Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı (qəbul imtahanının I mərhələsi) üçün “Abituriyent” jurnalının xüsusi buraxılışları nəşr olunub.
Bu barədə DİM məlumat yayıb.
Bildirilib ki, 9-cu siniflərə aid olan jurnalda buraxılış imtahanı üçün fənlər üzrə alt standartlar, proqramlar, tapşırıq nümunələri və qiymətləndirmə meyarları, ümumi orta təhsil səviyyəsində yeni təhsil proqramları (kurikulumları) üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyası) Təhsil Nazirliyi ilə razılaşdırılmış yeni modeli dərc edilib.
Jurnalda xarici dil (ingilis, fransız, alman, rus, ərəb və fars dilləri) fənni üzrə dinləyib-anlama qabiliyyətini yoxlamaq üçün tapşırıq nümunələri verilib, DİM-in saytında isə müvafiq audiofayllar yerləşdirilib. Hər kəs bu faylları öz telefonuna və ya kompüterinə yükləyib qulaq asmaqla jurnalda verilən tapşırıqları yerinə yetirə bilər.
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı (qəbul imtahanının I mərhələsi) üçün “Abituriyent” jurnalında da fənlər üzrə alt standartlar, proqramlar, tapşırıq nümunələri və qiymətləndirmə meyarlarını və balların hesablanma qaydası dərc edilib.
Jurnalda, həmçinin xarici dil (ingilis, fransız, alman, rus, ərəb və fars dilləri) fənni üzrə dinləyib-anlama qabiliyyətini yoxlamaq üçün tapşırıq nümunələri verilib, DİM-in saytında isə müvafiq audiofayllar yerləşdirilib.
Hər iki jurnal Azərbaycan və rus dilində nəşr olunub.
Jurnalları bu gündən etibarən onlayn satış həyata keçirən kitab mağazalarından almaq olar. 2021-ci il yanvarın 5-dən etibarən isə www.abiturient.az saytından jurnalları sifariş etmək mümkün olacaq, həmçinin DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı "Abituriyent" köşklərində satışa veriləcək:
Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M;
Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28.
abituriyent.az saytından edilən onlayn sifariş zamanı nəşrlər 2021-ci il yanvarın 5-dən etibarən poçt xidməti vasitəsilə Bakı şəhəri daxilində 2-3 gün, regionlar üzrə isə məsafədən asılı olaraq ən geci 5-7 gün ərzində sifarişçinin ünvanına çatdırılacaq.
XƏBƏR LENTİ
Sabahın HAVASI
"Ürək" tortu (foto resept)
Zahanın qalereyası
İnanılmaz: Göldə yaşayan insanlar
Qar yağacaq
Tuba Geckilin qeyri-adi tortları
Anar Məmmədxanovun qızı təqdimatda
Atəşkəs iriçaplı pulemyotlarla pozuldu
Saçlarınız heç vaxt AДћARMAYACAQ, ƏGƏR...
Qozlu-xurmalı keks (foto resept)
Çində 600 milyon nəfər internetdədir
"YouTube"-da təlim videolarını izlədi, almaz TAPDI-FOTO
Qəzzadan toy-büsat səsləri gəldi
Məşhur aktyor qızı ilə gəzintidə- FOTO
Bakının sirli çadırları
"Hazırda Azərbaycanda tətbiq olunan gömrük tarifləri ölkə iqtisadiyyatının inkişaf tələblərinə cavab verir "
Azərbaycanda daha səkkiz nəfər koronavirusdan öldü: 527 yeni yoluxma
Temperatur və rütubətin artması koronavirusa son qoyacaq?
Bulvarda istirahət edənləri "soya" bilməyəcəklər
Barak Obamadan İlham Əliyevə məktub
2020-ci ilin Bürclər üzrə PROQNOZU
Hamilələrin diqqətinə! Uşağın qız olacağını göstərən 20 ƏLAMƏT
TQDK bütün fənlər üzrə bank testlərini nəşr edəcək
Günəş tutulması başladı
Yeni eynəklər gözləri yorulmağa qoymayacaq
Məhərrəmlik: qanvermə aksiyalarının keçiriləcəyi yerlər açıqlandı
Yapon uşaqları niyə dahi olur?
Azərbaycanda İŞİD təhlükəsi varmı?!
Alınma sözlərin düzgün yazılışını müəyyənləşdirmək üçün qaydalar hazırlanır
Bənövşəyə qulluq
Qaçaqmalçılar səmadan izlənəcək
31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür
Azərbaycanın meyvə şirələri ABŞ-da
"Ufak Tefek Cinayetler"in yeni mövsüm fraqmanı yayımlandı-VİDEO
Ani Lorak boşanma ərizəsi yazdı-SƏBƏB
"İran Qarabağ münaqişəsinin nizamlanmasında da rol oynaya bilər" - Natali Qule
Bakı sakinlərinə küçəyə çıxmamaqla bağlı XƏBƏRDARLIQ
Zəncəfil çayının hazırlanması və faydaları
Hava haqqında
Bakıya ilk qar yağdı
Çörəkotulu rulet (foto resept)
Bioloji saatımız haqqında maraqlı məlumatlar
32 milyardlıq mirasdan imtina etdi: "Atam kimi yaşamaq istəmirəm"
Uşaqlarda iştahsızlığın səbəbləri
Obama: İŞİD qruplaşması məhv ediləcək
Günün qoroskopu:Uğurlu gündür!
Ermənilər suyu zəhərlədi
İrem Dericidən Qalmaqallı Sözlər:"Həyatımdakı bütün kişilər...."
Pendirli blinçiklər(foto resept)
Qərb Rusiyanı vurdu, zərbə Türkiyəyə dəydi














