşəndən doğulduğu günədək
Sızanaqlar üçün qatıq maskası
Döymə həvəskarı olan 77 qadın-FOTO
Qoç bürcü qadınına nə hədiyyə etməli?
Nissan Juke belə olmamışdı
Bakıda söküntü doqquzmərtəbəli binalara da çatdı
Amerikalı onkoloq xərçənglə bağlı HƏR ŞEYİ AÇDI
Günün qoroskopu: gərgin, ancaq məhsuldar fəaliyyət zamanıdır.
Azərbaycanda ana ölümü: 9 həkim işdən qovuldu
COVID-19 testinin cavabı gecikən şəxslər nə etməlidir? - RƏSMİ AÇIQLAMA
Bapbalaca boyu var...
Günahsız yerə 25 il həbsdə yatdı, çıxanda milyonçu oldu
Kartoflu pankek (foto resept)
Bakının havası ilə bağlı ürək açmayan açıqlama
Xalq artisti dünyasını dəyişdi
Saqqızdan ayaqqabı düzəltdilər, qiyməti isə...
Müdafiə naziri Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub
Ən yaxşı idman fotoları
Məsum və məhkum
Kişilərə bunları bilmək vacibdir
Dünyanın ən qeyri-stabil valyutaları
"Qalatasaray" uduzdu
Fahriye Evcen Arıqladı!-FOTO















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]