“Dövlətin gördüyü tədbirlər əhalinin sağlamlığının qorunması üçündür. Buna nə üçün etiraz edirlər? Təklif edərdim ki, cümə günü də bu məhdudiyyət tətbiq olunsun, üç gün küçəyə çıxmaq qadağan olunsun”.
Qadin.Net bildirir ki, bunu oxu.az-a Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev deyib.
Onun sözlərinə görə, vətəndaşlar görülən tədbirə dəstək olmalıdır:
“Ölkə ərazisində karantin rejimi çərçivəsində həftəsonları küçəyə çıxmaq qadağan olundu. Bu, yerində verilmiş qərardır. İnsanlar buna dəstək olmalıdır. Qərar ölkə ərazisində fəaliyyət sisteminə ciddi mane olmur.
Bu, virusun geniş yayılmasının qarşısını almağa kömək edəcək. Türkiyənin timsalında bu üsulun effekt verdiyini gördük. İnanıram ki, bu qadağalar bir neçə həftə davam etdiriləcək.
Nəticədə, yoluxma sayında kifayət qədər azalma müşahidə olunacaq. Vətəndaşlar cərimədən qorxduğu üçün yox, sağlam qalmaq üçün qoruyucu vasitələrdən istifadə etməlidir”.
C.İsayev onu da əlavə edib ki, koronavirus pandemiyasının uzun müddət ölkə ərazisində mövcud olacağını düşünür:
“Mən güman etmirəm ki, koronavirus infeksiyası qısa zaman ərzində ölkədən tamamilə təmizlənsin. Çünki bu SARS-CoV virusundan törəyən SARS-CoV-2 virusudur. Digəri ilə müqayisədə, SARS-CoV-2 daha geniş miqyasda yayılıb.
Bu gün dünyada koronavirusa yoluxanların sayı yeddi milyona yaxınlaşır. SARS-CoV virusuna yoluxanların sayı cəmi 10 minə yaxın, ölüm faktı isə 6-9 faiz arası olub. Güman edirəm ki, qarşıdakı illərdə COVID-19 respirator virus infeksiyalar sırasına qoşulacaq və zaman-zaman özünü büruzə verəcək”.

XƏBƏR LENTİ
Maskalarla bağlı gözlənilməz açıqlama: Yeddi gün…
Yıldız Tilbe evində klip çəkdirdi-VİDEO
Selena tədbirə ona böyrəyini verən rəfiqəsi ilə getdi - FOTO
Meryem Üzerli təyyarədən endirildi-SƏBƏB
Dollarda qəfil ucuzlaşma
Bakıdan xaricə gedənlərin nəzərinə: 40 manata...
Evliliyinizi "yaxşı"dan "mükəmmələ" çevirəcək 3 yol
Ən varlı məşhur o seçildi
Depressiyadan xilas olma yolları
Dərini makiyaja hazırlamaq üçün 5 addım
Kişinin qanı süd kimi ağardı-SƏBƏB
Türkiyə Azərbaycana yeni səfir təyin etdi
Neft kəskin bahalaşdı
Gözəl olmaq istədi canından oldu-FOTO
Kokoslu paxlava (foto-resept)
Bakıda kafe və restoranlarda qiymətlər artıb - VİDEO
Nizami Gəncəvidən ibrətamiz kəlamlar
Yaponiyada koronavirusa yoluxmada rekord
Azərbaycanda 1000 nəfərə yaxın insan qidadan zəhərlənib
Göz makiyajı nümunələri
Mel Gibson haqqında inanılmaz FAKTLAR
Birinci sinfə qəbul qaydaları ilə bağlı çaşqınlıq yaranıb
Hande Soral yeni imicdə
Pizza bişirmək üçün pomidor sousu (foto resept)
“Instagram” da bu funksiyanı aktivləşdirdi
Siqaretin daha bir fəsadı üzə çıxdı
Gündəlik idman hərəkətləri
Bakıda daha bir hind toyu-FOTO
Bu il Həcc ziyarətinə sənəd qəbulu erkən başlayacaq
Günün ramazan təqvimi (10 iyul)
Burak Özçivit bu dəfə Buxarestə gedir
Ərikli bükmə (foto resept)
Ərdoğan ABŞ-a xəbərdarlıq etdi
"Yüzleşme" serialı reytinq qurbanı oldu
İspan dili 10-cu dərs
Çin Ayda bioloji eksperiment apardı
Azərbaycanda daha 38 nəfər koronavirusdan sağaldı - RƏSMİ
Xaçapuri (foto resept)
“Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş hər üç şəxs üçün Prezidentin aylıq təqaüdü təyin edildi
Azərbaycanlıların yaşadığı yataqxanaya hücum olub
Acı ləzzət: şirin şokolad yağı
Xocalı-sağalmaz yaram mənim(2)
Mahsun Kırmızıgüldən şəhid generalımızla bağlı paylaşım - FOTO
Tom Hanks və xanımın qanı müalicə üçün istifadə olunacaq-FOTO
Bu xəbər bakılı sürücüləri məyus edəcək
HAVA necə olacaq?
Kino ulduzlarının arıqlaması-top 5
Uşaqlarda köklüyün zərərləri
9 möcüzəli ağac şəkli
İdman etdikdən sonra əzələ ağrısı çəkməmək üçün...
