Çox çirklənməmiş xəzləri ev şəraitində təmizləmək olar. Papaq və yaxalıq kimi kiçik xəzlərdə yağ ləkəsini benzinə batırılmış təmiz əski ilə silirlər. Əskini xəzin xovu istiqamətində aparmaq lazımdır. Az yağlanmış xəzləri xovu istiqamətində ,çox yağlanmış nazik xəzləri isə xəzin xovuna əks istiqamətdə silmək lazımdır. Quruyandan sonra tükləri iri dişli daraqla darayın. Xəzin tüklü hissəsinə düşmüş yağ və tər ləkələrini naşatır spirti və xörək duzu məhlulunda (1çay qaşığı naşatır spirti 3çay qaşığı xörək duzu və 0,5 l su), ya da denaturat spirti və naşatır spirti məhlulunda (bərabər hissələrdə)təmizləmək olar. Əskini əvvəldə göstərdiyimiz məhlullardan birinə batırıb xəzi silin və qurumağa qoyun.
Quruyandan sonra iri dişli daraqla darayın. Böyük xəz paltoları azca isidilmiş ağac ovuntusu və ya un kəpəyi ilə təmizləmək olar. Ovuntunu əvvəl benzində isladın ,sonra 1-2 ovuc götürüb xəzin üstünə tökün və sürtün. Beləliklə, bütün xəz təmizlənir.Çox yağlanmış yerləri 2-3 dəfə sürtmək lazımdır. Sonra çırpıb iri dişli daraqla darayın. Yadda saxlayın ki, iynə yarpaqlı ağacın ovuntusu ilə xəzi təmizləmək olmaz, çünki bu ağaclar qatranlı olur. Ağ tüklü xəzləri kartof unu ilə təmizləyin, sonra çırpın və darayın.
Xəzin tükünün parıltısı artsın deyə, onu azacıq sirkə məhlulunda isladılmış əski ilə silmək lazımdır. Əgər xəzin dərisinin tərs üzü ləti kobudlaşmış və yumşaqlığını itirmişsə ,onu bərpa etmək üçün ləti 1l suya 1xörək qaşığı sirkə cövhəri və 50 q xörək duzu qatılmış məhlulda ,ya da yağlı emulsiyada islatmaq lazımdır. Yağlı emulsiyanı düzəltmək üçün 100q sabunu 1 L suda əridin və üstünə 100 q balıq yağı ,15-20 q naşatır spirti töküb qarışdırın. Ləti həmin məhlul ilə isladıb qatlayın ,elə bükün ki, lət-lətin üstünə düşsün. Sonra 3-4 saat saxlayıb otaq temperaturunda qurudun və hər tərəfə dartın. Əgər tük hissəsi xarab olmuşsa ,onu benzinlə təmizləyib darayın.
XƏBƏR LENTİ
Qonaq otağı üçün pərdə seçimi
Azərbaycanda universitet adını dəyişdi
Müdriklər demişlər (2-ci hissə)
Gökçe Bahadırı Bensu Soral ƏVƏZ EDƏCƏK
Yaz üçün geyim kombinasiyaları
“Facebook”da yenilik
Ərdoğan İmamoğlunu təbrik etdi
Azərbaycanlı qadın döyüşçü ABŞ təşkilatı ilə müqavilə bağladı
Həkimlərə əməkhaqqı bonusla veriləcək - YENİ QAYDALAR
Venesiyada maraqlı tapıntı
Sızanaqları yox edən GÜCLÜ VASİTƏ
Onlar canlı deyil
Mikayıl Cabbarov: "İbtidai təhsildə islahatlara hazır olmalıyıq"
Prezidentdən sərəncam
Beyrut partlayışının ən kiçik qurbanı üç yaşlı qızcığaz olub - FOTO
HAVA necə olacaq?-11 yanvar
Ebrunun tarixi evinə məhkəmə işçiləri girdi-FOTO
Düşmənin çox sayda hərbi texnikası məhv edildi - SİYAHI
"Müəllimlər günü" ilə bağlı pul yığan məktəblərə xəbərdarlıq
"Taxt oyunları"nın finalından danışan 30 milyon cərimələnəcək
Hadisə fanatını həbs etdirdi
Ölkələrə görə oruc tutma müddəti
3 ölkəyə həcc qadağası qoyuldu
Son 10 ilin ən yaxşı filmləri
Azərbaycanda dəhşətli virus heyvanları biçir
Hava haqqında
Türkiyə Superliqası: "Fənərbağça" səfərdən məğlub qayıtdı
Bakıda anti-tütün əməliyyatı
Düşmən Tərtəri artilleriya atəşinə tutub - RƏSMİ
Eyvan dekorasiyası
Malta mənzərələri rəsmlərdə
Bıçaq sümüyə dirənəndə və ya şəhərimizin üz qaraları
Altı aktyor serialı tərk etdi-SİYAHI
Özü üçün Hobbit evi hazırlayan qadın
Sürücülərin NƏZƏRİNƏ! Buna görə qətiyyən ödəniş etməyin! - FOTO
Opera-dan zənglər etmək olacaq
İnsan simasının görkəmləri sayıldı
Ancelina Coliya böyük sürpriz
Yenə dünyanın sonu gəlir?
Naz Elmas ərə gedir-FOTO
Bu içkilər uşaqları öldürə bilər
Xəzərdə artilleriya savaşı
Bu ölkədə "Ebola"nı qapı-qapı axtarırlar
ABŞ-da ilin ən gözlənilən hadisəsi
Koronavirusa qarşı ƏN TƏSİRLİ qidalar - Tanınmış həkim açıqladı
Gəlinliklər
İrandan Azərbaycana gələn daha iki nəfər xəstəxanaya yerləşdirildi
Şokoladlı yeni il keksləri (foto-resept)
PKK-nın xain Ermənistan planı
Millət vəkillərimiz Berlində etiraz etdilər
- ŞƏRHLƏR