“Bir aya yaxındır ki, müharibə gedir. Bu müddət ərzində ölkəmiz döyüş meydanında böyük uğurlar əldə edib. Hər gün cəbhədən yaxşı xəbərlər gəlir, gün ərzində müntəzəm olaraq mənə döyüş bölgələrində aparılan əməliyyatlar haqqında məlumat verilir, mənim tərəfimdən müvafiq göstərişlər verilir. Demək olar ki, hər saat müxtəlif bölgələrdə baş verən hadisələrlə bağlı məlumat daxil olur, həm Müdafiə Nazirliyi və digər qurumlar məni məlumatlandırırlar. Hər gün operativ müşavirələr keçirilir”.
Qadin.Net AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində keçirilən operativ müşavirədə deyib.
Dövlətimizin başçısı bildirib ki, vəziyyət tam nəzarət altındadır və bu müddət ərzində işğal edilmiş torpaqlarımızın bir hissəsi, 100-dən çox yaşayış məntəqəsi - şəhərlər, kəndlər işğalçılardan azad edilib. Azad edilmiş şəhər və kəndlərimizdə artıq Azərbaycan bayrağı ucaldılıb, bu şəhər və kəndlərimizin videogörüntüləri Azərbaycan ictimaiyyətinə təqdim edilir. Hər kəs görə bilər ki, vəhşi düşmən bizim şəhər və kəndlərimizi nə günə qoyub. Bir dənə də salamat bina qalmayıb, bütün binalar, evlər, inzibati binalar, sosial obyektlər, tarixi-dini abidələrimiz mənfur düşmən tərəfindən dağıdılıb. İşğal edilmiş torpaqlar və dağıntılar erməni vandalizminin canlı şahidləridir. Ermənistan dövləti bu cinayətlərə görə məsuliyyət daşıyır və cavab verəcək.
“Mən tapşırıq vermişəm ki, işğaldan azad edilmiş bütün bölgələrdə təftiş işləri aparılsın, bütün dağıntılar qeydə alınsın, aktlar tərtib edilsin, bizim vətəndaşlarımızın dağıdılmış əmlakı uçota alınsın və əlbəttə ki, Ermənistan dövləti bu hərbi cinayətlərə görə cavab verəcək. Bir daha bütün dünya gördü ki, biz hansı vəhşilərlə üz-üzəyik. Bu gün Azərbaycan əsgəri və zabiti döyüş meydanında düşmənə dərs verir, düşməni yerinə oturdur, düşməni torpaqlarımızdan qovur. Biz qan tökürük, şəhidlər veririk, hərbçilər, eyni zamanda, mülki şəxslər şəhid olur. Ermənistan döyüş meydanında bizim qarşımızda duruş gətirə bilmir və yenə də hər zaman olduğu kimi, öz çirkin əməllərini davam etdirir, yaşayış məntəqələrimizi, mülki əhalinin yaşadıqları yerləri atəşə tutur. Bu namərd atəş nəticəsində 60-dan çox mülki şəxs həlak olub, 300-ə yaxın mülki şəxs yaralanıb”, - deyə Prezident, Ali Baş komandan İlham Əliyev qeyd edib.
XƏBƏR LENTİ
İçlikli kabak (foto resept)
Salyanda qeyri-adi yumurta
Rusiya Suriyanın müdafiəsini "S-300"lə gücləndirir
Orta məktəblər müasir avadanlıqlarla təmin olunub
Yeni il gecəsinin ulduzu olun
Yaşıl mərcili ispanaq yeməyi (foto-resept)
Koronavirusun öskürmə zamanı otaqda hərəkəti göstərildi - VİDEO
Ən çox görülən yuxular və mənaları
İdmançımız dünya rekordunu təzələdi
10 dəqiqəyə yeni saç düzümü
Merilin Monronun "oğlu" Obamanın itini oğurlamaq istədi
Baş Prokurorluq vətəndaşlara müraciət etdi
Azərbaycana yeni qədim əlyazma gətirildi
Avropılalara icazə verildi
Əliyev və Sarkisyan Fransada görüşə bilər
Soyuq havalar beyinə necə təsir edir?
Madonna Corc Floyd üçün aksiyaya qatıldı - VİDEO
Günün qoroskopu: emosional fon qeyri-sabitdir
Bütün buzlar əriyərsə: fəlakətin ssenarisi hazırlandı
Burnunuzu kəsirsiniz, yoxsa səsinizi?
Prezidentdən yeni təyinat
"Sovetski"də yaşayanlara ev verildi
Daha 42 vətəndaşımız gəmi ilə ölkəmizə göndərildi
Pəhləvanlarımız 10 medal qazandılar
Sərinlədən soyuq şorba (foto-resept)
Natəvan K:"Əkiz oğlan uşaqlarını oğurlayardım..."
Bakıda Sevgililər Günü neçəyə başa gəlir?
“Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş hər üç şəxs üçün Prezidentin aylıq təqaüdü təyin edildi
Kremli, cemli maffin (foto resept)
Tez qırılan saçlar üçün maskalar
"Biq-Ben" 2021-ci ilədək susacaq
Kişiləri necə cəlb etməli?
"Əvvəllər çəkməçi idim, indi isə pinəçi"
Tiflis Ermənistanı mühasirəyə salır
Şamaxıda seysmik aktivlik artıb
BÜRCLƏR bizə nə vəd edir?-27 yanvar
Google+-un "beyni" işdən gedir
Belə hobbi görmüsünüz?
Koronavirusdan qorunmaq üçün ağlasığmaz üsula əl atdı - VİDEO
Sabahın HAVAsı
Sürücülərə tövsiyyə
"Ç" hərfi ilə başlayan adların mənası
“Qarabağın məşhur müəllimləri” - Qara bəy Əliverdilər
Dünyada yenə yad planetlilər tapıldı
Düşüncələrim silsiləsindən
Dünyanın Ən Yaraşıqlı 5 kişisi
Filmləri internetdən 1 saniyəyə yükləyəcəyik
Pandemiya barədə 2007-ci ildən xəbərdarlıq edilibmiş: “Saatlı bomba”… - FOTO
70 yaşlı qadın "İstagram" ulduzu oldu-FOTO
Neçə müəllim çöldə qalacaq?














