Vətəndaşlar deyir ki, kranlardan su yerinə xlor axır. İçməli suyu içmək mümkün deyil. Qaynadandan sonra belə xlor qoxusu çəkilmir ki, çəkilmir.
Qış fəslinə doğru işıq, qaz, su problemləri yenidən gündəmə gəlməyə başlayır. İnsanlar deyir ki, yayda da sudan kəskin xlor iyi gəlirdi. Havalar isti olanda bir çarəsini tapmaq olur. Amma qış gəlir və yenə sudan kəskin xlor qoxusu gəlməyə başlayıb. Filtr qoyulsa da, bir nəticəsi olmur.
Qadin.Net bildirir ki, oxu.az saytı məsələni araşdırıb.
İlk olaraq elə "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayılı ilə əlaqə saxlanılıb.
Mövzu ilə əlaqədar açıqlama verən Anar Cəbrayıllı bildirdi ki, qurum tərəfindən hər gün əhaliyə verilən suyun tərkibi yoxlanılır:
"Biz emal etdiyimiz, eləcə də, mənbələrdən götürüb uzaq məsafələrə ötürülən suları xlorlayırıq. Burada qəti şəkildə insan amili rol oynamır, proses tamamilə avtomatlaşdırılmış xlorator qurğuları vasitəsilə həyata keçirilir.
Kür və Ceyranbatandan gələn göl və çay suyu olduğuna görə emalı və xlorlanması mütləqdir. Eləcə də, Oğuz-Qəbələ-Bakıdan, Şollardan uzaq məsafədən, Quba, Mingəçevir, Xanbulan təmizləyici qurğularından keçən sular, anbarlarda yığılan sular təhlükəsizliyin qorunması məqsədilə xlorlandıqdan sonra əhaliyə verilir.
Bildirdiyim kimi, burada xüsusi normalar var ki, hazırda qüvvədə olan standartlara əsasən, 1 litr suda 0,5 milliqramdan artıq xlor qalığı olmamalıdır. Suyun tərkibində olan maddədlərin hər biri normasında olmalıdır. Dünyada içməli suyun təhlükəsizliyinin təmin olunmasında ən əlverişli üsullardan biri məhz xlorlamadır. Ona görə də sudan xlor iyi gəlməsi normal haldır.
"Azərsu" ASC bu məsələni çox ciddi nəzarətdə saxlayır. Mən şəxsən krandan su içirəm. Ona görə ki, suyun tərkibi hər gün həm bizim mütəxəssislərimiz tərəfindən, həm də Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən yoxlanılır. Suda xlor qalığı mütəmadi yoxlanılır və normadan, qoyulan standartlardan artıq göstəricilərə rast gəlinmir. Su xlorla təmizlənirsə, əlbəttə ki, sudan bir qədər xlor qoxusu gəlməlidir. Amma bu insanları narahat edəcək dərəcədə ola bilməz".
Anar Cəbrayıllı onu da əlavə etdi ki, bu gün əhalinin bir qismi filtrlərdən istifadə etsə də, onun təmizliyinə və istifadə qaydalarına düzgün riayət etmədiyi hallarda da sudan müəyyən dad və qoxuların gəlməsi mümkündür:
"Əlbəttə, bu filtrlərin müəyyən müddətdən bir dəyişdirilməsi vacibdir. Bunu filtr satışı ilə məşğul olan şirkətlər daha yaxşı bilməli və müştəriləri bu barədə məlumatlandırmalıdırlar. Təbii ki, filtrlər vaxtında dəyişdirilməzsə, təmizliyinə düzgün riayət edilməzsə, bu, suyun tərkibinin dəyişməsinə səbəb olacaq.
Paytaxt əhalisinin az bir hissəsi, deyərdim 5 faizindən də azı filtrdən istifadə edir. Böyük əksəriyyət filtrdən istifadə etmir, onlardan biri də mən özüməm. "Azərsu" ASC olaraq bir daha bəyan edirik ki, istər Bakıda, istər Sumqayıtda, istərsə də bölglərdə əhaliyə verilən suyun keyfiyyətində heç bir problem yoxdur və əhalini təhlükəsiz içməli su ilə təmin edirik".
Filtrlərin keyfiyyəti yerindədirmi?
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə açıqlamasında suyun tərkibindəki dəyişikliyə səbəb olaraq filtrlərin keyfiyyətsizliyini göstərir:
"Azərbaycanda suyun təmizlənməsi üçün xlorlanma üsulundan geniş istifadə edilir. Bəli, bizə də bu istiqamətdə bir sıra şikayətlər daxil olur. Xüsusilə bu problemdən şikayət edənlər yeni tikililərdə yaşayan sakinlər, eləcə də, su təmizləyici filtrlərdən istifadə edən vətəndaşlar müraciət edir. Bunun səbəbi isə çox sadədir. Çünki həmin binaların özünəməxsus xüsusi su anbarları olur. Bəzən iki bina üçün bir anbar müəyyənləşdirilir, bəzən də hər tikilinin özünə aid ayrı su anbarları olur.
Bu anbarlarda çox ciddi antisanitariya hökm sürür. Bu anbarlar "Azərsu" ASC-yə tabe deyil. Bu istiqamətdə gələn şikayətlərin mümkünlüyü nəzərə alına bilər. Lakin ümumilikdə ölkə üzrə əhaliyə verilən içməli suyun təmizlənməsində xlor istifadəsi xoş olmasa da, insanların sağlamlığı və təhlükəsizliyi baxımından önəmlidir. Bunun da özünün standartları var. Bu gün Azərbaycanda suyun təmizlənməsində istifadə edilən filtr bazarlarında özbaşınalıq var.
Yalançı ekspertizalar həyata keçirilir və qurğuların keyfiyyət səviyyəsi heç bir standartlara cavab vermir. Mən hətta Məkkədən dünyanın ən təmiz suyu hesab edilən "Zəm-zəm" suyunu, Nyu-Yorkdan nümunə olaraq su gətirmişəm ki, ekspertizaya verəcəm. Əminəm ki, nəticələrdə ölkə ərazisində verilən suyun tərkibindən fərqli heç nə göstərilməyəcək.
Bunu etməkdə məqsədim odur ki. ölkədə filtr satışı ilə məşğul olan şirkətlərin apardığı ekspertizanın heç bir əsası yoxdur. Çox istərdim ki, "Azərsu" ASC filtr bazarındakı saxtakarlığa mdaxilə etsin və bu özbaşınalıq aradan qaldırılsın".
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov da vətəndaşlara verilən içməli suyun tərkibinin istifadəyə yararlı olduğunu bildirir:
"Biz mütəmadi şəkildə içməli suyun tərkibini laboratoriya şəraitində incələyirik. Suyun həm bakterioloji, həm də sanitar-kimyəvi göstəriciləri qoyulan standartlara cavab verir. "Azərsu" ASC-nin və bizim qurumun hər birinin özünün laboratoriyası var. Burada analiz nümunələrinin nəticələri bir-biri ilə qarşılaşdırılır. İl ərzində apardığımız yoxlamaların heç birində suyun tərkibində standartlardan kənar, qeyri-qənaətbəxş cavab yoxdur".
XƏBƏR LENTİ
Gələn il bir saniyə uzun olacaq
Elmar Məmmədyarov Albaniyanın xarici işlər nazirini qəbul edib
Baş qəhrəmanlarından biri haqqında məyusedici QƏRAR
Gözəlliyinizin 9 düşməni
Tək rəng dəbi
Unikal əməliyyat: qoz ağacının xilası
"Çelsi" "Real Madrid"in forvardını almaq istəyir
Daha bir boksçumuz Rio-ya vəsiqə qazandı
Rusiyanın istehsal etdiyi koronavirus peyvəndinin ilk alıcısı bəlli oldu
Çox sevilən içki - kapuçino
Çağatay çay biznesinə başladı-SƏBƏB
Azərbaycanlı gənclər "Yetənək Sizsiniz"də gecəyə damğa vurdular - Münsiflər mat qaldılar - VİDEO
Gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Azərbaycanda çoxuşaqlı ailələrin sayı kəskin azalır
Amerikada görüşən Ancelina Coli ilə Tuba Büyüküstünü nə birləşdirir? - FOTO
Sızanaq izlərindən qorunmaq üçün...
Qazan tortu (foto resept)
Kişilər azalıb
HAVA necə olacaq? 11-yanvar
İngilis dili-Gg (2)
Günün qoroskopu: hisslərinizi etiraf edin
Azərbaycanda əhali ən çox nəyə pul xərcləyir? - CƏDVƏL
Azərbaycan rəssamına qraf titulu verildi
Prezidentlərin görüşü gözlənilir
Qəhvəli peçenye (foto resept)
Dövlət büdcəsi ilə bağlı son məlumat
BÜRCLƏR bizə nə vəd edir?- 31 yanvar
İrəvana sillə kimi cavab
Bölgəyə yağan qar bu sürücüləri peşman elədi
Yemişin faydaları
Nəriman Nərimanovun doğum günüdür
“Mucize Doktor”da yeni aktyor - FOTO
Hər növ saç düzümü
Ətli-pendirli piroq (foto resept)
Kollaj texnikası ilə çanta hazırlayaq
Gözəllik müsabiqəsinin qalibinə şok
Ana ürəyi budur
Alman kilsəsindən müsəlmanlara dəstək
COVID-19-a qalib gələn qoca qol qaldırıb rəqs etdi - VİDEO
Dünyanın ən böyük çanta kolleksiyası
Acıbibərli acika (foto resept)
Polisdən Aşura açıqlaması
Halle Berry gözəlliyinin sirri
Heydər Əliyev Mərkəzinin binasının beynəlxalq arxitektur təqdimatı keçirilib
Rejissor maska taxmadığı üçün filminin premyerasından qovuldu
Azərbaycanda koronavirusdan daha 3 nəfər öldü, 202 xəstə sağaldı - RƏSMİ
Günün qoroskopu: Aldanmayın!
Fantastik aləmi canlandırdı
Cey Zi ilk milyarder reper oldu
Bina üzlükləri təcili sökülür














