“Bu günlər biz hamımız Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının qürurunu və sevincini yaşayırıq. 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarımız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında qəhrəman əsgər və zabitlərimizin şücaəti sayəsində azad edilmişdir”.
Bu sözləri Birinci vitse-prezident Mehriban Əliyeva özünün rəsmi saytında qeyd edib:
“Əlbəttə, işğaldan azad olunmuş torpaqlarımızdakı hazırkı mənzərəni hər birimiz ürək ağrısı ilə seyr edirik. Erməni təcavüzkarları bu illər ərzində şəhər və rayonlarımızı, oradakı yaşayış və inzibati binaları, bütün infrastrukturu dağıtmış, təbii sərvətlərimizi talan etmiş, bu ərazilərdəki dini, tarixi, mədəni abidələrimizi vandalizm aktlarına məruz qoymuşdur. Bir vaxtlar Azərbaycanın dilbər guşəsi olan Qarabağ bölgəsindəki abadlıqdan əsər-əlamət qalmamışdır.
Amma əminliklə bildirmək istəyirəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün Qarabağ bölgəsini Azərbaycanın ən gözəl bölgələrindən birinə çevirəcəyik. Burada yenidən həyat canlanacaq, bütün rayonlarımız bərpa olunacaq, vətəndaşlarımız öz doğma yurd-yuvalarında yaşayıb, yaradacaqlar.
Əziz həmvətənlər,
Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi ilk gündən Azərbaycanda müxtəlif sahələri əhatə edən layihə və proqramlar həyata keçirir. Fondun tarixi, mədəniyyət və dini abidələrin qorunub saxlanılması və bərpası istiqamətindəki fəaliyyəti hər kəsə məlumdur.
Bu gün isə qürur hissi ilə sizə Heydər Əliyev Fondunun qədim Qarabağ torpağında Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başladığını bildirmək istəyirəm.
Layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçiriləcəkdir. İşğal illəri ərzində Şuşa şəhərində və Ağdam rayonunda dağıntılara məruz qalmış dini ibadət yerlərinin bərpası üzrə müvafiq işlərə artıq başlanılmışdır.
Bir zamanlar ermənilərin vəhşicəsinə dağıtdığı, tövləyə çevirdiyi müqəddəs dini məkanlarımız yenidən dirçələcək və bütün Qarabağ ərazisindəki məscidlərimizdə azan səsləri eşidiləcək, dualar oxunacaqdır!
Dərin hörmət və sevgilərlə,
Sizin MEHRİBAN”.
XƏBƏR LENTİ
Evlilik məsləhətləri
Barmaqlarımız haqqımızda nə deyir?
Ukrayna Tiflisə Saakaşviliyə görə "yox" dedi
Bir az da əylənək
Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü başlayıb
Bel hissənizdəki yağları əridəcək içkilər
Günün ulduz falı
Bel və kürək piyləri ilə mübarizə
Günün ulduz falı
"Jara" festivalına o da gəlir-VİDEO
Ayaqqabı ayaqlarınızı sıxırsa - Bunları edin!
52 yaşlı ulduz görənləri TƏƏCCÜBLƏNDİRİR
5 kiloqram arıqladan kök pəhrizi.
HAVA necə olacaq?
Sızanaq izləri üçün maska
Quran və elmi kəşflər
Ərdoğandan bütün qadınlara qeyri adi təbrik -Video
Hindlilərin xoşbəxtlik məsləhətləri
Hava haqqında - 20.01.2014
Kitab qadağası
Sevdiyiniz şəxsə söylənilən ləqəblər
Yay kimi gərilən insan...
Serenay xəstəxanaya yerləşdirildi-SƏBƏB
YouTube artıq çatdırmır
Məşhur cütlük yenidən barışdı
Mavi ayaqqabılar
Bu, milyon ildə bir olur
Toyuq ətli, kartoflu piroq (foto resept)
ÜST-dən stadionlarla bağlı XƏBƏRDARLIQ
Boğazında qaşıq qalmış gənc-FOTO
Tərtərdə nə baş verir?
40 yaşından sonra evlənən məşhurlar
Baş Nazirdən təhsillə bağlı mühüm QƏRAR
Bayramda neçə gün iş olmayacaq?
O, mənə xəyanət edir!
Ana dilimizə sahib çıxaq
Dolu yağacaq
Günorta yaranan baş ağrılarının səbəbləri
Nokia Lumia 1520-ni göstərəcək
Nə üçün əsgər paltarları xaki rəngdədir?
Diş ağrısını azaldan üsullar
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Azərbaycanda artan əməliyyat - mədə kiçiltmə
Məkkəylə bağlı 8 elmi fakt: hərəkət dayanmır; niyə saat əqrəbinin əksinə?
Antibiotiklər: xeyri, yoxsa zərəri daha çoxdur?
Küləkli hava Şəkini işıqsız qoydu
Əməkdar artist tanınmış türk aktrisa ilə bir arada
Dəbli kostyumlar (1)
Pilot sükan arxasında yatdı
Qadınlar və kişilər hansı iPhone-u seçirlər?