
Pyatiqorsk administrasiyasının mətbuat xidmətindən bildiriblər ki, şəhərdə Azərbaycan velosipedçisini mehriban qarşılayıblar: "O, burada mətbuat nümayəndələri ilə görüşüb. Rus şaxtası onu zərrə qədər qorxutmayıb. Əksinə, çətinliklər onu daha da ruhlandırır. Velosipedinə canlı varlıq kimi yanaşan səyahətçi ona "Çöl küləyi" adı verib".
"Russkaya planet"inin məlumatına görə, R.Ziyadov deyib ki, qışda dağlarda gecələmə təcrübəsi var: "Tayqanı, Qafqaz döngələrini, Qazaxıstan çöllərini qət etmişəm. Xüsusi geyim məni şaxtadan qoruyur".
R.Ziyadov "Şimali Qafqaz portalı"na deyib: "Rusiyada yollarda danışdığım insanların səmimiliyini və xeyirxahlığını hiss edirəm".
Rusiya mətbuatının məlumatına görə, Azərbaycan səyahətçisi velosipedin üstünlüklərini nümayiş etdirməyə çalışır: "Sağlamlığa müsbət təsir edən, ətraf mühitə ziyan vurmayan velosiped sayəsində nadir gözəlliklərin olduğu yerlərə getmək mümkündür".
Qeyd edək ki, yanvarın 10-da Azərbaycanın tanınmış səyahətçi-velosipedçisi Ramil Ziyadov Azərbaycan və Trend-in bayrağı ilə "Azərbaycan naminə" devizi altında Bakıdan iki illik dünya turnesinə yola düşmüşdü.
R.Ziyadov Trend-ə deyib ki, velosipedlə Gürcüstan ərazisi ilə Rusiyaya gedəcək: "Moskva, Sankt-Peterburq və Murmansk kimi iri şəhərlərdən keçəcəyəm. Bu, qış dövrünə təsadüf edəcək. Sonra marşrutum Belarus, Ukrayna, Moldova və Türkiyə ərazisi ilə davam edəcək. Bu mənim üçün böyük sınaq olacaq. Həmçinin bütün dünyaya nümayiş etdirmək istəyirəm ki, azərbaycanlılar güclü və bacarıqlıdırlar. Turne ərzində hər yerdə Azərbaycanın tarixi, mədəniyyəti və ənənələri barədə danışacağam".
R.Ziyadov Bərdədə öz sahəsini sataraq əldə etiyi vəsait hesabına velotur həyata keçirir.
Xatırladaq ki, R.Ziyadov 2013-cü ildə beş ölkə üzrə velotur həyata keçirib. O, Azərbaycan bayrağı ilə Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Çin ərazisini 6 aya qət edib. Təqribən 15 min kilometr qət edən R.Ziyadov belə uzun məsafə keçmiş ilk azərbaycanlı velosipedçi olub. Veloyürüş Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmişdi və "Mən fəxr edirəm ki, mən azərbaycanlıyam" devizi altında keçirilmişdi.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Smartfonu beş dəqiqəyə 50 faiz şarj edən dünyanın ən sürətli adaptoru hazırlanıb
Gözdə itdirsəyi və çarələr
Bəhram Bağırzadənin xəstəxanadan yola salınma görüntüləri - FOTO
Bakının 4 rayonu susuz qalacaq
Bakı Teleqüllə Kompleksinin istifadəyə verilməsindən 24 il ötür
Instagram-da yeni funksiya istifadəyə verildi
Bizim söylədiklərimiz ayrı, düşündüklərimiz tamam ayrıdır
Sılanın yeni EŞQİ hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Şəhid generalımız Polad Həşimovun adı İstanbulda kitabxanaya veriləcək
Kələm maskası
Sobada ətli badımcan kababı (foto-resept)
Sevimli cinsiniz: o da sizi sevirmi?
Evdar, yoxsa çalışan qadınlar daha xoşbəxtdirlər?
Dünyanın ən bahalı çələngi satılır
"Haqqınızı halal edin. Oğlunuz Mübariz..."
Sərtləşdirilmiş karantin rejimində hərbçilərin hərəkətinin tənzimlənməsi qaydası AÇIQLANDI
Omega-3
Ermənilər çaylarımızı yenə bulandırır
Bu cür hallar milyonda bir baş verir
Venerada həyat axtaracaqlar
Çörəyin qiymətini özbaşına kim QALDIRIR?
Repetitorlara da qadağa qoyuldu
Ulduz aktyor öldü-FOTO
Bədəni təmizləyən 4 qida
Vaginizm nədir?
Melaniya Tramp hər kəsi heyran etdi-FOTO
77 qəpiyə gələn mal Azərbaycanda 20 manata satılır
Tətil sabahdan başlayır!
Edam hökmü verilmiş azərbaycanlı milyarder haqda ŞOK faktlar
Boyat çörəklə qəlyanaltı (foto resept)
Azərbaycanın ən yaşlı sakini KİMDİR?
Yeni 100 dollarlıq əskinaslar dövriyyəyə buraxılacaq
Con Kerrinin "unutduğu" Qarabağ
Qumdan hazırlanmış heykəllər
Bulvarda bunu qadağan etdilər
Günəş haqda qorxunc proqnoz
Paris qadınlarının gözəllik reseptləri
İstirahət gününün hava proqnozu
Bakıda nadir təbiət hadisəsi
Sızanaqlı dəri üçün dermatoloq məsləhətləri
Yoldaşı onu tərk etdi, bütün həyatı dəyişdi-FOTO
Yeni müharibə xəbərdarlığı
İkinbaşlı ilan görənləri qorxutdu-FOTO
"Azərbaycan və Ermənistan prezidentlərinin görüşü planlaşdırılır"
Ən nadir 10 çiçək
HAVA necə olacaq? 6 İyul
Vera Vangdan ən məşhur gəlinliklər
"Ağıllı" kontakt linzalar xərçəng hüceyrələrini aşkarlayacaq - FOTOLAR
Göz sağlamlığı üçün qidalar
"Papa"nın gül balası















- ŞƏRHLƏR