Həyatımıza çağırmadığımız halda daxil olan və icazəsiz gəlsə də, sevimli olan sosial şəbəkələr bizə nə öyrədir? Bir çoxumuzun xəstəlik kimi yaşadığı bu tutqu bizi necə yönləndirir? İndi çoxumuz düşünəcəyik ki, nə xəstəlik? Bu sadəcə boş vaxtı səmərəli keçirmək üçündür . Bəs o səmərə qazandığımız zaman nələr oxuyub öyrənirik? Nə öyrənirik? Bir daha soruşaq, nə öyrənirik?
Bir–bir açırıq saytları, başlıqları oxuyuruq, ilk qarşılaşdığımız yazı “Azərbaycanın coğrafiyası” işlətdiyimiz cümlə, aman Allah, bu nədir? Mən ki, coğrafiya dərsində özümü pəncərədən atırdım. Burada da bunu oxuyan deyiləm. Yeni bir sayt açırıq qarşılaşdıqımız başlıq “Vətəni sevək”. Ürəyimizdə mızıldadığımız söz: sevirik də, bunu yazdırıb oxumağa nə gərək var? Digər bir lazımsız yazı “Ailəyə hörmət etməyi bacaraq”. Özlüyümüzdə: nəyə desən, and içərəm ki, bu yazını yazanın ata–anası, bacı-qardaşı yadından çıxıb. Budur, yenə bir maraqsız yazı. Heç vaxt edib oxuyan deyiləm, bilirəm, içindəkilər cansıxıcıdır. Hələ başlığa bax “Mentalitet, Milli adət-ənənələrimiz”. Görəsən, bu saytlarda bir “ağıllı-başlı” xəbər oxuya biləcəyik? “Ağıllı-başlı” xəbər oxumaq ümudilə başqa bir sayt açırıq, aha, budur, gözmüzə işıq gəldi. Bu da “ağıllı” xəbər başlığı “filan müğənni həmkarına; ay qız, o nə makiyaj, ay qız, o nə dondur geyinmişdin toyda? dedi”, bir digər başlıq “Filan müğənni uşağının atası barədə danışdı” və bu kimi bir çox maqazin xəbərləri oxuyub gözümüzə yemək verdik, qaldı su içirmək. Bunu da artıq kriminal xəbərləri oxuyaraq əldə edəcəyik. Elə isə getdik digər saytlara. İlk gördüyümüz xəbər “Gənc qadın qonşu kişiyə qoşulub qaçdı.” dünya korlanıb daha nə deyəsən? Ağıl var bu qadında? (Bayaqdan ağıllı xəbər axtarırdıq, bəs o ümüdlə tapdığımız ağıllı xəbər deyildi bu?) Digər “ağıllı” xəbərlər silsiləsindən “Şok şok şok! Filan kənddə qardaş bacıyla evləndi!!!” Bayaq da dedim, indi də deyirəm, bu dünya niyə korlanıb? Bu camaatın ağlı haradadı? (Bəlkə o camaatın ağlı da sənin kimi "milli dəyərlər”, “ailəyə hörmət” yazısını beynindən xaric edir? Ola bilməz elə?)
Yemək, su işini həll etdik. Qaldı ara paylar. Bunu nəylə ödəyək? Təbii ki, dünya xəbərlərilə. Görək dünyada nə baş verir. İlk maraqlı hadisə “Avropada ən gənc valideyn ata 13 yaşında, ana 15 yaşında”. Bax, buna deyərəm xəbər. Gör dünyada nə maraqlı hadisələr baş verir və bir çox bu kimi xəbərlər. Bu saytlar haqqında qısa xülasəmdi (irəlidə qismət olsa, davam etdirəcəm inşəallah).
İndi boş vaxtımızda nə qazandıq? Bölək, çıxaq, toplayaq, vuraq, görək əldə nə etdik? Ən əsası bizə qaranlıq qalmışdı ki, filan müğənni evlənib ya yox. İndi onu öyrəndik. Sonra dəqiq bilməsək də, öyrəndik ki, qardaş bacısıyla evlənə bilər. Başqa bir sevindirici hal: əgər qonşuda gözünə xoş gələn olsa, onunla getməkdə bir problem yoxdur. Çünki bunu səndən qabaq ediblər. Bir insan bir xəbəri ilk dəfə eşidəndə ildırım vurmuşa dönür, nə isə normal qarşılayacağıq, gedə bilərsən. Bir də sosial şəbəkələrdə 12-13 yaşlı qızın və ya oğlanın statusunu oxuyurduq: “Bütün sevgilərim puç, bütün sevdiklərim vəfasız çıxdı. Sevgi dəftərimi daha bağlayıram.” Çox gülməlidir. Bizimkilər nə qədər geri qalıb. Odur ki, Avropada bunların tayları valideyn olub. Bunlar həyata küsdülər, küsməklərin səbəbini də öyrəndik artıq. Evlilik yaşı gəlib çatıb, hətta keçmək üzrədir. Beləcə, həm istirahət etdik, həm də “faydalı” məlumatlar əldə etdik. Bu da boş vaxtımızın sərmayəsi.
Bəs bir şey itirdik? Onu da hesablayaq, görək, nələrin üstündən xətt çəkmişik. İlk növbədə, səmərəli keçirəcəyimiz boş vaxtımızı heç də səmərəli keçirmədik. Bizə heç lazım olmuyan müğənni haqqında bir-iki şey öyrəndik. Bəs bu öyrəndiyimizi harada istifadə edəcəyik? Təbii ki, qonşumuzla dedi-qodu edəndə. Qazanacağımız bir şey olacaqmı? Əlbəttə, yox! Yenə də zamanımızı boşa xərcləyib heç bir yararı olmayan məlumat alış-verişində olacayıq. Sizə heç bir faydası olmayan məlumatları oxumaq məcburiyyətində deyilsiniz. Adətən insan öyrəndiyini tətbiq etməlidir. Məsələn: yemək bişirməyi birindən öyrəndiniz. Gəlib siz də bişirdiniz. Paltar toxumağı və ya tikməyi öyrəndiniz. Siz də eynisini etdiniz. Bəs bu öyrəndiklərinizi həyatda tətbiq etsəniz, necə olacaq? Dünyamız hansı hala düşəcək? Yavaş-yavaş demirəm, sürətli addımlarla zərərli məlumatlar oxuyub öyrənməkdən çəkinək. Qoy, biz dünyadan bixəbər olaq, dünyada baş verənlərdən xəbərsiz “savadsız” yaşayaq. Hər şeydən xəbəri olmaq həmişə yararlı deyil. Gözümüzə gözəl şeylərə baxmağı öyrədək. Ruhumuz da təmizlənsin, yenilənsin, gözəlləşsin. Zəhər saçan saytlarla yanaşı əxlaqi, elmi və bu kimi keyfiyyətləri olan saytlarımız da az deyil. Amma çox təəssüflər olsun ki, bizim biganəliyimiz üzündən onlar unudulublar. Başımızı dedi-qoduya qataraq çox şey itirdiyimizin fərqinə varmırıq. Dedi-qodudan uzaq olan bu saytlarda həm əylənin, həm öyrənin. Milli dəyərlərimizi daha dərin öyrənək. Ona sadiq qalaq. Elmi bilklərimizi artıraq. İki savadlı adam yanında oturarkən bizim də danışmağa sözümüz olsun. Bir çoxumuza maraqlı deyil ki, filan müğənni dünən harda idi.
Maarifləndirici saytlar içində təbii ki, bizim saytın da adını qeyd etmək lazımdır. Milli dəyərlərimizə sadiq qalaraq keyfiyyətli məlumatlar paylaşıldığı saytımızda oxucuların zövqü də daim diqqətdə saxlanılır. Onlar üçün daha faydalı olacaq məlumatlar paylaşılır.
Bu yazım gördüyüm bir çox mənfiliklərin qısa da olsa, əksiydi. İrəlidə qismət olsa, davam etdirəcəyəm. Hər kəsə boş dediyi o boş vaxtı boş keçirməməyi arzu edirəm. Həm əylənin, həm öyrənin. Bunu da maarifləndirici saytlarda etmək mümkündür.
XƏBƏR LENTİ
Bengünün HAMİLƏLİK xəbəri yayıldı
Kianu Rivz ilk dəfə ETİRAF ETDİ-FOTO
Maskalardan bu zaman imtina edəcəyik
Təkər, Lada adını qoymaq istədilər-FOTO
Üzdəki sızanaqlar nədən xəbər verir
Azərbaycanda güclü şaxtalar - RƏSMİ
Rahat yuxu üçün yataq dəstləri
Belə getsə, Azərbaycanda bir neçə ilə evlənməyə qız tapılmayacaq
Qəhvəli buz kubları (foto-resept)
Azərbaycanda 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına nə vaxt icazə veriləcək? - RƏSMİ
38 yaşlı modeldən çimərlik FOTOsu
HAVA necə olacaq?-11 yanvar
Övladınızın istedadlı olmasını istəyirsinizsə...
Siqaret tərgitmək üçün.
Dekorasiyada qış rəngləri
5 yaşına kimi uşaqlarda qidalanma necə olmalıdır?
Səhər saatlarından düşmən rayonlarımızı artilleriya atəşinə tutub - RƏSMİ
Bu günün hava proqnozu-01.11.2013
Polyaklar dilimizi öyrənəcəklər
Günün qoroskopu: Bədxərclik etməyin!
Minsk sammitində razılıq əldə olunub
Hava xəbərdarlığı- qar, yağış qayıdır
Sağlam ayaqlar üçün baxım
I Vitse-prezident Mehriban Əliyeva konfransda çıxış etdi
Gürcüstanın yeni prezidenti Azərbaycana ilk rəsmi səfərinə gəlir
Buyurun, söz sizindir - "Bizim Tarla" Yaşıl noxud məhsulu
Kseniya Sobçak boşandı-SƏBƏB
Məşhurlara bənzəyən sadə insanlar (FOTO)
Suqovuşan kəndindən VİDEOREPORTAJ
Qonaq otağı üçün masa dekorasiyası
Mehriban Əliyeva: “Bu, ədalətin təntənəsidir”
Qəbul imtahanlarının vaxtı açıqlandı
Meg Ryan yenə uğursuz əməliyyat etdirdi-FOTO
Qoca qadın dəfnində "dirildi", ağladı - FOTO
AFFA tərəddüd etdi, Moldovanın yolu açıldı
Philips-dən yaşlılar üçün telefon
Barışdıqdan sonra İLK Dəfə əl-ələ-FOTO
Gel boyalarda xərçəng təhlükəsi aşkarlanıb
İki yaşlı uşaq maska taxmadığı üçün ailə təyyarədən qovuldu - VİDEO
Taksilərdə qiymət artımı olacaqmı? - VİDEO
Daxili İşlər Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ
Yeni il üçün hazırlanan salatlar (2) (foto resept)
Bizdə hansı vitaminlər çatışmır?
Gəlinlik modelləri
O ölməlidir ki, biz yaşayaq - 10 min ağcaqanad və Bekhem
Gecə geyimləri-2
Övladımız üçün uşaq bağçası seçərkən nələri bilməliyik?
Nazirlikdən hava ilə bağlı açıqlama
Bu işçilərin maaşı artırıla bilər
Mars torpağı Yerdə analiz ediləcək
- ŞƏRHLƏR