Həyatımıza çağırmadığımız halda daxil olan və icazəsiz gəlsə də, sevimli olan sosial şəbəkələr bizə nə öyrədir? Bir çoxumuzun xəstəlik kimi yaşadığı bu tutqu bizi necə yönləndirir? İndi çoxumuz düşünəcəyik ki, nə xəstəlik? Bu sadəcə boş vaxtı səmərəli keçirmək üçündür . Bəs o səmərə qazandığımız zaman nələr oxuyub öyrənirik? Nə öyrənirik? Bir daha soruşaq, nə öyrənirik?
Bir–bir açırıq saytları, başlıqları oxuyuruq, ilk qarşılaşdığımız yazı “Azərbaycanın coğrafiyası” işlətdiyimiz cümlə, aman Allah, bu nədir? Mən ki, coğrafiya dərsində özümü pəncərədən atırdım. Burada da bunu oxuyan deyiləm. Yeni bir sayt açırıq qarşılaşdıqımız başlıq “Vətəni sevək”. Ürəyimizdə mızıldadığımız söz: sevirik də, bunu yazdırıb oxumağa nə gərək var? Digər bir lazımsız yazı “Ailəyə hörmət etməyi bacaraq”. Özlüyümüzdə: nəyə desən, and içərəm ki, bu yazını yazanın ata–anası, bacı-qardaşı yadından çıxıb. Budur, yenə bir maraqsız yazı. Heç vaxt edib oxuyan deyiləm, bilirəm, içindəkilər cansıxıcıdır. Hələ başlığa bax “Mentalitet, Milli adət-ənənələrimiz”. Görəsən, bu saytlarda bir “ağıllı-başlı” xəbər oxuya biləcəyik? “Ağıllı-başlı” xəbər oxumaq ümudilə başqa bir sayt açırıq, aha, budur, gözmüzə işıq gəldi. Bu da “ağıllı” xəbər başlığı “filan müğənni həmkarına; ay qız, o nə makiyaj, ay qız, o nə dondur geyinmişdin toyda? dedi”, bir digər başlıq “Filan müğənni uşağının atası barədə danışdı” və bu kimi bir çox maqazin xəbərləri oxuyub gözümüzə yemək verdik, qaldı su içirmək. Bunu da artıq kriminal xəbərləri oxuyaraq əldə edəcəyik. Elə isə getdik digər saytlara. İlk gördüyümüz xəbər “Gənc qadın qonşu kişiyə qoşulub qaçdı.” dünya korlanıb daha nə deyəsən? Ağıl var bu qadında? (Bayaqdan ağıllı xəbər axtarırdıq, bəs o ümüdlə tapdığımız ağıllı xəbər deyildi bu?) Digər “ağıllı” xəbərlər silsiləsindən “Şok şok şok! Filan kənddə qardaş bacıyla evləndi!!!” Bayaq da dedim, indi də deyirəm, bu dünya niyə korlanıb? Bu camaatın ağlı haradadı? (Bəlkə o camaatın ağlı da sənin kimi "milli dəyərlər”, “ailəyə hörmət” yazısını beynindən xaric edir? Ola bilməz elə?)
Yemək, su işini həll etdik. Qaldı ara paylar. Bunu nəylə ödəyək? Təbii ki, dünya xəbərlərilə. Görək dünyada nə baş verir. İlk maraqlı hadisə “Avropada ən gənc valideyn ata 13 yaşında, ana 15 yaşında”. Bax, buna deyərəm xəbər. Gör dünyada nə maraqlı hadisələr baş verir və bir çox bu kimi xəbərlər. Bu saytlar haqqında qısa xülasəmdi (irəlidə qismət olsa, davam etdirəcəm inşəallah).
İndi boş vaxtımızda nə qazandıq? Bölək, çıxaq, toplayaq, vuraq, görək əldə nə etdik? Ən əsası bizə qaranlıq qalmışdı ki, filan müğənni evlənib ya yox. İndi onu öyrəndik. Sonra dəqiq bilməsək də, öyrəndik ki, qardaş bacısıyla evlənə bilər. Başqa bir sevindirici hal: əgər qonşuda gözünə xoş gələn olsa, onunla getməkdə bir problem yoxdur. Çünki bunu səndən qabaq ediblər. Bir insan bir xəbəri ilk dəfə eşidəndə ildırım vurmuşa dönür, nə isə normal qarşılayacağıq, gedə bilərsən. Bir də sosial şəbəkələrdə 12-13 yaşlı qızın və ya oğlanın statusunu oxuyurduq: “Bütün sevgilərim puç, bütün sevdiklərim vəfasız çıxdı. Sevgi dəftərimi daha bağlayıram.” Çox gülməlidir. Bizimkilər nə qədər geri qalıb. Odur ki, Avropada bunların tayları valideyn olub. Bunlar həyata küsdülər, küsməklərin səbəbini də öyrəndik artıq. Evlilik yaşı gəlib çatıb, hətta keçmək üzrədir. Beləcə, həm istirahət etdik, həm də “faydalı” məlumatlar əldə etdik. Bu da boş vaxtımızın sərmayəsi.
Bəs bir şey itirdik? Onu da hesablayaq, görək, nələrin üstündən xətt çəkmişik. İlk növbədə, səmərəli keçirəcəyimiz boş vaxtımızı heç də səmərəli keçirmədik. Bizə heç lazım olmuyan müğənni haqqında bir-iki şey öyrəndik. Bəs bu öyrəndiyimizi harada istifadə edəcəyik? Təbii ki, qonşumuzla dedi-qodu edəndə. Qazanacağımız bir şey olacaqmı? Əlbəttə, yox! Yenə də zamanımızı boşa xərcləyib heç bir yararı olmayan məlumat alış-verişində olacayıq. Sizə heç bir faydası olmayan məlumatları oxumaq məcburiyyətində deyilsiniz. Adətən insan öyrəndiyini tətbiq etməlidir. Məsələn: yemək bişirməyi birindən öyrəndiniz. Gəlib siz də bişirdiniz. Paltar toxumağı və ya tikməyi öyrəndiniz. Siz də eynisini etdiniz. Bəs bu öyrəndiklərinizi həyatda tətbiq etsəniz, necə olacaq? Dünyamız hansı hala düşəcək? Yavaş-yavaş demirəm, sürətli addımlarla zərərli məlumatlar oxuyub öyrənməkdən çəkinək. Qoy, biz dünyadan bixəbər olaq, dünyada baş verənlərdən xəbərsiz “savadsız” yaşayaq. Hər şeydən xəbəri olmaq həmişə yararlı deyil. Gözümüzə gözəl şeylərə baxmağı öyrədək. Ruhumuz da təmizlənsin, yenilənsin, gözəlləşsin. Zəhər saçan saytlarla yanaşı əxlaqi, elmi və bu kimi keyfiyyətləri olan saytlarımız da az deyil. Amma çox təəssüflər olsun ki, bizim biganəliyimiz üzündən onlar unudulublar. Başımızı dedi-qoduya qataraq çox şey itirdiyimizin fərqinə varmırıq. Dedi-qodudan uzaq olan bu saytlarda həm əylənin, həm öyrənin. Milli dəyərlərimizi daha dərin öyrənək. Ona sadiq qalaq. Elmi bilklərimizi artıraq. İki savadlı adam yanında oturarkən bizim də danışmağa sözümüz olsun. Bir çoxumuza maraqlı deyil ki, filan müğənni dünən harda idi.
Maarifləndirici saytlar içində təbii ki, bizim saytın da adını qeyd etmək lazımdır. Milli dəyərlərimizə sadiq qalaraq keyfiyyətli məlumatlar paylaşıldığı saytımızda oxucuların zövqü də daim diqqətdə saxlanılır. Onlar üçün daha faydalı olacaq məlumatlar paylaşılır.
Bu yazım gördüyüm bir çox mənfiliklərin qısa da olsa, əksiydi. İrəlidə qismət olsa, davam etdirəcəyəm. Hər kəsə boş dediyi o boş vaxtı boş keçirməməyi arzu edirəm. Həm əylənin, həm öyrənin. Bunu da maarifləndirici saytlarda etmək mümkündür.
XƏBƏR LENTİ
Kimlər ünvanlı sosial yardım ala bilərlər?
Quba tıxması (foto resept)
Həftənin ilk günü hava necə olacaq?
Keçmiş baş nazir qeyri-adı işə düzəldi
Polietilen torbalar və plastik mətbəx əşyalarının satışını qadağan edən qanun layihəsi qəbul edilib
Kompaslara çəkilmiş miniatür rəsmlər
Sərhəddə yenilik
Həcc ziyarəti başlandı - FOTO
21 uşaqlı ailədə Yeni İl xərci-5000 dollar
Kottiqli pəriləri (Son)
Brabus Mercedes-Benz yeniləndi
Azərbaycanlı məhkumların əl işləri - FOTOSESSİYA
Yumurtalı muffin (foto resep)
Bu gün İlham Əliyevin doğum günüdür!
Qida maddələrinin təbiiliyi
Evlilikdə seçim və münasibətlər
Atmosferdən elektrik enerjisi alan qurğu
Əhval-ruhiyyəni yüksəldən təmizlik işləri
Varlı insanlar nəyə sərmayə yatırırlar?
Hadise geyimi barədə AÇIQLAMA verdi-FOTO
Uşaqlar gün ərzində cəmi neçə saat yatmalıdır?
Koronavirusla bağlı dünyanı ŞOKA SALAN həqiqət üzə çıxdı - Bioloji silah... (FOTOLAR)
Leonardonun adası hər kəsi təəccübləndirdi
Yeməkləri saxlama üsulları
Kişi ginekoloqdan SENSASİYALI SÖZLƏR
Əsaslandırılmamış qeysəriyyə əməliyyatına görə cərimələr tətbiq olunur
Yeni il tortları
Qırmızı ürək muffin (foto-resept)
Körpələrdə yuxu zamanı və mühiti
Xəzərdə nərə yoxa çıxır
Koronavirus yayda niyə zəifləmədi? - Tanınmış professor açıqladı
Prezident İlham Əliyev "Azəravtoyol"a 3 milyon manat ayırdı
Tufan “Neft daşları”nda faciəyə yol açdı
Rusiya XİN Stiven Siqalı işə götürdü
Polad Bülbüloğlu Rusiyada mükafat aldı - FOTO
Davranış qaydalarına riayət edirsinizmi?
Soğan qabığının inanılmaz faydaları
Hamilələrə necə davranmalı?
Azərbaycanda qızıl təşvişi
Müasir ayaqqabı modelləri
Mehriban Əliyeva: “Heydər Əliyev Fondu Qarabağ torpağında dini abidələrimizin bərpası üzrə layihəyə başlayır”
Derya Şensoy və Sarp Leventoğlu ayrıldı
"Çukur"un aktyoru Bakıya gəlir
Bu avtobuslar yığışdırılır
Zakir Qaralovdan kadr dəyişikliyi
Toğrul Qurbanovun "beauty-fotosessiya"sı
Unikal rəssam: göz yaşı ilə şəkil çəkir
Tarixdən bu günə uşaq hüquqları
Bakıdakı üfunət iyinin səbəbi müəyyən oldu - RƏSMİ
Füzulidə son vəziyyət
- ŞƏRHLƏR