
Kənd sakinlərinin sözlərinə görə, hazırda kəndə elektrik enerjisinin verilməsi ilə bağlı illərdir mövcud olan problem hələ də qalmaqdadır.Eyni zamanda qalanın içməli suya olan ehtiyacı tam ödənilmir. Kənd sakini Qabil Mahmudovun sözlərinə görə, 2008-ci ildə kənd ərazisində Qala tarixi muzeyi inşa olunduqdan sonra dövlətin kəndə olan diqqəti bir az artıb, amma bu, yetərli deyil:
“Qala qədim kənddir. Yol salırlar, müasir işıq dirəkləri basdırırlar. Amma bütün bu işlər kəndin cəmi bir küçəsini əhatə edir. Yaxşı olardı ki, görülən abadlıq işləri digər küçələrə də şamil olunsun”.
Kənd sakininin sözlərinə görə, bütün çatışmazlıqlara baxmayaraq kəndin qədim tarixə malik olması, eyni zamanda yaradılan tarixi qoruq kəndi ziyarət edən turist sayını ildən-ilə artırır: “Qala elə də böyük kənd deyil. Kəndin cavanlarının yarısı Bakıda tikintidə və ya bazarlarda çalışırlar. Yayda kəndə çox turist gəlir. Küçədə hazırladığımız əl işlərini, maraqlı suvenirləri satıb, birtəhər dolanırıq”.
Kənddə olarkən öyrəndik ki, hələ də Qalaya marşrut avtobusu işləmir. Əhali Türkan, Zirə və Pirallahıya gedən avtobuslardan istifadə edir. Qala sakinləri deyirlər ki, kəndə getmək üçün avtobusdan düşüb 800 metrdən çox məsafəni piyada qət etmək məcburiyyətində qalırlar. Hacı Qafur İsrafilovun sözlərinə görə, sonuncu dəfə marşrut avtobusunu 2008-ci ildə görüb: “Qoruğun açılışından sonra təxminən bir həftə 350 saylı marşrut işlədi. Daha sonra səbəbsiz yerə ləğv olundu. Kənd sakinləri dəfələrlə toplaşıb nəqliyyat naziri Ziya Məmmədova məktub yazaraq kəndə avtobus ayrılmasını tələb ediblər.
Altı il keçsə də əzablarımız dəyişilməz qalıb. Yayda havaların isti keçdiyi günlərdə sözün əsl mənasında cəhənnəmi görüb gəlirik. Bu vəziyyət nə vaxta kimi davam edəcək? Bax sualıma hələ də cavab verən olmayıb".
Qaz, işıq, su problemləri də Hacı Qafur İsrafilovu cana yığıb. Bununla belə o bir qalalı kimi ümidini itirmədiyini deyir.
Kənd tarixi ilə tanındığından burdaakı tarixi-etnoqrafiya qoruğunu da ziyarət etdik. Bazar günü olduğu üçün muzeyin rəhbəri Fikrət Abdullayevlə görüşmək imkanımız olmadı. Buna baxmayaraq qoruğu gəzmək üçün bizə bələdçi ayrıldı. Bələdçi bizi qoruğun ərazisi ilə tanış etməklə yanaşı, kəndlə bağlı maraqlı məlumatlar da verdi. Onun sözlərinə görə, Abşeronun ilk qalasının tikildiyi məskən məhz bura olub: “Kəndi gəzsəniz, köhnə məhəllələrin qalıqları, xarabalığı xatırladan uçmuş evlər, tarixi abidələr, türbələr, ovdanlar, məscid və hamamlar gözünüz qarşısında canlanacaq. Kənddə gəzib, görməyə imkan tapa bilmədiyiniz sərdabələr, məqbərələr, kurqanlar, qəsrin qalıqları açıq səma altında yaradılmış bu qoruqda sərgilənir. Qısacası, eramızdan öncəki tarixi mühit bu kənddə yaxşı qorunub saxlanılır”.
Qalada və ona bitişik olan ərazidə 215 memarlıq və arxeoloji abidə var. Kənddə 5 məscid, 3 hamam, 4 ovdan, saysız-hesabsız yaşayış evləri, kənd təsərrüfatı təyinatlı binalar, sərdabələr, məqbərələr, kurqanlar, qəsrin qalıqları və s. mövcuddur. Kəndin dörd böyük məhəlləsi və iki geniş meydanı olub. Balaverdi, Tərəkəmə, Hacı Ramazan, Çəmbərəkənd (Şıxlar) məhəllələri ilə eyniadlı məscidlər də var.
Yerli sakinlər isə deyirlər ki, qədim məscidlərin hər birinin özünəməxsus tikilmə texnikası var. Belə ki, məscidlərdə səsgücləndiricidən istifadə edilmədiyi üçün came tikilərkən xüsusi dəliklər açılıb. Həmin dəliklər səsin dəniz üzərindən gələn küləklə birgə yayılmasına imkan verir.
Kəndin ensiz və qarışıq yolu olan küçələrində azmaq qeyri-mümkündür. Növbəti məkanımız ərazisi qoruq elan olunan qədim qəbristanlıq oldu. Məzar daşlarının çoxu torpağın altında olan bu ərazidə pirlər, ovdanlar və ziyarətgahlar kifayət qədərdir. Ərazi qoruq elan olunub. Buna görə də kəndlilərə öz yaxınlarını bu ərazidə dəfn etmək yasaqlanıb. Məzarlığın sol tərəfində qədim yaşayış evlərinə rast gəlirik. Yarıuçuq vəziyyətdə olan bu evlərin inventar nömrəsi var və hamısı da qorunur. Qalalılar abidələrin daşlarını söküb ev tikmək planlarından əl çəksələr də, qoruğun ərazisini zibilləmək fikrindən daşınmırlar. Üstəlik, Qoruq İdarəsindən kəndlilərə bu barədə dəfələrlə xəbərdarlıq olunsa da, bunu qulaqardına vururlar. Hətta cərimələrin tətbiqi də vəziyyəti dəyişməyib.
Məlumat üçün deyək ki, 2008-ci ildə Qalada Tarixi-Etnoqrafiya Qoruğunun ərazisində açıq səma altında ilk arxeoloji-etnoqrafik muzey kompleksi salınıb. 1,2 hektar ərazidə olan muzey kompleksində Azərbaycanın tarixi incilərini seyr etmək üçün gözəl şərait yaradılıb. Bütövlükdə burada 22938 eksponat qorunur. Muzeyi gəzərkən b.e.ə III-II minilliklərdən başlayaraq eramızın orta əsrlərinə qədər tarixi əhatə edən qayaüstü rəsmlər öz mövzu və süjetlər ilə gözümüzün önündə canlanır. Arxeoloji araşdırmalar Qala kəndində 5000 il əvvəl Tunc dövrünə aid yaşayış məskəninin olmasını sübut etsə də onun müasir dövrümüzə gəlib çatmış tarixi məişət və təsərrüfat tikililəri XVI-XIX əsrlərin əvvəllərinə aid edilir. Qeyd edək ki, muzeyin ərazisində dəvə və Qala cinsindən olan qoyunlar da sərgilənir.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Erməni həvəsi qursaqda qaldı
“Oskar”a həsrət qalan 10 məşhur aktyor - SİYAHI
Tuvana Turkayın paylaşdığı şəkil 33 illik sirrin üstünü açdı -FOTO
İmamoğlunun xanımı məşhur jurnalın üz qabığında - FOTO
İradəsini nümayiş etdirmək istəyən gənc 37 kq arıqladı
Təbiətin möcüzəsi: noyabrda ağacda təzə alça
Zükerberqdən 3 milyard dollarlıq xeyriyyə
Qəribə toy: bəylə gəlin yuxarıda, qonaqlar aşağıda
Ulduzlardan gözlənilməz addım
Kəmaləddin Heydərov FHN-in apardığı yoxlamalar barədə məlumat verib
Vitaminli xörəklər - 4
HAVA necə olacaq?-5 Mart
Bakının yeni dərdi - sərxoş qadın sürücülər
Məşhur aktyor kitab yazır-FOTO
Can Yamanın tamaşaçıya verdiyi cavab Gündəm Oldu
Ordumuzda “Həyəcan” siqnalı
İrem Sak pərəstişkarını məhkəməyə verdi-SƏBƏB
Ağciyər xərçəngi müalicəsində EBUS üsulu
Tatuajla bağlı sensasiyalı açıqlama
15 yaşlı Azər Rusiyanı heyrətləndirdi
İsveçrə ilə Azərbaycan arasında viza rejimi aradan qaldırıla bilər
Günün ulduz falı - 22.09.2013
Müğənni beynini və səsini 10 milyona sığortalamaq istəyir
50 ton qızıl haradadır?
Ləzzətli rulet (foto resept)
Mədə-bağırsaq xəstəliyi və qurdları
Azərbaycan silahı Türkiyədə
XƏBƏRDARLIQ: virus infeksiyası yayılıb
Məşhur futbolçular haqda maraqlı faktlar
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Dəbli boyunbağılar
Qadın və futbol ...
Orqanizmimiz haqqında 15 maraqlı məlumat
Tərəvəzli toyuq (foto resept)
Azərbaycanda analoqu olmayan şəlalə
Oyuncaqlarla ehtiyatlı olun
Çiyələkli piroq (foto resept)
Ay dəlikləri
Erməni hərbçilərdən təhlükəli addım
Hamiləlik şansını artırmaq üçün 5 tövsiyə!
Azərbaycanda safari parkı yaradılacaq
Ayaqların şokolad dərdi
Alış-verişdə uşaq inadkarlığı
Gökçe Bahadır 3,5 milyon qazanacaq
İstirahət gününün HAVAsı
Uşaqların rəsmlərindən ilham aldı
Hande Yenerdən gözlənilməz irad
Nənəsini qucaqlamaq üçün xüsusi kostyum ixtira etdi - VİDEO
Kələmli qarğıdalı salatı (foto resept)
Beren Saat arıqlayıb bu hala düşdü - FOTO















- ŞƏRHLƏR