XÖRӘYİN BUĞUNU SATAN, PULUN DA SӘSİNİ ALAR
Bir yoxsul kişi bir parça çörәk tapır; onunla yemәyә bir şey axtara-axtara bir aşpaz dükanının qabağına gәlir. O görür ki, dükandan әt iyi gәlir. Yoxsul tez qazana yanaşıb çörәyini xörәyin buğuna tutub iştah ilә yemәyә başlayır. Yeyib qurtardıqdan sonra aşpaz, kişinin yaxasından yapışıb xörәyin pulunu istәyir.
Kişi nә qәdәr «mәn sәnin xörәyini yemәdim», deyirsә dә aşpaz әl çәkmir.
Aşpaz, yoxsul kişini darta-darta Mollanın yanına gәtirib mәsәlәni olduqu kimi ona danışır. Molla diqqәtlә aşpaza qulaq asandan sonra cibindәn bir ovuc pul çıxarıb aşpazı çağırır vә deyir:
— Qulağını yaxın gәtir.
Aşpaz qulağını Mollaya yaxınlaşdırdıqda Molla ovcundakı pulunu vingildәdib deyir:
— Pulunun sәsini al.
Aşpaz:
— Molla, sәsin nәyini alım? Molla:
— Xörәyin buğunu satan, pulun da sәsini alar.
Molla hәr sәhәr јuxudan duranda dua edib min qızıl istәyәrmiş.
— Әgәr doqquz yüz doxsan doqquz olsa, almayacağam, — deyәrmiş.
Mollanın varlı qonşusu bununla maraqlanır. Kisәnin içinә doqquz yüz doxsan doqquz qızıl qoyub, bir sәһәr Molla dua edәrkәn bacadan içәri buraxır. Molla, duasının qәbul olunduğunu görüb bacadan düşәn qızılları sayır. Görür ki, bir qızıl әskikdir. Heç halını dәyişmәyib deyir:
— Doqquz yüz doxsan doqquzunu verәn birini dә verər.
Qızılları yığışdırır. Mollanın bu hәrәkәtini görәn qonşu tez damdan aşağı enib onun yanına gәlir:
— Molla, bizim qızılları ver görәk.
— Dәli olmamısan ki!.. Mәndәn nә qızıl istәyirsәn?
— Sәnin hәr sәhәr dua elәdiyini görüb sözünün üstündә dayanıb-dayanmadığını bilmәk üçün qızılları bacadan mәn atdım.
Mәsәlә uzanır. Axırda qonşu deyir:
— Elә isә gedәk mәhkәmәyә.
— Mәn mәhkәmәdәn qaçmıram. Ancaq piyada gedә bilmәrәm. Mәnim üçün yaxşı bir qatır gәtir.
Qonşu, Molla üçün yaxşı bir qatır gәtirir. Molla bu dәfә dә:
— Mәnim paltarım köhnәdir. Mәhkәmәyә bu çür gedә bilmәrәm, — deyir.
Qonşu, Mollanı mәhkәmәyә aparmaq üçün gedib bir yaxşı paltar gәtirir.
Molla paltarı keyib qatırı minir vә gedir.
Mәhkәmәdә qonşu, mәsәlәni danışıb qızılları istәyir. Molladan soruşurlar:
— Molla, sәn nә deyirsәn?
— Soruşun ki, mәnә әli ilә qızıl verib?
Qonşu tәkrar mәsәlәni danışıb Mollanı sınamaq istәdiyini deyir. Molla:
— Ehtimal, mәn pullarımı sayanda bu bilib, onu mәndәn almaq istәyir. Doğrusu bunlar elә adamlardır, indi deyәr ki, «bayırdakı qatır da mәnimdir».
Qonşu özünü itirib:
— Әlbәttә... әlbәttә mәnimdir! — deyir.
— Gördünüz... İndi deyәr ki, әynindәki paltar da mәnimdir.
— Әlbәttә, әlbәttә mәnimdir!
Mәhkәmә sәdri qonşunun «mәnimdir, mәnimdir» demәyini görüb Mollanı aldatmaq istәdiyinә inanır vә o adamı qovlayır.
Molla, arvadının әyirdiyi ipliyi bazara aparır. Alverçilәr onu çox ucuz qiymәtә istәyirlәr.
— Sizinlә sizin kimi dolanmaq lazımdır, — deyib Molla bir dәvә başı tapır. İpliyi ona sarıyır. Böyük bir yumaq olur.
Bu dәfә ipliyi başqa bir alverçiyә aparır. O da çox ucuz istәyir. Molla:
— Gәtir pulunu ver,—deyir.
Alverçi bu böyüklükdә yumağın bu qәdәr ucuz qiymәtә verildiyindәn şübhәlәnib soruşur:
— Bunun içindә bir şey yoxdur ki?
— Dәvә başı var, — deyә Molla cavab verir.
Dükançı Mollanın bu cavabını zarafat bilib gülür vә arxayın olub yumağı alıb, pulunu verir.
Bir vaxt yumağı açanda içindә hәqiqәtәn dәvә başı olduğunu gürür. Mollanı çağırıb ona deyir:
— Ayıb deyil ki, belә iş görürsәn? Molla cavab verir ki:
— Әvvәla, yumağın içindә dәvә başı olduğunu mәn özüm sәnә dedim. İkincisi dә, sәn mәndәn yumağı elә bir qiymәtә almısan ki, yumaqdan dәvәnin başı deyil, özy də çıxsa, yenә dә mәnfәәt edәcәksәn.
Bir mәclisdә tazıdan söhbәt düşür. Mollanın tanıdığı xәsislәrdәn biri deyir:
— Mәnim dә tazıya çox hәvәsim var, ancaq, yaxşısını tapa bilmirәm.
Bunu eşidәn Molla deyir:
— Sabah sizә yaxşı bir tazı gәtirmәk mәnim boynuma.
Xәsis Mollanın bu vәdindәn razı qalıb sabahın açılmasını sәbirsizliklә gözlәyir.
Sabahı, Molla böyük bir qoyun iti tapıb xәsisin evinә aparır. Bunu görәn xәsis üzünü Mollaya tutub soruşur:
— Ay Molla, bu qoyun itidir, tazı ki, deyil.
— Dostum, heç narahat olma! Bu it ki, bu boydadır, bircә ay qapında qalsa sәnin xәsisliyinin sayәsindә arıqlayıb tazıya dönәr.
Molla Nәsrәddinin eşşәyi arıqlayır. Qonşulardan biri bunu gürüb soruşur:
—Molla, bu heyvana niyә arpa vermirsәn?
— Necә vermirәm, gündә iki batman arpa onun haqqıdır.
— Bәs niyә arıqlayır?
— Bir aylıq haqqını vermәmişәm, borcluyam.
Bir gün Molla Nәsrәddin bir hәkimin yanına gedib deyir:
— Hәkimbaşı, bir mәni yoxla görüm dәrdim nәdir? Hәkim Mollanın nәbzini yoxlayıb deyir:
— Dәrdiniz aclıqdır. Әylәşin, bizimlә nahar elәyin, sovuşub gedәr, qorxulu deyildir.
Molla hәkimin tәklifini qәbul edәrәk oturub möhkәm yeyir, getmәk istәrkәn hәkimә deyir:
— Hәkimbaşı, bizim evdә bu xәstәliyә tutulmuş bir neçә adam vardır. İndi ki, siz belә tez mualicә edirsiniz, mәn onları da sizin yanınıza göndәrmәyә mәcburam.
XƏBƏR LENTİ
O qədər dar geyindi ki, ürəyi getdi - FOTO
HAVA necə olacaq?-23 Avqust
Valideynlərə müjdə!
Aslı Enverlə Murad Boz ayrılıb
"Həyat" adlı oyun
Məşhur cütlükdən etiraf
Bu günün hava proqnozu
BÜRCLƏR bizə nə vəd edir?- 2 fevral
"ABŞ ATƏT-in Minsk qrupu çərçivəsində Rusiya ilə əməkdaşlığı davam etdirəcək"
İsmayıllıda şəhid Xəyyam Daşdəmirov torpağa tapşırıldı - VİDEO
Son dəbə uyğun eynəklər
Nazirlik pensiyaların veriləcəyi tarixi açıqladı
Beren Saatın bu addımı təəccübləndirdi-FOTO
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Brend çanta modelləri
Ev dekorasiyasında aksesuar seçimi
Şirələr və kompotlar
Hülya Avşar AÇIQLAMA verdi
11 iyun Ramazan ayının 5-ci günüdür
Caponata (foto resept)
Dünyanın ən zənginləri 127,4 mlrd. dollar itirdi
Ramin Bayramlıdan karantin rejiminin uzadılması ilə bağlı AÇIQLAMA
Bakıda möhtəşəm Zəfər paradı başladı - CANLI YAYIM
Müəllim və həkimlərə dövlət qulluqçusu statusunun verilməsini nəzərdə tutan layihəyə rəy verilib
Məşhurlar və anaları
Uhan xəstəxanalarında koronaviruslu şəxs qalmadı
İçimizi yeyən səhər yeməyi
Fikrət Qoca infarkt keçirdi
Qadına uşaqlıq köçürüldü
Corc Sorosdan böhran xəbərdarlığı
256 yaşlı kişi ölməzdən əvvəl sirri açıqladı
Şəhid əsgərimiz təltif edildi
Murad Boz TOYUNDAN DANIŞDI
Günün ulduz falı
Çuğundurun faydaları
Düzgün duruş üçün nə etməliyik?
Ancelina Coli ərə gedir
50 Cent 21 otaqlı mənzilini ucuz satdı
Uşaqlar üçün saç modelləri
Güləşçimiz beynəlxalq turnirin çempionu olub
HAVA necə olacaq?-26 İyul
Azərbaycan alimləri zəfəranın süni yolla çoxaldılmasının yeni metodunu əldə ediblər
"Ali məktəb məzunlarının 42 faizi iş tapa bilir"
Bilmədiyiniz maraqlı faktlar
Azərbaycanda 40-dan çox orta təhsil müəssisəsi ləğv olundu - SİYAHI
Onun bir xəyalı cahana dəyər
Bədənə qulluq və vannalar
Benzin ucuzlaşa bilər
Pakistan mediası Xocalı faciəsindən yazdı
Meteohəssas insanlara XƏBƏRDARLIQ
- ŞƏRHLƏR