Hindistan Asiyada olan və sahə baxımından dünyada yeddinci, əhali baxımından ikinci sırada yer alan dövlətdir. İqlim dəyişikliklərinin yaşandığı coğrafi ərazidə yerləşir. Dekabr və fevral ayları arasındakı dövrdə ən sərin iqlim yaşanır. Bu dövrdə gün ərzində hava günəşli keçir. Mart və may ayları arasındakı dövrdə olduqca isti, quru və tozlu bir hava hakim olur. İyun və sentyabr ayları arasındakı dövrdə isə ölkənin böyük bir hissəsində yağışlar yağır.
Dünya əhalisinin təxminən altıda birinə sahib olan Hindistan Yer üzündə qarşılaşa biləcəyiniz hər cür tarixi, mədəni, memarlıq və təbii zənginliyi qoruyub saxlayan ölkədir. Ölkəni ziyarət etmək xəyal sərhədlərini genişlədən gözlənilməz təcrübələrə yelkən açmağa bərabərdir.
Hinduizmin və çox mədəniyyətliliyin şəkilləndirdiyi ictimai həyat, məbədlər, saraylar, çaylar, on minlərlə km-lik sahildəki mükəmməl çimərliklər və istirahət bölgələri, uzun və zəngin bir tarixin mirası olan abidələr və əsərlər, Himalay dağları, ölkənin qərbində uzanan müqəddəs Qanqa çayı, dünyanın başqa bir yerində görə bilmədiyiniz heyvan növləri və botanika bağçalarını saxlayan möhtəşəm milli parklar, əfsanələriylə tanınan şimal-qərb çölləri ...
Hindistanın Qızıl Üçbucaq (Golden Triangle) bölgəsinin mərkəzində paytaxt şəhər olan Dehli yerləşir.
Hindistanın çimərlikləri bütün dünyada məşhurdur. Bombeydəkı Juhu və Chopatti çimərlikləri, Goadaki çimərliklər, dünyanın ikinci böyük çimərliyi olan və ölkənin cənub-şərqindəki Chennai liman şəhərində yerləşən Marina çimərliyi, Kovalamın məşhur çimərliyi ölkənin sahib olduğu saysız möhtəşəm çimərlikdən bir neçə nümunədir.
Dünyada çox az ölkə Hindistan qədər qədim və fərqli bir mədəniyyətə malikdir. Hind həyat tərzinə adaptasiya olan müxtəlif köç dalğaları 5000 illik tarixə sahib olan Hindistanda mədəniyyəti zənginləşdirmişdir. Bu müxtəliflik Hindistanı fərqli edən bir xüsusiyyətdir. Hindistanda danışılan dillərdə olduğu kimi fiziki xüsusiyyətlər, din və irqlərdə də sıx bir müxtəliflik vardır. Bu fərqliliyin altında Hind mədəniyyətinin və ictimai quruluşunun ta qədim zamanlardan bu günə qədər davam edən davamlılığı yatır.
Din Hindistanda bir həyat tərzi, bütün Hind ənənələrinin ayrılmaz bir hissəsidir. Bir çox hindli üçün din gündəlik işlərdən təhsil və siyasətə qədər həyatın hər mərhələsinə nüfuz etmişdir. Dünyəvi Hindistan, Hindi, İslam, Xristianlıq, Jainizm, Sihizm və digər saysız dini ənənəyə ev sahibliyi edir. Hindi ən məşhur dindir və əhalinin 80%-i tərəfindən tətbiq edilir. Hindilərlə yanaşı, müsəlmanlar öndə gedən dini qrupdur və Hind cəmiyyətinin ayrılmaz bir hissəsidir. Hindistan İndoneziyadan sonra sayca ən çox müsəlman əhaliyə malikdir. Hindistanda bütün dinlər tərəfindən qəbul edilən ortaq proqramlar var və hər il müxtəlif musiqi və rəqs festivalı bütün cəmiyyətlərdə qeyd edilir. Hər birinin öz yerləri, qəhrəmanları, əfsanələri və hətta mətbəx vərdişləri vardır. Hindistan əhalisinin böyük əksəriyyətinin sahib olduğu bu inancı şəkilləndirən tək bir fəlsəfə yoxdur.
Bir tərəfdə yoxsulluq, o biri tərəfdə zənginlik... Bir tərəfdə dini strukturlar, bir tərəfdə məbədlər... Bir tərəfdə küçələrdə sərbəst gəzən inəklər, meymunlar, bir tərəfdə maddi heç bir şeyə dəyər vermədiklərini məlum etmək üçün çılpaq ayaqla gəzən insanlar... İnancları, mədəniyyətləri, həyat tərzləri... İnanclarının gəliri olan paltarları, rəngli və əyləncəli festival... Qısacası, bir çox şeyi bir yerdə tapa biləcəyiniz bir ölkə.
Hindistanda heyvanların olduqca fərqli yerləri vardır. Məsələn, səsi olduqca çirkin olan, lakin quyruğunu açdığınız zaman sizi nağıllar aləminə aparacaq qədər gözəl və ovsunlayıcı, ilk zamanlarda ətini yemək üçün bəslənən, ancaq zamanla ovlanma qadağası qoyulan tovuz quşları... Müqəddəs heyvan olan inəklər... Ağaclarda gəzən meymunlar ...
Hindistanda əyləncə mənasında fərqli bir mədəniyyətin bütün izlərini tapacaqsınız. Bu ölkədə az qala hər gün ayrı özəl bir gün qeyd olunur. Bu qeyd olunan festival hamısı ayrı bir coşğu, ayrı bir əyləncə içində keçir.
Hindistanda rəqsin olduqca böyük əhəmiyyəti vardır, istər inancları, istərsə də həyat mədəniyyətləri istiqamətində rəqs Hindistanda həyat formasıdır. Bundan 6000 il əvvələ aid olan qazıntılardan Hindistanda qadınların ta qədimdən bu yana rəqsə və musiqiyə nə qədər düşkün olduqları aydın olmuşdur.Bu ölkədə rəqs konsentrasiya və edilən işə adaptasiya olma deməkdir. Hindistanda rəqs insanın bədən diliylə özünü qarşısındakı insana izah etmə, duyğularını ifadə etmə formasıdır.
Paytaxt: Dehli
Red Fort (Qırmızı Qala): Bu ​​qala Dehlidə ziyarətə gələn bir çox insanın ilk ziyarət etdiyi yerlər arasındadır. Şah Cahan tərəfindən 1648-ci ildə tikilən bu quruluş ən çox qırmızı divarları ilə məhşurdur. Qırmızı Qala Şah Cahanın zənginlik və gücünün göstəricisi kimi tikilmisdir.
Jama Məscidi: Hindistanın ən böyük məscididir. Minarəsi və içərisində olan dəstəmaz alınan hovuzu ilə görülməyə dəyər. Məscidin divarlarında bütün Hindistanda rast gələ biləcəyiniz və olduqca maraqlı olan detallar vardır.
Varanasi:
Bu şəhər Hindistanda müqəddəs şəhər adlandırılır.Məbədlər, prospektlər, evlərin arxitekturası, insanların həyat tərzindən başqa, bu şəhəri ən özəl edən hadisələrdən biri "ölü yandırma mərasimləridir". Bu mərasim Hindistanda olduqca əhəmiyyətlidir. Hinduizm inancına görə, ölülərin bir daha dünyaya gələcəklərinə inanırlar. Və bunun üçün də ölülər yandırılaraq, külləri müqəddəs Qanqa çayına atırlar. Bu mərasimlərdə cənazənin üzərində çox sayda odun olması ölən adamın olduqca zəngin olduğu mənasını daşıyır.
Khajuraho:
Bu şəhər Hindistanda məbədlər şəhəri kimi tanınır. Kiçik qəsəbə böyüklüyündəki bu şəhərdə ən çox diqqəti cəlb edən şey Khajuraho məbədləridır. 9-cu və 12-ci əsrlərdə tikilən 85 məbəddən yalnız 25-i yaxşı vəziyyətdə qalmışdır. Bu məbədlər döyüş, qəhrəmanlıq və sevgi mövzularının işləndiyi məbədlərdır.
Agra:
Tac Mahal: Hindistanın simvolu olan bu əsər arxitekturası, gün batarkən və doğularkən görülən fərqli mənzərələri ilə görənləri heyran edir. Bu tarixi abidə təxminən 21-ci ildə başa çatmış və inşasında 20 min işçi işləmişdir. Ağ mərmərin içinə qarışdırılan qiymətli daşlar sayəsində gün doğularkən ayrı, gün batarkən ayrı rənglərə bürünür. Tac Mahalın ətrafındakı 4 qübbə xaricə doğru əyri dayanır. Hindistanda zəlzələ zamanı abidəyə zərər dəyməməsi üçün qüllələr xaricə doğru inşa edilmişdir.
Ancaq Tac Mahalı məşhur edən qüllələrin əyriliyi və ya inşasında işlədilən işçilərin sayı deyil. Tac Mahalın quruluşu onu dünyanın ən maraqlı strukturlarından biri etmişdir. Şah Cahan çox sevdiyi həyat yoldaşı 14-cü uşağını dünyaya gətirərkən vəfat edir, bundan kədərlənən Şah Cahan həyat yoldaşının xatirəsinə Tac Mahalı tikdirmişdir. Bu abidə eşqin simvolu qəbul edilir.
Agra Qalası: Bu ​​qala Tac Mahalın qarşısındadır.
Bu qaladan görünən Tac Mahalın mənzərəsi olduqca gözəldir. Bu qalanın da Tac Mahal qədər olduqca təsirli hekayəsi vardır. Tac Mahalın inşasında olduqca çox pullar xərclənməsindən, ölkə iqtisadiyyatının demək olar ki, çökmək üzrə olmasına əsəbiləşən Şah Cahanın oğlu Evrengzib əvvəl atasını taxtdan endirir, daha sonra Agra Qalasında bağlayır. Şah Cahan ömürünün qalan 7 illini bu qaladan sevgisinin xatirəsinə inşa etdirdiyi Tac Mahalı seyr etməklə keçirir.
XƏBƏR LENTİ
2015-2016-cı illər gəlinlik modelləri
Bu gün səni istədim
Azərbaycanda daha üç nəfər koronavirusdan öldü: 277 yeni yoluxma
Ramiz Fətəliyevə “Xalq artisti” fəxri adı və “Şöhrət” ordeni verilib
Çəkisizlik immuniteti azaldır
Məşhur aktrisa tarazlığını qoruya bilmədi-FOTO
Demi Mur hər kəsi təəccübləndirdi-FOTO
Hande və Murat bu evdə yaşayacaq-FOTO
Bakıda tıxaca səbəb olan piyada keçidləri
Buğa bürcü qadınına nə hədiyyə etməli?
Pis xəbərlərin faydası da var
Üzüm bağının altından görün nə çıxdı - FOTO
Ledi Qaqadan gözlənilməz açıqlama
Dilənçi qızın hekayəsi
50 dən çox sahibkar “McDonalds”ı məhkəməyə verdi
Pensiyalar nə vaxt veriləcək? - Nazirlikdən açıqlama
1 sözdən ibarət kitab
Ərdoğan bu gün Bakıya gəlir
Təhsil Nazirliyindən orta məktəblərdə bu günə olan koronavirusa yoluxma ilə bağlı AÇIQLAMA
"Qəbələ" "İnter"ə qarşı
Çox düşünmə xəstəliyi
Uşaq evinin bütün sakinləri ailələrə verildi - FOTO
Gözləmək də bir sənətdir...
İyulda hava necə olacaq?
Yayda saçların qurumasının qarşısını necə alaq?
UNO gecə İsveç gölündən su çəkdi - VİDEO
Bakıya QAR yağacaq?
Lazımsız boşqablarla evinizi bəzəyin
Günün qoroskopu: çalışın, risk etməyəsiniz
"DAN ULDUZU" instrumental ansamblının konserti keçiriləcək
Paşinyan bu dəfə Trampa gileylənir
“Eurovision-2019” Qüdsdə keçiriləcək
İrina Şeykin gözəllik sirləri
Bu gün “Üç aylar” başlayır
"Ezo gəlin" şorbası (foto-resept)
Təbiətlə insan birləşərsə..
Arıqlamaq üçün səhərlər nə yeməli?
Erməni türk sərhədi açılır?
Nikolas Keyc 4 günlük xanımından boşana bilmir-SƏBƏB
Yeni orfoqrafiya lüğəti nə zaman nəşr olunacaq?
Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb
İlham Əliyev "Çay evi"ndə
Qovun bəhməzinin hazırlanması (foto resept)
"Zerkalnı" nömrə həvəskarlarına şad xəbər
Təhsil Nazirliyindən universitetlərə onlayn tədrislə bağlı TƏKLİF
"Qarabağ"ın vitse-prezidenti: "Əlimizdə fakt yoxdur"
Co Bayden bu gün ilk prezident brifinqini keçirəcək
Azərbaycanda 56 nəfər koronavirusdan sağaldı, üç nəfər vəfat etdi
Dörd gün tətil olacaq!
Malayziya kralı Moskva gözəli ilə evləndi - FOTO
- ŞƏRHLƏR