Çox çirklənməmiş xəzləri ev şəraitində təmizləmək olar. Papaq və yaxalıq kimi kiçik xəzlərdə yağ ləkəsini benzinə batırılmış təmiz əski ilə silirlər. Əskini xəzin xovu istiqamətində aparmaq lazımdır. Az yağlanmış xəzləri xovu istiqamətində ,çox yağlanmış nazik xəzləri isə xəzin xovuna əks istiqamətdə silmək lazımdır. Quruyandan sonra tükləri iri dişli daraqla darayın. Xəzin tüklü hissəsinə düşmüş yağ və tər ləkələrini naşatır spirti və xörək duzu məhlulunda (1çay qaşığı naşatır spirti 3çay qaşığı xörək duzu və 0,5 l su), ya da denaturat spirti və naşatır spirti məhlulunda (bərabər hissələrdə)təmizləmək olar. Əskini əvvəldə göstərdiyimiz məhlullardan birinə batırıb xəzi silin və qurumağa qoyun.
Quruyandan sonra iri dişli daraqla darayın. Böyük xəz paltoları azca isidilmiş ağac ovuntusu və ya un kəpəyi ilə təmizləmək olar. Ovuntunu əvvəl benzində isladın ,sonra 1-2 ovuc götürüb xəzin üstünə tökün və sürtün. Beləliklə, bütün xəz təmizlənir.Çox yağlanmış yerləri 2-3 dəfə sürtmək lazımdır. Sonra çırpıb iri dişli daraqla darayın. Yadda saxlayın ki, iynə yarpaqlı ağacın ovuntusu ilə xəzi təmizləmək olmaz, çünki bu ağaclar qatranlı olur. Ağ tüklü xəzləri kartof unu ilə təmizləyin, sonra çırpın və darayın.
Xəzin tükünün parıltısı artsın deyə, onu azacıq sirkə məhlulunda isladılmış əski ilə silmək lazımdır. Əgər xəzin dərisinin tərs üzü ləti kobudlaşmış və yumşaqlığını itirmişsə ,onu bərpa etmək üçün ləti 1l suya 1xörək qaşığı sirkə cövhəri və 50 q xörək duzu qatılmış məhlulda ,ya da yağlı emulsiyada islatmaq lazımdır. Yağlı emulsiyanı düzəltmək üçün 100q sabunu 1 L suda əridin və üstünə 100 q balıq yağı ,15-20 q naşatır spirti töküb qarışdırın. Ləti həmin məhlul ilə isladıb qatlayın ,elə bükün ki, lət-lətin üstünə düşsün. Sonra 3-4 saat saxlayıb otaq temperaturunda qurudun və hər tərəfə dartın. Əgər tük hissəsi xarab olmuşsa ,onu benzinlə təmizləyib darayın.
XƏBƏR LENTİ
Azərbaycanın adı dünyaca məşhur serialda
Məşhur vulkan yenə püskürdü
Dünyanın Ən Gənc Nənəsi 23 yaşındadır-FOTO
Yaddaşınızı zəiflədən səbəblər
"Uşağım" dəniz qırağında
Sabahın HAVASI
“Recep İvedik 6”nın çəkilişləri başladı - İlk FOTO
Pulları ilə toy etmək yerinə Afrikaya gedən cütlük
Özcan Dəniz ata olacaq!
İşsizlər işlə təmin olunub
Ebolaya qarşı virus sınanır
Badamlı çörək (foto resept)
Xiaomi Apple-ı ötdü
Bakıda Məşədi İbadla hambala heykəl qoyuldu - FOTO
Allergiya
Atatürk sevgisi Ginnesə sığmadı
Erməni yalanları ifşa edilir
Sinəsini böyütdü: yaddaşından və işindən oldu - FOTO
Aya Sofyaya imam və müəzzin təyinatı olub
Qeyri-peşəkarların "psixoloqluğu": həyatınız məhv ola bilər
Google Glass yasaqlandı
Yaşlanmanı gecikdirən bəsit üsul
Soyuq havalar üçün manikür modelləri
Beynəlxalq mükafata layiq görülmüş şəkillər
Toy etmək istəyənlərin NƏZƏRİNƏ
Ən dayanıqlı ev tikildi
Smurfiklər şəhəri - FOTO
Pendirli kotlet (foto-resept)
Təhsil Nazirliyi vətəndaşların qəbulunu avqustun 31-dək dayandırdı
10 illik koma: sərxoşa elə dərs verdilər ki...
Aforizmlər
Prezident İlham Əliyev: "Sankt-Peterburq görüşünün müsbət nəticələri var"
Ebru Şallının 3 qızıl qaydası
Karton qıza aşiq olan pinqvin öldü - FOTO
Məşhurların doğulduğu evlər (foto)
Kraliça işçi axtarır - 100 min manat maaş verəcək
Kainatımızın forması-Qaranlıq maddə(2)
Ramazan müxtəlifliyi
Üz dərisi üçün gimnastika
Ramazan ayına görə 500 məhsulun qiyməti endirildi
“Avroviziya”nın qalibi bəlli oldu
Seksin səkkiz möcüzəsi
Serenay Sarıkaya Cem Yılmazı belə təbrik etdi-FOTO
Günün qoroskopu:Qətiyyətli olun
Yeni iş imkanı
Nişan şirniyyatları
Makiyaj etmədən gözəl görünməyin yolları
TQDK-dan abituriyentlərə ciddi xəbərdarlıq
Sakitlikdirsə, bir şeylər tərs gedir.
Günün ulduz falı - 21.02.2014
- ŞƏRHLƏR