"Sevgililər qovuşanda"
Sevgi aləminə düşəndən bəri,
Unutdum mən qəmli, ötən günləri.
Ən xoş anlarımı yaşayıram mən,
Çünki yanımdadır sevdiyim pəri.
Bir gülüşü mənə həyat bəxş edir
Bilmirəm qəm nədir, göz yaşı nədir!
İkilikdə sanki bizimdir həyat.
Mən onu sevirəm, o məni sevir!
Hər sözü qəlbimdən gələn bir səsdir
Gülüşü-duruşu mənə həvəsdir,
Deyin bir mən onu necə sevməyim?
Anlatmaqçun onu işarəm bəsdir!
Soruşsalar: "Nə qədər ömür sürmüsən?"
Sevib-sevildiyim vaxtı deyərəm!
Desələr: "həyatda xöşbəxt görmüsən?"
Sevib-sevilənlər çoxdur söylərəm!
"Arayıram səni mən"
Demə niyə gözünə belə çox baxıram mən?
Baxışlarında eşqə nişanə arayıram.
Səni gördüyüm gündən eşqinə əsir oldum.
Sənə bir söz deməyə bəhanə arayıram!
Mən eşqimi verməyə bil səni arayıram!
Qalan ömrü bölməyə gəl səni arayıram!
Arayıram səni mən birgə xoş günlər üçün,
Unut qəmi kədəri gül səni arayıram!
Məhlənizdə o başa, bu başa dolaşıram
Gözüm qapınızdadır, demə"nə arayıram?"
Özün yaxşı bilirsən sənin üçün gəlmişəm.
Sən görüşməyə bir yer de mənə arayıram!
Eşqsiz qəlbim zülmətdir, ümidimsə sənədir,
Qəlbimə nur çilə sən bir işıq arayıram!
Küsmüsən neçə vaxtdır, səbəbini bilmirəm
Naz etdiyin di bəsdir, barışıq arayıram!
Yolunda durub sənin izini arayıram!
Çox görmə baxışını, gözünü arayıram!
Arayıram səni mən ey, qəlbimin hakimi
Sevdiyini de mənə, sözünü arayıram!
Bu bir yolun sonudu, bir yolunsa əzəli
Qoşa gedəcəyimiz yolları arayıram!
Sənin sevginə layiq olacağım günləri
Səadətli ayları, illəri arayıram!
"Dönmərəm daha"
O görüş yerinə çıxma nahaqdan
Şəklimi qoynuna sığma nahaqdan,
Həsrətlə üzümə baxma nahaqdan
Mən sənin yanına dönmərəm daha.
Qıysanda canına dönmərəm daha.
Əğyarın sözünə uyub, inandın
Məndən üz döndərdin, dedin-usandın...
İndi bilirsənmi necə aldandın?
Neçə kəs yalvarsan dönmərəm daha.
Qıysanda canına dönmərəm daha.
Adımı sənv saldın de yadındamı?
Seçdiyin o oğlan de yanındamı?
Söndü qəlbimdəki o eşqin şamı!
Səninçün alışıb-yanmaram daha.
Qıysanda canına dönmərəm daha.
Amansız sən oldun qıydın eşqinə
Başqa eşq aradın dövlət xətrinə
Sevirəm desən də indi fərqi nə?
Qəlbimdə sənə yer vermərəm daha.
Qıysanda canına dönmərəm daha.
Əğyarın əlinə dəyibsə əlin
Mənə bir kəs yalan deyibsə dilin
Görsəmdə gözündə göz yaşı selin,
Mən sənə inana bilmərəm daha.
Qıysan da canına dönmərəm daha.
Qırmısan qəlbimi, bitişən deyil,
Yolumuz bir daha kəsişən deyil,
Ayrılıq taleyi dəyişən deyil,
Ürəyim səninlə barışan deyil,
Gəlsən də yalvara, sevmərəm daha.
Diz atıb yalvarsan dönmərəm daha.
Qıysan da canına, dönmərəm daha.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Novruz haqqında bunları bilirdiniz?
Ukraynada yeni doğulan körpəyə Avromaydan adı verildi
Bakının bu ərazilərində işıq olmayacaq
Bakıda 58 yaşlı qadın ilk dəfə ana oldu
Bu həşəratları öldürərək təbiətə zərər veririk!
Qəhrəman pilotların meyitləri qaytarıldı
Doldurulma toyuq budları (foto-resept)
Yük gəmisini lüks evə çevirdilər - FOTO
İlham Əliyevlə eyni fikirdəyik
Dünyanın "ən istedadlı gənc futbolçular"ı
Jirinovski "erməni genosidi"nə səs verənləri qınadı
İki rəngli piroq (foto resept)
Ferat Üngürü azad etdilər
Mikroblar daha çox əl vasitəsilə yoluxur
Azərbaycan üçün Ramazan və Namaz vidgeti
Övladınıza küsməyin
""Formula-1" yarışları 5 il məcburi keçirilməlidir"
Badamcıq əməliyyatı
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Xəzərdə dalğanın hündürlüyü 5 metrə çatdı - FAKTİKİ HAVA
Müəllimlərin maaşı artdı
Türkiyə prezidentinin bu jesti ermənilərə "tərs şillə" oldu
Hava haqqında
Ürək-damar xəstəliyi cavanlaşıb
"Məni sancmayan ilan, 1000 il yaşasın"
Koronavirusun hava ilə yoluxma ehtimalı açıqlandı
Bakının ilk fontan bağı
Nizami Gəncəvi Qaxda doğulub?
Sabahın HAVAsı
Hava haqqında
Kişilər üçün qol düymələri
Toxunma papaq modelləri
Qadınların "ağ yalanları"
Təhsili olmayan dahilər
Almaniya və ABŞ 1/8 finalda, Ronaldu pərişan
Zamana meydan oxuyan trendlər
Qozlu xarço şorbası
Dünya savaşı başlayır
5 duyğu orqanından əlavə sahib olduğumuz duyğular
“Eurovision” təmsilçimiz Xocalı ilə bağlı klip çəkdirdi - VİDEO
Neslihan:"Qorxularımla üzləşirəm"
Rəngarəng donlar
Tətilin SON GÜNÜ Başa çatır
Mehriban xanım və İlham Əliyev məscidin açılışında-FOTO
Muncuqla işlədiyim tablolar
15 milyon dollarlıq kolleksiya satışa çıxarıldı-FOTO
Mədə sağlamlığı üçün necə qidalanmalı?
Ziyafət donları
Qocalmağı gecikdirən maska.
Sarkisyan təyyarədə müsahibə verdi
- ŞƏRHLƏR