Həyatımıza çağırmadığımız halda daxil olan və icazəsiz gəlsə də, sevimli olan sosial şəbəkələr bizə nə öyrədir? Bir çoxumuzun xəstəlik kimi yaşadığı bu tutqu bizi necə yönləndirir? İndi çoxumuz düşünəcəyik ki, nə xəstəlik? Bu sadəcə boş vaxtı səmərəli keçirmək üçündür . Bəs o səmərə qazandığımız zaman nələr oxuyub öyrənirik? Nə öyrənirik? Bir daha soruşaq, nə öyrənirik?
Bir–bir açırıq saytları, başlıqları oxuyuruq, ilk qarşılaşdığımız yazı “Azərbaycanın coğrafiyası” işlətdiyimiz cümlə, aman Allah, bu nədir? Mən ki, coğrafiya dərsində özümü pəncərədən atırdım. Burada da bunu oxuyan deyiləm. Yeni bir sayt açırıq qarşılaşdıqımız başlıq “Vətəni sevək”. Ürəyimizdə mızıldadığımız söz: sevirik də, bunu yazdırıb oxumağa nə gərək var? Digər bir lazımsız yazı “Ailəyə hörmət etməyi bacaraq”. Özlüyümüzdə: nəyə desən, and içərəm ki, bu yazını yazanın ata–anası, bacı-qardaşı yadından çıxıb. Budur, yenə bir maraqsız yazı. Heç vaxt edib oxuyan deyiləm, bilirəm, içindəkilər cansıxıcıdır. Hələ başlığa bax “Mentalitet, Milli adət-ənənələrimiz”. Görəsən, bu saytlarda bir “ağıllı-başlı” xəbər oxuya biləcəyik? “Ağıllı-başlı” xəbər oxumaq ümudilə başqa bir sayt açırıq, aha, budur, gözmüzə işıq gəldi. Bu da “ağıllı” xəbər başlığı “filan müğənni həmkarına; ay qız, o nə makiyaj, ay qız, o nə dondur geyinmişdin toyda? dedi”, bir digər başlıq “Filan müğənni uşağının atası barədə danışdı” və bu kimi bir çox maqazin xəbərləri oxuyub gözümüzə yemək verdik, qaldı su içirmək. Bunu da artıq kriminal xəbərləri oxuyaraq əldə edəcəyik. Elə isə getdik digər saytlara. İlk gördüyümüz xəbər “Gənc qadın qonşu kişiyə qoşulub qaçdı.” dünya korlanıb daha nə deyəsən? Ağıl var bu qadında? (Bayaqdan ağıllı xəbər axtarırdıq, bəs o ümüdlə tapdığımız ağıllı xəbər deyildi bu?) Digər “ağıllı” xəbərlər silsiləsindən “Şok şok şok! Filan kənddə qardaş bacıyla evləndi!!!” Bayaq da dedim, indi də deyirəm, bu dünya niyə korlanıb? Bu camaatın ağlı haradadı? (Bəlkə o camaatın ağlı da sənin kimi "milli dəyərlər”, “ailəyə hörmət” yazısını beynindən xaric edir? Ola bilməz elə?)
Yemək, su işini həll etdik. Qaldı ara paylar. Bunu nəylə ödəyək? Təbii ki, dünya xəbərlərilə. Görək dünyada nə baş verir. İlk maraqlı hadisə “Avropada ən gənc valideyn ata 13 yaşında, ana 15 yaşında”. Bax, buna deyərəm xəbər. Gör dünyada nə maraqlı hadisələr baş verir və bir çox bu kimi xəbərlər. Bu saytlar haqqında qısa xülasəmdi (irəlidə qismət olsa, davam etdirəcəm inşəallah).
İndi boş vaxtımızda nə qazandıq? Bölək, çıxaq, toplayaq, vuraq, görək əldə nə etdik? Ən əsası bizə qaranlıq qalmışdı ki, filan müğənni evlənib ya yox. İndi onu öyrəndik. Sonra dəqiq bilməsək də, öyrəndik ki, qardaş bacısıyla evlənə bilər. Başqa bir sevindirici hal: əgər qonşuda gözünə xoş gələn olsa, onunla getməkdə bir problem yoxdur. Çünki bunu səndən qabaq ediblər. Bir insan bir xəbəri ilk dəfə eşidəndə ildırım vurmuşa dönür, nə isə normal qarşılayacağıq, gedə bilərsən. Bir də sosial şəbəkələrdə 12-13 yaşlı qızın və ya oğlanın statusunu oxuyurduq: “Bütün sevgilərim puç, bütün sevdiklərim vəfasız çıxdı. Sevgi dəftərimi daha bağlayıram.” Çox gülməlidir. Bizimkilər nə qədər geri qalıb. Odur ki, Avropada bunların tayları valideyn olub. Bunlar həyata küsdülər, küsməklərin səbəbini də öyrəndik artıq. Evlilik yaşı gəlib çatıb, hətta keçmək üzrədir. Beləcə, həm istirahət etdik, həm də “faydalı” məlumatlar əldə etdik. Bu da boş vaxtımızın sərmayəsi.
Bəs bir şey itirdik? Onu da hesablayaq, görək, nələrin üstündən xətt çəkmişik. İlk növbədə, səmərəli keçirəcəyimiz boş vaxtımızı heç də səmərəli keçirmədik. Bizə heç lazım olmuyan müğənni haqqında bir-iki şey öyrəndik. Bəs bu öyrəndiyimizi harada istifadə edəcəyik? Təbii ki, qonşumuzla dedi-qodu edəndə. Qazanacağımız bir şey olacaqmı? Əlbəttə, yox! Yenə də zamanımızı boşa xərcləyib heç bir yararı olmayan məlumat alış-verişində olacayıq. Sizə heç bir faydası olmayan məlumatları oxumaq məcburiyyətində deyilsiniz. Adətən insan öyrəndiyini tətbiq etməlidir. Məsələn: yemək bişirməyi birindən öyrəndiniz. Gəlib siz də bişirdiniz. Paltar toxumağı və ya tikməyi öyrəndiniz. Siz də eynisini etdiniz. Bəs bu öyrəndiklərinizi həyatda tətbiq etsəniz, necə olacaq? Dünyamız hansı hala düşəcək? Yavaş-yavaş demirəm, sürətli addımlarla zərərli məlumatlar oxuyub öyrənməkdən çəkinək. Qoy, biz dünyadan bixəbər olaq, dünyada baş verənlərdən xəbərsiz “savadsız” yaşayaq. Hər şeydən xəbəri olmaq həmişə yararlı deyil. Gözümüzə gözəl şeylərə baxmağı öyrədək. Ruhumuz da təmizlənsin, yenilənsin, gözəlləşsin. Zəhər saçan saytlarla yanaşı əxlaqi, elmi və bu kimi keyfiyyətləri olan saytlarımız da az deyil. Amma çox təəssüflər olsun ki, bizim biganəliyimiz üzündən onlar unudulublar. Başımızı dedi-qoduya qataraq çox şey itirdiyimizin fərqinə varmırıq. Dedi-qodudan uzaq olan bu saytlarda həm əylənin, həm öyrənin. Milli dəyərlərimizi daha dərin öyrənək. Ona sadiq qalaq. Elmi bilklərimizi artıraq. İki savadlı adam yanında oturarkən bizim də danışmağa sözümüz olsun. Bir çoxumuza maraqlı deyil ki, filan müğənni dünən harda idi.
Maarifləndirici saytlar içində təbii ki, bizim saytın da adını qeyd etmək lazımdır. Milli dəyərlərimizə sadiq qalaraq keyfiyyətli məlumatlar paylaşıldığı saytımızda oxucuların zövqü də daim diqqətdə saxlanılır. Onlar üçün daha faydalı olacaq məlumatlar paylaşılır.
Bu yazım gördüyüm bir çox mənfiliklərin qısa da olsa, əksiydi. İrəlidə qismət olsa, davam etdirəcəyəm. Hər kəsə boş dediyi o boş vaxtı boş keçirməməyi arzu edirəm. Həm əylənin, həm öyrənin. Bunu da maarifləndirici saytlarda etmək mümkündür.
XƏBƏR LENTİ
Təmiz nəfəs - insult, infarkt
Tehranda ABŞ səfirliyi yenidən açılacaq?
Dünyanın ən cazibədar polisi-FOTO
Cennifer Lopez gözəlliyi ilə heyran etdi-FOTO
Makiyajla cavanlaşma
Metronun qeyri-adi sərnişinləri
HAVA necə olacaq?-8 Noyabr
Bitkilərin əsir aldığı binalar
Coğrafiya İnstitutu qış fəsli haqqında açıqlama verib
Çin və İran COVID-19-un yayılmasından məsul tutulub
Gəl, açıq danışaq
Əhalinin işini asanlaşdıracaq yenilik
İnsanlar niyə bədbəxtdir və niyə intihar edirlər?
İstənilən şəxs təyyarəni endirə biləcək
Meryem Üzerli çənəsini əməliyyat etdirdi
Bakının da "əkiz"ləri olacaq
Qadinları yaşlandıran 5 fakt...
Kütləvi yoluxmaların əsas səbəbi açıqlandı - RƏSMİ
Mustafa Sandal Defne ilə sevgili olub-FOTO
Uill Smit xəstəxanalıq oldu-SƏBƏB
Xəzərdə nərə yoxa çıxır
Fədakar qadın
Azərbaycanda maraqlı fləşmob
Payız depressiyası və ondan xilas yolları
Fahriye Evcen geyimi ilə diqqət çəkib-FOTO
Qadınların hislərini ələ verən 9 vəziyyət
Məryəm makiyajsız video paylaşdı - FOTO
850 minə yaxta aldı - FOTO
Daha bir münsif “O Səs Türkiyə”ni tərk etdi-FOTO
Azərbaycanda yeni Fond yaradılacaq
Aleksandr Rozenbaum sərnişinin həyatını xilas etdi-FOTO
HAVA necə olacaq?
Azərbaycanda ən çox hansı məhsullar saxtalaşdırılır?
Tovuz döyüşlərində Ermənistana silah satılıb? - RƏSMİ AÇIQLAMA
"Havuç" seriala qayıdır
Marinada qoyulmuş hind toyuğu budu (foto resept)
“Sefirin kızı” “Çukur”u geridə qoydu
Duzun bilinməyən faydaları
Dünya ölkələrindən hikmətli sözlər
ÜST dünya əhalisinin hansı hissəsinin vaksinasiya edilməli olduğunu açıqladı
Bu pişiyin qiyməti 24 min manatdır
Ölüləri həyata qaytarmaq üçün cəhd - QƏRİBƏ YENİLİK
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA
Yaz üçün gözəl donlar
Sizi 10 il daha gənc göstərəcək qidalar
Aleksandr Lukaşenko Bakıya gəldi
“Bakı”nın sabiq futbolçusu millidən getdi
Sözlə ifadə edilə bilməyən düşüncələr
Bu azərbaycanlı Marsa uçmağa hazırlaşır
Çanta modelləri
- ŞƏRHLƏR