Milli.Az anspress-ə istinadən bildirir ki, baş verən inflyasiya fonunda gəlirlərlə bazar qiymətlərinin uyğunsuzluğu əmək haqları və pensiyaların artırılmasını labüd edir.Prezident İlham Əliyev də Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu məsələyə toxunmuşdu."Bu il pensiya və əmək haqqının qaldırılması nəzərdə tutulmalıdır. Hökumət təkliflər hazırlasın. Əlbəttə, indiki şəraitdə bunu etmək o qədər də asan məsələ deyil. Ancaq mən dəfələrlə demişəm ki, biz çox güclü sosial siyasət aparırıq. Sosial infrastrukturun yaradılması, ünvanlı dövlət sosial yardımının təmin edilməsi üçün çox ciddi addımlar atılmışdır. Böyük vəsait tələb edən addımlar atılmışdır. Ona görə, pensiyaların və əmək haqlarının qaldırılması məsələsinə hökumət baxmalıdır, təkliflər verməlidir. Əlbəttə ki, dövlət büdcəsinə də düzəlişlər ediləcək, dürüstləşmə aparılacaq. Orada həm sosial təminat məsələləri və investisiyayönümlü məsələlər öz həllini tapmalıdır", - deyə prezident çıxışında bildirmişdi.İqtisadçı mütəxəssis Oqtay Haqverdiyev 2015-ci ildə baş verən devalvasiyalardan sonra yaranmış vəziyyəti şərh edərək bildirdi ki, indiki halda pensiyaların artırılması daha realdır. Onun fikrincə, pensiyalar inflyasiyaya uyğun olaraq, ən azı 3 faiz artırılacaq.Amma iqtisadçı əmək haqları ilə bağlı bunu deməkdə çətinlik çəkdi:"Hesab edirəm ki, əmək haqlarının artırılması məsələsində hökumət olduqcə qəliz vəziyyətlə qarşılaşacaq. Bunun üçün dövlət büdcəsinə yenidən baxılmalıdır. Amma büdcədəki vəziyyət də göz qabağındadır. Neftin qiyməti günü-gündən enməkdədir. Bu baxımdan əmək haqlarını artırmaq asan olmayacaq".Ekspertin sözlərinə görə, əmək haqqı artırılsa belə, bu, yalnız büdcədən maliyyələşən təşkilatlarda çalışan insanlara aid olacaq. Bu da təxminən 1 mln 300 min nəfərdir. Amma əhalinin çox hissəsi büdcədən maliyyələşməyən idarə və təşkilatlarda çalışır ki, onların məvacibləri sual altında qalır.Millət vəkili Vahid Əhmədov da hazırda əhalinin əmək haqları ilə alıcılıq qabiliyyəti arasında disbalans yarandığı qənaətindədir. Millət vəkili ötənilki devalvasiyanın daha çox aztəminatlı ailələrə, təqaüd alan insanlara təsir etdiyini vurğuladı.Odur ki, pensiya və əmək haqqının artırılmasını zəruri sayan Vahid Əhmədov deyir ki, bunun üçün düzgün mexanizm işlənilməlidir:"Təbii ki, pensiya və əmək haqlarının artırılması üçün dövlət büdcəsinə baxmalıyıq. Büdcəyə adətən may-iyun aylarında baxırıq. Bu artımların hansı mənbələrdən edilməsinə diqqət yönəldilməlidir. Yəni, dövlət büdcəsi hesabına və ya ehtiyat fondundan, yaxud Neft fondundan olması məsələləri araşdırılmalıdır".Ölkə başçısının tapşırığından sonra müvafiq dövlət qurumları yəqin ki, bu sahədə müəyyən tədbirlərə əl atacaq. Amma bunun nə qədər zaman aparacağı və necə reallaşdırılacağı məsələləri hələlik qeyri-müəyyəndir.
Mənbə: Milli.Az

XƏBƏR LENTİ
Bu gün Müstəqillik Günüdür
Dünyanın ən qocaman ailəsi özünün uzunömürlülük sirrini açıb
Leyla Əliyeva yaradıcılığından danışdı (FOTO)
Qız uşaqları üçün geyimlər
Aleksandr Borodin
Apple 302 milyon dollar cərimələbdi
Ailənin gücünü göstərən filmlər
Rusiya müdafiə naziri Ermənistana daşınan silahlardan danışdı
Kələm dolması(foto resept)
Orta aylıq əmək haqqı 498 manat oldu
Nazir müəllimləri əmin etdi
Azərbaycanda nikahdan kənar uşaqlar daha çox - BU BÖLGƏDƏ DOДћULURLAR
Pişiklər insanı necə görür?
Ən sağlam ölkələr
Moda brendlərini tanıyaq (1)
11 illik evlilik 40 dəqiqədə bitdi
Tailandın sabiq baş nazirinə qətl ittihamı
Günün ulduz falı
Arda Turan doğma klubuna qayıdır
Britni Spirsin ayağı burxuldu-SƏBƏB/FOTO
Yürüş üçün Honda
Brokolidən zapekanka(foto resept)
Gəlin birlikdə hazırlayaq-2
Hindistan hökuməti "selfie"ni yasaqladı
Gözlənilən film məhkəməlik oldu-SƏBƏB
Mahsun Kırmızıgül qızının FOTOsunu paylaşdı
17 kq-lıq pişiyə yiyə duran yoxdur
Qreypfrutun faydaları və zərərləri
Böyük Sülh Sazişinə hazırıq
Azərbaycanda havanın temperaturu yüksəlir
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
Daha bir prezident karatedə doqquzuncu dan aldı
Broyler toyuğunda təhlükə
Dünyanın ən gözəl qadınının sirləri
Şəkər çörək (foto resept)
Saqqız çeynəmək insanı xarizmatik edir? -
Dərini gözəlləşdirən şaftalı
İlham Əliyev Vətən müharibəsinin qazilərinə və şəhid ailələrinə dəstək fondu yaratdı - FƏRMAN
Siqaretlərin qiyməti düşdü
Acun "Survivor"və "Exathlon" yarışlarının gələcəyindən danışdı-FOTO
Bakının bu ərazilərində işıq olmayacaq
Putin döyüş əmri verdi
Qan və qan damarları üçün
"Kinoya marağın artırılması üçün yeni kinoteatrların yaradılması zəruridir"
Qaynadılmış yumurtanı necə təzə saxlamaq olar?
"Ermənistanda bəzi radioaktiv ehtiyatlar ola bilər"
Boyunbağılar
Robotlar üçün park tikiləcək
Dilqəm Əsgərovun oğlu danışdı
Günün qoroskopu:Soyuqqanlı olun!

- ŞƏRHLƏR