Məni sevirsənsə özünü qoru,
Qoru həyatını bir inci kimi.
Könlümün yeganə təsəllisi tək,
Qəlbimin yeganə sevinci kimi.
İnan ki varlığım, ömrüm, həyatım,
Bu günüm, sabahım bağlıdır sənə.
Tək sənə bağlıdır müqəddəratım,
Səni görmək istəyir ürəyim yenə.
Ömrümə günəşsən, parlaq bir günəş,
Harada olsan da işığın gələr.
Soyuyan qəlbimə atəşsən, atəş,
Xəyalın ömrümə işıq, nur ələr.
Tənha gecələrdə xatirələrin
Vəfalı dost kimi yanıma gələr.
Sənin təbəssümün - ömür ülkərim,
Həmdəmim - danışan, dinən vərəqlər.
Mənimki olsaydın, səni əl üstə,
Göz üstə saxlardım, saxlardım,inan.
Qəlbimin yeganə sevinci ikən,
Dönüb başqasına kədər olmusan.
Sənin varlığında varlığım yaşar,
Duyğutək qəlbimə dolaydın ey kaş.
Xəyalın ömrümə sevinclər qoşar,
Dönüb sən olaydım, olaydım ey kaş.
Qoru ürəyini, qəlbini qoru,
Küləklər səsini çatdırsın mənə.
Yaxınlar, uzaqlar qoy bilsin bunu,
Səninlə diriyəm səninlə yenə.
Mənim anam
Getdin bu dünyadan həsrət, nigaran,
Getdin ürəyində ayrılıq dağı.
Heç bir il keçməmiş köçdü dünyadan,
Tərk etdi bacım da doğma torpağı.
O, sənsiz bir il də qala bilmədi,
Mən sizsiz dözmüşəm otuz il tamam.
Bir məni yadına sala bilmədi,
Yumdu gözlərini qarlı bir axşam.
Dözərəm dağ kimi, ürəyimdə dağ,
İllərdi gözlərim yollarda qalar.
Ey vüsal, bir kərə ol bizə ortaq,
Bu həsrət könlümü odlara qalar.
İstini, soyuğu yola salmışam,
Mənə hər üzünü göstərmiş həyat.
Sənə ki deməzsən borclu qalmışam,
Sındıra bilmədim səni də heyhat.
Çalxanar ürəyim dənizlər kimi,
Tutular, açılar gündə yüz kərə.
Mən ki azadlığa verdim qəlbimi
Mən görüş vədəsi verdim ellərə.
Ana, ayrılığın həsrətində mən,
İnan dözümlüydüm bu dağlar kimi.
Yadıma düşəndə bəzən bacım, sən,
Düşürdüm tufana budaqlar kimi.
Məni qınamasın dost da, tanış da,
Qaldım ayrılığın həsrətində tək.
Dözərdim payız da, bahar da, qış da,
Bu dərdə sinəmdə dözməyir ürək.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Sarkozi Rusiyaya qarşı sanksiyaların ləğvinə çağırdı
Dövlət Sərhəd Xidmətinin rəisi vətəndaşları qəbul edib
Alla Puqaçova yenidən TƏƏCCÜBLƏNDİRDİ- FOTO
Bir Hacıbaba Bağırov vardı...
Azərbaycana 30 santimetr qar yağdı
“Ulduz müharibələri”nin aktyoru öldü
Bloklanan “Email”i açmaq üçün mütəxəssisdən tövsiyə
Qadın güləşi üzrə açıq Azərbaycan Kuboku keçirildi
Düşmən Ağdam və Ağcabədini atəşə tutur - RƏSMİ
Azərbaycanda koronavirus yenidən alovlana bilər - XƏBƏRDARLIQ
Obama Amerika kəşf etmədi
Adobe photoshop (Dərs-10)
Vera otel qapısında qaldı-FOTO
Azərbaycanda insanlar falçılara niyə inanır?
Çin üsulu badımcan qızartması (foto resept)
Tramp daha iki hind quşunu xilas etdi
Bu yay küləkli günlərin sayı çoxalıb - İnstitut
Bu şəhərdə artıq avtomobil qəzaları olmayacaq
Sızanaqlar üçün kərəviz maskası
İŞİD Bakının neft yataqlarını vurmaqla hədələdi
Bakıda dünyanın ən iri miqyaslı festivalı təşkil olunacaq
Cəfərili çuğundur salatı (foto-resept)
BÜRCLƏR bizə nə vəd edir? - 4 APREL
Azərbaycanda zəlzələ olub
Ermənilər Qarabağdan qaçmağa başladı
Pensiyaçılara Bakı 2015 müjdəsi
Yüzlərlə tələbə köpükləndi
Yeni il axşamı hamilələr ehtiyatlı olsun
52 tatudan sonra tanınmaz hala düşdü
Üz deyil ki, sənət əsəridir
Çimərliyə gedənlərin DİQQƏTİNƏ: Bu qaydalara ƏMƏL EDİN
Sobada bişmiş badımcanlı makaron (foto-resept)
Kral cangüdəni ilə evləndi-FOTO
Macar kababı (foto reept)
Mənim gözəl Xaçmazım
500 illik məscid məhv olmaq üzrədir
Abituriyentlərin nəzərinə!
Beren Saatın bu addımı təəccübləndirdi-FOTO
Beren Saat və Kənan Doğulunun ayrılıq əbəri yayıldı-FOTO
Hava haqqında
Cennifer Lopezdən maraqlı addım-VİDEO
Azərbaycan "Facebook"da saxta səhifələrlə mübarizəyə başlayır
Dimedrol reseptlə satılmalıdırmı?
Ərəblərin brilyant təyyarəsi: sirr açıldı - FOTO
Ermənistan bir həftə sonra məhv edilmiş hərbçilərinin sayını açıqladı
İştahsız uşaqlara maraqlı yeməklər
Dişlər haqqında 5 maraqlı fakt
Almalı piroq (foto resept)
Erməni idmançılar Azərbaycana gəlməkdən imtina etdilər
Ana olmağa hazırlaşanlar, oxusanız məsləhətdir!
- ŞƏRHLƏR