Qadin.NET / Xəzlərin təmizlənməsi

Xəzlərin təmizlənməsi

 

 

 

Çox çirklənməmiş xəzləri ev şəraitində təmizləmək olar. Papaq və yaxalıq kimi kiçik xəzlərdə yağ ləkəsini benzinə batırılmış təmiz əski ilə silirlər. Əskini xəzin xovu istiqamətində aparmaq lazımdır. Az yağlanmış xəzləri xovu istiqamətində ,çox yağlanmış nazik xəzləri isə xəzin xovuna əks istiqamətdə silmək lazımdır. Quruyandan sonra tükləri iri dişli daraqla darayın. Xəzin tüklü hissəsinə düşmüş yağ və tər ləkələrini naşatır spirti və xörək duzu məhlulunda (1çay qaşığı naşatır spirti 3çay qaşığı xörək duzu və 0,5 l su), ya da denaturat spirti və naşatır spirti məhlulunda (bərabər hissələrdə)təmizləmək olar. Əskini əvvəldə göstərdiyimiz məhlullardan birinə batırıb xəzi silin və qurumağa qoyun.

 Quruyandan sonra iri dişli daraqla darayın. Böyük xəz paltoları azca isidilmiş ağac ovuntusu və ya un kəpəyi ilə təmizləmək olar. Ovuntunu əvvəl benzində isladın ,sonra 1-2 ovuc götürüb xəzin üstünə tökün və sürtün. Beləliklə, bütün xəz təmizlənir.Çox yağlanmış yerləri 2-3 dəfə sürtmək lazımdır. Sonra çırpıb iri dişli daraqla darayın. Yadda saxlayın ki, iynə yarpaqlı ağacın ovuntusu ilə xəzi təmizləmək olmaz, çünki bu ağaclar qatranlı olur. Ağ tüklü xəzləri kartof unu ilə təmizləyin, sonra çırpın və darayın.

  Xəzin tükünün parıltısı artsın deyə, onu azacıq sirkə məhlulunda isladılmış əski ilə silmək lazımdır.  Əgər xəzin dərisinin tərs üzü ləti kobudlaşmış və yumşaqlığını itirmişsə ,onu bərpa etmək üçün ləti 1l suya 1xörək qaşığı sirkə cövhəri və 50 q xörək duzu qatılmış məhlulda ,ya da yağlı emulsiyada islatmaq lazımdır. Yağlı emulsiyanı düzəltmək üçün 100q sabunu 1 L suda əridin və üstünə 100 q balıq yağı ,15-20 q naşatır spirti töküb qarışdırın. Ləti həmin məhlul ilə isladıb qatlayın ,elə bükün ki, lət-lətin üstünə düşsün. Sonra 3-4 saat saxlayıb otaq temperaturunda qurudun və hər tərəfə dartın. Əgər tük hissəsi xarab olmuşsa ,onu benzinlə təmizləyib darayın.

 

12 fevral 2012
GO BACK