Məni sevirsənsə özünü qoru,
Qoru həyatını bir inci kimi.
Könlümün yeganə təsəllisi tək,
Qəlbimin yeganə sevinci kimi.
İnan ki varlığım, ömrüm, həyatım,
Bu günüm, sabahım bağlıdır sənə.
Tək sənə bağlıdır müqəddəratım,
Səni görmək istəyir ürəyim yenə.
Ömrümə günəşsən, parlaq bir günəş,
Harada olsan da işığın gələr.
Soyuyan qəlbimə atəşsən, atəş,
Xəyalın ömrümə işıq, nur ələr.
Tənha gecələrdə xatirələrin
Vəfalı dost kimi yanıma gələr.
Sənin təbəssümün - ömür ülkərim,
Həmdəmim - danışan, dinən vərəqlər.
Mənimki olsaydın, səni əl üstə,
Göz üstə saxlardım, saxlardım,inan.
Qəlbimin yeganə sevinci ikən,
Dönüb başqasına kədər olmusan.
Sənin varlığında varlığım yaşar,
Duyğutək qəlbimə dolaydın ey kaş.
Xəyalın ömrümə sevinclər qoşar,
Dönüb sən olaydım, olaydım ey kaş.
Qoru ürəyini, qəlbini qoru,
Küləklər səsini çatdırsın mənə.
Yaxınlar, uzaqlar qoy bilsin bunu,
Səninlə diriyəm səninlə yenə.
Mənim anam
Getdin bu dünyadan həsrət, nigaran,
Getdin ürəyində ayrılıq dağı.
Heç bir il keçməmiş köçdü dünyadan,
Tərk etdi bacım da doğma torpağı.
O, sənsiz bir il də qala bilmədi,
Mən sizsiz dözmüşəm otuz il tamam.
Bir məni yadına sala bilmədi,
Yumdu gözlərini qarlı bir axşam.
Dözərəm dağ kimi, ürəyimdə dağ,
İllərdi gözlərim yollarda qalar.
Ey vüsal, bir kərə ol bizə ortaq,
Bu həsrət könlümü odlara qalar.
İstini, soyuğu yola salmışam,
Mənə hər üzünü göstərmiş həyat.
Sənə ki deməzsən borclu qalmışam,
Sındıra bilmədim səni də heyhat.
Çalxanar ürəyim dənizlər kimi,
Tutular, açılar gündə yüz kərə.
Mən ki azadlığa verdim qəlbimi
Mən görüş vədəsi verdim ellərə.
Ana, ayrılığın həsrətində mən,
İnan dözümlüydüm bu dağlar kimi.
Yadıma düşəndə bəzən bacım, sən,
Düşürdüm tufana budaqlar kimi.
Məni qınamasın dost da, tanış da,
Qaldım ayrılığın həsrətində tək.
Dözərdim payız da, bahar da, qış da,
Bu dərdə sinəmdə dözməyir ürək.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
DÇ-2014-ün simvolik yığması seçildi
Yol polisi hansı halda sürücünün vəsiqəsini özündə saxlaya bilər?
Nəhəng iti görənlər onu atla səhv salır – FOTO
Evdə heyvan saxlamağın faydaları
Epidemiya zamanı xiyar yeməyin faydaları
İspan dili (xüsusi dərs)
Birlikdə toxuyaq
Rusiyanın avtomobil nəhəngi çökür
Kitabların düzaynı
Günün fotosu: Tufanda rəqs
Kənd təsərrüfatı bahalaşmadan necə qurtulacaq?
Azərbaycanda koronavirusdan sağalanların sayı yoluxanları üstələdi: Üç nəfər vəfat etdi
Şumaxer ayıldı və xəstəxanadan çıxdı
İmmuniteti gücləndirən asan üsullar
Robert Pattinson yeni İMİCDƏ-FOTO
Qadınların kişilərdə axtardığı...
İyun ayının qalibləri!
Makaron salatı (foto-resept)
Dünya bazarlarında neft 50 dollardan baha satılır
“Bakı Metropoliteni”nin iş vaxtı artırılır
Azərbaycandakı zəlzələnin səbəbkarı tapıldı
Dilqəmdən ermənilərə dərs
100 milyonluq TƏLƏB-FOTO
Qardaş qısqanclığı
Milyarderlərin "AND"-ı nə üçündür?
Rusiyada koronavirus testindən ilk olaraq kimlərin keçəcəyi açıqlandı
“Barselona”nın yeni transferi koronavirusa yoluxub
Koronavirus xəstələrini tanımağın daha bir yolu - Araşdırma
Baharla, günəşlə doğulmaq...
"O, Alim Qasımov qarşısında baş əydi"
Böyük itkilər verən Ermənistan muzdlu axtarışında: Rusiyada kampaniya başlatdılar - FOTO
Düşmənin hərbi nəqliyyat vasitəsi bölmələrimizin sərrast atışı ilə məhv edildi - VİDEO
Hava haqqında
Kələm salatı (foto resept)
İnci tək sözlər-2
İdmançılarımız Tehranda ilk gündə 1 medal qazanıblar
Bu günün tarixi (14.05.2015)
Altı məhbusun tunel qazaraq qaçdığı həbsxananın işçisi həbs edildi
"Rafizi" sözü kimlərə deyilir?
Sobada kartof (foto resept)
O da "tükənmişlik sindromu"ndan əziyyət çəkir
İran kapitalı Azərbaycana gələrsə...
Gəlinlər üçün manikür
Culiya Robert Malibuda dincəlir-FOTO
Qafqaz Müsəlmanları İdarəsi Məhərrəmliklə bağlı qərar verdi
Metronun qarşısından hərəkət edəcək əlavə avtobuslar xəttə buraxılır
Qırmızı ayaqqabılar
Valideynlərini itirmiş uşaqlara sosial xidmət göstəriləcək
"Like", "adapter", "mouse" sözləri dəyişdi - SİYAHI
Ermənilər Qarabağdan qaçmağa başladı
- ŞƏRHLƏR